Məhkəmə qərarları › İş №2-1(102)-982/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-982/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-982/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Nümayəndə və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməs ) Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Səyyad Kərimov, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, Nümayəndə və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini n yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X6, X4, X8, X2, X7, Zaqatala rayonu Əliabad bələdiyyəsi) iş üzrə “iş üzrə üçüncü şəxslər X7, X4, X8, X5 və X1 adına 20 iyul 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriaylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torp aq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(107)-13/2022 nömrəli qərarından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçıların ümumi birgə mülkiyyətinə Zaqatala rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində təkrar islahat aparılmı ş və nöbəti dəfə də qeyd olunan torpaq sahəsi 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir.

2. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxslərin mülkiyyət hüquqları 20 iyul 2017ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir.

3. İddiaçılar qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, cavabdeh 24 oktyabr 2019-cu il tarixli, **********22 nömrəli məktubu ilə bundan imtina etmişdir.

4. Cavabdeh imtinanı belə əsaslandırlmışdır ki, dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın iddiaçının ərizəsi əsasında ləğv edilməsi cavabdehin səlahiyyətləri daxilində deyildir. Müraciətdə qaldırılan məsələ ilə bağlı iddiaçının aidiyyəti üzrə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar məhkəməy ə müraciət edərək cavabdehin üzərinə “iş üzrə üçüncü şəxslər X7, X4, X8, X2 və X1 adına 20 iyul 2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 113 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarının iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı1 mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsində, Qonşriyan çölündə yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçılar tə ləblərini belə əsaslandırmışlar ki, mübahisəli torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarlarına əsasən 1012 təsərrüfat nömrəsi ilə iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və yalnız 13 aprel 2018-ci il tarixdə qeyd olunan torpaq sahəsi heç bir hüquqi və qanuni əsas olmadan, o cümlədən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarları və həmin qərarlar əsasında tərtib olunmuş xəritələr qüvvədə ola-ola iş üzrə üçüncü şəxslərin torpaq sahəsi kimi elektron xəritələrdə işlənmişdir. İddia ərizəsinə əlavə edilmiş Zaqatala rayonu, Əliabad bələdiyyəsinin təsdiq etdiyi sxematik xəritədən çıxarışdan da göründüyü kimi, iddiaçıların 1012 təsərrüfat nömrəsi ilə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi iş üzrə üçüncü şəxslərə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. İş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 saylı və 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarlarının və həmin qərarlar əsasında tərtib olunmuş xəritələrin qüvvədə olmasını bildiyi halda həmin torpaq sahəsi üzərində üçüncü şəxslərin adına apardığı qeydiyyat əsassız olduğu üçün etibarsızdır. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin iddia ərizəsinə ə lavə edilmiş 20 fevral 2019-cu il tarixli, **********08 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının dövlət qeydiyyatı üçün əsas Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli, 17/19 nömrəli qərarı olmuşdur. Lakin, cavabdeh inzibati orqan məktubunun davamında qeyd edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi onlara məlum deyildir.

7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, “Torpaq sahəsinə dair yerquruşu layihəsindən çıxarış”da qeyd olunan tor paq sahəsi üzərində hüquqlar iş üzrə 3-cü şəxslər X1 və digərlərinin adına 20 iyul 2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bununla da islahat nəticəsində verilmiş torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış) verilməsi məqsədi ilə aidiyyəti üzrə Zaqatala rayonu Əliabad bələdiyyəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğu Zaqatala rayonu Əliabad bələdiyyəsi tərəfindən 25 iyul 2018ci il tarixli, 57 saylı məktubla cavablandırılmış və islahat nəticəsində İddiaçı1 pay torpaq sahəsinin verildiyi və iddia olunan torpaq sahəsinin İddiaçı1 aid olmaması bildirilmişdir. İş üzrə üçüncü şəxslər X6 və digərlərinə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2 018-ci il tarixli, 62 saylı sərəncamı ilə təsdiq edilmiş “Zaqatala rayonu, Əliabad qəsəbəsi “Qələbə” və “Əliabad” kolxozunda AİK-nin qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəl”də 1111 təsərrüfat nömrəsi ilə və həmin cədvələ əlavə edilmiş “Dürüstləşmədən” sonra Zaqatala rayonu, Əliabad qəsəbəsi ərazisində aparılan torpaq islahatına dair 2018-ci ildə tərtib edilmiş uçot xəritələrinə əsasən həyətyanı və k/t təyinatlı torpaq sahələri, o cümlədən mübahisəli, üzərində hüquqları qeydiyyata alınmış 0,93 ha (1111E1 - 0,96 ha) verilmişdir. Sərəncamın 1-ci hissəsi ilə bağlı mübahisəli torpaq sahəsinə dair ətraflı arayış (sxem) və mübahisəli 0,93 ha torpaq sahəsinə dair 20 iyul 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas sənədlərin təsdiq edilmiş surətlər məhkəməyə təqdim olunmuşdur.

8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-634/2020 nömrəli 14 sentyabr 2020-ci il tarixli (hakim İ.Cabbarov) qərarı ilə iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçıların Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onların ümumi birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Əksinə, həmin torpaq sahəsinin 2002-ci il tarixindən 3-cü şəxslərin istifadəsində olması müəyyən olunmuşdur.

10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçılar apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-23/2021 nömrəli 1 mart 2021-ci il tarixli (hakimlər: R.Rəfiyev - sədrlik edən və məruzəçi, V.Məlikov və İ.Şükürov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası mə hkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1001/2021 nömrəli 25 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyasının mövqeyinə görə işə baxan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə heç bir münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin qərarı ilə eyni məzmunlu qərar qəbul etmiş, qərarında birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini deməklə kifayətlənmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi proses iştira kçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, hər bir halda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli idi. Apellyasiya instansiyası məhkəməsi isə iş üçün mühüm əhəmiyyət kəsb edən göstərilən halları tam və hərtərəfli araşdırmamış, iddiaçının dəlillərini qiymətləndirməmiş, nəticədə əsassız qərar qəbul etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-13/2022 nömrəli 9 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Məcidov sədrlik edən və məruzəçi, A.Mahmudov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnz ibati Məhkəməsinin 14 sentybar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı1 kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi iddia ərizəsinə əlavə edilmiş 20 fevral 2019-cu il tarixli, **********08 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, qeyd olunan torpaq sahəsi üzərində üçüncü şəxslərin hüquqlarının döv lət qeydiyyatı üçün əsas Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarı olmuşdur. Lakin, cavabdeh inzibati orqan məktubunun davamında qeyd edir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarı əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsi onlara məlum deyildir. Bu isə onu göstərir ki, qeydiyyat orqanı heç bir qanuni və hüquqi əsas olmadan iddiaçılara məxsus torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X7, X4, X8, X2 və X1 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdırlar. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və digər maraqlı qurumlar Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı tarixli, 17/19 nömrəli qərarın əsasında tərtib edilmiş torpaq islahatına dair xəritəni bilərəkdən üzə çıxarmırlar. Çünki, həmin xəritə ortaya çıxsa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Zaqatala rayonu, Əliabad qəsəbəsində bu kimi hansı qanunsuzluqlara yol verdiyi ortaya çıxacaqdır. Hesab edir ki, məhkəmənin ən zəruri araşdırmalı olduğu məsələ də Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentvabr 1996-cı tarixli 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaq islahatına dair xəritədir. Lakin, iş materiallarından da göründüyü kimi, Şəki İnzibati və Apellyasiya Məhkəmələri qeyd olunan xəritənin aşkar edilməsi üçün lazımi səyi göstrməmişdir. İş üzrə cavabdeh Əmlak Məsələləri Dö vlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin xəritənin özündə mövcud olmamasını bildirsə də, məhkəməyə hüquqların dövlət qeydiyyatı üçün sübut qismində təqdim etdiyi "Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş adlı siyahı"da keçmiş təsərrüfat nömrələrinə istinad edilməsi, həmin xəritələrin əslində mövcud olmasını sübut edir. Həmin xəritənin kağız üzərində əks edilmiş nüsxəsi Zaqatala Rayonu Əliabad Bələdiyyəsində də mövcuddur. Belə ki, bələdiyyənin iddiaçılara təsdiq edərək verdiyi sxem, həmin xəritədən çıxarışdır. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh inzibati orqanın qeyd olunan torpaq sahəsi üzərində iş üzrə üçüncü şəxslər X7, X4, X8, X2 və X1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas "Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xəritə" olmuşdur. Ancaq, həm birinci, həm də apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Zaqatala Rayon İcra Hakimiyyətinin torpaq islahatı aparmaq və püşkatma keçirmək kimi bir səlahiyyəti olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu günd ən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə baxışı predmeti olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2021ci il tarixli 2-1(102)-1001/2021 nömrəli qərarı il ə İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)23/2021 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alnmışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1001/2021 saylı qərarında verilmiş və aşağı instansiya məhkəməsi üçün məcburi xarakter daşıyan göstərişlər tam olaraq icra edilərək, Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmışdır.

26. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 tarixli, 2-1(102)-1001/2021 nömrəli qərarında qeyd edilmişdir ki, “işə təkrar baxan məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlillərini qiymətləndir məli, Zaqatala AİK-in xx.xx.1996-cı il tarixli, 17/19 nömrəli qərarını araşdıraraq həmin qərar əsasında kimlərin mülkiyyətinə torpaq sahəsi verilməsini aydınlaşdırmalı, Zaqata AİK-in xx.xx.1996cı il tarixli, 17/19 nömrəli qərarı əsasında tərtib edilmiş torpaq islahatına dair xəritəni tələb edərək iş materiallarına əlavə etməlidir. Məhkəmə sözügedən qərarla şəxslərə verilən torpaq sahələrinin dəqiq sərhədlərini müəyyən etməli, buna uyğun olaraq da hazırda mübahisələndirilən torpaq sahəsi ilə üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini, bununla bağlı iddiaçının mülkiyyət hüquqlarının pozulubpozulmadığını araşdırmalıdır”.

27. Azərbaycan Respublikasının Ali Məhkəməsinin mövqeyinə uyğun olaraq apellyaisya məhkəməsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşı nmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 30 sentyabr 2021-ci il tarixli sorğu ilə müraciət ünvanlamışdır. Sorğuda Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1996-cı il tarixli 17/97 (mülki işin materiallarında 17/19 kimi qeyd olunur) nömrəli qərarı ilə “Əliabad” kolxozunun təsdiq edilmiş islahat proqramından sonra və xx.xx.2003 tarixli 110 nömrəli qərar qəbul edildikdən sonra pay torpağı alacaq şəxslər barəsində, hər kəsə düşəcək torpaq sahəsinin ölçüsü barəsində, hər iki halda hazırlanmış xəritələr barəsində, həmin qərarlar üzrə iddiaçılara və üçüncü şəxslərə hansı ölçülərdə və koordinatlarda torpaq sahəsinin düşməsi, onları əks etdirən cizgilər barədə məlumatların Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

28. Həmçinin apellyasiya instansiyası məhkə məsi tərəfindən müəyyən edilmişdir ki, həmin sorğuya cavab olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05 yanvar 2022-ci il tarixli məktubuna əsasən arxivdə mövcud olan Zaqatala rayonu Əliabad qəsəbəsi (“Qələbə" təsərrüfatı) ərazisində pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahılarında (ilkin, 2003-cü ilin və 2018-ci ilin düzəlişləri) İddiaçı1 və X1 adları qeyd edilmiş hissədən çıxarışların və Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 36 nömrəli (ilkin qərar) və xx.xx.2003-cü il tarixli, 110 nömrəli qərarların, Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 62 nömrəli Sərəncamının təsdiq olunmuş surətləri təqdim edilir. Əlavə olaraq bildirilir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 17 /97 (və ya 17/19) nömrəli qərarı arxivdə aşkar edilməmişdir.

29. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 05 yanvar 2022-ci il tarixli məktuba əlavə edilmiş Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1996-cı il tarixli qərarına əsasən Zaqatala rayonu “Qələbə" kolxozunun aqrar islahat proqramı və kompleks yer quruluşu layihəsi təsdiq edilmişdir.

30. Həmçinin 05 yanvar 2022-ci il tarixli məktub əlavə edilmiş Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1996-cı il tarixli qərarı əsasında hazırlanmış Zaqatala rayonu Əliabad qəsəbəsi (“Qələbə" təsərrüfatı) ərazisində pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısını əks etdirən sənədə əsasən həqiqətən də İddiaçı1 və X1 adları həmin siyahıda əks olunmuşdur.

31. Bununla yanaşı 05 yanvar 2022-ci il tarixli məktub əlavə edilmiş Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli qərarı əsasında tərtib edilmiş cədvələ əsasən İddiaçı1 adına faktiki 0.57 ha, qanuni 0.07 ha, zəbt olunmuş 0.50 ha, X1 adına isə faktiki 0.26 ha, qanuni 0.12 ha, zəbt olunmuş 0.14 ha torpaq sahəsi qeyd edilmişdir. 32. 05 yanvar 2022-ci il tarixli məktub əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 62 nömrəli Sərəncamı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsi Qələbə kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə aid cədvələ əsasən İddiaçı1 adına qanuni 0.07 ha, faktiki 0.5662 ha, zəbt 0.50 ha torpaq sahəsi qeyd edilmişdir.

33. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Əliabad Bələdiyyəsini n 19 oktyabr 2021-ci il tarixli məktubuna əsasən həmən mübahisəli torpaq sahəsi 1996-cı il torpaq islahatı aparılan zaman kompleks xəritədə həmən ərazi KPİ-nin göstərilmişdir. 1996 - cı il islahat zamanı təsərrüfat nömrəsi 1012 olan iddiaçı Hacımuradov Musa bəy Bəy bu lat oğlunun 5 nəfər olmaqla ailə üzvlərinə 0,07 ha həyətyanı. 0,40 ha bağ və iki hissədə 0,80 ha, 0,80 ha torpaq sahəsi ayrılmışdır. Həmən ili islahat zamanı 1024 təsərrüfat nömrəsi olan cavabdeh Şama do v Şamad Rəcəb oğluna 5 nəfər olmaqla ailə üzvlərinə 0,12 ha həyətyanı, 0,11 ha bağ və 1,89 ha əkin torpaq sahəsi verilmişdir. Əliabad qəsəbə bələdiyyəsinin təsdiq etdiyi Zaqatala rayon Əliabad qəsəbəsinə aid baş sxematik xəritəsi bələdiyyəmizdə mövcud deyildir. Zaqatala rayon Əliabad qəsəbə sakini X3 məxsus pay torpaq sahəsin in baş sxematik xəritəsindən çıxarış faktiki istifadəyə görə verilmişdir. Məlumat üçün bildirilir ki, hal - hazırda Əliabad qəsəbə bələdiyyəsində rəsmi şəkildə təsdiqlənmiş və bələdiyyəyə verilmiş heç bir torpaq islahatına dair xəritələr mövcud deyildir. Buna görə də heç bir sxemlər və xəritələr barədə məlumat vermək mümkün olmamışdır.

34. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Balakən Rayon Vəkil Bürosunun DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 09 sentyabr 2021-ci il tarixli məktubuna əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsi üzrə ilkin torpaq sənədləri tərtib edilmədiyindən daşınmaz əmlakın dövlət reyestrində fiziki şəxslərin mülkiyyət hüququnun tanınmasında Əliabad qəsəbəsi bələdiyyəsi tərəfindən 2018-ci il tarixində istifadə məqsədilə verilmiş xəritəl ərdən istifadə olunur. Odur ki, məktubda qeyd etdiyiniz 1996-2003-cü illərə məxsus torpaq sahələrinə dair xəritələrin mövcudluğu barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Vətəndaşlara məxsus torpaq sahələrinə dair qeydiyyatın aparılması üçün Zaqatala 18 saylı Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron kadastr baza məlumatlarından, 04.2018-ci il tarixli, Zaqatala RİHB tərəfindən təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritələrdən istifadə olunur. Həmin torpaq sahələrinə dair siyahılarda X1 və onun ailə üzvlərinin (subyekt sayı - 6 nəfər) adları 1111 təsərrüfat nömrəsi ilə qeydə alınmış ayrı-ayrılıqda cəmi 2,40 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,96 ha hissəsi ********** qeydiyyat nömrəsi ilə (faktiki 0,9328 ha) daşınmaz əmlakı n dövlət reyestrində qeydiyyata alınmışdır.Qeyd olunan torpaq sahəsinin iddiaçının iddia etdiyi 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşməsi elektron uçot xəritələrində öz əksini tapmır.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin İnzibati Kollegiyasının 25 may 2021-ci il tarixli qərarında verdiyi göstərişlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıın iddia etdiyi 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə hər hansı bir torpaq sahəsi üst-üstə düşmür və iddiaçıda bunu təsdiq edən hər hansı bir mötəbər sübut yoxdur.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

37. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-13/2022 nömrəli 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-13/2022 nömrəli, 9 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar