Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-989/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “X” Beynəlxalq Kompaniyasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahələrinin üst-üstə düşməsi, subyektiv hüquq, iddianın mümkünlük şərti Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “X” Beynəlxalq Kompaniyasının nümayəndəsi X13, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “X” Beynəlxalq Kompaniyasının (bun dan sonra iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X6 və X9) “torpaq sahəsinə dair qeydiyyatların reyestrdən silinməsi, reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-489/2021 saylı, 4 fevral 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN 1280 nömrəli kod **** Dövlət aktına əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1998-ci il tarixli 275 saylı sərəncamı ilə iddiaçıya tikinti mə qsədi üçün 0,48 ha torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından verilmiş 04.10.2019-cu il tarixli arxiv arayışına əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli, 2180 saylı sərəncamı ilə X2 Binəqədi rayon qəsəbələri ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır.
3. X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı mkr yerləşən 0,06 ha torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.12.2019-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. 4. 17.01.2020-ci il tarixli şəhadətnaməyə əsasən 24.11.2019-cu il tarixdə ölmüş X1 vərəsəsi X9 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 02.12.2019cu il ta rixdə X2 verilmiş dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mkr ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan 1/1 hissədə pay almalıdır.
5. X5 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı mkr yerləşən 0,06 ha torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31.01.2020-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. 6. 07.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 (satıcı) 31.01.2020ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 0.06 ha torpaq sahəsini X4 (alıcı) satmışdır.
7. X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 6-cı mkr yerləşən 0,06 ha torpaq sahəsinə dair hü quqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13.02.2020-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı 22 iyul 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında 30 dekabr 2004-cü il tarixli 7747 nömrə ilə dövlət qeydiyyatına alınmış və iddiaçıya verilmiş ** kod **** saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə onun qanuni sahibliyi və faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən faktiki 0,20 ha ərazidəki torpaq sahəsinin 0,06 ha ölçüdə olan hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 2 dekabr 2019-cu il tarixdə X1 adına aparılmış ilkin qeydiyyatın, 30 yanvar 2020-ci il tarixdə X5 adına aparılmış təkrar qeydiyyatın və 13 fevral 2020-ci il tarixdə X3 adına aparılmış təkrar qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən silinməsinin və qeydiyyatdan silinmənin hüquqi nəticələrinin tətbiqinin verilmiş reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi iddiaçının tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının yoxlanılması məqsədilə 14.09.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanı nda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin alınması qərara alınmışdır.
10. Həmin qərardada əsasən tədqiqat obyektinə baxış keçirilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 06.10.2020-ci il tarixli məktubu ilə mütəxəssis rəyi göndərilmişdir. Rəydə qeyd olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar araşdırma təqdim edilmiş sənədlərə (hüquqmüəyyənedici və texniki sənədlərə), cavablanmış sorğulara, naturada müəyyən edilmiş koordinatlara və elektron kadastr bazasına əsasən aparılmış və sxemlər hazırlanmışdır. Mübahisəli əraziyə baxış zamanı məlum olmuşdur ki, ərazi formalaşmış yaşayış məntəqəsidir, iddia edilən torpaq sahəsində yaşayış evi və köməkçi tikililər mövcuddur. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-cu il tarixli 275 nömrəli sərəncamına əsasən iddiaçıya 28.12.2004cü il tarixdə tikinti işlərinin aparılması məqsədilə verilmiş JN 1280 kod **** “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”nda qeyd edilən koordinatları müasir koordinat sistemində olmaması, müraciətə əlavə edilmiş sxemlərin hazırlandığı müddətdən uzun illərin keçməsi, ərazidə situasiyanın dəyişməsi, oriyentirlərin itməsi, eləcə də infrastrukturun dəyişməsi, ərazinin yaşayış massivi kimi formalaşdığı üçün JN 1280 kod **** saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyil. Lakin Abşeron Rayon İcra Hakimiyyəti başçısının 09.12.1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN 1280 kod **** saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin dövlət aktında qeyd edilən koordinatlar Pulkovo-2 koordinat sistemindən WGS koordinat sisteminə çevriləndə JN 1280 kod **** saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə daşınmaz əmlakın dövlət reyestrində hazırda X3 mülkiyyəti kimi onun adına 13 fevral 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Əlavə edilən sxemdən göründüyü kimi, aralarındakı ən yaxın məsafə 43 metrdir. Daşınmaz Əmlakın Dövlət Reyestrində hazırda X3 mülkiyyəti kimi onun adına 13.02.2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsi Binəqədi rayonu, Mərcanlar küçəsi, 48-dir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-5510/2020 saylı iş) 26 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə inzibati icraat çərçivəsində aidiyyət üzrə səlahiyyətli qurumdan (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən) əldə edilən mütəxəssis rəyində iddiaçıya ayrılmış və müvafiq qaydada JN 1280 kod **** saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə onun adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatları ilə üç üncü şəxs X3 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 13.02.2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) və reyestrdən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarının hər hansı hissədə üst-üstə düşməsi nəinki təsdiqini tapmamışdır, hətta koordinatlar üzrə sözügedən torpaq sahələrinin müxtəlif ünvanlarda yerləşməklə aralarında 43 metr məsafənin mövcudluğu müəyyən edilmişdir. Belə olan halda iddiaçı Bünvan ha torpaq sahəsinə dair 13 fevral 2020-ci il tarixdə üçüncü şəxs X3, əvvəllər isə X1 və X5 mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi üzrə subyektiv hüquqa malik deyil. Odur ki, iddia mümkün sayıla bilməz.
13. İddiaçı həmin qərardaddan apely asiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X10 və X16, 2-1(103)-489/2021 saylı iş) 4 fevral 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
15. İddiaçı 4 mart 2021-ci il tarixdə qərardadın surətini almış, 13 mart 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Ka sasiya şikayətinin dəlilləri
16. İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı mübahisə yaranan ana kimi bütün hüquqi və texniki sənədlərə malik olmuş, torpaq sahəsi ilə bağlı nəinki hüquqi sənədlərə malikdir, həmçinin torpaq sahəsi 21 ildir ki, onun qanuni istifadə və faktiki sahibliyindədir. Bunu təsdiq edən kifayət qədər sübut vardır və bunları iddia ərizəsinə əlavə etmişdir.
17. Apellyasiya instansiya məhkəməsi də subyektiv hüquqlarının mövcudluğuna və bunu təsdiq edən birbaşa sübutlarının olmasına baxmayaraq, 04.02.2021-ci il tarixli qərardadla apellyasiya şikayətini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 26.10.2020ci il tarixli qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır.
18. Birinci instansiya məhkəməsindəki icraat zamanı və işə apellyasiya baxışı zamanı qərardad qəbul edilərkən iş materiallarında olan ekspert rəyi araşdırılmamış, qiymətləndirilməmiş, subyektiv hüququn mövcudluğu ilə bağlı mütəxəssis rəyinin məlumatları ilə ekspert rəyinin məlumatları arasındakı ziddiyyətli məqamlar aradan qaldırılmamışdır.
19. Mütəxəssis rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada ilkin/1999-cu ildə verilmiş sənədlərə uyğun sərhədlərini müəyyən etməyin mümkün olmaması bildirilsə də, iddiaçının sifarişi üzrə keçirilmiş ekspertiza ilə bu sərhədlər yerində və sənədlərdə təyin edilmiş, 0,06 ha torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi müəyyən edilmişdir. Məhkəmələr nə üçün ekspert rəyinin bu qənaətini qiymətləndirməmişlər?
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası əgər iddiaçının subyektiv hüququnu təs diq edən, normativ hüquqi aktlarla müəyyən edilən sənədlərdəki (icarə müqaviləsi, texniki pasport, sərəncam, plan-cizgi, dövlət aktı və sxem) məlumatlarla mütəxəssis rəyindəki koordinatlar arasında uyğunsuzluq müəyyən etmişdisə, iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gələ bilməzdi. Əksinə, bu zaman tətbiq olunmalı olan normaları tətbiq etməklə birinci instansiya məhkəməsinin qərardadını ləğv etməli idi.
21. İşdəki mütəxəssis rəyində deyilir ki, iddiaçıya ayrılan torpaq sahəsinin naturada sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, mütəxəssis rəyi naqis, ziddiyyətli və natamamdır. Belə bir rəyə necə istinad oluna, bu rəy dəlil kimi qəbul oluna bilər? Halbuki, hər bir daşınmaz əmlakla bağlı hər bir hüquqi və texniki sənədin obyekti olur, bu obyekt üzə çıxarılm alı və naturada təyin edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
24. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüq uq
25. İnzibati Prosessual Məcəllə: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflər dən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamış dırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məh kəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Mülki Prosessual Məcəllə Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıd ır. 27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı: (-). 2-ci bənd. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. (-). 17-ci bəndin 20 fevral 2020-ci il tarixli Plenum qərarı ilə dəyişiklik edilmiş redaksiyası: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyes trdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçiri lməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı dır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
28. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
31. İddiaçı onun qanuni sahibliyi və faktiki istifadəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində olan 0,20 ha torpaq sahəsinin 0,06 ha ölçüdə hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində 2 dekabr 2019-cu il tarixdə S.İ.Əliyevanın adına aparılmış ilkin qeydiyyatın, 30 yanvar 2020-ci il tarixdə Q.C.Əliyevin adına aparılmış təkrar qeydiyyatın və 13 fevral 2020-ci il tarixdə X.V.Məmmədov anın adına aparılmış təkrar qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən silinməsi və qeydiyyatdan silinmənin hüquqi nəticələrinin tətbiqinin verilmiş reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. İddianı mümkün saymayan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsinin mövqeyinə görə iddiaçının adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatları ilə üçüncü şəxs X.V.Məmmədovanın mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatları hər hansı hissədə üst-üstə düşmədiyindən, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmamışdır.
33. İddiaçı hesab edir ki, mübahisə olunan torpaq sahəsi qanuni ist ifadəsində olmaqla yanaşı, həm də faktiki istifadəsindədir, məhkəməyə təqdim etdiyi ekspert rəyi ilə mübahisə olunan 0,06 ha torpaq sahəsinin ona məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi müəyyən edilsə də, məhkəmə ekspert rəyinə münasibət bildirməmişdir.
34. Məhkəmə kollegiyası şikayətlə bağlı aşağıdakıları qeyd edir. 35. 30.12.2004-cu ildə qeydiyyat kitabında 7747 nömrə ilə qeydiyyata alınmış torpaqdan daimi istifadə hüququna dair Dövlət aktına əsasən Abşeron RİH başçısının 09.12.1998-ci il tarixli 275 saylı sərəncamı ilə iddiaçıya tikinti məqsədi üçün 0,48 ha torpaq sahəsi verilmişdir.
36. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli sərəncamı ilə S.İ.Əliyevaya Binəqədi rayon qəsəbələri ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq s ahəsi ayrılmışdır. 37. 0,06 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2 dekabr 2019-cu il tarixli çıxarışla mülkiyyət hüququ S.İ.Əliyevanın adına qeydə alınmışdır.
38. S.İ.Əliyeva 24 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. 39. 17 yanvar 2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 24.11.2019-cu il tarixdə ölmüş S.İ.Əliyevanın vərəsəsi Q.C.Əliyev müəyyən edilmiş, 0,06 ha torpaq sahəsinə dair hüquq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 31.01.2020-ci il tarixdə Q.C.Əliyevin adına rəsmiləşdirilmişdir.
40. Q.C.Əliyev xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsini 7 fevral 2020ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X.V.Məmmədovaya satmış, 13 fevral 2020-ci il tarixdə dövlət reyestrindən çıxarışla 0, 06 ha torpaq sahəsinə X.V.Məmmədovanın hüququ qeydə alınmışdır.
41. Qeyd edilən sənədlərlə təsdiq olunur ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli sərəncamı ilə S.İ.Əliyevaya 0,06 ha torpaq sahəsi ayrılmış, cavabdeh həmin sərəncam əsasında torpaq sahəsinə hüququn S.İ.Əliyevanın adına qeydə alındığını, S.İ.Əliyevanın vəfatından sonra vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Q.C.Əliyevin adına rəsmiləşdirildiyini, Q.C.Əliyev alqı-satqı müqaviləsi ilə torpaq sahəsini X.V.Məmmədovaya satdığına görə dövlət reyestrindən çıxarışla 0,06 ha torpaq sahəsinə X.V.Məmmədovanın hüququnun qeydə alındığını bildirmişdir.
42. Məhkəmə kollegiyası vurğulayır ki, alınan mütəxəssis rəyində iddiaçının istifadəsində olan 0,48 ha torpaq sahəsinin X.V.Məmmədovanın adına qeydə a lınmış 0,06 ha ölçüdə torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi (2-ci cild səh.23-24), iddiaçının təqdim etdiyi özəl ekspert rəyində isə 0,06 ha torpaq sahəsinin 0,48 ha torpaq sahəsinin sərhədləri (hüdudları) daxilində olduğu (2-ci cild səh. 344) qeyd edilmişdir.
43. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üçüncü şəxs X.Məmmədovaya göndərdiyi 10 iyun 2020-ci il tarixli məktubda bildirilmişdir ki, üçüncü şəxsə aid torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən texniki baxış keçirilmiş və torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları yerində dəqiqləşdirilərək sizə tanıdılmışdır.
44. Apelyasiya instansiyası məhkəməsi mübahisə olunan 0,06 ha torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olan 0,48 ha torpaq sahəsinin sərhədləri daxilində olması ilə bağlı iddiaçının təqdim etdiyi rəylə bağlı araşdırma aparmamış, rəyin buna səlahiyyəti olan ekspert tərəfindən verilməsini, torpaq sahələrinin həqiqətən üst-üstə düşməsi barədə təqdim edilən sənədləri yoxlayıb hüquqi qiymət verməmişdir.
45. O da qeyd edilməlidir ki, daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidmətinin təqdim etdiyi mütəxəssis rəyində dövlət aktı ilə iddiaçının adına rəsmiləşdirilmiş 0,48 ha torpaq sahəsinin naturada yerini müəyyən etməyin mümkün olmadığı göstərilmiş, yekunda isə koordinat sisteminin çevrilməsi nəticəsində torpaq sahələrinin üst-üstə düşmədiyi bildirilmiş, apelyasiya instansiyası məhkəməsi rəydə olan bu fikirlərə mütəxəssis və ya ekspertin məhkəmə iclasında dindirilməsi, yaxud əlavə sorğular ilə aydı nlıq gətirməmiş, iddiaçının mübahisə açdığı torpaq sahəsinə dair subyektiv hüquqa malik olub-olmaması ətraflı araşdırmamışdır.
46. Cavabdehin dəlillərinə görə 0,06 ha torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində ilk dəfə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000ci il tarixli sərəncamı əsasında S.İ.Əliyevanın adına qeydə alınmışdır.
47. Apelyasiya məhkəməsi tərəfindən S.İ.Əliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,06 ha torpaq sahəsinin həqiqətən məhz Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli sərəncamında göstərilən torpaq sahəsi olması yoxlanılmamışdır.
48. İşdə olan sübutlarla müəyyən etmək mümkün olmur ki, cavabdeh tərəfindən məhz Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli sərəncamında g östərilən torpaq sahəsinə, yoxsa sərəncamla verilən torpaq sahəsində deyil, sərəncamda göstərilməyən ərazidə olan torpaq sahəsinə hüquq qeydə alınmışdır.
49. Bu halın müəyyən edilməsi düzgün iddia ilə məhkəməyə müraciət olunmasına, iddianın mümkünlük şərtlərinin mövcud olub-olmamasına aydınlıq gətirilməsi üçün vacibdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, S.İ.Əliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 0,06 ha torpaq sahəsi Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29.12.2000-ci il tarixli sərəncamında göstərilən torpaq sahəsi olduğu halda, yəni reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldı rmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
51. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati akta (Binəqədi rayon İcra Hakimiyyətinin 29.12.2000-ci il tarixli sərəncamına) əsaslansa da, iddiaçı həmin inzibati aktı deyil, ondan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi halda, yəni daşınmaz əmlakın dövlət reyestrində hüququ qeydə alınmış torpaq sahəsinin sərəncamda göstərilən torpaq sahəsi deyil, sərəncamda göstərilməyən ərazidə olan torpaq sahəsi olduğu halda, yalnız cavabdehin hərəkətlərinə inzibati məhkəmə icraatı qaydasında qiymət verilməli, bu zaman “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə olan 17-ci bəndinin yeni redaksiyasının tələbləri müəyyən edilməlidir.
52. Apelyasiya məhkəməsi tərəfindən bəhs olunan hallar araşdırılmamış, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasında proses iştirakçılarına yardım olunmamış, nəticədə İPM-un 12, 13, 48 və 58-ci maddələrinin tələbləri pozulmuşdur.
53. İşdəki sənədlərə əsasən 0,06 ha torpaq sahəsi ilə bağlı Q.C.Əliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq vərəsəlik şəhadətnaməsi, X.V.Məmmədovanın adına isə alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. 54. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında olan hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası vurğulayır ki, Q.C.Əliyevin və X.V.Məmmədovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq m üvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə və alqı-satqı müqaviləsi əsasında qeydə alındığından bu hissədə mübahisənin məhkəmə aidiyyəti apelyasiya məhkəməsi tərəfindən yoxlanılmamışdır.
55. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
56. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
57. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tuta raq Qərara aldı: Kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-489/2021 saylı 4 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir.