Məhkəmə qərarları › İş №2-1(102)-985/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-985/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-985/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin ünvanının hüquqi şəxslərin hüquqi ünvanı kimi göstərildiyi qeydin silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: CROSS MKL” MMC, "xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC) “mənzilin ünvanının hüquqi şəxslərin hüquqi ünvanı kimi göstərilməsinin si linməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3391/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 191504 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 saylı evin 46 nömrəli mənzili İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 982 saylı reyestr kitabında 147542 səhifədə 30/9199 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

2. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X2 Qeydiyyatı İdarəsinin xx. xx.2021-ci il tarixli, **********214800 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır. "xxxx"xxxx"xxxx" MMC və "xxxx" MMC-nin hüquqi ünvanına dair məlumatlar təsisçi Nümayəndə1, "xxxx" MMC-nin hüquqi ünvanına dair məlumat isə təsisçi Nümayəndə2 tərəfindən elektron qaydada doldurulmuşdur. Əlavə olaraq bildirilir ki, “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin tələb edilməsi nəzərdə tutulmamışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş P asport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-16395-1221 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında xx.xx.1967-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir.

4. Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, bir neçə kommersiya hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinə dair müraciətinizə Dövlət Vergi Xidmətində baxılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduğunuz ünvan 3 ünvanı 2013-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron dövlət qeydiyyatı zamanı təsisçilərin elektron müraciətləri əsasında həmin hüquqi şəxslərin hüquqi ünvanı kimi dövlət reyestrinə daxil edilmişdir. Belə ki, “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5-1-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi tələb edilmir. Bildirilir ki, qanunvericiliyə əsasən qeydiyyat orqanına öz təşəbbüsü ilə hüquqi şəxsin hüquqi ünvanını dəyişdirmək səlahiyyəti verilməmişdir. Hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi üçün təsisçilər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər (ərizə, qeydiyyat şəhadətnaməsi (VÖEN), təsisçilərin qərarı, nizamnaməyə dəyişiklik) qeydiyyat orqanına təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, qeyd olunan hüquqi şəxslərin təsisçilərinə xx.xx.2021-ci il t arixli **********446500 və **********453100 nömrəli məktublarla hüquqi ünvan dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim etmələri bildirilmişdir.

5. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinin İddiaçı ünvanlandığı məktubda bildirilmişdir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 qeydiyyatı idarəsinə daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının mülkiyyətinizdə olan ünvan 2 ünvanı olması faktının dövlət reyestr məlumatlarından çıxarılmasına dair müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı dəqiqləşdirilənə dək onun təsisçi və rəhbərinin qeydiyyat ünvanından Cəmiyyətin faktiki ünvanı və poçt əlaqəsi ünvanı olaraq istifadə edilməsi üçün uçot məlumat bazasında müvafiq düzəliş edilmişdir. Eyni zamanda məlumat üçün bildirilir ki, “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən kommersiya qurumlara üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti or qanı tərəfindən təsdiq edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində olduğu yer haqqında məlumat göstərilməlidir. Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Bununla əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı və nizamnaməyə edilmiş dəyişiklik layihəsi (ən azı iki nüsxədə) təqdim edilməlidir. Bundan başqa, Qanunun 5.4.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Yuxarıda göstərilənləri və əvvəlki müraciətinizi nəzərə alaraq, Cəmiyyətin hüquqi ünvanının dəyişməsi fa ktının dövlət qeydiyyatına alınması üçün Nümayəndə1 tərəfimizdən **********262800 nömrəli, xx.xx.2018-ci il tarixli məktub göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" MMC, “LİNGVO 552 MMC, "xxxx"xxxx"xxxx" MMC və sair adlı firmaların onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.ünvan 4 ünvan kimi göstərilməsindən çıxarılması və gələcəkdə Bakı şəhəri, Nizami rayonu, C.ünvan 5 ünvan kimi göstərilməsinə qadağa qoyulması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2 1(112)-1680/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC adlı hüquqi şəxsləri iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

8. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəs inin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 24 saylı evin 46 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. 2015ci ildən indiyə kimi müxtəlif şirkətlər, firmalar, hüquqi şəxslər öz hüquqi ünvanları kimi onun xüsusi mülkiyyətində olan, eyni zamanda hazırda yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 24 saylı evin 46 nömrəli mənzilini onun nə xəbəri, nə də icazəsi olmadan “Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X2 qeydiyyat İdarəsin”də özlərinin hüquqi ünvanı kimi qeyd etmişlər.

10. İddiaçı şəxsiyyətləri ona məlu m olmayan şəxslərin bu qanunsuz əməlləri ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına, Vergilər Nazirliyinə müxtəlif şikayətlər etsə belə, lakin bu günə kimi heç bir nəticəsi olmamışdır. Onda olan məlumata görə qanunsuz əməlləri törədən tanımadığı şirkətlər, firmalar və hüquqi şəxslər qanunsuz yollarla vətəndaşların şəxsiyyət vəsiqələrini ələ keçirərək, qarşı tərəfləri xəbərdar etmədən öz firmalarına işə düzəldirlər. Artıq neçə illərdir ki, bütün bu tanımadığı şirkətlər, firmalar, hüquqi şəxslərin vergi borcları və digər dövlət idarələri yanında öhdəlikləri ilə bağlı məktublar onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 24 saylı evin 46 nömrəli mənzilinə gəlir. O, öz xüsusi mülkiyyətində rahat yaşaya bilmir. Bir gündən bir qapısı döyülür, məhkəmələrdə n məktublar gəlir, ya da bu firmaların qanunsuz əməllərinin qurbanları olan şəxslər hüquqi ünvan kimi onun xüsusi mülkiyyətində olan mənzilinə gələrək qanunsuz olaraq xəbərləri olmadan rəsmi olaraq işə düzəlmiş olduqlarını və həmin firmalarının hüquqi ünvanı kimi onun xüsusi mülkiyyətində olan mənzilin göstərildiyini ona bildirirlər. Bir mülkiyyətçi kimi onun həm mülkiyyət hüquqları, həm də yaşayış hüquqları pozulmuş hesab olunur. Öz xüsusi mülkiyyətində rahatçılıqla yaşaya bilmir, poçt tərəfindən külli miqdarda müxtəlif orqan və təşkilatlardan məktubların gəlməsi davam edir. O, vaxtilə, yəni 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsinə rəsmi şikayətlə müraciət etmişdir.

11. Azərbaycan Respublikası Vergilər Naz irliyi yanında Milli Gəlirlər Departamentinin X2 Qeydiyyatı İdarəsi əvvəlki müraciətini nəzərə alaraq, Cəmiyyətin hüquqi ünvanının dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün Nümayəndə1 tərəflərindən **********262800 nömrəli, xx.xx.2018-ci il tarixli məktub göndərilmişdir. Lakin bu günə kimi heç bir nəticəsi olmamışdır. Yenidən xx.xx.2021-ci il tarixli, 136796/2021-7-31-004 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 865,5 manat məbləğində inzibati cərimə olunması barədə onun xüsusi mülkiyyətində olan ünvanını hüquqi ünvan göstərdiklərinə görə bildiriş və icra qərarı gəlmişdir. Hər dəfə icra məmurları gəlib onun xüsusi mülkiyyətində narahat edirlər. Buna baxmayaraq, o məcbur qalıb bu məsə ləyə son qoymaq məqsədi ilə yenidən hüquq mühafizə orqanlarına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi şikayətlər göndərmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onun rəsmi şikayətinə cavab olaraq bildirmişdir ki, bununla əlaqədar olaraq, qeyd olunan hüquqi şəxslərin təsisçilərinə məktublarla hüquqi ünvan dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim etmələri bildirilmişdir. Bu cür cavab yenə onu qane etmir və bilir ki, gələcəkdə onun xüsusi mülkiyyətində olan ünvanına hüquq mühafizə orqanlarından məktubların ardı kəsilməyəcək. Hazırda "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC və sair adlı firmaların onun xüsusi mülkiyyətind ə olan mənzilini qanunsuz olaraq heç bir şifahi və yazılı razılığı olmadan özlərinin hüquqi ünvanı kimi qeyd etdiyinə görə hesab edir ki, onların hüquqi ünvanları dəyişdirilməli, onlar barədə qanuni tədbirlər görülməli və bu qanunsuz əməlləri törədən şəxslər tapılaraq qanun qarşısında cəzalandırılmalıdırlar. Onun rəsmi müraciətinə cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X1 Dövlət Qeydiyyatı İdarəsinin 11 iyun 2015-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə1dur. Cavabdehin etirazları:

13. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Ha zırkı iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlərinə aid olmayan vəzifənin qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə X2 reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 35.3-cü maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4, 54, 151 və 154-cü maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1680/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddia təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx"xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı özünün mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı üçüncü şəxsə (hüquqi şəxsin təsisçisinə) qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilərdi. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özünün qanunla qorunan hüquqlarını müdafiə etmək üçün prosessual qanunverici liklə nəzərdə tutulmuş müdafiə üsulunu və vasitəsini seçməkdə sərbəstdir. Cavabdehin də istinad etdiyi “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun müddəalarında hüquqi şəxsin hüquqi ünvanına dair təsisçinin hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsinin zəruri şərt kimi təsbit olunmaması həmin ünvanın aid olduğu əmlakın mülkiyyətçisini Konstitusiya və digər qanunlarla ona verilmiş hüquqlardan irəli gələn hazırkı məzmunda tələb irəli sürmək (inzibati orqanının üzərinə öhdəlik qoyulmasını tələb etmək) hüququna təsir etmir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 deka br 2022-ci il tarixli, 2-1(103)-3391/2022 nömrəli qərarı ilə (hakimlər M.N.Tağızadə - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia predmetində iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlərinə aid olmayan vəzifənin qoyulması tələbi ilə inzibati məhkəməyə mü raciət etmişdir.

21. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqana öz təşəbbüsü ilə X2 reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz.

22. Belə ki, sözügedən hüquqi şəxslərin ünvan məlumatlarında dəyişiklik aparılması qanunvericiliklə tənzimlənmişdir.

23. Hazırkı məhkəmə işi üzrə göründüyü kimi, qanunvericilik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinin icra mexanizmini müəyyən edib. Hüquqi şəxsin hüquqi ünvanının və nizamnaməsinin dəyişdirilməsi səlahiyyəti, cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Odur ki, inzibati orqan iş üzrə onun səlahiyyətinə aid edilməyən və qanunvericiliklə dəyişdirilməsi mexanizmi mövcud olan iş üzrə cavabdehlik daşıya bilməz.

24. Hüquqi şəxslərin qeydiyyatını həyata keçirmiş hazırkı cavabdeh inzibati orqan iddiaçının heç bir hüququnu pozmamışdır.

25. İddiaçının hüquqları onun ünvanını hüquqi şəxsin qeydiyyat ərizəsini təqdim edən Cəmiyyətin təsisçisi tərəfindən pozulduğundan iş üzrə cavabdeh qismində təsisçi cəlb edilməli və iddia mülki hüquq pozuntusuna aid olduğu üçün məhkəmə aidiyyəti məsələsinə də yenidən baxılmalıdır. 26. “X2 qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən qurumun hüquqi ünvanı Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməli məlumatdır.

27. Hüquqi şəxsin hüquqi ünvanı barədə yazının reyestrdən çıxarılması hüquqi şəxsin nizamnaməsində də dəyişikliyin aparılmasını zəruri edir.

28. Çünki, Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir.

29. Adı qeyd edilən hüquqi şəxslərin Qanunun 5-1-ci maddəsində nəzərdə tutulan qaydada “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı” formasında qeydiyyatdan keçmişdir. Bu zaman isə Qanunda hüquqi şəxsin hüquqi ünvanını təsdiq edən sənədin cavabdeh orqan tərəfindən tələb edilməsi nəzərdə tutulmamışdır.

30. Göründüyü kimi, hüquqi şəxsin olduğu yerin - hüquqi ünvanın Cə miyyətin nizamnaməsində qeyd olunması qanunla nəzərdə tutulduğundan, nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, VÖEN və nizamnamənin hüquqi ünvanı göstərilən bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi cavabdeh orqana təqdim edildikdən sonra həyata keçirilir.

31. Göstərilənləri nəzərə alaraq, qeyd olunan Cəmiyyətlərin hüquqi ünvanının dəyişdirilməsi üçün Qanunun 12.12-ci maddəsində nəzərdə tutulmuş ərizəyə yuxarıda qeyd edilən sənədlər əlavə edilməklə X2 qeydiyyatı İdarəsinə təqdim edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “X2 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respu blikası Qanunu: 2.0.1. Hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. 2.0.7-ci maddəsinə görə X2 qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) X2 reyestrinə daxil edilməsidir. 2.0.8. X2 reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barə sində məlumatlar (qeydlər) məcmusudur. 2.0.10. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. 2.0.11. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır. 2.0.12. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Q anunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır. 5-1.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şə xs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 5-1.2. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə nizamnamə əlavə edilir. 5-1.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. 5-1.6. Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyə tli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. 5-1.7. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Kassasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz..

38. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 saylı evin 46 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 982 saylı reyestr ki tabında 147542 səhifədə 30/9199 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.

39. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında xx.xx.1967-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir.

40. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubunda bildirilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü Nümayəndə1 xx.xx.2004-cü il tarixdən hazırkı vaxtadək Beyləqan rayonu, Təzəkənd kəndində, xx.xx.1994-cü təvəllüdlü Nümayəndə2 xx.xx.2014cü il tarixdən hazırkı vaxtadək ünvan 6 ünvanında qeydiyyatdadırlar.

41. Həmçinin iş materiallarına əsasən, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçisi və rəhbəri (qanuni təmsilçisi) Nümayəndə1, "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçi və rəhbəri (qanuni təmsilçisi) Nümayəndə2dur. Hüquqi şəxslər yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətləri olmaqla elektron qaydada dövlət qeydiyyatına alınmışlar. Qeyd edilən hüquqi şəxslərin hüquqi ünvanı kimi ünvan 7əmin hüquqi şəxslərin təsisçiləri olmuş adları çəkilən Nümayəndə1 və Nümayəndə2 tərəfindən elektron qaydada doldurulmuşdur.

42. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati orqana öz təşəbbüsü ilə X2 reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən X2 reyestrində dəyiş iklik edilməsi məsələsi iddianın predmeti ola bilməz; adları qeyd edilən hüquqi şəxslərin “X2 qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsində nəzərdə tutulan qaydada “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı” formasında qeydiyyatdan keçmişdir. Bu zaman isə Qanunda hüquqi şəxsin hüquqi ünvanını təsdiq edən sənədin cavabdeh orqan tərəfindən tələb edilməsi nəzərdə tutulmamışdır.

43. Məhkəmə kollegiyası cavabdehin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddianın predmetini “reyestr aparan orqan tərəfindən X2 reyestrində dəyişiklik edilməsi” deyil, adları yuxarıda qeyd olunan hüquqi şəxslərin ünvan məlumatlarına dair qeydin ləğv edilməsidir.

44. Bundan ba şqa, iddiaçı adları qeyd olunan hüquqi şəxslərin nizamnamələrində dəyişikliklərin edilməsini də tələb etmir. Çünki bu, onun hüquqi marağına daxil deyil. Buna görə də, nizamnamədə dəyişikliklərin edilməsi ilə bağlı cavabdehin qeyd etdiyi hüquqi tənzimləmənin olması hazırkı məzmunda mübahisəni həll etmir.

45. Qanunda hüquqi şəxsin hüquqi ünvanını təsdiq edən sənədin cavabdeh orqan tərəfindən tələb edilməsinin nəzərdə tutulmadığı barədə dəlilə gəldikdə, nəzərə alınmalıdır ki, bununla bağlı qanunvericilikdə aşkar tənzimləmənin olmaması (o cümlədən, bu cür situasiyalarda inzibati orqanın hansı qaydada davranmalı olduğunun aşkar göstərilməməsi) iddiaçını Azərbaycan Respublikasının Konstitusiyası və onun əsasında qəbul edilmiş qanunlarda təsbit olunmuş mülkiyyətin müdafiəsi hüququna təsir etmir.

46. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 21(103)-3391/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar