Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-982/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: ötürülməsi) (kassasiyanın mümkünsüzlüyü, müddətin üzürsüz səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, tərcüməsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş P rokurorluğuna və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “cinayət işinin başlanmasının cavabdehlərə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2078/2020 nömrəli, 10 dekabr 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, təqsirkar şəxslər barəsində tədbir görülməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6545/2020 nömrəli qərardadı ilə (hakim: N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırdığından iddia mümkün sayıla bilməz.
4. İddiaçı həmin qərardadla razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2078/2020 nömrəli iş üzrə 10 dekabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və İ.Ə.Kərimli) apelyasiya ş ikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6545/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, o, dövlət hesabına vəkillə vaxtında təmin olunmadığından və COVİD-19 virusu səbəbindən vaxtında kassasiya şikayəti verə bilməmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə kollegiyasının iclasında ərizəçi vəsatətin təmin edilməsini və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddə tin bərpa olunmasını xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehlərə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96. 2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə əsassız olduğundan təmin edilməməli, verilmiş şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
13. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10(on) gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
14. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2020-ci il tarixli, 2-1(103)-2078/2020 saylı qərardadı 15 dekabr 2020-ci il tarixdə ərizəçiyə göndərilmişdir. İş materiallarında qərardadın ərizəçiyə təqdim olunması barədə hər hansı sənəd olmasa da, o, 15 dekabr 2020-ci il tarixdə ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, apelyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2078/2020 saylı iş üzrə 28 yanvar 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının mübahisələndirilən qərardaddan kassasiya şikayəti verilməsi üçün vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər X2 həvalə edilmiş, həmin qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkill ər Kollegiyasına göndərilmişdir. İddiaçıya hüquqi yardım göstərilməsi üçün 16 mart 2020-ci il tarixdə Vəkil order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 06 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
16. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur. Ərizəçi və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər.
17. Göründüyü kimi, iddiaçıya hüquqi yardım göstərilməsi üçün vəkilə order 16 mart 2021-ci il tarixdə yazılmasına baxmayaraq, kassasiya şikayəti 06 aprel 2021-ci il tarixdə, yəni 10 gündən artıq müddət keçdikdən sonra poçta təhvil verilmişdir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 (on) günlük prosessual müddətin ötürülməsi işin mübahisəsiz halıdır.
18. Ərizəçi qeyd edir ki, dövlət hesabına vəkillə vaxtında təmin olunmadığından o, vaxtında kassasiya şikayəti verə bilməmişdir.
19. Kollegiyanın mövqeyinə görə, qeyd edilən hal, şikayət verilməsi müddətinin ötürülməsinin üzürlü səbəbi kimi qəbul edilə bilməz. Ərizəçinin bu dəlili əsassızdır. Belə ki, vəkilə order yazıldığı tarixdən hesablandıqda belə, şikayət verilməsi üçün 10 günlük müddətinin ötürülməsi mübahisəsizdir.
20. Bundan əlavə ərizəçi qeyd edir ki, pandemiya səbəbindən kassasiya şikayətini vaxtında verilə bilməmişdir. Bu dəlili də əsass ız hesab edən məhkəmə kollegiyası bildirir ki, şikayət verilməsi müddətinin axımı vəkilə order yazıldığı 16.03.2021-ci il tarixdən hesablandıqda, qeyri-iş günləri nəzərə alınmaqla, şikayət verilməsinin son günü 29.03.2021-ci il tarixi hesab edilməlidir. Ümumiyyətlə, 16.03.2021-ci il tarixdən 06.04.2021ci il tarixədək olan müddətdə Azərbaycan Respublikası ərazisində sərt karantin rejimi mövcud olmamışdır.
21. Həmçinin qeyd olunmalıdır ki, pandemiya vətəndaşların və ya inzibati orqanların məhkəmələrə müraciət etməsinə, kassasiya şikayəti təqdim etməsinə maneə olan hal deyildir. Bu müddət ərzində fiziki və hüquqi şəxslərin ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin poçt vasitəsilə və ya elektron şəkildə qəbulu təmin olunmuşdur. Hazırkı iş üzrə iddiaçı da göstərilən qaydalara uyğun o laraq məhkəmə qərardadından kassasiya şikayəti verə bilərdi. Odur ki, ərizəçinin bu barədə dəlili də əsassızdır. 22 Beləliklə, ərizədə göstərilən səbəblər ötürülmüş prosessual müddətin bərpa olunmasına əsas verə bilən üzürlü səbəblər kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, müddət bərpası barədə ərizənin təmin olunması üçün əsas olmadığından ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2020-ci il tarixli, 21(103)-2078/2020 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina