Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-984/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Gülüstan” Sarayına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və X1 ibarət tərkibdə, İddiaçı (xx.xx.1980-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Gülüstan” Sarayına qarşı “əmrin ləğv edilməsi, vəzifəyə bərpa olunma və buraxılmış müddət ərzində ödənilməyən əmək haqqının hesablanaraq verilməsi” tələbinə dair iş üzrə B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-2967/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehin xx.xx.2016-cı il tarixli, 65 nömrəli əmri ilə “Gülüstan” Sarayına məsləhətçi vəzifəsinə, xx.xx.2016-cı il tarixli, 67 nömrəli əmri ilə xx.xx.2016-cı il tarixdən Maddi-texniki Təchizat Qrupunun məsləhətçisi vəzifəsinə, xx.xx.2018-ci il tarixdən İdarə Heyətinin məsləhətçisi-inzibatçısı vəzifəsinə, xx.xx.2020-ci il tarixdən X4 məsləhətçisimühasibi vəzifəsinə keçirilmişdir.
2. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 80 nömrəli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Gülüstan” Sarayının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi, idarəetmənin optimallaşdırılması məqsədilə struktur islahatlarının aparılması planlaşdırılır. “Gülüstan” Sarayının yeni strukturunda bir sıra vəzifələrin, o cümlədən 1 (bir) ştat vahidi məsləhətçi-mühasib vəzifəsinin də ixtisar edilməsi nəzərdə tutulur. Qeyd olunanlar nəzərə alınaraq, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü və 34-cü maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra sizinlə “Gülüstan” Sarayı arasında bağlanmış əmək müqaviləsi ləğv ediləcəkdir. Nəzərinizə çatdırılır ki, xəbərdarlıq müddəti ərzində iş axtarmağa imkan yaradılması məqsədilə siz hər iş həftəsində bir iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edilirsiniz. Eyni zamanda bildirilir ki, işdənçıxarma müavinəti ilə yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin dördüncü hissəsinə əsasən razılığınız əsasında yuxarıda qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta əmək haqqının iki mislini bir dəfəyə ödənilməklə sizinlə bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilə bilər.
3. İddiaçının ona təqdim edilmiş xəbərdarlıq məktubunu imzalayaraq qəbul etməkdən imtina etməsi barədə xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Kadrlar şöbəsinin xidməti otağında ARPİİ-nin "Gülüstan” X3 məsləhətçisi-mühasibi İddiaçı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu təqdim edilmiş, lakin o, həmin xəbərdarlıq məktubunu oxuyub tanış olsa d a, imzalayıb qəbul etməkdən imtina etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci tarixli, 95 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 13 iyul 2021-ci il tarixli, 106 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Gülüstan” Sarayının strukturu yeni redaksiyada təsdiq edilmişdir. “Gülüstan” Sarayının yeni strukturunda bir sıra vəzifələr, o cümlədən 1 (bir) ştat vahidi məsləhətçimühasib vəzifəsi də ixtisar edilmişdir. Yeni struktura əsasən, ştatların ixtisarı ilə əlaqədar olaraq xəbərdarlıq müddəti bitdikdən sonra sizinlə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsi ilə xitam veriləcəkdir. Qeyd olunanlar nəzərə alınaraq, ştatların ixtisarı ilə bağlı əmək müqavi lənizə xitam verilməsi mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada həyata keçiriləcək, sizin hüquqlarınızın məhdudlaşdırılmasına və ya pozulmasına yol verilməyəcəkdir.
5. Cavabdehin xx.xx.2021-ci il tarixli, 149 nömrəli əmri ilə iddiaçının dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə əsasən ştatların ixtisarı ilə əlaqədar xitam verilmişdir. Əmrdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Gülüstan” X3 məsləhətçisimühasibi İddiaçı dövlət qulluğuna 2021-ci il dekabrın 9-dan "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.3-cü maddəsinə əsasən, ştatların ixtisarı ilə əlaqədar xitam verilsin; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gülüstan” X3 məsləhətçisi-mü hasibi İddiaçı "Gülüstan” Sarayında 5 (beş) il 2 (iki) ay 21 (iyirmi bir) gün əmək stajı olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta əmək haqqının 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilsin. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Gülüstan” Sarayının xx.xx.2021-ci il tarixli, 149 saylı əmrinin ləğv edilməsi və məsləhətçi-mühasib vəzifəsinə bərpa olunması və buraxılmış müddət ərzində əmək haqqının hesablanaraq ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2 021-ci il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunda çalışmışdır. Hər zaman üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirmişdir. Bu illər ərzində çalışdığı idarədə daim Azərbaycan Respublikasının qanunlarına uyğun müəyyən edilmiş öhdəlikləri keyfiyyətlə yerinə yetirmiş, etik davranış qaydalarına və prinsiplərinə əməl etmişdir. Cavabdeh “Gülüstan” X3 məsləhətçisi-mühasibi vəzifəsindən xx.xx.2021-ci il tarixindən işdən azad olunmuşdur. Rəhbərlik tərəfindən ona qarşı qanunsuzluğa yol verilmişdir. Mühasibatlıqda 4 (dörd) məsləhətçi-mühasibdən 3 (üç) məsləhətçi-mühasib kadr tərəfindən edilən təzyiqlər nəticəsində öz ərizələri əsasında işdən azad olunmuşlar. Halbuki bu qısa müddət ərzində işə yeni 25 işçi qəbul edilmişdir. İddiaçı çalışdığı idarədə ştat vahi di (yüz on bir) artırılaraq 131 (bir yüz otuz bir) ştat vahidinə çatdırılmışdır. xx.xx.2021-ci il tarixdə onunla daimi dövlət qulluğuna qəbul edilən şəxs kimi əmək müqaviləsi bağlanılmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə ştatın ixtisarı ilə əlaqədar xitam verilmişdir. Onun iş stajı, təcrübəsi, işə yararlılığı nəzərə alınmamış və strukturda artım olduğu halda tək onu qanunsuz olaraq işdən azad etmişlər. İxtisarla bağlı sənədlərin məcmusunu tələb etdikdə, heç bir səbəb və açıqlama təqdim edilməmişdir. Yalnız kadrlar üzrə məsləhətçi şifahi bildirmişdir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kadrlarla iş sektorunun məsləhətiylə qərar verilmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı 19 sent yabr 2016-cı il tarixdən 09 dekabr 2021-ci il tarixədək “Gülüstan” Sarayında işləmişdir. Onunla əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.3-cü maddəsi ilə xitam verilmişdir. 2021-ci ilin 13 iyul tarixində "Gülüstan” Sarayının strukturu yeni redaksiyada təsdiq olunmuşdur. Struktur dəyişikliyi "Gülüstan” Sarayının fəaliyyətində səmərəliliyin və operativliyin təmin edilməsi, idarəetmənin optimallaşdırılması işinə xidmət etmişdir. Məhz bu səbəbdən "Gülüstan” Sarayının müəyyən funksional struktur bölmələrinin (xidmətedici heyətin) işçi sayı artırılmış, ştat sayı artan peşələr əsasən aşbaz və qonaqlara xidmət göstərənlər (ofisiantlar) olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə, işəgötürənin hüquqlarından biri bu Məcəllənin və digər nor mativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etməkdir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.3-cü maddəsinə görə, dövlət qulluğuna dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə xitam verilə bilər. İddiaçı ilə imzalanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş işçinin təminatları tam yerinə yetirilmişdir. Belə ki, Əmək Məcəlləsinin 77.1 -ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəg ötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan müddətlərdə (beş ildən on ilədək əmək stajı olduqda - ən azı altı təqvim həftəsi) rəsmi xəbərdar edilməlidir. İddiaçıya 4 dekabr 2022-ci il tarixdə xəbərdarlıq verilmişdir. Həmin tarixdən 09 dekabr tarixinə qədər isə 9 təqvim həftəsi və 3 gün müddəti edir, beləliklə, ona artıqlaması ilə müddət verilmişdir ki, o, yeni iş yeri tapmaq üçün görüşlərə və müsahibələrə qatıla bilsin. Bundan əlavə, iddiaçının hər iş həftəsi üçün 1 iş günü əmək haqqı saxlanılmaqla sırf yeni iş yeri tapmaq məqsədilə əmək funksiyasının icrasından azad edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən ştatların ixtisarı zamanı iddiaçıya bağlanmış əmək müqaviləsinə uyğ un olaraq beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün təminatları tam yerinə yetirilmişdir. Bununla yanaşı, müəssisədə ştatların ixtisarı ilə əlaqədar struktur dəyişiklikləri aparıldıqda, əmək müqaviləsi ləğv edilməli olan işçilər işəgötürən tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1-ci maddəsinə görə, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin maddənin ikinci hissəsində (işdə saxlanmasına üstünlük verilən şəxslər) nəzərdə tutulmuş əsaslardan heç biri iddiaçıda mövcud olmadığı üçün, iddiaçının bu barədə tələbi də əsassızdır. Yuxarıda qeyd olunduğu kimi, “Gülüstan” Sarayı üzrə ştat artımı sarayın funksional sahəsinə uyğun aparılmış, yeni açılan ştatlar iddiaçının ixtisasına, tutduğu vəzifəyə uyğun vəzifələr olmadığından, ona həmin işlər təklif olunmamışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyindəki qurumlardan biri olan Yeməkxanada İddiaçı ixtisasına və peşəsinə uyğun vakant mühasib iş yeri təklif olunmuş, lakin iddiaçı da bu iş yerindən imtina etmişdir. Həmçinin “Dövlət qulluğu haqqında” Qanunun 29.3-cü maddəsinin beşinci hissəsinə əsasən dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs bu Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq keçirilən ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq keçirilən daxili müsahibədə iştirak edə bilər. Bu barədə İddiaçı məlumat verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5657/2022 nömrəli (hakim A.Ə.Əhədova) qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 19 iyun 2020-ci il tarixli, 38 nömrəli sərəncamla təsdiq edilmiş siyahıda məsləhətçi-mühasib ştatı üzrə 3 ştat vahidi və həmin ştatlara uyğun 3 nəfər S.H.İskəndərov, L.F.Mirzəyeva və İddiaçı təyin edildiyi halda, 13 iyul 2021-ci il tarixli yeni struktur siyahısında idarə heyətində məsləhətçi- mühasib ştatı 1 nəfər olaraq göstərilmişdir. Beləliklə, iddiaçının işlədiyi qurumda məsləhətçi-mühasib ştatının ixtisar edilməsi və bu əsasdan iddiaçının qulluğuna xitam verilməsi qəbul edilməlidir. "İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmə məsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Belə ki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. İşin hüquqi və faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə inzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Eyni zamanda işçilərin peşəkarlıq və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda üstünlük hüququ verilən şəxslərin dairəsi ilə bağlı qiymətləndirməyə gəldikdə isə İddiaçı "Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 3-cü bəndində sadalanan şəxslərin sırasına aid olmadığı müəyyən olunur. Cavabdeh iddiaçı ilə əmək müqaviləsini ştatların ixtisarına görə ləğv edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində imperativ olaraq nəzərdə tutulmuş təminat tədbirləri ilə bağlı həmin normanın tələblərini təmin etməlidir. Əmək Məcə lləsinin 71-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77-ci maddəsinin:
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;
2. Xəbərdarlıq müddəti ərzində hə r iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında. İşin hallarından görünür ki, iddiaçının qulluğuna xitam verilmədən xx.xx.2021-ci il tarixdən əvvəl stajına uyğun olaraq (ən azı altı təqvim həftəsi olmaqla) xx.xx.2021-ci il tarixdən 1 ştat vahidi - məsləhətçi-mühasib ştatının ixtisar ediləcəyi, onunla bağlanmış əmək müqaviləsinə 09 təqvim həftəsi başa çatdıqdan sonra əmək müqaviləsinə xitam veriləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Qeyd edilən xəbərdarlığı rəsmi şəkildə xx.xx.2021-ci il tarixdə aldığını iddiaçı özünün Sarayın direktoruna ünvanladığı xx.xx.2021 -ci il tarixli məktubunda bildirmişdir. Adıçəkilən xx.xx.2021-ci il tarixli xəbərdarlıqda eyni zamanda ƏM-in 77.2-ci maddəsinə əsasən iddiaçıya iş axtarmağa imkan yaradılması məqsədi ilə iş həftəsində əmək haqqı saxlanılmaqla azı bir iş günü əmək funksiyasının icrasından azad edildiyi barədə məlumat da verilmişdir. Təqdim edilmiş dekabr 2021-ci il üzrə son haqq hesab cədvəlinə əsasən iddiaçıya Əmək Məcəlləsinin 77.3-cü maddəsinin tələbinə uyğun olaraq orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdi r. İddiaçı tərəfin qeyd etdiyi Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilə biləcəyi halda iddiaçının ştatların ixtisarına görə işdən azad edilərkən işəgötürənin bu barədə həmkarlar ittifaqını məlumatlandırmaması dəlilinə gəlincə isə məhkəmə cavabdehin qeyd etdiyi kimi "Gülüstan” Sarayında həmkarlar ittifaqı olmaması, iddiaçının həmkarlar ittifaqının üzvü olmaması əsasına görə belə bir məlumatın verilməsinə zərurət yaranmadığına dair əsaslandırması ilə razılaşır. "İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tər əfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmişdir. Hazırkı iş üzrə mübahisələndirilən əmrin yuxarıda qeyd edilən maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını x ahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-2967/2022 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və Ş.A.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-1(112)-5657/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya mahi yyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslanır. Şikayət əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, 35-ci, 60-cı, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci, 1.2-ci 2.0.2ci, 2.0.4-cü, 2.0.6-cı maddələrinə istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı təqdim edilmiş etirazında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)2967/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
17. Etirazın əsaslarına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin bütün tələbləri yerinə yetirilmişdir. Müəssisədə ştatların ixtisarı ilə əlaqədar struktur dəyişiklikləri aparıldıqda, əmək müqaviləsi ləğv edilm əli olan işçilər işəgötürən tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1-ci maddəsinə görə, işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bu maddədən göründüyü kimi, qanunvericilik sözügedən səlahiyyəti işəgötürənə vermişdir. Göründüyü kimi, “Gülüstan” sarayında struktur dəyişikliyi əmək qanunvericiliyinin tələbləri gözlənilməklə həyata keçirilmiş və bununla bağlı bütün sənədlər aidiyyəti məhkəməyə təqdim olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəs ində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 21.1-ci maddəsinə görə dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: (....) 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük (... ). 33.1 -ci maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə. 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
19. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011 -ci il tarixli 46 4 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın: 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehti yat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. 3-cü bəndinə əsasən (... ) dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda aşağıdakı şəxslərə üstünlük verilir: 3.1. şəhid ailəsinin üzvlərinə; 3.2. müharibə iştirakçılarına; 3.3. 10 il və daha çox dövlət qulluğu stajı olanlara; 3.4. əsgər və zabitlərin arvadlarına (ərlərinə); 3.5. öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara. 7-ci bəndinə görə dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı həyata keçirilərkən peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər işdə saxlanılır. Bu zaman şəxslərin peşəkarlığı və idarəçilik təcrübəsi eyni səviyyədə olduqda bu Qaydanın 3-cü hissəsində göstəril ən şəxslərə üstünlük verilir. 8-ci bəndinə görə dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi 5-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi a ktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 11-ci maddəsinin 1-ci hissəsinə görə əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək. 70-ci maddəsinə görə əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. 78-ci maddəsinə əsasən:
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhk əmə qaydasında ləğv oluna bilər
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə
58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə
70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibat i şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallard a 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir..... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv e dərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməl əri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət qulluğuna ştatların ixtisarı səbəbindən xitam verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. 3
0. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Gülüstan” Sarayında idarəçiliyin təkmilləşdirilməsi, optimal və effektiv idarəetmə sisteminin yaradılması məqsədi ilə müvafiq islahatlar həyata keçirilmiş və həmin islahatlar çərçivəsində sarayın idarəetmə sistemi müəyyən struktur dəyişikliyinə məruz qalmışdır. Bununla bağlı yeni struktur bölmələrin yaradılmasının və ştat vahidlərinin müəyyən olunmasının islahatın-effektiv idarəetmə sisteminin yaradılması məqsədlərinə xidmət etdiyi və cavabdehin müstəsna məsuliyyət sferasına aid olduğu nəzərə alınmalıdır.
32. Həmçini n nəzərə almaq lazımdır ki, analoji mübahisələrə baxarkən məhkəmə tərəfindən iddiaçının dövlət qulluğuna xitam verilməsi ilə əlaqədar yuxarıda istinad olunan normalarda təsbit olunmuş prosedurlara və tələblərə cavabdeh tərəfindən riayət olunduğu yoxlanılmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının dövlət qulluğuna xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə, prosedur qaydalara.əməl olunduğu və iddiaçının dövlət qulluğuna qanuni əsasa istinadən xitam verildiyi işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları təsdiq olunur.
33. Bu qərarın 22-ci bəndində istinad olunan norma anlamında inzibati aktmübahisələndirilən əmr yalnız qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin in zibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
34. Hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən əmrin qanunazidd olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yu xarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 21(103)-2967/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.