Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-983/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2237/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 233 nömrəli sərəncamına əsasən Ləhiş bağ massivində İddiaçı 1493 a saylı bağ sahəsi ayrılmışdır.
2. İddiaçı Bakı şəhəri, Sabunçu rayon u, Ləhiş bağ massivində yerləşən bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müraciətə cavab olaraq bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Zair Şirməmməd oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publ ik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 saylı sərəncamı ilə Ləhiş bağ massivində ona ayrılmış 0.12 ha ölçüdə 1493a saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamı ilə İddiaçı Ləhiş bağ massivində 1493a saylı bağ sahəsi ayrılmışdır. Buna dair Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2023-cü il tarixli arxiv arayışı verilmişdir. İddiaçı həmin bağ sahəsi nin üzərində mülkiyyət hüquqularının dövlət reyestrində qeydiyyata alınması xahişi ilə cavabdehə bir neçə dəfə ərizə ilə müraciət etsə də, buna nail ola bilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, təqdim edilmiş arxiv çıxarışında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bundan sonra iddiaçı yenidən cavabdehə müraciət edərək təqdim etdiklərindən başqa hüquqmüəyyənedici sənədlərinin olmadığını nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamı ilə Ləhiş bağ massivində ona ayrılmış, 0,12 ha ölçüdə olan, 1493a saylı bağ sahəsinin üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Bundan sonra cavabdehin mühəndisi bağ sahəsinə gələrək oraya baxış keçirmiş, müvafiq ölçülər i götürmüşdür. Lakin cavabdeh ərizəyə hələ də rəsmi cavab verməmişdir. Halbuki, iddiaçı bağ sahəsinə dair ona verilmiş bütün sənədlərini itirib və onda Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən xx.xx.2023-cü il tarixli arxiv arayışından başqa sənədi yoxdur. Qanuni əsaslarla istifadəsində olan bağ sahəsinə dair onun ölçüləri barədə rəsmi məlumat təqdim edə bilməməsi iddiaçının həmin bağa mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına əngəl ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edilir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, torpaq sahəsi üzərində hüquqla rının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamından çıxarışı, arxiv arayışını cavabdehə təqdim etmişdir. Həmin arayışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 289 saylı sərəncamı ilə müharibə veteranı olan İddiaçı Ləhiş bağ massivində 1493a nömrəli bağ sahəsi ayrılmışdır. Hazırki iddia tələbində iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarışın verilməsini xahiş edir. Göründüyü kimi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması iddiaçının mübahisələndirilməyən hüquqlarındandır. Buna görə də iddiaçı öz iddiasında haqlıdır və cavabdeh tərəfindən heç bir qanuni əsasları olmayan bəhalərə istinad edilərək, onun hüquqlarının təmin edilməsindən imtina edilməsi yolverilməzidir.
6. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-3323/2024 nömrəli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 saylı sərəncamı ilə İddiaçı Ləhiş bağ massivində ayrılmış 0.12 ha ölçüdə 1493 a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmalıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2237/2024 nömrəli iş üzrə 06 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X2 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2-1(112)-3323/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız old uğu qeyd edilmişdir.
14. Bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin sərhədlərinin şərti olaraq göstərildiyi, mərzçəkmə və hasarlanma işlərinin aparılmadığı müəyyən edilmişdir. Bundan əlavə təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 saylı sərəncamının xx.xx.2023-cü il tarixli 3-52/2-Z- 30-112/2023 nömrəli arxiv çıxarışında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Məhkəmə tərəfindən bağ sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarı nın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciə t olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. Azərbay can Respublikası Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nə zdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”: Bənd 1.2 Mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, «Torpaq islahatı haqqında», «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında», «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ha qqında Əsasnamə»yə, «Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası»na, «Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası»na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə»yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK) tərəfindən həyata keçirilir. Bənd 2.1 Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdiri lməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Bənd 2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Bənd 7.2 Mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayə ndələrin iştirakı ilə aparılır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti va xtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqey ə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə d ə, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəh ər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 nömrəli sərəncamı ilə İddiaçı Ləhiş bağ massivində 1493a saylı bağ sahəsi ayrıldığı müəyyən edilir (iş vər 28). Torpaq sahəsi qanuni əsaslarla ayrıldığından və torpağın ayrılması barədə sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində hüquqların qeydiyyatı üçün əsas kimi qəbul edilən sənədlərdən biri olduğundan iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı irəli sürdüyü tələb əsaslı tələb kimi qəbul edilməlidir.
28. Kassasiya şikayətində qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 saylı sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılsa da, ayrılan torpaq sahəsinin dəqiq ölçüsü göstərilməmişdir. Yəni, iddiaçıya hansı ölçüdə torpaq sahəsinin ayrıldığı qeyri-müəyyəndir.
29. Kassasiya şikayətində göstərilən bu arqumentlə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş arayışda İddiaçı 0,12 ha bağ sahəsinin ayrıldığı qeyd edilmişdir (iş vər 51). Odur ki, torpaq sahəsinin dəqiq ölçüsünün olmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri qəbul edilə bilən sayıla bilməz.
30. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdeh özü də torpaq sahəsinin 0,12 ha-dan çox, yaxud az olması barədə dəlil təqdim etməmişdir.
31. Kassasiya şikayətində mübahisələndirilən digər məsələ torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması ilə bağlıdır. Cavabdeh bu halı mübahisələndirərkən Mülki Məcəllənin 176-cı madd əsinə istinad etmiş, eyni zamanda qeyd etmişdir ki, torpaq sahəsinə baxış keçirilərkən mərzçəkmə və hasarlanma işlərinin aparılmadığı müəyyən edilmişdir.
32. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsi torpaq sahələrinin hasarlanması və mərzlənməsi ilə əlaqədardır. Həmin maddədə torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması əsası ilə hüquqların dövlət qeydiyyatından imtina edilməsi haqqında hər hansı bir göstəriş mövcud deyildir. Norma torpaq mülkiyyətçiləri arasında hasarlanma xərcləri ilə bağlı məsələləri tənzimləyir.
33. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 289 saylı sərənc amı Ləhiş bağ massivində yerləşən 1493a nömrəli bağ sahəsinin İddiaçı ayrılmasını təsdiqləyən inzibati aktdır. Həmin inzibati akt ləğv edilmədiyindən və etibarsız sayılmadığından və iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün qanuni gözləntisi olduğundan cavabdeh inzibati orqanın imtinası qanuni deyildir. Eyni zamanda qeyd etmək lazımdır ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
34. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tar ixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5- daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır.
36. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
37. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiy ası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 noyabr 2024-cü il tarixli, 2-1(103)-2237/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.