Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-982/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət So sial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-621/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətinə görə, o, xx.xx.1982-ci il tarixdən - xx.xx.2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi p ublik hüquqi şəxs 18 nömrəli Yol İstismarı MMC-nin Arayışlarından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdən 14 saylı Yol İstismar İdarəsinin X1 xüsusi şərtlərlə operator qəbul edilmiş və 31 yanvar 2017-ci il tarixdən 18 nömrəli Yol İstismar MMC-dən öz ərizəsinə əsasən işdən azad edilmişdir.
4. İddiaçı güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi bağlı cavabdeh orqana müraciət etmişdir.
5. Cavabdeh inzibati orqan 13 oktyabr 2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Tikinti materialları istehsalı bölməsinin (14) Pek, bit um və qatran məmulatlarının istehsalı bəndində (14.11) asfalt kütləsinin bişiriciləri vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilmiş sənədlərdə xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002- xx.xx.2008-ci il və xx.xx.2010-xx.xx.1017-ci il tarixləri arasındakı dövrlər ərzində 18 saylı Yol İstismar İdarəsində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz operator vəzifəsi yuxarıda qeyd olunan asfalt kütləsinin bişiriciləri vəzifəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək müxtəlif müəssisələrdə, müxtəlif peşələrdə işləmişdir. xx.xx.2001-ci il tarixdən 12 nömrəli Yol sahəsinin X1 6-cı dərəcəli maşinist kimi qəbul olunmuşdur. xx.xx.2001-ci il tarixdən Asfalt Beton zavodunda operator (asfaltın hazırlanması üzrə) vəzifəsində xx.xx.2017-ci il tarixədək işləmişdir. Altmış yaşı 2021-ci ildə tamam olmuşdur. 2006-cı ilədək 16 il 8 ay iş stajı (hərbi xidmətlə birgə), 2006-cı ildən sonra demək olar fasiləsiz işlədiyi üçün 15 ildən çox iş stajı və fərdi hesabında pensiya kapitalı vardır. 2006-cı ilə qədər iş stajı və 2006-cı ildən sonra da fərdi hesabında pensiya kapitalı o lduğu üçün Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı vardır. Qeyd olunanları nəzərə alaraq ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir.
9. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə onun xx.xx.2001 - xx.xx.2002-ci il, xx.xx.2002 - xx.xx.2008ci il və xx.xx.2010 - xx.xx.1017-ci il tarixləri arasındakı dövrlər ərzində 18 saylı Yol İstismar İdarəsində operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi operator vəzifəsi yu xarıda qeyd olunan asfalt kütləsinin bişiriciləri vəzifəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur.
10. Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-ci il tarixli, 2-1(116)-577/2023 nömrəli qərarı ilə (hakim F.Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.1980- xx.xx.1982-ci illərdə hərbi xidmət dövrü daxil o lmaqla, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci ilə kimi müxtəlif müəssisələrdə çalışmışdır. İddiaçının həmin dövrü əhatə edən sığorta stajı 12 ildən çox olmuşdur.
12. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 14 il 11 ay müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur.
13. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxs 18 nömrəli Yol İstismarı MMCnin Arayışlarına əsasən, iddiaçı xx.xx.2001-ci il tarixdən 14 saylı Yol İstismar İdarəsinin X1 xüsusi şərtlərlə operator qəbul edilmiş və 31 yanvar 2017-ci il tarixdən 18 nömrəli Yol İstismar MMC-dən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi iddiaçı hazırd a da əmək fəaliyyətini davam etdirdiyindən onun ümumi sosial sığorta stajı tələb olunan 25 ildən çoxdur.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-621/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilmə sini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tə sdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara y aşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həm çinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiy a instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini t əkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də güzəştli əmək stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələb lərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. iddiaçı 60 yaşına çatmalıdır. 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmal ıdır. 3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
33. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırmalarına əsasən qeyd edir ki, iddiaçı xx.xx.1980 - xx.xx.1982-ci illərdə hərbi xidmət dövrü daxil olmaqla, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci ilə kimi müxtəlif müəssisələrdə çalışmışdır. İddiaçının həmin dövrü əhatə edən sığorta stajı 25 ildən çox olmuşdur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 14 il 11 ay müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur.
34. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallarına əsasən qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə olunmuş ar ayışlarla təsdiq olunur ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən 2180900a— 11368 (asfalt kütləsinin bişiriciləri) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edi lmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunan 14.11-ci bəndinə uyğundur.
35. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxs 18 nömrəli Yol İstismarı MMC-nin Arayışlarına əsasən, iddiaçı xx.xx.2001-ci il tarixdən 14 saylı Yol İstismar İdarəsinin X1 xüsusi şərtlərlə operator qəbul edilmiş və 31 yanvar 2017-ci il tarixdən 18 nömrəli Yol İstismar MMC-dən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi iddiaçı hazırda da əmək fəaliyyətini davam etdirdiyindən onun ümumi sosial sığorta stajı tələb olunan 25 ildən çoxdur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olu nan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
37. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-621/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.