Məhkəmə qərarları › İş №2-1(102)-981/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-981/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-981/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, plan-ölçü sənədinin və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx; ölüm tarixi: xx.xx.2020- ci il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(107)-83/2022 nömrəli qərarından iddiaçının hüquqi varisi X6 (xx.xx.1959-cu il təvəllüdlü; FİN: 41NKUH0) tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.04 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilməklə 1976 nömrə ilə kitabda qeydə alınmış, bir nüsxəsi iddiaçıya verilmişdir.

2. İddiaçı JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Mingəçevir şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Cavabdehin 5 noyabr 2018-ci il tarixli, **********57 nömrəli imtina məktubunda göstərilmişdir ki, elektron xəritə bazasında (DWG) JN-2786B say lı torpaq sahəsi öz əksini tapmamış, elektron adlı siyahıda İddiaçı adı qeyd edilməmişdir. Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyat kitabında İddiaçı adına JN-2786B nömrəli şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. İddiaçının adına verilmiş JN-2786B nömrəli şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyildir. İddia edilən Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, 6 nömrəli binanın qarşısında yerləşən torpaq sahəsinə yerində müayinə-baxış keçirilmiş və iddia edilən torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması müəyyən edilmişdir. Ona görə də, JN-2786B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Mingəçevir şəhərində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması imkan xaricindədir.

4. İddiaçı cavabdehə qarşı 8 noyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0,04 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2786B kod 90200002 nömrəli şəhadətnamə hazırlanmış, həmin ş əhadətnamə 1976 nömrə ilə kitabda qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 5 noyabr 2018-ci il tarixli, **********57 nömrəli məktubla şəhadətnamənin elektron baza xəritəsində, elektron adlı siyahıda və qeydiyyat kitabında öz əksini tapmadığından və həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahələrinə aid olduğundan qeydiyyatdan imtina edildiyini bildirmişdir.

6. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2018-ci il tarixli, 2-1(84)1787/2018 nömrəli qərarı (hakim V.K.Qasımov) ilə iddia təmin edilmiş, JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin İddiaçı adına da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb torpaq sahəsinin plan və ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019cu il tarixli, 2-1(107)-115/2019 nömrəli qərarı (hakimlə G.Q.Abbasov - sədrlik edən və məruzəçi, R.R.Rəfiyev və M.R.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2018-ci il tarixli, 2-1(84)1787/2018 nömrəli qərarı dəyişdirilmədə n saxlanılmışdır.

9. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2019-cu il tarixli, 2-1(102)-1475/2019 nömrəli qərarı (hakimlər Z.M.Quliyev-sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2-1(107)-115/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Cavabdehin 17 iyun 2020-ci il tarixli məktubuna əsasən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2018-ci il tarixli, 2-1(84)-1787/2018 nömrəli qərarı icra edilmişdir

12. Mingəçev ir Şəhər İcra Hakimiyyəti Şəki İnzibati Məhkəməsinə 11 avqust 2020ci il tarixli, 1184 nömrəli ərizə ilə müraciət edərək, qeyd olunan inzibati işin təzələnməsini və işə yenidən Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə baxılmasını xahiş etmişdir.

13. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(84)-1787/2018 nömrəli qərardadı (hakim V.K.Qasımov) ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin ərizəsi təmin edilməmişdir.

14. Mingəçevir Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verərək məhkəmənin həmin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2-1(107)-121/2021 nömrəli qərardadı (hakimlər V.İ.Məlikov-sədrlik edən və məruzəçi, R.R.Rəfiyev və M.A.Əsədli) ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2-1(84)-1787/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Mingəçevir Şəhər İcra Hakimiyyəti kassasiya şikayəti verərək məhkəmənin həmin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında qərar qəbul edərək Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2021ci il tarixli, 2-1(102)-872/2021 nömrəli qərarı (hakimlər Z.M.Quliyev-sədrlik edən və məruzəçi, R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2021-ci il tarixli, 2-1(107)121/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

18. Cavabdeh 8 aprel 2021-ci il tarixdə yeni açılmış hallara dair ərizə ilə müraciət edərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 4 dekabr 2018-ci il tarixli, 2-1(84)-1787/2018 nömrəli qərarının ləğv olunmasını və iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.

19. Şəki İnzibati Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-1(84)-1787/2018 nömrəli qərardadı ilə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-2786B KOD 90200002 nömrəli “Torpağın mül kiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə icraatı təzələnmişdir.

20. Şəki İnzibati Məhkəməsinin 3 sentyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 nömrəli qərardadı ilə inzibati iş üzrə iddiaçı mərhum İddiaçı hüquq varisi X6 ilə əvəz edilmişdir.

21. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri ilə imtina məktubunun dəlilləri eynilik təşkil etmişdir.

22. Məhkəmə sorğusu əsasında əldə edilmiş Mingəçevir şəhər prokurorluğunun “axtarış və götürülmənin aparılması haqqında” 3 fevral 2021-ci il tarixli protokolundan görünür ki, Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşav iri X2 icraatında olan ********* nömrəli cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 3 fevral 2021-ci il tarixli qərarına əsasən X3 istifadəsində olan, onun atası, hazırda ölmüş İddiaçı məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparılmış, axtarış zamanı digər sənədlərlə bərabər, sellofan torbanın içərisində dairəvi formada "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” sözləri həkk olunmuş və möhür vurulan mexanizminə möhür klişesi yerləşdirilmiş bir ədəd möhür qabı, həmçinin üzərində “Horse” sözləri yazılmış və içəri qabına yapışdırılmış vəziyyətdə olan, üzərində dairəvi formada “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İ nstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möhür klişesi olan mürəkkəb yastıq aşkar edilərək götürülmüşdür.

23. Məhkəmə sorğusu əsasında əldə edilmiş Mingəçevir şəhər prokurorluğunun “baxış keçirilməsi haqqında” 4 may 2021-ci il tarixli protokolundan görünür ki, qeyd olunan tarixdə Mingəçevir şəhər prokurorunun müavini, ədliyyə müşaviri X4 icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin inzibati binasında, həmin idarənin istifadəsində olan "Elektron xəritə bazasına” (DWJ) və "Torpaq sahəsi ayrılan şəxslərin elektron adlı siyahısına” (DBF) baxış keçirilmişdir. Elektron baza məlumatlarına baxış keçirilərkən İddiaçı adına olan JN-2786B nömrəli "Torpa ğın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin baza məlumatlarının mövcud olmadığı, həmçinin onun adının "torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” olmadığı, lakin buna baxmayaraq onun adına ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə “çıxarış və plan-ölçü” sənədinin verildiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, X9 adına olan JN-2819A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin elektron baza məlumatları vardır və baza məlumatları məhz Amid Nəbiyevin adınadır. Bundan başqa X9 adı bazanın adlı siyahısında mövcuddur.

24. Məhkəmə sorğusu əsasında əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 5/88 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, X1 adına o lan JN-2786B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş X10 adına tərtib olunmuş, JN-2819 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 3-cü vərəqindəki "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhür əksi təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhür əksi ilə öz aralarında eynilik təşkil etmir. Təqdim edilmiş X10 adına tərtib olunmuş, JN-2819 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki "Azərbaycan Respublikası Dövlət Torp aq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi ilə öz aralarında eynilik təşkil etmir.

25. Məhkəmə sorğusu əsasında əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2021-ci il tarixli, 5/111 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, X10 adına tərtib olunmuş, JN-2819 nömrəli və X1 adına tərtib olunmuş JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdək i möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş, X10 adına tərtib olunmuş JN-2819 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci və 3-cü səhifələrindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş X10 adına tərtib olunmuş, JN-2819 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci səhifəsindəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş "Azərbaycan Respublikası Dövlə t Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhürlə vurulmamışdır. Təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” məzmunlu möhürlə vurulmuşdur. Təqdim edilmiş, X1 adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədəki "Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksi təqdim edilmiş "Azərbaycan Res publikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhürlə vurulmuşdur.

26. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 nömrəli qərarı (hakim V.Ə.Musayev) ilə iddia rədd edilmişdir.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 nömrəli qərarı ilə iddiaçıya ayrıldığı qeyd edilən 0,04 ha torpaq sahəsinə dair JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin saxta olması, şəhadətnamənin elektron baza xəritəsində, qeydiyyat kitabında öz əksini tapmaması, arxivdə müvafiq şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmaması, “torpaq sahələri ayrılmış şəxslərin elektron a dlı siyahısında” iddiaçının adının olmaması və həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaqlara aid olması iş materialları ilə müəyyən edilir. İddiaçının adına tərtib edilmiş JN2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin” saxtalaşdırılaraq tərtib edilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 5/88 nömrəli və 15 fevral 2021-ci il tarixli, 5/111 nömrəli ekspert rəyləri ilə sübut olunur. Həmin rəylər işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qəbul edilmişdir. Belə ki, həmin rəylərə əsasən iddiaçının adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Kom itəsi Mingəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksləri Mingəçevir şəhər prokurorluğunun 3 fevral 2021-ci il tarixli “axtarış və götürülmənin aparılması haqqında” protokoluna əsasən X3 istifadəsində olan, onun atası, hazırda ölmüş iddiaçıya məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparılarkən götürülmüş, üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möh ür əksləri ilə vurulmuşdur. Müqayisəli tədqiqata təqdim edilmiş X9 adına tərtib edilmiş JN-2819A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin və onun üzərində icra edilmiş möhür əkslərinin isə axtarış zamanı götürülmüş möhürlər vasitəsilə vurulması müəyyən edilmir. İddiaçının adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatları mövcud deyildir, həmçinin onun adı “torpaq sahələri ayrılmış şəxslərin elektron adlı siyahısında” yoxdur. Qeyd olunan möhürlərin aşkar edilmə şəraiti və onun iş üzrə müqayisəli tədqiqata təqdim edilmiş X9 adına olan JN-2819A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin üzərinə vurulmuş möhürlərdən fərqlənməsi həmin möhürlərin saxta olması qənaətinə gəlməyə əsas verir. Odur ki, iddiaçının adına tərtib edilmiş JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz.

28. İddiaçının hüquqi varisi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

29. Məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Mingəçevir Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, SDS-191 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 (mərhum iddiaçının oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(051)-5/2022 nömrəli, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 178.2.1, 178.2.4, 312.1, 320.1, 320.2 və 188.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(051)-13/2022 nömrəli cinayət işləri hazırda məhkəmənin icraatındadır.

30. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(107)-83/2022 nömrəli qərarı (hakimlər: E.Ş.Hüseynov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və V.İ.Məlikov) ilə iddiaçının hüquqi varisinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(116)-1182/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

32. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

33. İddiaçının hüquqi varisi hesab edir ki, hər iki məhkəmə instansiyası iddianın təmin edilməməsinin səbəbi kimi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 588 nömrəli ekspert rəyini əsas gətirmişdir. Həmin rəyə əsasən guya iddiaçıya məxsus şəhadətnamədə olan DT və XK-nin Mingəçevir şəhər şöbəsinə məxsus möhür saxta möhürlə əvəz olunmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus şəhadətnamə ilə X11 məxsus şəhadətnamənin 2 və 3-cü vərəqində olan möhürlə eynilik təşkil etmir. Belə olduğu halda sual yaranır ki, X11 məxsus şəhadətnamədə olan möhürün DTXK-nin Mingəçevir şəhər şöbəsinə məxsus olması nə ilə öz təsdiqini tapır. İki il sonra han sı məcburiyyət əsasında cavabdeh Mingəçevir Şəhər prokurorluğunun göstərişi ilə “yeni açılmış hallarla bağlı” ərizəni məhkəməyə təqdim edərək, işə yenidən baxılmasını xahiş etmişdir. Mübahisədən görünür ki, hazırki iş üç instansiya keçmiş və işə mahiyyəti üzrə baxılaraq müsbət qərar verilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərində iddiaçıya məxsus şəhadətnamənin ekspertizaya təqdim edilməsindən heç bir söz açılmamışdır. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının və Mingəçevir şəhər prokurorluğunun göstərişi ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən həmin şəhadətnamədə olan möhürün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə aid möhür olmadığı aşkar edilməmişdir. Möhürün DT və XK-nin Mingəçevir şəhər şöbəsinə və y axud digər şəxsə məxsus olması onun mülkiyyət hüququna zərər gətirə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanu ni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydi yyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

36. Qüvvədən düşmüş, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

37. Qüvvədən düşmüş, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”...

3. Vətəndaşların qanuni istifadə sindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir.

4. Torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və torpağın müvəqqəti mülkiyyətə verilməsinə dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Torpağa mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərin nömrələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda qəbul edilmiş kodunu və əlavə olaraq hər bir mülkiyyətçinin püşk nömrəsini özündə əks etdirir.

5. Torpağa mülkiyyət hüququna dair dövlət aktı ailə tərkibi üzrə hər bir şəxsin adı, soyadı və ona düşən torpaq payı göstərilməklə ailə başçısının adına verilir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. 38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar [24] 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılma sının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə

23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsl əri cavabdehdirlər.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

43. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

44. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsi nin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

45. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

48. Kassasiya şikayətinin dəlillərinə əsasən, iddiaçının hüquqi varisi JN-2786B KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki möhürün saxta olması barədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 588 nömrəli ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, həmin şəhadətnamədə olan möhürün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə və yaxud digər şəxsə məxsus olması onun mülkiyyət hüququna zərər vurulmasına səbəb ola bilməz.

49. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçının adına olan JN-2786B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” məzmunlu möhür əksləri Mingəçevir şəhər prokurorluğunun “axtarış və götürülmənin aparılması haqqında” 3 fevral 2021-ci il tarixli protokoluna əsasən X3 istifadəsində olan, əvvəllər onun atasınahazırda ölmüş iddiaçıya məxsus olmuş Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda axtarış aparılarkən götürülmüş, üzərində “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Mingəçevir şəhər şöbəsi” və “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutu Şəki rayonlararası yerquruluşu idarəsi” sözləri həkk olunmuş möhür əksləri ilə vurulmuşdur. Kassasiya şikayətinin həmin dəlilinə qiymət verilərkən xüsusilə vurğulanmalıdır ki, mübahisələndirilən şəhadətnamədəki möhür məhz iddiaçıya məxsus Mingəçevir şəhəri, Səməd Vurğun küçəsində 6 və 8 saylı binaların yaxınlığında yerləşən qarajda aşkar edilmiş möhür əksləri ilə vurulmuşdur. Bu baxımdan iddiaçının adına tərtib edilmiş JN-2786B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” iş üzrə mötəbər sübut kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz.

50. Mübahi səyə dair işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş halları ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2021-ci il tarixli, 5/88 nömrəli və 15 fevral 2021-ci il tarixli, 5/111 nömrəli ekspert rəyləri uzlaşdığından, həmin rəylərin məhkəmələr tərəfindən iş üzrə mötəbər sübut qismində qəbul edilməsi düzgün sayılmalıdır. İddiaçı tərəfindən ekspert rəylərinin mötəbərliyini təkzib və şəhadətnamənin mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

51. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən iddiaçı həmin şəhadətnamə əsasında hüququnun dövlət qeydiyyatına alınmasını, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz.

52. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyə n olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

53. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

54. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 21(107)-83/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar