Məhkəmə qərarları › İş №2-1(102)-981/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-981/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-981/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sos ial Ödənişlərin X1rşı “onun 1992-1999-cu illərdə “Şəhriyar qəsəbəsi Təmir Təshizat və İstehsalat Xidməti Stansiyasın”da traktorist işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3311/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizəyə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-885/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilərək, iddiaçıya onun 2 noyabr 1992-ci il tarixdən 4 yanvar 1999-cu il tarixədək Tərtər rayonunun Şəhriyar qəsəbəsində yerləşən Təmir T əchizat və İstehsalat Xidməti Stansiyasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

2. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3311/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova - sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-885/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edil məməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh daha sonra Ali Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə: Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Cavabdeh məhkəmə kollegiyasına təqdim etdiyi ərizədə kassasiya şikayətindən imtina etdiyini və şikayətin baxılmamış saxlanaraq geri qaytarılmasını xahiş etmişdir.

8. Cavabdehin kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi nəzərə alınaraq kassasiya icraatına xitam verilməlidir.

9. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 96.10, 97 və 98.1-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı X2rşı iş üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar