Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-981/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi, əməliyyatın qismən baş tutmaması, elektron qaimə fakturanın ləğv olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********050400 nömrəli Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)435/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2021-ci il tarixli 027574 nömrəli EBBP seriyalı elektron qaimə ilə müəyyən edilir ki, "xxxx" MMC (VÖEN 1********) "xxxx" MMC-yə bir vahidinin buraxılış qiyməti 1271.186 manat olan 1000 ton armaturu təqdim etmişdir. Həmin elektorn qaimə alıcı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğvə göndərilmiş və xx.xx.2022-ci il tarixdə satıcı "xxxx" MMC tərəfindən ləğv təsdiq edilmişdir. 2. xx.xx.2022-ci il tarixli 087322 nömrəli EBBQ seriyalı elektron qaimə ilə müəyyən edilir ki, "xxxx" MMC (VÖEN 1********) "xxxx" MMC-yə bir vahidinin buraxılış qiyməti 1271 manat olan 48 ton armaturu təqdim etmişdir. 3. xx.xx.2022-ci il tarixli 001883 nömrəli DVX seriyalı “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitəsilərinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktda qeyd edilənlərə əsasən vergi orqanı iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 3005-ci məhəllə ünvanında yerləşən anbarda vergi ödəyicisinin fəaliyyət dövründə elektron qaimə faktura tərtib etmədən ümumi dəyəri (ƏDV + ticarət əlavəsi) 1491109.61 manat olan 962.42 ton həcmində olan malları (armaturu) satdığı müəyyən edilmiş, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına g örə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərara əsasən "xxxx" MMC Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 149110.96 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. 4. xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə həyata keçirilmiş kameral vergi yoxlaması zamanı uyğunsuzluq aşkar edilmişdir: "xx.xx.2022-ci il tarixli **********2907 nömrəli OVN qərarına əsasən fəaliyyətiniz dövründə 1491109.61 manat (ƏDV daxil) (ƏDV-siz 1263652.21 manat) dəyərində 962.42 ton armatur təqdim edildiyi aşkar edilmişdir. Dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinə əsa sən 190913.78 manat daxil olmuş məbləğ üzrə 34364.48 manat ƏDV məbləği nəzərə alınmaqla 1072738.43 manat dövriyyə üzrə 193092.91 manat ƏDV məbləği hesablanmalıdır”. 5. xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən iddiaçıya 2022-ci ilin yanvar ayına ƏDV üzrə 193092.91 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli ***** *****3741 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” məhkəmədən xahiş etmişdir. 7.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli Akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində iddiaçı tərəfindən ümumi dəyəri 1491109.61 manat olan 962.42 ton malın (armaturun) elektron qaimə faktura təqdim edilmədən satıldığı müəyyən edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli ****** ****3741 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərar ilə cəmiyyətə 149 110.96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı yuxarı orqana müraciət edilsə də, şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********3741 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassız hesab edir. Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 1491109.61 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar olunmuşdur. Başqa sözlə desək, vergi orq anı cəmiyyətə məxsus obyektdə qəfil reyd zamanı xx.xx.2022-ci il tarixli 1491109.61 manat dəyərində malların satıldığı, lakin həmin təqdim edilmiş mallara görə elektron qaimə-fakturanın təqdim edilmədiyini aşkar etmişdir. Bildirilir ki, cavabdeh vergi orqanı mübahisələndirilən qərarı fakt əsasında deyil, məhz fərziyyə əsasında qəbul etmişdir. Belə ki, satıldığı iddia olunan 962.42 ton mal (armatur) faktiki olaraq, cəmiyyətin sahibliyində, eləcə də sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə mövcud olmamışdır. Belə ki, vergi orqanı operativ vergi nəzarətinin nəticəsinə dair aktı tərtib edərkən 1000 ton armaturun satılmasına dair "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli elektron qaimə fakturanı əsas götürmüşdür. Başqa sözlə desək, cavab deh vergi orqanı həmin EQF əsasında alınmış 1000 ton armaturun 962.42 ton hissəsinin yoxlama zamanı cəmiyyətin anbarında olmadığını və nəticə etibarilə həmin malların satıldığını, lakin buna dair EQF tərtib edilmədiyini əsas götürərək iddiaçıya VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir. Halbuki, xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli elektron qaimə-faktura satıcı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ləğv edilmiş, alıcı "xxxx" MMC tərəfindən isə xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir. Belə ki, tərəflər arasında razılaşma 48 ton armaturun alğı-satqısı ilə bağlı olduğu halda "xxxx" MMC elektron qaimə fakturanı texniki səhv nəticəsində 1000 ton armatur ilə bağlı göndərmiş, daha sonra həmin EQF-m ləğv edərək, 48 ton armaturun satışına dair xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 87322 nömrəli EQF-nı tərtib edərək iddiaçıya göndərmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə 48 ton armaturun satılması barədə yeni EBBQ seriyalı 87322 nömrəli EQF-nı tərtib edərək iddiaçıya göndərmiş, səhv tərtib edilmiş xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli EQF-m ləğv etmişdir. Lakin cavabdeh vergi orqanı bütün bu faktlara baxmayaraq, xx.xx.2022-ci il tarixdə hər hansı faktiki əsas (sübut) olmadığı halda 962.42 ton armaturun EQF tərtib edilmədən satıldığını əsas götürərək iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Beləliklə, 1000 ton armaturun alınmasına dair xx.xx.2021-ci il tarixli EBBP seriyalı 027574 nömrəli EQF xx.xx.2022-ci il tarixdə ləğv edildiyi və iddiaçının sahibliyində, faktiki olaraq 962.42.ton armatu run olmasına, eləcə də hər hansı üçüncü şəxsə satılmasına dair sübut olmadığı halda, cavabdeh vergi orqanı 2 ay sonra-xx.xx.2022-ci il tarixdə iddiaçıya əsassız maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarın və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********050400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Sumqayıt İnzibat Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd etmişdir ki, iddiaçı məhkəmə prosesində iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarın və “Vergilərin, Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********050400 nömrəli Qərarın ləğv edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən dəliləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirlər. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş operati v vergi nəzarəti tədbiri zamanı ticarət əlavəsi və ƏDV ilə birlikdə elektron qaimə faktura verilmədən 1.491.109,61 manat dəyərində 962,42 ton həcmində malların təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi, Cəmiyyətin rəhbərinin aktı imza etməkdən imtina etdiyi, aktın bir nüsxəsini qəbul etmədiyi, bu faktın müvafiq aktla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Operativ vergi nəzarəti nəzarətinin nəticələri barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 001883 nömrəli akt və digər sənədlərin surəti xx.xx.2022-ci il tarixli **********028900 nömrəli bildirişlə Cəmiyyətə göndərilmişdir. Tərtib edilmiş akt əsasında Cəmiyyətə xx.xx.2022-ci il tarixli **********856800 nömrəli bildiriş göndərilərək operativ vergi nəzarətinin nəticələrinə dair qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - Baş idarə) dəvət edilməsinə baxmayaraq, Cəmiyyətin səlahiyyətli n ümayəndəsi göstərilən tarixdə vergi orqanına gəlməmiş və gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Baş İdarənin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarı əsasında Cəmiyyətin barəsində 149.110,96 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edili r. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71- 1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71- 1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallar da - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıcılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 1.491.109,61 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala birinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında 149.110,96 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Həmçinin, "xxxx" MMC-yə (VÖEN: **********) 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsi üzrə 193092,91 manat kameral vergi yoxlaması ilə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixli **********2907 nömrəli OVN qərarına əsasən fəaliyyəti dövründə 1491109,61 manat (ƏDV daxil) (ƏDV-siz 1263652,21 manat) dəyərində 962,42 ton armatur təqdim edildiyi aşkarlanmışdır. Dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 190913,78 manat daxil olmuş məbləğ üzrə 34364,48 manat ƏDV məbləği nəzərə alınmaqla 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmalıdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********723500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********931400 nömrəli hesablama barədə qərar göndərilmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə dövriyyə məbləği və hesablanmış vergi məbləği azaldılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********563400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” u yğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi üçün vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə 193092,91 manat ƏDV məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********050400 nömrəli hesablama barədə qərar göndərilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2-1(118)-433/2023 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəb ul edilmiş xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı iddiaçı "xxxx" MMC-nin əskik gələn mal qalığını düzgün müəyyən etmədiyindən, iddiaçıya münasibətdə hesablanmış 193092.91 manat məbləğində Əlavə dəyər vergisi və tətbiq edilmiş 149110.96 manat məbləğində maliyyə sanksiyası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Cavabdeh vergi orqanı iddiaçının əskik gələn mal qalığını ləğv edilmiş elektron qaimə-faktura əsasında 962.42 ton həcmin də müəyyən edərkən səhvə yol verdiyindən, həmin malların elektron qaimə-faktura tərtib edilmədən satıldığını görə "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3741 nömrəli Qərara əsasən "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilmiş 149110.96 manat məbləğində maliyyə sanksiyası qanunsuz olmuşdur. Hazırkı iş üzrə 962.42 ton armaturun iddiaçı tərəfindən təqdim edilməsi və həmin malların ƏDV-siz dəyərinin iddiaçıya ödənilməsi iş üzrə sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ləğv edilmiş elektron qaimə-faktura əsasında müəyyən edilmiş 962.42 ton əskik gələn mal qalığının iddiaçı tərəfindən təqdim edilməsi və malların dəyərinin də ödənilməsinə dair hər hansı sübut olmadığından, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********050400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış 193092.91 manat ƏDV məbləğinin düzgünlüyü öz təsdiqini tapmır.
13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-435/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X1 /məruzəçi/, X2 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, e-2-1(118)-433/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63, 13.2.70, 16.1.3, 16.1.7, 23, 37, 70.3, 71-1, 94.0.2, 175-ci maddələrinə, eləcə də İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
18. Belə ki, iddiaçı malların topdansatış fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63 və 71-1ci maddələrinin tələblərinə əməl etməmişd ir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması barədə xx.xx.2022-ci il tarixli, **********9645 nömrəli Tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9626 nömrəli qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 3005-ci məhəllə ünvanında yerləşən təsərrüfat subyektində (anbarında) mal-material qalığı aşkar olunmayıb və bu barədə icarədar “İlkinMə “ MMC-nin rəhbəri Sadəddin Allahverdiyevin iştirakı xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə mal qalığı ilə bağlı akt tərtib olunduqdan sonra yəni, xx.xx.2022-ci il tarixdə EBBP seriyalı elektron qaimə fakturanı mal qalığı yerində olmadığı üçün mə qsədlə şəkildə ləğv etmişdir.
19. Daha sonra qeyd edilir ki, Məhkəmə öz qərarını əsaslandırarkən qeyd etmişdir ki iş materiallarında olan "xxxx" MMC ilə iddiaçı arasında tərtib edilmiş 04 fevral 2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, 02 yanvar 2022-ci il tarixdə iddiaçıya təhvil verilmiş dəmir çubuq (armatur) materialından 121.820 kq miqdarda mal ödəniş qabiliyyəti olmadığına görə geri qaytarılması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçıya 1000 ton mal satılmış, satılan mala uyğun xx.xx.2021ci il tarixli elektron-qaimə faktura tərtib edilmiş, qaimə göndəriləndən sonra yük gömrük bəyannaməsinin arxivləşdirilmədiyi üçün sistemdə görünmədiyi qeyd olunmuş, xx.xx.2022ci il tarixli elektron qaimə-faktura əsasında 48 ton mala uyğun yeni elektron-qaimə faktura tərtib edilmiş, xx.xx.2022-ci il tarixdə isə əvvəlki elektron qaimə-faktura ləğv olunmuş, iddiaçının onlardan aldığı malı ödəmək qabiliyyəti olmadığı üçün faktiki olaraq şirkətə məxsus olan 952 ton mal geri qaytarılmışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qeyd olunan qərarların qəbul edilməsinin əsası qismində çıxış edən xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura ləğv edilmiş, iddiaçıya satılmış 1000 ton armaturdan yalnız 48 tonu iddiaçı tərəfindən üçüncü şəxslərə satılmış, qalan mal isə iddiaçı tərəfindən "xxxx" MMCyə geri qaytarılmışdır. Lakin təəssüflər olsun ki, məhkəmə tərəfindən qaimənin ləğvi ilə malların geri qaytarılması qaiməsi arasındakı fərq müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən ödəmə qabiliyyətinin olmaması səbəbindən malların geri qaytarılması müəyyən edilmişdir. Belə olduğu təqdirdə malların geri qaytarılması qaiməsi tərtib edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə
37. Kameral vergi yoxlaması 37.
1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edil dikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən ş əxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qayd ada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilməd ən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə
166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pu l vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ö dənilməsi nəzərdə tutulur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. X8 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İş materiallarından görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərarla iddiaçıya 14 9.110,96 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. Bundan əlavə “Vergilərin, sosial sığorta haqqlarının və işsizlik sığorta haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli Qərarla vergi orqanı tərəfindən 2022-ci ilin yanvar ayına əlavə dəyər vergisi bəyannaməsinə 1072738,43 manat dövriyyə üzrə iddiaçı barəsində 193092,61 manat ƏDV məbləği hesablanmış və hesablama barədə qərar qəbul edilmişdir.
29. İddiaçı məhkəməyə müraciət etməklə cavabdeh qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ”xx.xx.2022-ci tarixli Qərarı və “Vergilərin, sosial sığorta haqqlarının və işsizlik sığorta haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli Qərarı mübahisələndirir.
30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan müvafiq qərarların qəbul edilməsinin əsası kimi istinad etdiyi halları (iddiaçı tərəfindən qeyd edilən məbləğdə malların (armaturun) elektron-qaimə faktura olmadan digər vergi ödəyicilərinə təqdim edilməsi ilə bağlı olan halları) sübut etmək öhdəliyi daşıyır.
31. Hazırki vəziyyətdə cavabdeh inzibati orqan bununla bağlı sübut qismində yalnız 1000 ton armaturun satılmasına dair "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli elektron-qaimə fakturaya və həmin qaimə əsasında alınmış 964.42 ton armaturun iddiaçının anbarında aşkar edilməməsi halına istinad edərək, həmin malların satılması qənaətinə gəlmiş və nəticədə iddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə ma liyyə sanksiyası tətbiq etmiş və satılmış mallara müvafiq olaraq əlavə dəyər vergisi hesablamışdır.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli elektronqaimə faktura xx.xx.2022-ci il tarixdə ləğv edilmiş və qeyd edilən halı hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz halı kimi çıxış etmişdir.
33. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi də məhz həmin elektron-qaimə fakturanın ləğv edilməsi, 1000 ton həcmdə olan maldan, 48 ton malın satılması, ona dair elektron qaimə fakturanın təqdim edilməsi, qalan malın isə elektron-qaimə faktura ləğv edildiyindən, "xxxx" MMC-yə geri qaytarılmaıs halına istinad etmişdir.
34. Bundan əlavə iş materiallarında olan "xxxx" MMC ilə iddia çı arasında tərtib edilmiş 04 fevral 2022-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, 02 yanvar 2022-ci il tarixdə iddiaçıya təhvil verilmiş dəmir çubuq (armatur) materialından 121820 kq miqdarda mal ödəniş qabiliyyəti olmadığına görə geri qaytarılması qeyd edilmişdir.
35. İş materiallarında olan "xxxx" MMC tərəfindən apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, iddiaçıya 1000 ton mal satılmış, satılan mala uyğun xx.xx.2021-ci il tarixli elektron-qaimə faktura tərtib edilmiş, qaimə göndəriləndən sonra yük gömrük bəyannaməsinin arxivləşdirilmədiyi üçün sistemdə görünmədiyi qeyd olunmuş, xx.xx.2022-ci il tarixli elektron qaimə-faktura əsasında 48 ton mala uyğun yeni elektron-qaimə faktura tərtib edilmiş, xx.xx.202 2-ci il tarixdə isə əvvəlki elektron qaimə-faktura ləğv olunmuş, iddiaçının onlardan aldığı malı ödəmək qabiliyyəti olmadığı üçün faktiki olaraq şirkətə məxsus olan 952 ton mal geri qaytarılmışdır.
36. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qeyd olunan qərarların qəbul edilməsinin əsası qismində çıxış edən xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura ləğv edilmiş, iddiaçıya satılmış 1000 ton armaturdan yalnız 48 tonu iddiaçı tərəfindən üçüncü şəxslərə satılmış, qalan mal isə iddiaçı tərəfindən "xxxx" MMC-yə geri qaytarılmışdır.
37. Nəticə etibarilə indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ƏDV və maliyyə sanksiyası faktiki olaraq geri qaytarıldığından iddiaçının anbarda aşkar edilməmiş mallara, eləcə də ləğv edilmiş elektron qaimə-fakturaya münasibətdə hesablanmışdır ki, bu hal vergi qanunvericiliyinin normalarının tələbinə zidd olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən isə bu halı təkzib edən, habelə müvafiq qərarların qəbul edilməsinin əsası kimi istinad edilən halları sübut edən heç bir dəlilə istinad edilməmişdir.
38. Məhkəmə araşdırması zamanı həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın pozuntusunun baş verməsi təsdiq olunmamışdır.
39. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-435/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.