Məhkəmə qərarları › İş №2-1(102)-987/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-987/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-987/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İmanova (nikahdan əvvəl - Hüseynova) Cəmilə Ağarzayevnanın (təvəllüd: FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı (3-cü şəxs Azərbaycan Respublikasını n Təhsil Nazirliyi) “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)974/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. xx.xx.1982, İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1982-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində doğulmuşdur. 13 oktyabr 2009-cu il tarixdə nikaha daxil olduqdan sonra “İmanova” soyadını qəbul etmişdir. Hazırkı yaşayış yeri Masallı rayonu, Gəyəçöl kəndidir.

2. Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu” tərəfindən verilmiş 9647 qey diyyat nömrəli, 30 noyabr 2006-cı il tarixli diploma və həmin diploma əlavəyə əsasən, iddiaçının təhsil forması əyani, təhsil müddəti 5 il olmaqla 2000-ci ildə həmin təhsil müəssisəsinə qəbul olunmuş, 2003-cü ildə İnstitutun adı Ali İxtisas Təhsili Qeyridövlət Təhsil Müəssisəsi “X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu” adlandırılmış, iddiaçı 2005-ci ildə həmin İnstitutu bitirmiş, Dövlət Attestasiya Komissiyasının 29 iyun 2005-ci il qərarı ilə ona “hüquqşünaslıq” istiqaməti üzrə “hüquqşünas” ixtisas dərəcəsi verilmişdir.

3. Həmin diploma Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən 16 fevral 2018-ci il tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə qanuniliyinin tanındığı təsdiq olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış 16 oktyabr 2019 -cu il tarixli elektron məktubda qeyd edilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutun Bakı Filialında təhsil almışdır. Rusiya Federasiyasının adıçəkilən ali təhsil müəssisəsinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənləri nəzərə alınaraq 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş və Rusiya Federasiyası tərəfindən təsdiq olunmuş ona məxsus diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1836/2020 nömrəli, 12 mart 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının əsaslandırması:

7. İddianın əsaslarına görə, iddiaçı 2000-ci ildə Türkmənistan Respublikasının vətəndaşı kimi Rusiya Federasiyasının X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialına qəbul olunmuşdur. Əyani və ödənişli təhsil almaqla yanaşı, təhsil almaq üçün digər xərclərini də (yemək, yaşamaq, yol xərci və s.) valideynləri ödəmişlər. 2005-ci ildə həmin İnstitutu bitirmiş və Azərbaycan vətəndaşı ilə ailə qurduğu üçün Azərbaycan vətəndaşlığını qəbul edib Masallı rayon Göyəçöl kənində qeydiyyata alınmışdır.

8. Ali təhsil sənədi olan diplomun qanuna uyğun olmasını təsdiq etmək üçün 2018-ci ildə Rusiya Federasiyasının Təhsil Nazirliyinə müraciət etmiş və araşdırılma aparıldıqdan cəmi 40 gün sonra diploma apostil vuraraq təsdiq etmişlər. 9. 19 oktyabr 2018-ci ildə Azərbaycan Resp ublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin elektron portalında qeydiyyatdan keçməklə tələb olunan bütün sənədləri daxil edib və ödənişləri ödədikdən sonra araşdırılmasına başlanması barədə elektron poçt ünvanına məktub göndərilmişdir. Müraciətindən 5 ay sonra 08 aprel 2019-cu il tarixdə müsahibədə iştirak etməyi üçün onu Bakı şəhərinə Akkreditasiya və Nostrifikasiya İdarəsinə dəvət etmişlər. Yaxın zamanda müraciətinin cavablandırılacağı müsahibə zamanı bildirilsə də, heç bir məlumat daxil olmamışdır. Bunun üçün təkrar həmin idarəyə müraciət etmiş və yay tətilindən sonra cavab veriləcəyi bildirilmişdir. 16 oktyabr 2019-cu il tarixdə iddiaçının müraciətinə imtina məktubu göndərilmişdir. Cavabdehin etirazları:

10. Cavabdehin etirazı onunla əsaslandırmışdır ki, ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə ekspert qrupu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları), “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfındən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini (Qiymətləndirmə M eyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisası üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qurumları tərəfindən sənədləri araşdırılarkən, aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir.

11. İddiaçının təhsil aldığı bildirilən Rusiya Federasiyası X2 Əlaqələr, İqtisadiyyat və Hüquq institutunun Bakı filialının təhsil fəaliyyətini həyata keçirməsinə xüsusi razılığı (lisenziya) və akkreditasiyası mövcud olmamışdır. Rusiya Federasiyası X2 Əlaqələr, iqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı və bəzi əcnəbi ali təhsil müəssisələrinin Azərbaycan Respublikasındakı filialları Azərbaycan Respublikasının Qanunları və ondan irəli gələn normativ-hüquqi aktl arın tələblərinin icrasına məhəl qoymadan qanunsuz (lisenziya olmadan) fəaliyyət göstərdiklərinə görə Təhsil Nazirliyin kollegiyası, lisenziya komissiyası və məhkəmə qərarları ilə fəaliyyətləri dayandırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, qeyri-qanuni fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu qanuni sayıla bilməz.

12. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-352/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliklə digər ölkələrin təhsil müəssisələrinin Azərbaycanda fəaliyyət göstərən fili al və şöbələrinin aidiyyəti orqanlarda müvafiq qeydiyyatını məcburi şərt kimi müəyyən edilmişdir. Hazırki işin hallarına görə isə iddiaçının 2000-2005-ci illərdə təhsil almasını iddia etdiyi Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyri-dövlət Təhsil Müəssisəsi “X2 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu”nun Bakı filialının müvafiq qaydada dövlət qeydiyyatına alınması və Azərbaycan Respublikası ərazisində qanuni əsaslarla fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın iddiaçıya Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Ali İxtisas Təhsili Qeyridövlət Təhsil Müəssisəsi “X2 əlaqələr, iqtisadiyyat və hüquq İnstitutu” tərəfindən verilmiş diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınmasından imtinasını qanuni v ə əsaslı hesab edir.

15. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-974/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, E.C.Kazımov və M.N.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçıya verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş mate riallarında olan qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 27 fevral 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunun Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Sözügedən qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin 1-ci hissəsinə istinadla qeyd olunmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan, cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisə də təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olunmalıdır. Cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, qətnamədən aydın olur ki, qeyd edilən filial 1999-cu ildən 2007-ci ilədək fəaliyyətdə olmuşdur.

18. Məhkəmə, həmçinin qeyd etmişdir ki, müraciəti əsasında iddiaçı ilə inzibati icraat zamanı aparılmış müsahibədə onun təhsil aldığı fənlərin mənimsənilməsinin, tədris dilini bilməsinin qənaətbəxş olmaması barədə nəticəyə gəlinməmiş, əksinə tədris olunan dili bilmə bacarığı müsbət rəylə qiymətləndirilmişdir. İmtinanın yeganə əsası sözügedən İnstitutun akkreditasıyasız Bakı filialında təhsil alması ilə bağlı olmuşdur. Bununla bağlı bildirilir ki, yuxarıda qeyd edilən qətnamədən də aydın olduğu kimi həmin təhsil ocağında təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması inzibati orqana həvalə edilmişdir. Məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsinin də bildirdiyi kimi Filialın fəaliyyəti dayandırılana kimi faktiki təhsil alan şəxslərin təhsil hüquqlarının təmin olunması məqsədilə digər müvafiq ali təhsil ocaqlarına köçürülmüşdürlər. Belə olan halda, məhkəmə qaydasında fəaliyyəti dayandırılana kimi təhsilini başa vurmuş şəxslərin də hüquqları təmin olunmalıdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı tədr is illərində (2000-2005) sözügedən təhsil müəssisəsinin Bakı filialı lisenziyasız - təhsil fəaliyyəti üçün xüsusi razılıq verilmədən fəaliyyət göstərmişdir. “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı"nın 3-cü hissəsinə əsasən, tanınma proseduru zamanı xarici ali təhsil İxtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. 2

1. Eyni zamanda, sözügedən təhsil müəssisəsinin fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 1997-ci il tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən də təhsil fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növləri siyahısında yer almışdır. Həmin Fərmana uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üçün Təhsil Nazirliyi tərəfindən lisenziya verilməli idi.

22. Bundan əlavə, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarını n tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması qeyd edilmişdir.

23. Eyni zamanda Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Aİi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin məcburi tədrisi öz əksini tapmışdır. Lakin İddiaçının təqdim etdiyi diplomun əlavəsindən göründüyü kimi yuxarıda qeyd olunan qanunvericilik aktlarının normaları pozulmuş və əlavədə qeyd edilən fənlər öz əksini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə etiraz işin faktiki hallarına və iddia ərizəsin ə uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

26. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş): 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi); 6-cı maddəsinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respub likasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır;... 27. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmişdir): 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. 1.5. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xaric i dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik ha qqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

28. İnzibati Prosess ual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qə rarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası qeyd edir ki, m übahisə üzrə işin hallarının tam və hərtərəfli araşdırılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə təmin edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçıya “Hüquqşünas” ixtisası və təhsil aldığı müəssisəni bitirməsinə dair diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsinin Dövlət İmtahan Komissiyasının qərarı ilə verilmiş, diplom səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya diplom Rusiya Federasiyasında akkreditasiya olunmuş ali təhsil müəssisəsi tərəfindən verildiyindən, bu qərarın 26-cı bəndində istinad edilən Sazişin müddəaları hazırkı mübahisəyə tətbiq olunmalıdır.

36. Sazişin 6-cı maddəsini n tələbinə əsasən, dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır.

37. Cavabdehin istinad etdiyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərinə gəldikdə, nəzərə alınmalıdır ki, həmin Konvensiya onun iştirakçıları arasında eyni məsələləri tənzimləyən sazişlərin bağlanmasını qadağan etmir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkibi hissəsi olan, həmçinin iki dövlət arasında münasibətləri tərəfl ərin müəyyən etdiyi xüsusi normalar vasitəsi ilə tənzimləyən Sazişin müddəalarını hazırkı mübahisəyə tətbiq etməməkdə cavabdeh haqlı olmamışdır. Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi).

38. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə və 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinə istinadla qeyd etmişdir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan, təhsil müəssisəsinin filialının qanunsuz fəaliyyəti orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun təmin olunmalıdır. İsti nad edilən qətnamə ilə cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun təmin olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. Həmçinin, istinad edilən qətnamədən aydın olur ki, qeyd edilən filial 1999-cu ildən 2007-ci ilədək fəaliyyətdə olmuşdur. Filialın fəaliyyəti dayandırılanadək faktiki təhsil alan şəxslərin təhsil hüquqlarının təmin olunması məqsədilə digər müvafiq ali təhsil ocaqlarına köçürülmüşdürlər. Belə olan halda, məhkəmə qaydasında fəaliyyəti dayandırılana kimi təhsilini başa vurmuş şəxslərin də hüquqları təmin olunmalıdır.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-974/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar