Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-988/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə pensiya, ümumi staj Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə X8 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(104)-783/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur.
2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının, hərbi biletin surətlərinə əsasən (xx.xx.1980-ci il tarixindən xx.xx. 1982-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) sığorta stajı 19 il 2 ay 15 gün təşkil edir. Mərkəzi filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan xx.xx.1979-xx.xx.2005-ci il tarixləri arasındakı dövrə aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. 19 oktyabr 1987-ci il tarixində açılmış əmək kitabçanın 1-ci səhifəsi həmin dövrə aid olmayan möhürlə təsdiqlənmişdir. Bu səbəbdən də adı çəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq 1979-1983-cü illərdə İddiaçı cəmi 10 ay əmək haqqı ödənildiyi bildirilmişdir. Digər illərə dair əmək haqqı kitabları Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin il lərdə əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Bu fakt Ağstafa rayon Dövlət Arxivinin 16 noyabr 2022-ci il tarixli birgə akt ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən də, ümumi iş stajı 25 ildən az təşkil edir. Ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pens iyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1962-ci ildə anadan olmuş, əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun müraciətindən imtina edərək göstərmişdir ki, 1979-1983-cü illərdə cəmi 10 ay əmək haqqı ödənildiyi və digər illərə dair əmək haqqı kitablarının Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin illərdə əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçıya məxsus əmək kitabçasında onun işlədiyi 1979-2005illər öz təsdiqini tapmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam əsassızdır.
6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın h üquqi əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1396/2033 nömrəli, 16 may 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Gəncə İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(114)-1396/2023 saylı qərarı ilə (hakim X7) iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərt lərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün ümumi və güzəştli iş stajı mövcuddur.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-783/2023 nömrəli iş üzrə 07 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X6 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(114)-1396/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 7, 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə, eləcə də “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Cavabdeh bildirmişdir ki, E.X3 təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan xx.xx.1979-xx.xx.2005-ci il tarixləri arasındakı dövrə aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, 19 oktyabr 1987-ci il tarixdə açılmış əmək kitabçasının 1-ci səhifəsi həmin dövrə aid olmayan möhürlə təsdiqlənmiş və iddiaçının xx.xx.1979-xx.xx.2005-ci il tarixədək Ağstafa rayon Atçılıq zavodunda işlədiyini iddia etdiyi dövr mübahisələndirilmişdir. Həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (19 il 2 ay 15 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2005-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
17. Bundan başqa, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı hə ddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16586,69 manat təşkil edir.
18. Həmçinin məhkəmə Ağstafa rayon Dövlət Arxivindən daxil olmuş xx.xx.2023-cü il tarixli 13 nömrəli arxiv arayışına əsaslanaraq iddianın təmin edilməsi ilə bağlı nəticəyə gəlmişdir. Lakin sözügedən arayışda İddiaçı sadəcə 1979-1983-cü illərdə müəyyən aylarda əməkhaqqı aldığı qeyd olunmuş, 1984-2005-ci illərə dair sənəd təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanu nun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; te xniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fə aliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
24. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasi ya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
32. Etirazda və apelyasiya şikayətində olduğu kimi cavabdeh kassasiya şikayətində də iddiaçının pensiya hüququnun yaranması üçün tələb edilən 25 il sığorta stajının olmadığını bildirir. Qeyd edilir ki, E.X3 təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan xx.xx.1979-xx.xx.2005-ci il tarixləri arasındakı dövrə aid məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, 19 oktyabr 1987-ci il tarixdə açılmış əmək kitabçasının 1-ci səhifəsi həmin dövrə aid olmayan möhürlə təsdiqlənmiş və iddiaçının xx.xx.1979-xx.xx.2005-ci il tarixədək Ağstafa rayon Atçılıq zavodunda işlədiyini iddia etdiyi dövr mübahisələndirilmişdir. Həmin dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (19 il 2 ay 15 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.2005-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
33. Məhkəmə kollegiyası cavabdehin hazırki dəlilini iş materiallarına və qanunvericiliyin müvafiq normalarına uyğun olmaması qənaətindədir.
34. Belə ki, mübahisə edilən illər üzrə i ddiaçının əmək fəaliyyəti ilə məşğul olması Ağstafa rayon Dövlət Arxivi tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli sənədlə də öz təsdiqini tapır. Həmin məktubda qeyd edilmişdir ki, Ağstafa rayonunda mühafizə olunan Ağstafa rayon “Atçılıq” zavodunun əmr kitablarına əsasən İddiaçı xx.xx.1979-ci il tarixli 801 saylı əmrlə xx.xx.1979-cu ildən inşaata fəhlə qəbul edilib və xx.xx.2005-ci il tarixli, 2 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı 1979-1983-cü illər üzrə Ağstafa rayon “Atçılıq” zavodunun əmək haqqı kitablarında aldığı əmək haqları- 1979-cu ilin oktyabr ayında 50-00, 1980-ci ilin fevral ayında 63-50, iyun ayında 48-15, 1981-ci ilin iyun ayında 49-50, 1982-ci ilin iyul ayında 70-16, avqust ayında 73-16, sentyabr ayında 75-79, oktyabr ayında 63-16, 1983cü ili aprel ayında 77-97, avqust ayında 105-66 kimi qeyd edilmişdir. Ağstafa rayon “Atçılıq” zavodunun 1984-2005-ci illərə aid əmək haqqı kitabları Ağstafa rayon Dövlət arxivində mühafizə olunmur.
35. Bundan əlavə Ağstafa rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş işdən çıxma əmrindən görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdə öz ərizəsi ilə Ağstafa rayon Atçılıq Zavodundan işdən ayrılmışdır (iş vər 107)
36. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin sosial sığorta stajı əmək kitabçası, o olmadıqda və ya məzmunu şübhəli olduqda arxiv arayışı ilə təsdiq edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
37. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.
38. Qeyd edilən normanı rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasındakı şübhələr arxiv arayışları ilə aradan qaldırıldığından mübahisəli illər iddiaçının əmək stajına daxil edilməlidir.
39. Yekun olaraq məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da q eyd edildiyi kimi cavabdeh iddiaçının 1979-2005-ci illərdə olan əmək fəaliyyətini mübahisələndirir. Lakin arxiv sənədləri ilə iddiaçının 1979-cu il tarixdə işə qəbul edildiyi, 2005-ci il tarixdən həmin müəssisədən işdən azad edildiyi, eyni zamanda 1981-1983-cü illərdə əmək fəaliyyəti ilə məşğul olduğu təsdiq edilir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə A pelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-783/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.