Məhkəmə qərarları › İş №2-1(102)-982/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-982/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-982/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: tikilinin müasir tipli yüngül konstruksiya olması əsası ilə qeydiyyata alınmasından imtina, işin hallarının tam araşdırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirl iyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2-1(103)-3046/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Nərimanov RİH-in 27 oktyabr 2016-cı il tarixli 353 nömrəli sərəncamı ilə Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə vətəndaş X1 adına sə nədləşdirilməsinə icazə verilmişdir.

2. Bakı şəhəri Nərimanov RİH Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən tikinti obyektinin istismarına 7 fevral 2017-ci il tarixdə 08 nömrəli icazə vermişdir.

3. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC-nin tərtib etdiyi layihə Bakı şəhəri RİH (qurumun memarı) tərəfindən təsdiq edilmişdi.

4. Bakı şəhəri Nərimanov RİH-in 5 aprel 2021-ci il tarixli, 60 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin sərəncama əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 353 №li sərəncamının onun adına keçirilməsini xahiş etmişdir. Sərəncamın vətəndaş İddiaçı adına sənədləşdirilməsi üçün vətəndaş X2 Bakı şəhəri, 38 saylı notariat ofisinin xüsusi notariusu İ.M.Xəlilov tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq olunmuş razılıq ərizəsi ilə Nərimanov RİH başçısının xx.xx.2016-cı il tarixli, 353 №li sərəncamının vətəndaş İddiaçı adına sənədləşdirilməsinə etiraz etmədiyim bildirmiş və həmin sərəncamla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmamasına dair zəmanət vermişdir.

5. Hüquqi və fiziki şəxslərə torpaq sahələrinin icarəyə verilməsi barədə 12 dekabr 2022-ci il tarixli, 4138 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nərima nov rayonu, Ağa Nemətulla və Təbriz küçələrinin kəsişməsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 35.4 kv.m torpaq sahəsi müqavilədə qeyd edilmiş icarə şərtləri əsasında İddiaçı müvəqqəti istifadəsinə verilmişdir.

6. İddiaçı həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 09 iyul 2021-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyri-yaşayış binası dəmir konstruksiyalı daşınar əmlak olduğu üçün hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 7 İddiaçı cavabdehə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin imtinasının qanunsuz sayılmasını və qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının bütün hüquq müəyyənedici sənədləri olmasına baxmayaraq cavabdeh əsassız olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarına istinad edərək, məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8-ci maddələrinə ziddir.

9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir ki, etirazın dəlilləri imtinanın dəlilləri ilə eyniyyət təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1909/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirərək qeyd etmişdir ki, hazırkı iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi sərəncam, layihə və “Tikinti obyektinin istismarına icazə” sənədi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla və Təbriz küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.

12. Cavabdeh biri nci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2-1(103)-3046/2022 nömrəli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: R.Ə.Səmədov və A.P.Oruczadə) apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış zamanı mübahisəli əmlakın torpaqla möhkəm bağlılığını təsdiq edən hər hansı dəlil müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən adına qeydə alın masını tələb etdiyi qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə konkret dairəsi müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

15. Apelyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 2, 8, 12.1-ci maddələrinə, Azərbayca n Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1 və 102.2-ci maddələrinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edir. Qeyd edilir ki, iddiaçı inzibati icraat çərçivəsində cavabdehə Nərimanov RİH-nin 2 fevral 2017-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədini və 5 aprel 2021-ci il tarixli 60 nömrəli sərəncammı təqdim etmişdir. Həmin sərəncam və icazə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından qanunidir. Bundan başqa, işin mübahisəsiz hallarına əsasə n sözügedən sərəncam və icazə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

20. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 3.0.16. müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili; Maddə

102. Tikinti obyektinin istismarına icazə verilməsi … 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 21. “Daşınmaz əmlakın reyestri” haqqında Azərbaycan Respublikasının Qanunu Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyi natına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əml ak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız he sab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsi nə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hi ssəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı qətidir. 23. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

27. İş materiallarından görünür ki, hazırkı işdə iddianın hüquqi marağı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. Bu məqsədlə o, cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan qeyd edilən tikilinin daşınar olduğunu əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı həmin tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddianı təmin etmişdir. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, apelyasiya instansiyası məhkəməsi cavabdehin mövqeyini əsaslı hesab edərək şikayəti təmin etmiş və iddianı rədd etmişdir.

28. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mübahisəli əmlakın torpaqla möhkəm bağlılığını təsdiq edən hər hansı dəlilin müəyyən edilmədiyini, eyni zamanda iddiaçının qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmadığına əsaslanmışdır.

29. Apelyasiya instansiyası məhkəməsinin qərarında qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisəli əmlakın real quruluşunu əks etdirən fotoşəkillərin məhkəməyə təqdim edilməsi tələb edilmiş, həmin fotoşəkillərə baxış keçirilmişdir. Tərəflərin izahatalarından, təqdim edilən fotoşəkillərdən, həmçinin işin digər faktiki hallarından məhkəmə kollegiyası mübahisəli əmlakın torpaqla möhkəm bağlılığını təsdiq edən hər hansı dəlil müəyyən edilmədiyi qənaətinə gəlmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhk əməsinin qərarını tam əsaslandırılmış qərar kimi qəbul etmək olmaz. Belə ki, qüvvədə olan qanunvericilik daşınmaz əmlaka və müvəqqəti tikililərə dair konkret anlayış vermişdir. “Daşınmaz əmlakın reyestri” haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr daşınmaz əmlak hesab edilir.

31. Müvəqqəti tikili anlayışı isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllə sində göstərilmişdir. Qanunverici müvəqqəti tikili kimi torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikililəri nəzərdə tutur.

32. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə daşınmaz əmlaka və müvəqqəti tikiliyə kifayət qədər dolğun izahat verilmişdir. Lakin əmlakın növünün müəyyən edilməsi sadə bir məsələ deyil və bunu mütəxəssis rəyi olmadan təyin edilməsi düzgün sayıla bilməz. Lakin apelyasiya instansiyası məhkəməsinin qərarından da göründüyü kimi işə baxan apellyasiya instansiya məhkəməsi tikilinin daşınar əmlak olmasını fotoşəkillərə baxaraq müəyyən etmişdir. Halbuki, bu xüsusi bilik tələb edən haldır. Başqa sözlə, məhkəmə ixtisaslaşmı ş mütəxəssis tərəfindən verilmiş rəy əsasında torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsinin daşınar və ya daşınmaz tikili olub-olmaması nəticəsinə gələ bilərdi.

33. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Belə ki, işə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə mübahisəli məsələ (tikilinin daşınar və ya daşınmaz əmlak olubolmaması) xüsusi bilik tələb etdiyi halda, mütəxəssis rəyi almamış, başqa sözlə, işin mübahisəli halları ilə bağlı ətraflı araşdırma aparmadan müəyyən nəticəyə gəlmişdir. (oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)854/2022 saylı qərarı)

34. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə (birlikdə) bu əsaslardan biri kimi nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarl ı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasın da qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəf inzibati icraat çərçivəsind ə cavabdeh inzibati orqana Nərimanov RİH-in 2 fevral 2017-ci il tarixli “Tikinti obyektinin istismarına icazə” sənədini və 5 aprel 2021-ci il tarixli 60 nömrəli sərəncamını təqdim etmişdir. Həmin sərəncam və icazə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən sərəncam və icazə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiy indən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

36. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsi nə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.

37. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə əsaslan dırsa da, işin hallarından göstərilən əsasların mövcudluğu müəyyən edilməmişdir.

38. Qeyd edilənlərə əsasən, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 21(103)-3046/2022 qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar