Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-985/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, qeyri-müəyyən iddia tələbi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MTK-nın direktoru X1 iştirakı ilə, İddiaçı MTK-nın (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə sinə (bundan sonra cavabdeh) qarşı “vergi borcunun silinməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-264/2021 saylı, 17 fevral 2021ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 6 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqəsində olan cəmi ödənilməli olan vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunaraq, iddiaçı tərəfindən dövlət büdcə sinə olan ümumilikdə 2.022.753,48 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə, qeyd olunan hüquqi şəxsin icra orqanının rəhbəri qismində Hikmətin Yigitdölün ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilmişdir ki, iddiaçının vergilər üzrə 1.085.691,47 manat, faizlər üzrə 396.277,22 manat və maliyyə sanksiyası üzrə 540,784,79 manat borcu vardır. Əslində isə qeyd olunan məbləğ ərizəçi tərəfindən şişirdilmişdir. Belə ki, vergi borcu olaraq 1.085.691,47 manata münasibətdə əlavə olaraq faiz borcu hesablanmış və maliyyə sanksiyası tətbiq olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmişdir. İddiaçın MTK barəsində Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə istintaq aparılmış və ********* saylı cinayət işi üzrə müəyyən edilmişdir ki, MTK gəlir və xərclər barədə vergi orqanına yalan məlumatlar verməklə, ümumilikdə külli miqdarda yəni, 1.085.691,47 manat məbləğdə vəsaiti dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Qeyd olunan cinayət işi, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə mənim barəmdə başlanılmış və istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. Həmin cinayət iş üzrə istintaq tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və həmin ekspertiza tərəfindən verilmiş 5 dekabr 2018-ci il tarixli eksper t rəyinə əsasən, qeyd olunan vergi borcunun 474.137,59 manat məbləğində azaldılması müəyyən olunmuş, o cümlədən ƏDV üzrə 383.296,55 manat, mənfəət vergisi üzrə 71.697,72 manat, torpaq vergisi üzrə 2118,33 manat, əmlak vergisi üzrə 17.024,99 manat təşkil edir. İstintaq zamanı müəyyən edilmişdir ki, 2014-2016-cı illərdə iddiaçı tərəfindən ƏDV, mənfəət, torpaq və əmlak vergisi üzrə ümumilikdə 596.980,63 manat pul dövlət büdcəsinə ödənilmişdir. Beləliklə istintaqla 2014-2016-cı illərdə vergilərin dövlət büdcəsinə ödənilməkdən yayınması faktı öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə başlanılmış cinayət işinin təqibinə xitam verilmişdir.
3. Cavabdeh iddiaya qarşı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın əsası kimi qeyd etmişdir ki, iddiaçının tələb etdiyi şəxsi hesa b vərəqəsində mövcud olan borc məbləğinin yaranması əsası “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 14.06 2018-ci il tarixli qərar üzrə aparılmış hesablamalardır. Səyyar vergi yoxlaması aktında əks olunan hər bir tədiyyə üzrə hesablamaların əsasından da bəlli olduğu kimi vergi orqanı tərəfindən aparılmış hesablama vergi qanunvericiliyinin tələblərinə tam uyğundur və əsaslıdır.
4. İddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual hərəkətlərin edilməsi təklif edilsə də, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-3906/2020 saylı iş) 1 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Bir inci instansiya məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən vergi borcunun silinməsi (müvafiq qərarın ləğv edilməsi) tələbinə dair müvafiq ərizə ilə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X6, 2-1(103)-264/2021 saylı iş) 17 fevral 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 1 oktyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
9. İddiaçı 1 ap rel 2021-ci il tarixdə qərardadın surətini almış, 9 aprel 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
10. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əməl etməmiş, proses iştirakçılarına yardım etməyə borclu olduğu halda, bunu etməmişdir. Məhkəmə iclası zamanı iddianın mümkünsüz sayılması barədə qərardadda göstərilən hallar iddiaçı tərəfə izah edilməmiş, tərəflərin iştirak etmələri gözlənilmədən tələsik olaraq iddianın mümkünsüz sayılması barədə qərardad çıxarılmışdır ki, bu da iddiaçının əmlak hüququnun pozulması ilə nəticələnmişdir. Bunda n başqa inzibati iddia ərizəsində cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış, məhkəmə isə İPM-in imperativ normasını göstərmədən iddianı öz mülahizəsinə görə mümkünsüz hesab etmişdir. Bundan başqa birinci instansiya və apellyasiya məhkəmələri iddiaçının Konstitusiyanın 60-cı maddəsi ilə təsbit edilmiş məhkəmədə və inzibati qaydada hüquqlarının müdafiəsinə təminat hüququnu pozaraq qanunsuz və əsassız olaraq iddianı mümkün saymamışlar. Halbuki, iddia tələbindən iddiaçının hansı hüquqlarının pozulmuş olduğu açıq-aşkar görünür.
11. Belə ki, 14.06.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3- cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və iş aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin iş araşdırılmış və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın rəyinə əsasən iddiaçının heç bir vergi borcu müəyyən olunmamışdır. Buna görə də Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarı ilə cinayət işinə xitam verilmişdir. Lakin həmin qərar əsasında müəyyən olunmuş 2022753,48 manat vergi borcu iddiaçının şəxsi hesab vərəqəsindən silinməmişdir. İddiaçı qeyd olunan borcun şəxsi hesab vərəqəsindən silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş məhkəmə iddia tələbini mümkünsüz hesab etmişdir. Verilmiş apellyasiya şikayət ini isə təmin etməmişdir.
12. İddiaçının isə hazırkı iddiasının inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri olan borcun olmaması və həmin borc əsasında başlanılmış cinayət işinin xitam verilməsi mövcuddur. Bundan başqa iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsindən görünür ki, iddiaçı müəssisə hazırda cavabdeh tərəfindən qəbul edilmiş 14.06.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə müəyyən olunmuş borcun silinməsini mübahisələndirir. Halbuki, sübut olunmuşdur ki, borc mövcud d eyildir, başlanılmış cinayət işinə xitam verilmişdir. Onu da qeyd edirik ki, məhkəmənin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə də əsassızdır. Belə ki, cavabdeh orqanın qəbul etdiyi qərar iddiaçıya təqdim edilməmişdir. Bu mənada iddia tələbinin mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin də həmin qərardadın qüvvədə saxlanılması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
14. Qeyd olunanları nəzərə alınaraq hesab edilir ki, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ-cü hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə k i, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 19. “İnzibati icraat haqqında” Qanun: Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
20. Vergi Məcəlləsi: Maddə
62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şik ayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarı: 1.1-ci bənd. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 3.1-ci bənd. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bənd. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bənd. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bənd. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər... 6.1-ci bənd. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
22. İnzibati Prosessual Məcəllə: Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydad a əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
27. İddiaçı şəxsi hesab vərəqəsində olan cəmi ödənilməli olan vergi borcun un silinməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.
28. İddiaçı hesab edir ki, 14.06.2018-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanılmış və iş aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorlu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin iş araşdırılmış və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın rəyinə əsasən iddiaçının heç bir borcu müəyyən olunmamışdır. Buna görə də Azərbaycan Respublikası Baş Prokurorlu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarı ilə cinayət işinə xitam verilmişdir. Lakin həmin qərar əsasında müəyyən olunmuş vergi borcu iddiaçının şəxsi hesab vərəqəsindən silinməmişdir. Cavabdeh orqan qəbul etdiyi qərarı iddiaçıya təqdim etmədiyindən apelyasiya məhkəməsinin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.
29. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. İddianın predmetini təşkil edən borc məbləğinin yaranma əsası cavabdehin qəbul etdiyi 14.06.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardır.
31. Cavabdeh iddia ərizəsinə etirazında da bildirmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan borc məbləği 14 iyun 2018-ci il tarixli qərar əsasında yaranmışdır.
32. Cavabdeh bildirmişdir ki, həmin qə rarı iddiaçıya poçtla göndərmişdir.
33. Vergi orqanının ərizəsi əsasında Nərimanov Rayonu Məhkəməsinin 10.12.2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı MTK-nın 2.022.753,48 manat vergi borcunun ödənilməsini təmin etmək üçün (əsas vergi borcu: 1.085.691,47 manat, faiz borcu: 396.277,22 manat; maliyyə sanksiyası: 540.784,79 manat) müəssisənin rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
34. İddiaçı hazırkı iddia ərizəsində bildirmişdir ki, vergi orqanı ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciətində 1.085.691,47 manat, faiz borcu 396.277,22 manat, maliyyə sanksiyası 540.784,79 manat olduğunu göstərmişdir.
35. Vergi Məcəlləsinin 62-ci maddəsinin tələbinə görə iddiaçının vergi orqanlarının qərarlarından (aktlarından) qanunla müəyyən edilmiş qayd ada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə vermək hüququ olmuşdur.
36. İddiaçı onu vergi məsuliyyətinə cəlb edilməsi barədə cavabdehin 14 iyun 2018-ci il tarixli qərarı ilə inzibati məhkəmə icraatı qaydasında mübahisə açmamışdır.
37. İddiaçının mübahisə açdığı vergi borcu cavabdehin inzibati aktı əsasında qəbul edilmiş, həmin aktın ləğvi, dəyişdirilməsi, qüvvədən düşmüş hesab edilməsi barədə sübut təqdim edilməmiş, cavabdeh həmin qərarın qüvvədə olduğunu bildirmişdir.
38. Birinci instansiya məhkəməsi iddiaçıya 18 iyun 2020-ci il tarixdə təqdim etdiyi məhkəmə bildirişində İPM-in 13 və 49-cu maddələrinə uyğun olaraq yardım edilək iddia tələbinin dəqiq və aydın olmadığını bildirmişdir.
39. Lakin iddiaçı cavabdehin 14 iyun 2018-ci il tarixli qərarının mübahisələndir ilməsi ilə bağlı iddia ərizəsi verməmişdir.
40. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etmədiyi müəyyən edilmişdir. İddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olmadığından hazırkı iddia ilə iddiaçının hüquqi marağı mövcud olmamışdır.
41. Odur ki, iddianı mümkün saymamaqla apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
42. Apelyasiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddia tələbi dəqiqləşdirilsəydi də belə, id diaçının mübahisələndirdiyi borc məbləği 14.06.2018-ci il tarixli qərar əsasında yarandığından, iddiaçı isə həmin qərarı mübahisələndirmək üçün mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
43. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iddia tələbindən kənara çıxdığını bildirərək qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmadığından iddia müddətinin buraxılması hissəsində məhkəmə düzgün nəticəyə gəlməmişdir.
44. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan məhkəmə kollegiyası şikayəti təmin etmir.
45. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya inst ansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-264/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.