Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-985/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərtlərinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının və sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024 -cü il tarixli, 2-1(103)-1839/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 30 yanvar 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hərbi xidmətdən ehtiyata buraxılması haqqında Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 069 əç nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
2. İddiaçı qərardan apellyasiya şikayəti vermiş, Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı kassasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2-1(102)-662/2021 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 069 əç nömrəli, 08 dekabr 2017-ci il tarixli əmri ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının ərizəsinə dair onun xeyrinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. İddia və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
4. Bundan sonra, cavabdeh iddiaçının hərbi xidmətdən tərxis olunması barədə əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması barədə əmr vermişdir.
5. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqının və sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2-1(102)-662/2021 nömrəli qərarı ilə iddiaçının yalnız hərbi xidmətdən tərxis olunması barədə əmrin ləğv edilmə si və hərbi xidmətə bərpa olunması barədə öhdəlik Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin qeyd edilən qərarı ilə İddiaçı hərbi xidmətdə olmadığı dövrdə ona pul təminatının ödənilməsi öhdəliyi Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin üzərinə qoyulmamışdır. Bu səbəbdən, hərbi xidmətdə olmadığı dövr üçün iddiaçıya pul təminatının ödənilməsi məhkəmənin qərarına uyğun deyildir. Bundan əlavə, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq hərbi qulluqçulara pul təminatı yalnız xidməti vəzifələrin icrası zamanı ödənilir. Hər hansı vəzifəni icra etməyən hərbi qulluqçulara pul təminatı ödənilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansi ya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məcburi iş buraxmaya görə əmək haqqının və sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalında operator vəzifəsində mülki işçi kimi çalışmağa başlamış və 27 iyul 2015-ci il tarixdə hərbi xidmətə çağırılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təlim Baş İdarəsi rəisinin 017 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi (əsgər hərbi rütbəsində) operator vəzifəsinə təyin olunmuşdur. Laki n bir müddət sonra, yəni 8 dekabr 2017-ci il tarixdə Baş Qərargah rəisinin müavininin 069 “əç” nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə əsasən (ştatların ixtisarına görə) ehtiyata buraxılmışdır. O, ehtiyata buraxılmasını qanunsuz hesab edərək, hərbi xidmətə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2-1(102)-662/2021 nömrəli qərarı ilə 8 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmr ləğv edilmiş və onun hərbi xidməyə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarına əsasən iddiaçı 16 iyun 2021-ci il tarixdə hərbi xidmətə bərpa olunmuşdur. Həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasının rəisinin sərəncamında olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Universiteti yarandıqdan sonra isə, həmin Universitetin sərəncamına keçirilmişdir. İddiaçının nümayəndəsi 30 dekabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, 8 dekabr 2017-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək olan müddət üçün məcburi iş buraxmaya görə aylıq pul təminatının ona ödənilməsini xahiş etmişdir. Lakin həmin müraciət cavablandırılmamış və hər hansı ödəniş aparılmamışdır. Həmçinin, iddiaçı məhkəmə qərarı ilə işə bərpa olunsa da, 16 iyun 2021-ci il tarixdən bu günədək heç bir vəzifəyə təyin edilməmiş, xidmətə bərpasından sonra isə ona yalnız iki aylıq əməkhaqqı ödənilmişdir. Sonradan iddiaçı nümayəndəsi vasitəsilə 17 yanvar 2023-cü il tar ixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə yenidən müraciət edərək, 8 dekabr 2017-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək olan müddət üzrə məcburi iş buraxmaya görə əməkhaqqının (aylıq pul təminatının) və 16 avqust 2021-ci il tarixdən sonrakı (sərəncamda olduğu) dövr üzrə aylıq pul təminatının ödənilməsini və onun müvafiq vəzifəyə təyin olunmasını xahiş etmişdir. Onun müraciəti müvafiq vəzifəyə təyin olunması hissəsində təmin edilsə də, qalan hissədə təmin edilməmiş və 08 aprel 2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir.
8. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 15 noyabr 2023-cü il tarixli 21(11 2)-9372/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddiaçının vaxtilə digər inzibati məhkəmə icraatında mübahisələndirdiyi cavabdeh inzibati orqanın 08 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmri əlverişsiz inzibati aktdır və onun ləğv edilməsi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İddiaçının hazırkı iddiası formal da olsa, İPM-in 2.2.3-cü maddəsi üzrə qaldırıldığından, qanunla ona münasibətdə iddia müddəti tətbiq edilmir. Lakin iddia qaldırarkən iddiaçının çatmaq istədiyi məqsədi, əlverişli məhkəmə müdafiəsi seçimini nəzərə alaraq məhkəmə vurğulayır ki, cavabdehin 8 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmrinin ləğv edilməsi onun hüquqi nəticələrini də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin həmin əmri iddiaçının işə bərpa olunması anınadək ona əməkhaqqı qismində bütün vəsaitlərin ödənilməsini də ehtiva edir. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə 8 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmr müvafiq məhkəmə qərarı əsasında ləğv olunduğundan və sonradan onun barəsində ayrıca əmr (əlverişsiz inzibati akt) qəbul olunmadığından, işə bərpasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə, ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Beləliklə, hazırkı iddia (ilkin iddia) mümkün sayılmamalıdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qə bul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1839/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadı ilə (sədrlik edən: P.A.Hüseynov, hakimlər: Ş.A.Məmmədova və M.C.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunsuz əlverişsiz və qanunsuz əlverişli inzibati aktların ləğvi onların qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İddiaçının vaxtilə digər inzibati məhkəmə icraatında mübahisələndirdiyi cavabdeh inzibati orqanın 069 əç nömrəli 8 dekabr 2017-ci il tarixli əmri əlverişsiz inzibati aktdır və onun ləğv edi lməsi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin 8 dekabr 2017-ci il tarixli 069 “əç” nömrəli əmrinin ləğv edilməsi onun hüquqi nəticələrini də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin həmin əmri iddiaçının işə bərpa olunması anınadək ona əməkhaqqı qismində bütün vəsaitlərin ödənilməsini də ehtiva edir. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə 8 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmr müvafiq məhkəmə qərarı əsasında ləğv olunduğundan və sonradan onun barəsində ayrıca əmr (əlverişsiz inzibati akt) qəbul olunmadığından, işə bərpasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə ayrıca inzibati məhkəmə icraatının predmeti ki mi çıxış etmir. Göstərilənlərə əsasən hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, hazırkı mübahisə ilə bağlı işə baxmış apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə Ali Məhkəmənin mövqeyi arasında ziddiyyət mövcuddur. Ali Məhkəmənin qərardadı daha gec əldə edildiyindən, apelyasiya instansiyası məhkəməsinə təqdim etmək mümkün olmamışdır. İddianın mümkünsüz hesab edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmaqla, onun qazanılmış hüquqlarını məhdudlaşdırmışdır. Çünki, həm Ali Məhkəmənin, həm də Bakı Apellyasiya Məhkəməsinin sonuncu qərardadlarında iddiaçının əmək hüquqları xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün məcburi işburaxmaya görə əməkhaqqı (aylıq pul təminatı) və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün (sərəncamda olduğu müddət ərzində) aylıq pul təminatı almaq hüququnun olması qeyd edilsə də, həmin tələbin realizə olunma formaları fərqli göstərilmişdir. Məhkəmə qərarına izah verilməsi barədə ərizənin təmin edilməməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolle giyasının 30 oktyabr 2023-cü il tarixli 21(102)-662/2021 nömrəli qərardadında qeyd edilmişdir ki, iddiaçıya izah edilir ki, hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr üzrə pul təminatının ödənilməsi barədə inzibati orqana müraciət edilməli, inzibati orqan tərəfindən pul təminatının ödənilməsindən imtina olunduğu təqdirdə isə həmin tələblə bağlı inzibati məhkəməyə müraciət edə bilər. b) kassasiya şikayətinə etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxu d inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bi lər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qər ardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 21(102)-662/2021 nömrəli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəm əsinin qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 069 əç nömrəli, 08 dekabr 2017-ci il tarixli əmri ləğv edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının ərizəsinə dair onun xeyrinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur.
23. İddiaçının hazırkı hüquqi marağı məcburi iş buraxmaya görə əmək haqqının, o cümlədən sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsinə yönəlmişdir.
24. İddianı mümkün saymayan aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyinə görə, iddiaçının vaxtilə digər inzibati məhkəmə icraatında mübahisələndirdiyi cavabdeh inzibati orqanın 069 əç nömrəli 8 dekabr 2017-ci il tarixli əmri əlverişsiz inzibati aktdır və onun ləğv edilməsi ləğv olunduğu vaxtdan deyil, qəbul olunduğu andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdehin 8 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmrinin ləğv edilməsi onun hüquqi nəticələrini də aradan qaldırmış olur. Bu isə o deməkdir ki, cavabdehin həmin əmri iddiaçının işə bərpa olunması anınadək ona əməkhaqqı qismində bütün vəsaitlərin ödənilməsini də ehtiva edir. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə 8 dekabr 2017-ci il tarixli 069 əç nömrəli əmr müvafiq məhkəmə qərarı əsasında ləğv olunduğundan və sonradan barəsində ayrıca əmr (əlverişsiz inzibati akt) qəbul olunmadığından, onun hazırkı tələbinə işə bərpasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağ lı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: birincisi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, ikincisi sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi. Qeyd olunmalıdır ki, bu tələblər iki müstəqil iddia tələbləridir.
26. Əvvəla, sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi, sərəncamda olmanın qanuniliyi və bundan irəli gələn digər hüquqi məsələlər Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2-1(102)-662/2021 nömrəli qərarının aid olduğu işin iddia və araşdırma predmetini təşkil etməmiş, bu məsələlərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Belə ki, həmi n işdə iddia tələbi hərbi xidmətdən ehtiyata buraxılma haqqında Baş Qərargah rəisinin müavini-Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin 069 əç nömrəli, xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsi olmuşdur.
27. Odur ki, sərəncamda olma müddəti üzrə aylıq pul təminatının ödənilməsi tələbinə məhkəmə qərarının icrası qaydasında baxılmalı olması ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi əsaslı hesab edilə bilməz.
28. İddiaçının digər tələbi (məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) ilə bağlı isə qeyd edilməlidir ki, ilk növbədə məhkəmə kollegiyası razılaşır ki, inzibati aktın ləğvi onun hüquqi nəticələrini də aradan qaldırır.
29. Lakin hazırkı işin xüsusiyyətləri bir qədər fərqli yanaşma tələb edir.
30. Belə ki, sözügedən işdə iddiaçının iki tələbi olmuşdur: əmrin ləğvi və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması.
31. Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli 2-1(102)662/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 069 əç nömrəli, 08 dekabr 2017-ci il tarixli əmri ləğv edilərkən məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, cavabdeh inzibati orqan iddiaçı barədə əmr qəbul edərkən inzibati icraatı düzgün aparmamış və səlahiyyətlərini düzgün icra etməmişdir. Belə ki, iddiaçının işlədiyi “Hərbi bilik” jurnalının redaksiyası müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmri ilə 30 dekabr 2017-ci ilədək ləğv olunmuş, həmçinin bu əmrlə 30 dekabr 2017-ci ildən ştat qüvvədən düşmüş hesab edilmişdir (İddiaçı müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmri ilə bağlı mübahisə açmamışdır). 24 noyabr 2017ci il tarixli əmrin 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin ştatında yeni açılmış vəzifələr komplektləşdirilərkən, ləğv edilmiş jurnalın redaksiyasının hərbi qulluqçularının və mülki işçilərinin yerləşdirilməsi nəzərə alınsın. İddiaçı isə ləğv edilmiş jurnalın redaksiyasının hərbi qulluqçusu olmuşdur. Elm şöbəsinin ştatında yeni açılmış vəzifələr komplektləşdirilərkən, ləğv edilmiş jurnalın redaksiyasının hərbi qulluqçularının yerləşdirilməli olması əmrdə nəzərdə tutulmuşdur. Lakin ca vabdeh müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmrinin tələbini nəzərə almamışdır. Bundan əlavə, iddiaçı ilə aparılmış söhbətləşmə vərəqindən görünür ki, iddiaçı ilə bağlı hər iki söhbət eyni gündə, yəni 5 dekabr 2017-ci ildə aparılmışdır. Beləliklə, cavabdeh iddiaçı barəsində 8 dekabr 2017-ci il tarixli əmri qəbul edərkən, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 161 və 162-ci maddələrinin tələblərinə əməl etməmişdir. Odur ki, cavabdehin 8 dekabr 2017-ci il tarixli əmri ləğv olunmalıdır.
32. Bununla yanaşı, iddiaçının ikinci tələbinə münaisbətdə isə (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəsinə bərpa olunması) məhkəmə qeyd etmişdir ki, Müdafiə nazirinin 24 noyabr 2017-ci il tarixli əmrinin icrası zamanı cavabdeh diskresion səlahiyyətə malik olmuşdur. Bu kimi hallarda məhkəmə cavabdehin diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə, cavabdehin üzərinə İPM-in 73.1-ci maddəsində göstərildiyi kimi, iddiaçının arzu etdiyi inzibati aktı qəbul etmək öhdəliyi qoya bilməz. Məhkəmə bu vəziyyətdə cavabdehin öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlayacaqdır. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh diskresion səlahiyyətini qüsurlu həyata keçirmişdir. İddiaçının əvvəllər tutduğu vəzifənin ştatı artıq mövcud olmadığı üçün bu hissədə konkret qərarın qəbul edilməsi mümkün olmadığından, İPM-in 73.2-ci maddəsinə əsasən, cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının xeyrinə onun ərizəsinə dair müvafiq qərarın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır.
33. Göründüyü kimi, iddiaçın ın hansı vəzifəyə təyin edilməsi ilə bağlı məhkəmə qərarında konkret göstəriş qoyulmamışdır. Belə ki, qərarda da qeyd edildiyi kimi, iddiaçının əvvəl tutduğu vəzifə artıq ləğv edilmişdir. Nəzərə alınmalıdır ki, işçinin əmək haqqısı (yəni, əmək haqqı məbləği) onun tutduğu vəzifədən bilavasitə asılıdır. Sözügedən qərarla iddiaçı hansısa vəzifəyə təyin olunmadığından ştatın ixtisarından sonra iddiaçının təyin olunacağı (edilməli olduğu) vəzifə üzrə əməkhaqqının da ödənilməsi ilə bağlı məsələ məntiqi olaraq həmin qərarla həll edilə bilməzdi.
34. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı məhz hazırkı tələbinin kassasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-662/2021 nömrəli qərarı ilə həll edilib-edilməməsini müəyyənləşdirmək məqsədilə qərara izah verilməsi barədə ərizə ilə məh kəməyə müraciət etmiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 30 oktyabr 2023-cü il tarixli 2-1(102)-662/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Kassasiya instansiyası məhkəməsi qərardadında iddiaçıya izah etmişdir ki, hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr üzrə pul təminatının ödənilməsi barədə inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən pul təminatının ödənilməsindən imtina olunduğu təqdirdə isə həmin tələblə bağlı inzibati məhkəməyə müraciət etməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiyası məhkəmələri işin hallarına düzgün qiymət vermədən iddianın mümkünsüzlüyü nəticəsinə gəlmişlər.
36. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qə rardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 21(103)-1839/2024 nömrəli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir.