Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-987/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər: X12 və X19) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(104)-657/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağ ıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bərdə Rayon Dövlət Arxivinin 16 yanvar 2019-cu il tarixli 19 saylı arayışına əsasən Bərdə rayon Kəkəntərli Kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illər üzrə 5 saylı Təsərüfatbaşına Kitabın 22 saylı şəxsi hesabına əsasən Alaçadırlıkəndi üzrə mərhum vətəndaş X8 adına 1955-ci ildə 0,08, 1956-cı ildə 0,07 ha həyətyanı torpaq sahəsi olduğu qeyd olunmuşdur.
2. Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolu (qərarı) əsasında X9 300 kv.m. fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. 3. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi Bərdə rayon Bərdə bələdiyyəsi tərəfindən X1.
4. Sonradan xx.xx.2017-ci il tarixli alqı-satqi müqaviləsi ilə X12 həmin torpaq sahəsini X5 sonuncu da buna dair xx.xx.2017- cil tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır.
5. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-3294/2019 saylı qətnaməsi ilə iddiaçı X6 cavabdehlər X9, Bərdə şəhər Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə, üçüncü şəxs X15 qarşı alğısatqı müqaviləsinin, çıxarışın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməyərək qətnamə qanuni qüvvəyə minmişdir.
6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-3225/2021 saylı qətnaməsi ilə iddiaçı X13 cavabdehlər X11 və İddiaçı qarşı onun mülkiyyətində olan ünvan 3 ün vanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1980/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən 0,03 ha torpaq sahəsində iki otaqlı mənzil əvvəllər valideynlərinin olmuşdur. Sözügedən daşınmaz əmlak xx.xx.1961-ci ildə mərhum atası X8 mülkiyyətinə verilmişdir. Cavabdeh xx.xx.2017ci il tarixli iclasının 20 nömrəli protokolu əsasında atasına məxsus torpaq sahəsi qardaşı oğlu X1. Bundan sonra qardaşı oğlu həmin torpaq sahəsini X3. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur.
9. Gəncə İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(114)-70/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi təmin edilmiş, Cavabdeh 13 noyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ləğv edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən üçüncü şəxslər satılmış torpaq sahəsi iddiaçının atasına verilmiş və həmin torpaq sahəsinin üzərində iddiaçının atası tərəfindən ev inşa etdirilmişdir.
11. Həmin qərardaddan narazı qalan üçüncü şəxs X19 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 2023-cü il tarixli, 2-1(104)-657/2023 nömrəli qərardadı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, R.Mamedov və Ə.Abdullayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini araşdırmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının miras əmlakla bağlı hüquqlarına istinad etməklə hazırki bələdiyyə qərarını müb ahisələndirmək üçün mərhumun mirasını qəbul etmiş şəxs kimi hüquqi statusa malik olmalıdır. İş materiallarına əlavə edilmiş Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2753/2023 saylı məktubundan görünür ki, İddiaçı Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə təqdim etdiyi ərizə və sənədlərə əsasən 11 iyul 1978-ci il tarixdə vəfat etmiş atası X4 barəsində vərəsəlik işi açılmışdır. Vərəsələri tərəfindən X7 məxsus olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən onun barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi, iddiaçıya mərhum M.İsmayılovun vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməmiş, digər tərəfdən mərhumun mirasının iddiaçı tərəfindən qəbul edi lməsini təsdiq edən mülki icraat qaydasında baxılmış məhkəmə aktı da mövcud deyil. Belə olan vəziyyətdə iddiaçının miras əmlaka olan hüquqlarına əsaslanaraq digər şəxslə əlaqədar olan bələdiyyə qərarını mübahisələndirməyə subyektiv hüququ yaranmır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırmaq üçün İPM-in 35.1ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 02 avqust 2015-ci il tarixli Qərarına istinad etmişdir.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianı təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlil ləri
16. İddiaçın kassasiya şikayətində qeyd etmişdir ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 10-cü maddələrinin tələblərindən irəli gələrək mərhum X10 verilmiş 0.15 ha torpaq sahəsinin tərkib hissəsi olan 0.03 ha torpaq sahəsi bələdiyyə tərəfindən özəlləşdirilməsi və satılması qanunsuzdur. Qanunsuz inzibati akt isə hər bir halda ləğv edilməlidir. Məhkəməyə mübahisəli torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan evin "Pasport"u təqdim edilsə də, məhkəmə həmin pasporta uyğun torpaq sahəsi barədə əlaqəli qiymətləndirmə aparmamışdır. İddiaçını həmin evdə yaşamasına,mirası qəbul etməsinə, həmin evdən məcburi çıxarılmasına diqqət yetirməmişdir.
17. Kassator apellyasiya məhkəməsi tərəfindən “İnzibati İcraat haqqında” Qanunun 47.1-ci maddəsinin və “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 10-cü maddələrinin tələblərinin pozulmasını qeyd edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı üçüncü şəxs X20 etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsində n imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddəl ərində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsi nə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlə rinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxan zaman iddianın mümkünsüzlüyü ilə bağlı düzgün nəticəyə gəlsə də, lakin qərarını düzgün istiqamətdə əsaslandırmamışdır.
24. İlk öncə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
25. Hazırkı qərarın 20-ci bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəməl ər tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
26. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
27. Həmçinin qeyd olunmalıdır ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə pozduğunu sübut etməlidir.
28. Apellyasiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması səbəbi ilə birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlasa da, lakin nəzərə almamışdır ki, Bərdə Rayon Dövlət Arxivinin 16 yanvar 2019-cu il tarixli, 19 saylı arayışına əsasən Bərdə rayon Kələntərli Kənd ZDS İcraiyyə Komitəsinin 1954-1956-cı illər üzrə 5 saylı Təsərrüfatbaşına Kitab ın 22 saylı şəxsi hesabına əsasən Alaçadırlı kəndi üzrə mərhum vətəndaş X8 adına (iddiaçının atası) 1955-ci ildə 0.08, 1956-cı ildə 0.07 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Eləcə də, iddiaçı mübahisələndirilən torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış və Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(021)-3225/2021 saylı qətnaməsi ilə həmin fərdi yaşayış evindən çıxarılmışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının mübahisələndirilən torpaq sahəsinə iddia etməyə subyektiv hüququnun olmasını istisna etmir.
29. Hazırkı işdə iddianın mümkünlüyü iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir.
30. Belə ki, iddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokolun (qərarın) ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, lakin onun hüquq marağı iddia etdiyi miras əmlaka sahib olmasına yönəlmişdir.
31. İş materiallarından görünür ki, iddiaçının iddia etdiyi ünvan 4 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışa əsasən Bərdə bələdiyyəsinin mülkiyyətində olmuşdur. Bundan sonra bələdiyyə tərəfindən xx.xx.2017-ci il tarixdə müsabiqə keçirilmiş, X12 müsabiqənin qalibi olmuş və Bərdə bələdiyyəsinin xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokol qərarı ilə torpaq sahəsi ona satılmışdır.
32. Göründüyü kimi, bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsi barədə sərəncam verərək həmin torpaq sahəsini hərrac vasitəsi ilə satılması barədə qərar qəbul etmiş, hərracın nəticəsi üzrə torpaq hazırkı iş üzrə üçüncü şəxs olan X2.
33. Məhkəmə kollegiya sı hesab edir ki, iddiaçı hüquqi marağına nail olmaqdan ötrü, Bərdə bələdiyyəsinin xx.xx.2017-ci il tarixli iclasının 20 nömrəli protokol qərarını deyil, ilk növbədə iddiaçının iddia etdiyi torpağın Bərdə bələdiyyəsinin adına mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri orqanının hərəkətlərini və bunun nəticəsində Bərdə bələdiyyəsinə verilmiş hüquqmüəyyənedici sənəd olan xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışın qanuniliyini mübahisələndirməli idi.
34. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əsasa görə iddia mümkünsüzdür.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 dekabr 20 23-cü il tarixli, 2-1(104)-657/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.