Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-983/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü;, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-354/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxxx 1963-cü il tarixdə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuşdur. Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Z.Bünyadov küçəsi 43-də yaşayır. 2. 13 oktyabr 2015-ci il tarixdə iddiaçının 52 yaşı tamam ol muşdur.
3. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən, iddiaçı xx.xx.1980-ci ildə “Yujspetsenerqo” MM-nın X1 futerçi (turşuya davamlı materiallarla işləyən) işinə qəbul edilmiş və xx.xx.1996-cı ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1997-ci ildə Əlibayramlı 15 saylı Yol-Tikinti İdarəsinə əmək haqqı işə muzd sistemi ilə ödənilməklə asfalt məhsulunun tərkibini analiz etmək üçün laborant 4-cü dərəcə qəbul edilmiş və xx.xx.2005-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.2006-cı ildən 56 №li Təmir Tikinti Quraşdırma İdarəsinə laborant vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 4. "xxxx" ASC-nin 17№-li xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçı “Əlibayramlı 15 saylı Yoltikinti İdarəs i”-nə xx.xx.1997-ci il tarixli 2 saylı əmrlə Asfalt-beton məhsullarının analizini aparmaq üçün laboratoriya şöbəsinə laborant qəbul edilmişdir. xx.xx.2005-ci il tarixli 13/k saylı əmrlə (ərizəsinə əsasən) işdən azad edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət X2 iddiaçıya ünvanladığı 131 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Южспецэнерго”nun 1980-1993-cü il və Azərbaycan–Rusiya müştərək müəssisəsi olan “Южспецэнергозащита” müəssisəsinin 1993-1996-cı illərin və 56 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 2006- 2007-ci illər sənədləri X3 Filialına təhvil verilməmişdir.
6. Azərbaycan Respublikası Dövlət X2 iddiaçıya ünvanladığı 13 №-li xx.xx.2021-ci il tarixli Arxiv arayışına əsasən, iddiaçı xx.xx.1997-ci il tarixli 02/k №-li Əmrlə xx.xx.1997-ci ildə əmək haqqı işəmuzd si stemi ilə ödənilməklə asfalt-beton məhsullarının analizini aparmaq üçün laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 13/k №-li Əmrlə xx.xx.2005-ci ildə işdən azad edilmişdir. 7. “Xüsusienerjimühafizə” Azərbaycan-Rusiya müştərək müəssisəsinin 103 №-li, xx.xx.1996-cı il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1980-ci ildə xx.xx.1996-cı ilə qədər istilik izoliasiya filtirlərinin anti korroziya müdafiəsinin və sairlərin təmiri üzrə 4-cü dərəcəli futerçi vəzifəsində işləmişdir və həmin vəzifə güzəştli şərtlərlə pensiya hüququ verən 2№-li Siyahının 12-ci bölməsinin futerçi vəzifəsinə aiddir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci i l tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Belə ki, iddiaçının ümumi iş stajının 20 ildən az olması öz əksini tapmışdır. 9. “Xüsusienerjimühafizə” Azərbaycan-Rusiya birgə müəssisəsinin 103 №-li, xx.xx.1996-cı il tarixli arayışından görünür ki, iddiaçının işlədiyi futerçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısının “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı adla nan 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər) 2140000a-19496 şifrinə uyğundur.
10. İddiaçı cavabdehə müraciət edərək, ona, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən və xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsini xahiş etmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********5 saylı imtina məktubuna əsasən, iddiaçının ərizəsinə və ona əlavə olu nmuş sənədlərə baxılaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Belə ki, iddiaçının ümumi iş stajının 20 ildən az olması öz əksini tapmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. Bundan sonra, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndibə əsasən pensiya təyin edilməsini və xx.xx.2020- ci il tarixdən yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona, işlədiyi futerçi vəzifəsi zərərli iş stajı sayıldığından 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli idi. Bununla bağlı olaraq cavabdehə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. İmtinaya səbəb kimi onun tələb olunan 20 il ümumi iş stajının mövcud olmadığı göstərilmişdir. Cavabdehin imtinası əsassız hesab etdiyindən, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi xx.xx.1980-ci il t arixli İT-İ ******* №-li əmək kitabçasında xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC də işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdəki məlumatların mərkəzi filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı qeyd olunan dövr ərzində həmin müəssisədə işləməyinə dair hər hansı bir sənəd aşkar olunmamışdır. Bu səbəbdən həmin dövrü qanunvericiliyin tələbləri baxımından əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (8 il 11 ay 20 gün) təşkil etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2917/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli, qərarı ilə (hakim F.İ.Mədətli) iddia qismən təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mü dafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, 52 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsini və xx.xx.2020-ci il tarixdən yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin ödənilməsi cavabdehə həvalə edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi futerçi vəzifəsinin güzəştli iş stajı verən vəzifəyə aid olub-olmaması araşdırılmış, bununla bağlı iddiaçı t ərəfindən məhkəməyə təqdim edilmiş “Xüsusienerjimühafizə” Azərbaycan-Rusiya birgə müəssisəsinin 103 №-li, xx.xx.1996-cı il tarixli arayışına əsasən, iddiaçının işlədiyi futerçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısının “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı adlanan 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər) 2140000a-19496 şifrinə uyğundur.
17. Bundan başqa, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1996-cı ilə qədər “Cənub Xüsusi Enerji Mühafizə” MM-də işlədiyi futerçi vəzifəsi Azərbaycan Resp ublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısının “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı adlanan 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər) 2140000a-19496 şifrinə uyğundur və həmin dövr üzrə güzəştli iş stajı 16 il 06 ay 17 gün təşkil etmişdir.
18. Həmçinin qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçası və arxivdən əldə edilmiş arayışlar əsasında ümumi iş stajının 26 il 08 ay 07 gün olması müəyyən edilmişdir.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddi a tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-354/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətində işin halları v ə iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, nə iddiaçı, nə də cavabdeh tərəfindən iddianın mümkünlüyü ilə bağlı hər hansı hallar məhkəmə iclasları zamanı mübahisələndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müd dətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: Maddə 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş ö zünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə;
26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQ D nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı 2140000a—19496 futerçilər (turşuya davamlı materialla işləyənlər)
28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materia llarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq n ormaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, elə cə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Belə ki, məhkəmə iş materiallarını düzgün tədqiq etmiş və haqlı olaraq bu nəticəyə gəlmişdir ki, həqiqətən də iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 8 ay 7 gün ümümi iş stajı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Elektrik stansiyaları, Enerji qatarları, Buxar güc təsərrüfatı” adlan an 13-cü bölməsinin futerçilər (turşuya davamlı materiallarla işləyənlər) 2140000a-19496 şifrinə uyğun olaraq 16 il 6 ay 17 gün güzəştli iş stajı mövcuddur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-354/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.