Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-987/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mənzildən qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6, X4) “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1 (103)-3374/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsi, 2 saylı evin 72 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş 17 may 1984-cü il tarixli 232552 nömrəli orderə əsasən, Bakı şəhəri, Binəqə di rayonu, Cavadxan küçəsi, ev 2, 72 saylı mənzili X5 və onunla birlikdə yaşayan ailə üzvlərinə (İddiaçı, X6 və X4) verilmişdir.
3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş 21 oktyabr 2022-ci il tarixli, 33/4166 nömrəli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4 25 iyun 2007-ci ildən 22 sentyabr 2022-ci ilədək fasilələrlə Azərbaycan Respublikasını sərhədlərini tərk etmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək X3 və X1 Binəqədi rayonu, 9-cu Mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsi, 2 saylı binanın 72 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh 24 iyun 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiy yat haqqında” AR Qanununun 9-cu maddəsinin tələblərinə əsasən X6 və X1 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsi, 2 saylı binanın 72 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 30 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X3 və X1 Binəqədi rayonu, 9-cu Mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsi, 2 saylı binanın 72 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının uşaqları X6 2000-ci ildən Hollandiyada, X4 i sə 2009-cu ildən Çexiyada yaşayırlar. Onların iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması məhkəmədən xahiş olunur.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-9912/2021 nömrəli qərarı ilə (hakim: X8) iddia təmin edilmiş, iddiaçının mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, 2 saylı evin 72 saylı mənzilindən üçüncü şəxslər X3 və X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı işin hallarına görə üçüncü şəxslər X6 və X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9cu Mikrorayon, Cavadxan küçəsi, 2 saylı evin 72 saylı mənzilində hər hansı hüququn olmasına dair nə cavabdeh, nə də üçün cü şəxslər tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onların belə hüququnun mövcudluğu müəyyən edilmir.
11. Üçüncü şəxs X4 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-3374/2022 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10, X11) ilə Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı qismən – üçüncü şəxs X2 münasibətdə ləğv edilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 17 may 1984-cü il tarixli 232552 nömrəli orderə əsasən adı qeyd edilən üçüncü şəxs X1 istif adə hüququnun xitamı mülki icraat qaydasında həll edilmədən iddia təmin oluna bilməz. Belə ki, hazırkı halda iddiaçı üçüncü şəxsin mənzilə istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsi barədə məhkəməyə müraciət etməmiş, bununla bağlı iddianın təmini barədə qərar qəbul edilməmiş, üçüncü şəxsin istifadə hüququna xitam və ya itirilmiş hesab edilməsi barədə qətnamə məhkəməyə təqdim edilməmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə iş üzrə sübutları toplam amış, eləcə də işi tam və hərtərəfli araşdırmamış, bununla da Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllə: Maddə 27.1. fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
18. Mənzil Məcəlləsi: Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssis ə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa ye rə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqları nın və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 9. müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükd ə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haq qında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikay ətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kass asiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi mənzildən qeydiyyatdan çıxarılma məsələsini lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyə t və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi tam və hərtərəfli araşdırmadığına görə üçüncü şəxs X1 faktiki yaşayış ünvanı və mübahisəli mənzil üzrə istifadə hüquqları ilə bağlı qanunsuz nəticəyə gəlmişdir.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən normanın, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun qərarına ə sasən, üçüncü şəxsin qeydiyyatına mülkiyyətçinin müraciəti əsasında o halda xitam verilə bilər ki, mənzil şəxsin mülkiyyətində olduqdan sonra mülkiyyətçinin razılığı ilə üçüncü şəxs həmin mənzilə qeydiyyata götürülmüş olsun və bundan sonra üçüncü şəxs ya həmin yaşayış sahəsində faktiki yaşamasın, ya da istifadə hüququ olmasın. İşin araşdırılmış hallarından bu hallar müəyyən edilməmişdir.
30. Belə ki, işin materiallarında olan 17 may 1984-cü il tarixli 232552 nömrəli orderə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi, ev 2, 72 saylı mənzili X5 və onunla birlikdə yaşayan ailə üzvlərinə (İddiaçı, X6 və X4) verilmişdir. Orderdə üçüncü şəxs X1 adı qeyd edilmişdir. Orderdə adı qeyd edilən üçüncü şəxs X1 mənzildən istifadə hüququna xitam verilməsi və ya itirilmiş hesab edilməsi barədə m əhkəmə qərarı mövcud olmamışdır.
31. Bundan başqa, iddiaçı kassasiya şikayətində DSX Sərhəd Nəzarəti tərəfindən verilmiş məktuba əsaslanaraq, üçüncü şəxs X1 faktiki yaşayış ünvanında yaşamamasına istinad etmişdir. Məktubdakı məlumatdan görünür ki, üçüncü şəxs X4 25 iyun 2007-ci ildən 22 sentyabr 2022-ci ilədək fasilələrlə Azərbaycan Respublikasının sərhədlərini tərk etmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçının xarici ölkəyə gedib-gəlməsindən asılı olmayaraq, onun mənzildə hər hansı əmlak hüququ olmadığı halda iddia əsaslı sayıla bilər.
32. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın X1 Binəqədi rayonu, 9-cu Mikrorayon, Cavadxan (Gəncə xanı) küçəsi, 2 saylı binanın 72 saylı mənzilin dən qeydiyyatdan çıxarılması hissəsində rədd edilməsi barədə qərar vermişdir.
33. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-3374/2022 nömrəli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.