Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-985/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.05.2022 Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “sayğac üzrə şəxsi hesabın adına keçirilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işin ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin İnzibati Kollegiyasının müraciətinə şifahi məhkəmə baxışı keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. Təs viri hissə: İşin halları: İddiaçı “sayğac üzrə şəxsi hesabın adına keçirilməsi öhdəliyinin qoyulması”na dair iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac üzrə şəxsi hesabın onun adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2-1(118)-1590/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli 2-1(105)-110/2022 nömrəli qəradadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2-1(118)-1590/2021 nömrəli qərarı ləğv edilmiş, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apelyasiya məhkəməsinin mövqeyinə görə İPM-in 8.1.4 və 8.2-ci maddələrinə əsasən mübahisəyə cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, cavabdeh Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasında olduğundan, mübahisəyə həmin məhkəmədə baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7291/2022 saylı 6 aprel 2022-ci il tarixli qərardadı ilə iş səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı hüquq münasibəti ilə əlaqədar olduğu üçün İPM-in 8.1.1-ci maddəsin ə əsasən mübahisəyə qeyri-yaşayış binasının olduğu yer üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, müraciət əsaslı olduğundan təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, hazırkı iş üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac üzrə şəxsi hesabın onun adına keçirilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış bi nası ilə bağlı hüquq münasibəti ilə əlaqədar olduğu üçün mübahisəyə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, İPM-in 8.1.1-ci maddəsi baxımından inzibati mübahisələrdə işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq qeyd edilən qaydada baxılmasının əsas məqsədi iddiaçının məhkəməyə çatımlığını, hüquqi müdafiə vasitələrindən səmərəli istifadənin təmin edilməsidir. Həm iddiaçının, həm də cavabdehin olduğu yer Bakı şəhəri olsa da, mübahisə daşınmaz əmlakla bağlı olmuşdur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X1rşı iş üzrə 1975-ci il 21 fevral tari xli Qərar). “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir. Qeyd edilənlərə əsasən, ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması məqsədə müvafiq olmadığından iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası vurğulayır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarının 13-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmay araq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, işə baxılan zaman “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarında qeyd edilən mövqeyi və Mülki Prosessual Məcəllənin 24-26-cı maddələrinin tələbləri nəzərə alınmaqla işin məhkəmə aidiyyəti müzakirə edilməli, bundan asılı olaraq mübahisə üzrə qərar qəbul etməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və İnzibati Prosessual Məcəllənin 9-cu maddəsini rəhbər tutaraq qərara aldı: İ ddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “sayğac üzrə şəxsi hesabın adına keçirilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-985/2022
Ali Məhkəmə Qərar — İş №2-1(102)-985/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver