Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-986/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi ) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələ binə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1427/2020 nömrəli iş üzrə 08.10.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 106.60 kv.m. fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum həyat yoldaşı X3 adına vahid əmlak kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi nə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 106.60 kv.m. fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum həyat yoldaşı X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati məhkəməsinin 08.10.2019-cu il tarixli, 2-1(82)-3079/2019 nömrəli (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilmə si, ünvan 1 ünvanında yerləşən 106.60 kv.m. fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum həyat yoldaşı X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.2, 80.3 və 80.4-cü maddələrinə, Azərbaycan Respublikası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8.0.10.1 və 15.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.10.2019-cu il tarixli, 2-1(82)-3079/201 9 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 08.10.2020-ci il tarixli, 2-1(103)-1427/2020 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Valeh Ağayev) qərarı ilə apelyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin 08.10.2019-cu il tarixli, 2-1(82)-3079/2019 nömrəli qərarın ləğv edilməsi, iş üzrə yeni qərarın çıxarılması, iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanununun 9-cu maddəsinə, Azərbaycan Re spublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.10 və 12-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanına istinadən belə hesab etmi şdir ki, iddia tələbi qanuni və əsaslı deyildir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin iddianı təmin etməməsinin əsas səbəbi fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi, həmçinin texniki pasportu təqdim edilsə də, torpağa dair hüququ müəyyən edən sənədə istinad olunmamış və texniki pasport 2001-ci il yanvarın 1-dək tərtib edilməmişdir. Həmçinin qərarda qeyd olunur ki, iddiaçının istifadəsinə torpaq sahəsi ayrılması barədə səlahiyyəti orqanlar tərəfindən qəbul edilmiş qərar mövcud deyildir. İddiaçının torpaq sahəsi üzərində hüquqlarının yaranmasını təsdiq edən qanunla müəyyən edilmiş hüquqmüəyy ənedici sənədinin təqdim edilməməsinə, texniki pasportun 01.01.2001-ci il tarixədək tərtib edilməməsinə, həmçinin torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasına düşdüyünə görə cavabdehin həmin torpaq sahəsinə dair istifadə hüququnun qeydə alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin bu qənaəti əsassızdır. Çünki torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir. Tərtib olunmuş texniki pasport isə tam qanunidir. Torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasına düşməsi isə iddianın rədd edilməsi üçün əsas deyildir. Çünki həmin elektrik xətləri sonradan həmin əraziyə çəkilmişdir. Məhkəmə ən azından ekspertiza təyin etməklə də bunu müəyyən edə bilərdi.
9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayə tində, apelyasiya instansiyası məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(103)-1427/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Tərəflərin izahatı:
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1( 103)-1427/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıc ı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.01.2019-cu il tarixli, **********93 saylı imtina məktubunda qeyd edilmişdir ki, Sabunçu rayonu, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərb aycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyənedici sənədlərdən biri təqdim edilmədiyi, həmçinin hasarın üzərindən elektrik xəttinin keçdiyi müəyyən edildiyi və bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmadığı qeyd olunmuşdur.
19. Bununla yanaşı iş materiallarından aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında olan fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi tərtib edilmişdir.
20. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayə tindəki dəlilləri əsassızdır.
21. Belə ki, Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
22. Həmin Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, həyatyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fər di, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
24. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəh ərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 25. 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 26. 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.
27. Həmin Qanunun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
28. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri n Siyahısı” təsdiq edilmiş və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi müəyyən edilmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 saylı Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edil məsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətna mə; şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış; üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
30. Lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək işə mübahisəli tikilinin inşa edildiyi torpaq sahəsinin iddiaçıya ayrılması və ya istifadəsinə verilməsi barədə heç bir səlahiyyəti olan Dövlət orqanının qərarının işə əlavə edilmədiyini müəyyən etmişdir.
31. Eyni zamanda iş materiallarına fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi, həmçinin texniki pasportu əlavə edilmişdir, lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iddiaçının kasasiya şikayətində də istinad etdiyi həmin sübutları nəzərdən keçirərək fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinə dair hüquqmüəyyənedən sənəd haqqında heç bir qeyd və ya istinadın da olunmadığı və texniki pasportun isə ümumiyyətlə 2001-ci il yanvarın 1-dək tərtib edilmədiyini müəyyən etmişdir.
32. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının yaranmasını təsdiq edən qanunl a müəyyən edilmiş hüquqmüəyyənedici sənədinin təqdim edilməməsinə, texniki pasportun 01.01.2001-ci il tarixədək tərtib edilməməsinə, həmçinin torpaq sahəsinin bir hissəsinin elektrik xəttinin mühafizə zonasına düşdüyünə görə cavabdehin həmin torpaq sahəsinə dair istifadə hüququnun qeydə alınmasından imtinası qanuni və əsaslı olmuşdur.
33. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 08.10.2020-ci il tarixli, 21(103)-1427/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.