Məhkəmə qərarları › İş №2-1(102)-987/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-987/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-987/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı A seriyalı xxx nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 800 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrin də qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-574/2018 saylı iş üzrə 23.11.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 mart 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Şəki rayon X1 02.08.2002-ci il tarixli 5 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmış və tərəflər arasında 10.08.2002-ci ildə to rpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən DTXK-nin Şəki rayon şöbəsinin rəyi alınmış və torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənmişdir. Həmin torpaq sahəsinin sxemi DTXK-nin Şəki rayon şöbəsi və X2 tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Həmin torpaq sahəsi ilə bağlı A seriyalı xxx nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X3 kitabında 07.10.2013cü il tarixdə 2006 nömrə ilə uçota alınmışdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 06.07.2018-ci il tarixli **********95 nömrəli məktubla bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq qeydiyyat üçün tələb olunan sənədlərin idarəyə təqdim edilməsi zəruridir. Bundan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənildikdən və müayinə baxış keçirildikdən sonra həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxıla bilər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 02.08.2002-ci il tarixli 5 № -li qərarı ilə ona 0,08 ha torpaq sahəsi ayrılmış və 10.08.2002-ci ildə torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. O, torpaq sahəsinin dəyərini X1 hesabına ödəmişdir. Həmin torpaq sahəsinin sxemi DTXK-nin Şəki rayon şöbəsi və X2 tərəfindən imza və möhürlə təsdiq edilmiş, habelə bununla bağlı A seriyalı xxx nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X3 kitabında 07.10.2013-cü il tarixdə 2006 nömrə ilə uçota alınmışdır. Lakin cavabdeh əsassız olaraq bundan imtina etmişdir. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı A seriyalı xxx nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 800 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıx arışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 29.08.2018-ci il tarixli iş № 2-1(84)-1365/2018, (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.08.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə mümkünsüz sayılması barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 23.11.2018-ci il tarixli iş № 2-1(107)-574/201 8 (hakimlər Rövşən Rəfiyev sədrlik edən və məruzəçi, Gündüz Abbasov və Elçin Hüseynov) qərarı ilə birinci instansiya məhkəməsinin 29.08.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iş üçün əhəmiyyətli hesab edilən hallar sübut olunmadığından apelyasiya instansiyası məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2-1(107)-574/2018 saylı qərarı ləğv olunmalıdır. Belə ki, sözügedən torpaq sahəsi üzərində qeyri-yaşayış binası inşa edildiyindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nununun 13.7-ci maddəsinin tələblərinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olduğundan 800 kv.metr torpaq sahəsinin sərbəst torpaq sahəsi kimi hüquqların dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxıl mışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iş üçün əhəmiyyətli hesab edilən hallar sübut olunmadığından apelyasiya instansiyası məhkəməsinin 23 noyabr 2018-ci il tarixli 2-1(107)-574/2018 saylı qərarı ləğv olunmalıdır. B elə ki, sözügedən torpaq sahəsi üzərində qeyri-yaşayış binası inşa edildiyindən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 13.7-ci maddəsinin tələblərinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olduğundan 800 kv.metr torpaq sahəsinin sərbəst torpaq sahəsi kimi hüquqların dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iddiaçı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Şəki Rayon X1 02.08.2002-ci il tarixli 5 saylı qərarının, 10.08.2002-ci ildə torpaqların alqı- satqısına dair aktının, DTXK-nin Şəki rayon şöbəsinin rəyinin, DTXK-nin Şəki rayon şöbəsi və X2 tərəfindən imza və möhürlə təsdiq edilmiş sxemin, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbzin və A seriyalı xxx nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərini cavabdehə təqdim etmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmənin 13.08.2018-ci ii tarixli sərəncamı ilə cavabdehə göndərilmiş, lakin sonuncu sözügedən sərəncamla bağlı iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından “mülkiyyət” və “əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa ica rə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş ak tları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 8 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsünün 1-ci bəndində qeyd olunmuşdur ki, bu sən əddə qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 26-cı maddəsi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələrini tənzimləyir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 3 1.07.2009-cu il tarixli 4 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiq edilmişdir. Hazırkı mübahisədə Şəki rayon X1 02.08.2002-ci il tarixli 5 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə 0,08 ha torpaq sahəsi ayrılmış və tərəflər arasında 10.08.2002-ci ildə torpaqların alqısatqısına dair akt tərtib edilmişdir. Şəki rayon X2 tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən DTXK-nin Şəki rayon şöbəsinin rəyi alınmış və torpaq sahəsinin dəyəri X1 hesabına ödənmişdir. Həmin torpaq sahəsinin sxemi DTXK-nin Şəki rayon şöbəsi və X2 tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Mübahisəli torpaq sahəsi ilə bağlı DTXK-nin Şəki rayon şöbəsi DTXK-nin yerli qurumu olaraq torpaqlardan istifadəyə dövlət nəzarətini həyata keçirmək vəzifəsindən istifadə edərək A seriyalı xxx nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib etmiş və X3 kitabında 07.10.2013-cü il tarixdə 2006 nömrə ilə uçota almışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hüquqların dövlət qeydiyyatından yalnız 0,08 ha "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin surətinin idarəyə təqdim edilməsi səbəbindən imtina etmişdir. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 6-cı maddəsinə əsasən, inzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər: 1. hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda; 2. müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olara q müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda; 3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda; 4. müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Şəki rayon X1 02.08.2002-ci il tarixli 5 nömrəli qərarının, 10.08.2002-ci ildə torpaqların alqı-satqısına dair aktının, DTXK-nin Şəki rayon şöbəsinin rəyinin, DTXK-nin Şəki rayon şöbəsi və X2 tərəfindən imza və möhürlə təsdiq edilmiş sxemin, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbzin və A seriyalı xxx nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün surətlərini cavabdehə təqdim etmişdir. Eyni zamanda, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmənin 13.08.2018-ci il tarixli sərəncamı ilə cavabdehə göndərilmiş, lakin sonuncu sözügedən sərəncamla bağlı iddia tələbinə münasibət bildirməmişdir. Hazırkı mübahisədə hüquqların dövlət qeydiyyatı üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respubli kası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; "Torpaq sahəsinin planı və ölçüsü" mövcud olsa da, xidmət haqqı və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd mövcud olmadığından, iddiaçı tərəfindən xidmət haqqı və dövlət rüsumu ödənildikdən sonra A seriyalı xxx nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 800 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə b u və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. İşdə olan iddiaçıya verilmiş 06.07.2018-ci il tarixli **********95 s aylı imtina məktubuna əsasən inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüquqi vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına v ə yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5 maddəsinə əsasən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi, cavabdeh inzibati orqan olaraq iddiaçının qanunvericilik ilə müəyyən edilmiş hüquqlarını pozaraq, onun tələblərini təmin etməkdən imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.11.2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin kasasiya şikayəti t əmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.11.2018-ci il tarixli 2-1(107)574/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar