Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-983/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və s.) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X1 (xx.xx.1958-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-537/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilədək Sumqayıt şəhər xalq məhkəməsinin xalq hakimi vəzifəsində işləmişdir.
2. İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2011-ci tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli, **********8 nömrəli qərarına əsasən, iddiaçıya təyin edilmiş hazırkı pensiya məbləği 1568,49 manat, yenidən hesablanmış pensiya məbləği isə 1524,16 manat təşkil edir. İddiaçıya pensiya təyin olunduğu xx.xx.2011-ci ildən yenidən hesablamanın aparıldığı xx.xx.2020-ci ilədək olan dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi qeyd olunur.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 8/516 saylı arayışında qeyd edilir ki, hal-hazırda Sumqayıt şəhər Məhkəməsi hakiminin vəzifə maaşı 857 manat təşkil edir. Eyni zamanda, onlara hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə, “Məhkəmələr və hakimlər h aqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 8/165 saylı arayışında qeyd edilir ki, hal-hazırda rayon (şəhər) məhkəməsi hakiminin vəzifə maaşı 1159,00 manat təşkil edir. Eyni zamanda, onlara hakimlik sta jının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 8/5 11 saylı arayışında qeyd edilir ki, xx.xx.2018-ci il tarixdən Sumqayıt şəhər məhkəməsi hakiminin vəzifə maaşı 1277 manat müəyyən edilmişdir. Eyni zamanda, onlara hakimlik stajına görə 5 ildən 10 ilə qədər vəzifə maaşlarının 15%-i, 10 ildən 15 ilədək 30%-i, 15 ildən yuxarı 45%-i əlavə haqq ödənilir. Bundan əlavə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 8/929 saylı arayışında qeyd edilir ki, xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhər Məhkəməsi hakiminin vəzifə maaşı 1386,00 manat təşkil edir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə, birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin, xx.xx.2019-cu il tarixdən hakimlərə hər ay bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 8/32 saylı məktubunda iddiaçıya bildirilir ki, hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciətilə əlaqədar arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli, 844 nömrəli Qərarı ilə ona dördüncü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixlii 364 nömrəli ‘Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1-dən minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilmişdir. Həmçinin bildirilir ki, əvvəlki qanunvericiliyə əsasən ona ödənilmiş mükafatlar barədə xx.xx.2011-ci il tarixli arayış təqdim olunmuşdur.
8. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tibbi-Sosial Ekpert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik olmuşdur.
9. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respub likası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə əsasən isə hakimlərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, qeyd etdiyiniz əlavələr hazırda hakim kimi çalışan əməkdaşlar üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən, yuxarıda göstərilən əlavələrin, həmçinin hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən əlavənin Sizə münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Eyni zamanda bildiririk ki, Sizə Dövlət Sosial X4 rayo n şöbəsi tərəfindən 5 may 2011-ci il tarixindən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 8 may 2007-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 857,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz - 257,10 manat və mükafatlara görə əlavəniz 63,94 manat olmaqla, orta aylıq əmək haqqınız 1178,04 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1178,04 manat) 80 faizi - 94 2,43 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 969,83 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 845,86 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 993,60 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-298,08 manat və mükafatlara görə əlavəniz 74,13 manat olmaqla, orta aylıq əmək haqqınız 1365,81 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1365,81 manat) 80 faizi-1092,65 manat məbləğində müəyyən edilmişdir. Lakin Sizə 2013-cü ilin dekabr ayında 1124,42 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə Sizə 31,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1159,20 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz - 347,76 manat və mükafatlara görə əlavəniz -86,48 manat olmaqla, orta aylıq əmək haqqınız 1593,44 manat təşkil etmişd ir. Bununla əlaqədar əmək pensiyanız "Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1593,44 manat) 80 faizi-1274,75 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2014 - xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 1311,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 1916,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1277,00 manat, hak imlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz - 383,10 manat və mükafatlara görə əlavəniz - 95,27 manat olmaqla, orta aylıq əmək haqqınız 1755,37 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1755,37 manat) 80 faizi-1404,30 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində sizə hər ay 1442,76 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 615,36 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşların ın artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1386,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-415,80 manat və mükafatlara görə əlavəniz -103,40 manat olmaqla, orta aylıq əmək haqqınız 1905,20 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1905,20 manat) 80 faizi-1524,16 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 1 568,49 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 620,62 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən, Sizə xx.xx.2011-xx.xx.2020ci il tarixləri arasındakı dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda, həmin maddəyə uyğun olaraq əmək pensiyanızdan tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəkdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən cari ilin noyabr ayından etibarən əmək pensiyanız 1524,16 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 25 dekabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, ona təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidə n hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq, artıq ödənilmiş vəsait kimi ondan tutulmuş pul məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında vergidən azad pul təminatı verilir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən, hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi, 10 ilinə görə 30 faizi, 15 ilinə görə 45 faizi həcmində əlavə haqq ödənilir. Bundan əlavə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət, həmin Qanunun 109-cu maddəsinə əsasən isə müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qulluq stajına görə əmək pensiyasına əlavələrə dair 20.7-ci maddəsində göstərilir ki, bu Qanunun 20.1.4cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsində fəaliyyətin son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Hə min maddədəki son 24 ay və ya ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləği müddəası hakimlərin fəaliyyətdə olduqları dövrdə aldıqları vəzifə maaşı və ona olan əlavə və artımları, əmək haqqındakı sonrakı artımlar müddəası isə hakimlik fəaliyyətindən sonrakı dövrdə ödənilən artımları nəzərdə tutmuşdur. O, cavabdehə 25 iyun 2020-ci il tarixli müraciət yazmış və qəbulda olmuşdur, cavabdeh süründürməçilik etmiş, qeyri-qanuni olaraq 01 dekabr 2020-ci il tarixli, **********1 saylı məktubu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0, 1.0.2, 1.0.3 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına istinad etməklə müraciətinin təmin olunmasından imtina etmişdir. Eyni zamanda, onun müraciətləri 2018-ci ildən başlanmışdır və bu sübutlar Sosial arayışda da təsdiqini tapmışdır. Lakin ona rəsmi olaraq cavab yalnız 01 dekabr 2020-ci il tarixində verilmişdir. Sosial arayışda göstərilmişdir ki, guya onun ərizəsi icra edilmişdir, halbuki onun ərizəsi baxılmaqda idi. Onun əmək pensiyası hüququnun düzgün təmin olunması cavabdehin vəzifə borcudur. Cavabdeh bütün qanunvericiliyi, vətəndaş hüquqlarını pozaraq, onun hüquqlarını məhdudlaşdıraraq qanunsuzluq etmişdir. Cavabdeh həmin məktubda eyni zamanda düzgün olmayaraq göstərmişdir ki, guya ona pensiya hesablanarkən düzgün hesablanmamış və nəticədə xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr ərzində ona cəmi 4029,81 manat artıq pul vəsaiti hesablanmışdır. Onun əmək pensiyasını qanunsuz olaraq azaltmışlar. O, bununla əlaqədar cavabdehə 11 dekabr 2020-ci il tarixində yenidən müraciət edərək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, qanunvericiliyə uyğun olaraq əmək pensiyasının hesablanmasını tələb etmişdir. Hazırda xx.xx.2019-cu ilə kimi işləmiş hakimlərə əmək pensiyası məhkəmə qərarları əsasında vəzifə maaşına 25 faiz həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı miqdarında məzuniyyət və iki aylıq əmək haqqı miqdarında müalicə xərci olan artımlar nəzərə alınmaqla hesablanır, xx.xx.2019-cu ildən sonra əmək pensiyasına çıxmış hakimlərə isə bir aylıq vəzifə maaşı həcmində əlavə də nəzərə alınmaqla hesablanır. Eyni vəzifəni yerinə yetirmiş və eyni hakimlik stajına malik olmuş məhkəmə hakimlərinə kəskin dərəcədə fərqli əmək pensiyası ödənilməsi, yəni bəzisinə 3500, bəzisinə 2800, ona isə 1524 manat əmək pensiyası ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 14-cü maddəsində nəzərdə tutulmuş ayrı-seçkilik prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ona əmək pensiyası 2011-ci ildən təyin edildiyi üçün əmək pensiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum Qərar ı deyil, 25 fevral 2014-cü il tarixli Plenum Qərarına əsasən yenidən hesablanmaqla “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106, 107 və 109-cu maddələrində nəzərdə tutulmuş sonrakı artımlar, yəni bir aylıq vəzifə maaşı həcmində, vəzifə maaşına əlavə vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı həcmində məzuniyyət haqqı və iki aylıq əmək haqqı həcmində müalicə xərci nəzərə alınmalıdır. Eyni zamanda, cavabdeh əsassız olaraq «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərar qəbul edərək, ona təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğini yenidən hesablama nəticəsində azaldaraq 1524,16 manat müəyyən etmişdir və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldaraq artıq ödənilmiş vəsait kimi ondan 4029,81 manat pul tutmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir, tutulmuş vəsait isə ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2-1(112)-532/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli *** *******8 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi iddiaçıdan tutulmuş pul məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2000-ci ilədək hakim vəzifəsində işləmiş və işlədiyi dövrdə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün nəzərə alınmasını tələb etdiyi təminatları almamışdır. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci ma ddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
16. Belə olan halda, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi təminatları işlədiyi dövrdə almadığı üçün həmin təminatlar ona təyin edilmiş pensiyanın yen idən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
17. Bununla yanaşı, məhkəmə “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya xx.xx.2011-ci tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir və bugünədək ödənilir. Daha sonra iddiaçıya pensiya məbləğinin düzgün hesablanmadığı qeyd olunmaqla pensiya məbləği azaldılmış və artıq ödənildiyi qeyd olunan vəsait iddiaçıdan tutulmuşdur. Lakin bu zaman cavabdeh tərəfindən inzibati icraat tam aparılmamış, iddiaçıya bu barədə məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və münasibəti aydınlaşdırılmamışdır. İddiaçıya məxsus pensiya işində olan cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.20 20ci il tarixli **********8 nömrəli qərarından görünür ki, iddiaçıya təyin edilmiş hazırkı pensiya məbləği 1568,49 manat, yenidən hesablanmış pensiya məbləği isə 1524,16 manat təşkil edir. İddiaçıya pensiya təyin olunduğu xx.xx.2011-ci ildən yenidən hesablamanın aparıldığı xx.xx.2020-ci ilədək dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi qeyd olunur. Lakin pensiya məbləğinin yenidən hesablanma nəticəsində azaldılması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayəti verərək, əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçü n müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqının nəzərə alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və K.H.Əkbərov) 2-1(103)-537/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-532/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. İddiaçı kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqının nəzərə alınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) cavabdehin kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) iddiaçının kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətində işin halları sadalanmış, əlsavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi idd iaçının apellyasiya şikayətinə mahiyyəti üzrə baxmamış və hüquqi qiymət verməmişdir. Bundan başqa, İPM-nin 90, 91 və 94-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına istinad edilərək şikayətin təmin edilməsi xahiş olunmuşdur. c) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlilləri ilə razı olmadığını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyin ona münasibətdə şamil edilməli olduğunu qeyd etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Məhkəmələr və hakimlər haqqında” Qanunun: 106-cı maddəsinin 1-ci hissəsinə əsasən, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşlar ı müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddəsinin 2-ci hissəsinə əsasən, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 106-cı maddəsinin 3-cü hissəsinə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 107-ci maddəsinin 1-ci hissəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuni yyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. 109-cu maddəsinin 4-cü hissəsinə əsasən, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. 109-cu maddəsinin 5-ci hissəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 28. 8 oktyabr 2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinə əsasən, 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilmişdir: "Səlahiyyətlər in yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir». Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. Daha sonra 12 iyul 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü hissəsinə əsasən 106-cı maddə üzrə üçüncü hissə aşağıdakı redaksiyada verilmişdir: “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.”. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. 29. 8 oktyabr 2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. 30. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin hissədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri 16 fevral 2001-ci il tarixli “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən əlavə edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli 142 nömrəli qərarı ilə «Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası» təsdiq edilmişdir. 31. “Əmək pensiyaları haqqında” Qanun: -39.1. artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmad ıqda məhkəmə qaydasında tutulur. 32. “İnzibati icraat haqqında” Qanun: -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icra at barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. -67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4. qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan mar aqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı.
34. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməli dir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin q ərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şi kayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilədə k Sumqayıt şəhər xalq məhkəməsinin xalq hakimi vəzifəsində işləmiş, ona xx.xx.2011-ci il tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmiş və pensiya hesablanarkən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı, hakimlik stajına görə (10 ilə görə) vəzifə maaşının 30 faizi miqdarında əlavə, mükafatlara görə əlavə, ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmışdır.
42. Hazırda iddiaçının hüquqi marağı hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, ona təyin edi lmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi ondan tutulmuş pul məbləğinin ona qaytarılmasından ibarətdir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə münasibətdə ifadə etdiyi hüquqi mövqeyi ilə razılaşaraq ilk öncə qeyd edir ki, bu qərarın 27-30-cu bəndlərində qeyd olunan normaların tələblərinə əsasən, iddiaçının “hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclər in ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” ilə bağlı tələbində göstərilən hallar iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilikdə deyil, qanunvericiliyə olunan növbəti dəyişlik və əlavələrdə öz əksini tapmışdır.
44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəa sı pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
45. Bu səbəbdən, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi təminatları işlədiyi dövrdə almadığı üçün həmin təminatlar iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz
46. Məhkəmə kollegiyası iddiaçının ona təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq, artıq ödənilmiş vəsait kimi ondan tutulmuş pul məbləğinin ona qaytarılması ilə bağlı tələbinə və cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi yanaşması ilə də razılaşır.
47. Belə ki, bu qərarın 32-ci bəndində əks olunan maddi hüququ normalarının tələblərinə əsasən, inzibati orqan qüvvədə olan və mübahisələndirilməyən əlverişli inzibati aktın qanunsuz olm ası ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etmə yə haqlıdır.
48. İddiaçıya xx.xx.2011-ci tarixdə təyin olunmuş əlil olmuş sabiq hakim kimi əmək pensiyası, cavabdeh tərəfindən pensiya məbləğinin düzgün hesablanmadığı qeyd olunmaqla məbləği azaldılmış və artıq ödənildiyi qeyd olunan vəsait iddiaçıdan tutulmuşdur. Lakin bu zaman cavabdeh tərəfindən inzibati icraat tam aparılmamış, iddiaçıya bu barədə məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və münasibəti aydınlaşdırılmamışdır.
49. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya pensiya təyin edilməsinə dair keçmiş tarixdə qəbul edilmiş və qüvvəsini saxlayan inzibati aktın ləğvinə dair inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamış, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən aparılan inzibati icraata iddiaçı cəlb olunmamış, bu barədə ona məlumat verilməmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin norma aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə qərar qəbul edərkən iddiaçının razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh özü də bu halı mübahisələndirməmişdir.
51. Həmçinin qeyd edilməlidir ki, cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» xx.xx.2020-ci il tarixli **********8 nömrəli qərarına əsasən iddiaçının pensiya məbləğinin yenidən hesablanma nəticəsində azaldılması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
53. Odur ki, kassasiya şikayətlərinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayətləri təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-537/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.