Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-983/2021 16.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 2021-ci il 19 fevral tarixli, 2-1(103)77/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının oğlu X8 xx.xx.2012-ci il tarixində vəfat etmiş, İddiaçı miras qoyanın vərəsəsi kimi tanınmışdır.
2. İddiaçı cavabdeh orqana müraciət edərək Çöl Şüvəlan ərazisində 0.12.ha torpaq sahəsi olan ** nömrəli bağ üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı müraciətində qeydiyyatın əsası kimi 25 fevral 2005-ci il tarixli 17234 saylı müqaviləni göstərmişdir.
3. Cavabdeh orqan 2019-cu il 28 mart tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, təqdim edilən Azərbaycan Res publikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılması və X1 Departamenti X3 və İstismarı Birliyi tərəfindən verilən 25 fevral 2005-ci il tarixli 17234 saylı müqavilə idarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda, təqdim olunmuş sənədlərdə torpaq sahəsi 1200 kv.m qeyd edilmiş, lakin faktiki olaraq 859.0 kv.m torpaq sahəsi istifadə olunmaqdadır. Bundan əlavə bağların bölgüsünə dair sxematik xəritəsinə əsasən bağın yerləşməsində uyğunsuzluq mövcuddur. Həmçinin, bağ sahəsi üzərindən keçən 100 kv.m-lıq yüksək gərginlik elektrik xəttinin mühafizə zonasında yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Ba şçısı Aparatının Abadlaşdırılması və X1 Departamenti X3 və İstismarı Birliyi ilə 17234 saylı 25 fevral 2005-ci il tarixli müqavilənin surəti əsasında Çöl Şüvəlan ərazisində 0.12.ha torpaq sahəsi olan ** nömrəli bağa dair X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı dövlət reyestrindən arayış (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçının oğlu ilə X3 və İstismarı Birliyi arasında müqavilə imzalandığı vaxtdan iddiaçının ailəsi həmin torpaq sahəsindən istifadə edir. Mişar daşından hasar sahə boyu çəkilmiş və müəyyən ağaclar əkilmiş, sonradan bir mərtəbəli ev tikilmişdir. İddiaçının oğlu 2012-ci il 24 avqust tarixində vəfat etmişdir. Hazırda torpaq sahəsini iddiaçı istifadə edir və or ada yaşayır. Başqa yaşayış yeri yoxdur. Buna görə də torpağı rəsmiləşdirmək qərarına gəlmişdir. Lakin cavabdeh göstərilənlərə baxmayaraq əsassız olaraq torpaq sahəsini rəsmiləşdirməkdən imtina etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın əsasını cavabdehin imtina məktubunda qeyd olunanlar təşkil edir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli 2-1(82)1770/2019 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan ərazisində yerləşən 0,12 ha sahəsi olan ** nömrəli bağ sahəsinin onun mərhum oğlu X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum oğlu X8 ilə Bakı ŞİH Başçısı Aparatının Abadlaşdırılması və X2 Departamenti X3 və İstismarı Birliyi arasında Çöl Şüvəlan ərazisində yerləşən 9i nömrəli bağın istifadəyə verilməsinə dair 17234 nömrəli müqavilə imzalanmışdır və həmin müqavilənin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, müqavilə sübut kimi mötəbər qiymətləndirilir və iddiaçının mərhum oğlunun həmin torpaq sahəsinin qanuni istifadəçisi olması təsdiqlənir.
9. Qərardan cavabdeh orqan apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyas ı məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(103)-77/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Mirzə Tağızadə, hakimlər –Xəyal Sarıyev və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 noyabr tarixli 2-1(82)-1770/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh orqanın sözügedən müqaviləni Əmlak Məsələləri Dövlət Komitəsinin arxivində aşkar edə bilməməsi və birinci intansiya məhkəməsinin sübut kimi qəbul etdiyi müqavilə nüsxəsinin yazılı müqavilələrə dair qanunvericiliyin tələblərinə uyğun gəlməməsi, lazımı qaydada təsdiqlənməməsi faktı həmin sənədi hüquqmüəyyənedici sənəd qismində mötəbər sübut kimi qiymətləndirməyə əsas vermir. Həmçinin, iddiaçı mübahisəli bağ sahəsinə dair mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması tələbini yalnız mötəbər olmayan müvafiq müqavilə nüsxəsilə əsaslandırmış, həmin bağ sahəsinin həqiqətən də onun istifadəsinə verilməsini təsdiq edən digər sənədləri-torpaq sahəsinin planını və ya qanunvericilikdə göstərilən hər hansı bir digər sənədi (sərəncam və sair) təqdim edə bilməmişdir.
12. Məhkəmə qərarı iddiaçının vəkilinə 2021-ci il 12 mart tarixdə təqdim olunmuşdur.
13. İddiaçı 2021-ci il 12 aprel tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(103)-77/2021 nömrəli qərarının ləğv edilməsini və işin təkrar araşdırılması üçün həmin məhkəməyə göndərilməs i qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının oğlu X8 2005-ci il 25 fevral tarixində torpaq sahəsi əldə etmək məqsədilə X3 və İstismarı Birliyinə müraciət etmiş, ona qeyd olunan mübahisəli torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar müqavilə rəsmiləşdirilmiş, həmin torpaq sahəsi iddiaçı və oğlu tərəfindən hasara alınmış və yaşayış evi inşa edilmişdir. Bundan sonra, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək həmin torpaq sahəsi ilə əlaqədar sənədləşdirmə işlərinin aparılmasını xahiş etmişlər.
15. Torpağın icarə müqaviləsi oğlu X8 ilə bağlanmışdır. İddiaçı həmin müqaviləni tapa bilmədiyinə görə DƏDRX-ə müraciət etmiş və həmin müqavilənin təsdiq olunmuş surətini təqdim etmişdir. Hal-hazırda məhkəmə buna əsaslanaraq iddianı təmin etməmişdir. Halbuki, həmin icarə müqaviləsi DƏDRX-nin məsul əməkdaşı tərəfindən imzalanmış və möhürlənmişdir.
16. Mübahisəli torpaq sahəsinin ətrafından yüksək gərginlik xəttinin keçməsi ilə əlaqədar isə qeyd edilir ki, iddiaçı məhkəmədə həmin xəttin keçdiyi hissəyə aid çıxarışın verilməməsi ilə razılaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunl u izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmiş dir. Həmin əsasların dairəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnam ələr, mənzil sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.) və s. öz əksini tapmışdır.
21. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
22. Həmin Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
23. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üz rə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə riayət etmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmişdir.
28. Hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilib. İşin araşdırılmış hallarından isə görünür ki, iddiaçıda daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün sənə yoxdur. Hazırkı qərarın 22-ci bəndində isə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konk ret əsasları göstərilmişdir və həmin əsaslardan biri olduğu halda inzibati orqanlar hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.
29. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmış və yuxarıda qeyd edilən əsaslara uyğun olaraq iddiaçının ərizəsini təmin etməmişdir.
30. Kassasiya şikayətinin hazırkı qərarın 14-15-ci bəndlərində göstərilən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı icarə müqaviləsinin məsul şəxs tərəfindən imzalandığını bildirsə də, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, iş materiallarında olan müqavilə nüsxəsinin sənədin əslindən və ya surətindən kserosurət edilməsi və müqaviləyə cavabdeh orqanın gerbli möhürünün vurulması müəyyən olunmur. Bundan əlavə, sözügedən müqavilənin iş materiallarında olan nüsxəsində cavabdeh orqanın dövlət gerbli möhürünün yerinə, cavabdeh orqanın şöbəsinə aid texniki sənədlər üçün nəzərdə tutulan dairəvi möhür-ştampı vurulduğu və müqavilənin istifadəçi kimi göstərilən tərəf yəni, X8 tərəfindən imzalanmadığı müəyyən olunur.
31. Yuxarıda qeyd edilən halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd edilən müqaviləni mötəbər sübut kimi qəbul etməmişdir. Odur ki, kassasiya şikayətinin qeyd edilən dəlili əsaslı hesab edilə bilməz.
32. İddiaçı öz kassasiya şikayətində imtinanın əsas dəlillərindən biri olan bağ sahəsinin onun üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi faktı ilə razılaşdığı nı bildirdiyindən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də əlavə araşdırma aparılmasına ehtiyac yoxdur və apellyasiya instansiyası məhkəməsinin mövqeyinin həmin hissədə əsaslı olması iddiaçının özü tərəfindən də etiraf edilir.
33. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul etmişdir.
34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman g östərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
35. Məhkəmə hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(103)77/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh edilənlərə əsasən məhkəmə kollegiyas ı QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 21(103)-77/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.