Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-987/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin özəlləşdirilməsi, yaşayış sahəsinə dair order Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti y anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-352/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə müraciət edərək istifadəsində olan mənzilin onun adına ilkin hüquqi qeydiyyatının aparılmasını və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.
2. Cavabdeh **********83 saylı, 05.02.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Yasamal rayon icra Hakimiyyəti tərəfindən verilmiş 16.04.199 3-cü il tarixli, 042379 saylı orderin əsli və arxiv arayışı, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma)ilə ASAN Xidmət Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun unun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə dair mülkiyyət hüquqlarının, onun yəni, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun yəni, İddiaçı adına ümumi sahəsi 39,26 kv. metr olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyeva küçəsi, 17 saylı evin 8 saylı mənzilinə dair reyestrdən çıxar ışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yasamal rayonu X5 İcraiyyə Komitəsinin 16 aprel 1993-cü il tarixli, 042379 saylı orderinə əsasən ünvan 2 ünvanında yerləşən evin 1-ci mərtəbəsində, 1 otaqdan ibarət, 24 kv.m olan yaşayış sahəsi iki nəfər ailə tərkibi ilə (o və bacısı) X2 verilmiş, bu barədə sonuncunun adına order yazılmışdır. Həmin tarixdən, yəni 1993-cü il tarixdən sözügedən mənzilə pasport qeydiyyatına alınmış və həmin ünvanda yaşamağa başlamışdır. Mənzilin icarədarı bacıcı X3 05.07.2011-ci ildə ölmüşdür. O, hazırkı vaxtadək həmin ünvanda yaşamağa davam edərək, qeydiyyatı həmin ünvanadır və həmin ünvanda ondan başqa heç kim qeydiyyatda yoxdur. Bu halı, 101 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03 nömrəli, 07.01.2020-ci il tarixli arayış və “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli “Asan-2” tərəfindən verilmiş arayış təsdiq edir. Həmin mənzilin adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh müraciəti təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Digər tərəfdən, mübahisəli daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənəd 1993-cü il tarixdə bacısı X 1 adına verilmiş order olmuşdur. Göründüyü kimi, həmin mənzil 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq icra hakimiyyəti orqanının mənzil kirayə müqaviləsi (order) əsasında verilmiş yaşayış sahəsidir. Bu səbəbdən də, həmin mənzilə dair hüquqlar 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən müəyyən edilməlidir. Beləliklə də, cavabdehin hərəkəti qanunsuz hesab edilməli və yuxarıda qeyd edilən mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilm iş, ünvan 3 ünvanında yerləşən, yaşayış sahəsi – 25,56 kv. metr, ümumi sahəsi 39,26 kv. metr sahədən ibarət 1 otaqlı 8 saylı mənzilin iddiaçının adına Azərbaycan Respublikası Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edərək cavabdehin imtinasının əsassız olduğu qənaətinə gəlmişdir.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-352/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3801/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassator hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən Yasamal rayon X5 İcraiyyə Komitəsinin 16.04.1993-cu il tarixli, 042379 nömrəli orderinin əsli və arxiv arayışı nə “ASAN Xidmət” Mərkəzlərinə, nə də İdarəyə təqdim edilməmişdir. Order Yasamal rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilsə də, lakin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənmişdir, həmçinin sənəd kiril qrafikası ilə yazılmış, möhürdəki yazılar isə latın qrafikası ilə tərtib olunmuşdur. Xətai rayonunda yerləşən mənzilə dair order Yasamal rayon X5 İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Bu səbəblərdən orderin həqiqiliyinə dair şübhə yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş) Maddə
15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 1) özlərinin tabeliyindəki mənzil təsərrüfatına rəhbərlik edirlər;... Maddə
48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X5nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.
17. Azərbaycan Respublika sının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məluma tlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şik ayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Hazırkı iş üzrə iddia tələbinin predmetini ümumi sahəsi 39,26 kv.metr olan Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 17 saylı evin 8 saylı mənzilinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi təşkil edir.
22. Cavabdeh sözügedən mənzilə çıxarış və texniki pasport verilməsindən imtina edərkən ərizəyə əlavə edilmiş sənədlərin surət olduğunu bildirmiş və bu za man “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına istinad etmişdir.
23. Cavabdeh apelyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də mübahisəli mənzilin orderinin həqiqiliyinə dair şübhələr olduğunu bildirmiş, şübhəyə əsas verən bir sıra dəlillər irəli sürmüşdür.
24. Belə ki, cavabdeh şikayətində bildirir ki, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon XDS İcraiyyə Komitəsinin 16 aprel 1993-cü il tarixli 042379 №li orderinin əsli və arxiv arayışı nə “ASAN Xidmət” Mərkəzlərinə, nə də İdarəyə təqdim edilməmişdir. Order Yasamal rayon XDS İcraiyyə Komitəsi tərəfindən verilsə də, Yasamal rayonu İcra Hakimiyyətinin möhürü ilə təsdiqlənmişdir. Həmçinin, order kiril qrafikası ilə yazılmış, möhürdəki yazılar isə latın qrafik ası ilə tərtib olunmuşdur.
25. Cavabdeh eyni dəlilləri apelyasiya şikayətində də irəli sürməsinə baxmayaraq məhkəmə bu dəlillərə hüquqi qiymət verməmişdir. Halbuki, qeyd edilən dəlillərə hüquqi qiymət verilməsi mübahisəli mənzilin orderinin mötəbərliyinə dair əsaslı şübhələrin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.
26. İş materiallarından görünür ki, özəlləşdirilməsi tələb edilən mənzil Xətai rayonunun inzibati ərazisində yerləşir. Lakin order Bakı şəhəri Yasamal rayon İcraiyyə Komitəsi tərəfindən verilmişdir. Order verilən vaxt qüvvədə olan, hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən, xalq deputatları sovetləri yalnız özlərinin tabeliyindəki mənzil təsərrüfatına rəhbərlik edirlər. Bu halda, Xətai rayonu ərazisində yerləşən mənzil barəsində Yasamal XDS İcraiyyə Komitə si tərəfindən order verilməsi də, həmin orderin həqiqiliyini şübhə altına alan haldır.
27. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibət də irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).
29. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması” prin sipi və apelyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Bu maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12 və 58.7-ci maddələrinin tələbləri pozulduğundan qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Təkrar apelyasiya baxışında mübühisəli mənzilin orderinin həqiqiliyi istiqamətində araşdırma aparılmalı, orderin mötəbərliyini şübhə altına alan yuxarıda sadalanan hallara aydınlıq gətirilməli, bu məqsəd lə orderə dair arxiv arayışı və onun verilməsinə əsas olan sənədlər tələb edilib tədqiq olunmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli 21(103)-352/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.