Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-984/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi; mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.06.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2021-ci il 09 fevral tarixli, 2-1(103)-306/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat
1. İddiaçı 2019-cu il 04 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin qanunsuz əməllərinə son qoyulması və cavabdehin əməlləri nəticəsində kompensasiya kimi ona dəymiş 3.000 min manat məbləğində maddi ziyanın, 300.000 manat məbləğində mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus mənzildə oğurluq hadisəsi baş vermiş və bununla bağlı olaraq Xətai rayonu 36-ci Polis Bölməsinə şi kayətlə müraciət etmişdir. Lakin onun şikayəti üzrə lazımi qaydada araşdırılma aparılmamış və hal-hazıra kimi cinayət işi üzrə qərar qəbul edilməmişdir. Dəfələrlə cavabdehə bununla bağlı olaraq müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Odur ki, hesab edir ki, cavabdehin əməlləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-2690/2019 saylı, 2019-cu il 25 iyun tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Beləliklə, iddiaçı, inzibati orqanlar ın cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 avqust tarixli, 2-1(103)-2227/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun tarixli qərardadı ləğv edilmiş, iş həmin məhkəməyə göndərilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar iddia qaldırmamışdır. İddiaçının zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi cavabdehin yox, Xətai RPİ İstintaq şöbəsinin icraatındadır. Bundan əlavə, iddiaçı hazırkı iddia ilə cavabdehin cinayət təqibi üzrə hər hansı qərarının ləğv edilməsini və ya belə bir qərarın qəbul edilməsini tələb etmir yaxud bu qəbildən olan sair cinayət-prosessual fəaliyyətindən irəli gələn hüquqi nəticələri mübahisələndirmir. İddiaçı yalnız cavabdehdən kompensasiya tələb edir ki, bu da sonuncunun tabeliyində olan qurumlara lazımi nəzarət etməməsini güman etməsi və bunun nəticəsində də ona zərər vurulması ilə əsaslandırır. c. birinci instansiyası məhkəməsindəki ikinci icraat
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 300.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9. 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(81)-2690/2019 saylı, 2019-cu il 28 noyabr tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1-(112)-129/2020 saylı, 2020-ci il 25 sentyabr tarixli qərarı ilə iddia rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirməlidir. Hazırkı halda iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə, cavabdehin təqsirini, bunun nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 300.000 (üç yüz min) manat miqdarında hesablanmasının əsaslandırdığına dair heç bir sübutu istər məhkəməyə ünvanladığı sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim etməmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 09 fevral tarixli, 2-1(103)-306/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-306/2021 saylı 2021-ci il 09 fevral tarixli qərarında bildirilmişdir ki, iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin yerli qurumlarına edilmiş müraciətlər cavablandırılmış və polis əməkdaşları tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkətlə rə yol verilməmişdir. Halbuki, Fazil İmamverdiyev barəsində açılmış cinayət işi nəticələnməmiş, Vüqar adlı şəxs isə cinayət məsuliyyətinə cəlb edilməmişdir. İddiaçının evinin şüşəsinin daşla sındırılması hadisəsi araşdırılmamışdır. İddiaçının Bakı şəhər Xətai rayon polis idarəsindən məcburi çıxarılarkən qol əzələsinin zədələnməsi ilə bağlı müraciətinə baxılmamışdır. İddiaçının şikayəti onun işlərinin həlli ilə bağlı tədbirlərin görülməməsidir. Bunun nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmişdir. Yuxarıda qeyd olunan məsələlər Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasında araşdırılmamışdır. Belə ki, Fazil İmamverdiyev barəsində açılmış cinayət işinin nəticələnməməsi, Vüqar adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi, iddiaçıya məxsus evin şüşəsinin daşla sındı rılması hadisəsinin araşdırılmamasının, Bakı şəhər Xətai rayon polis idarəsindən məcburi çıxarılarkən qol əzələsinin zədələnməsi ilə bağlı müraciətinə baxılmaması və işin gedişatı ilə bağlı məlumatlandırılmamasının səbəbləri öyrənilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
18. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
19. İPM: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət qərarın ləğv edilməsi hissəsində təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. İPM-in 2.1-ci maddəsinin tələbindən göründüyü kimi inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətləri ndən irəli gəlsin və həmin mübahisəyə baxılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun.
24. İddiaçı öz tələbinin əsası kimi qeyd edir ki, o, cinayət haqqında məlumat verdiyinə baxmayaraq, cavabdeh fəaliyyətsizlik göstərərək qanunla nəzərdə tutulmuş tədbirləri görmədiyindən ona mənəvi ziyan dəymişdir. 25. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 №-li Qərarının 7.2-ci bəndinə görə, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığından, inzibati orqanların, eləcə də t əhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin həmin fəaliyyəti üzrə qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır.
26. İddiaçı ilə cavabdeh arasındakı münasibətlər inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən, həmçinin irəli sürülən tələbin məzmunu inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid olmadığından həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 09 fevral tarixli, 2-1(103)-306/2021 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Şikayə