Məhkəmə qərarları › İş №2-1(102)-989/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-989/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-989/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar "xxxx" MTK, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; iddia müddəti) 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar "xxxx" MTK, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı (üçüncü şəxs X10) “sərəncamların və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(103)-338/2023 nömrəli qərar dadlarından iddiaçılar İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ümumi sahəsi 150.6 kv. metr təşkil edən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X3 və X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4981 nömrəli icarə müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi sonuncuların icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 14 fevral 2014-cü il tarixli, 6189 nömrəli icarə müqaviləsinə əsasən, qeyd olunan qeyri-yaşayış sahəsi X4 icarəsinə verilmişdir. X1 ərizə ilə Komitəyə müraci ət edərək həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Komitənin xx.xx.2014-cü il tarixli, 59 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5276 nömrəli əmlakın alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar 2 mart 2022-ci il tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 500-cü məhəllədəki 6“A” nömrəli, 9 mərtəbəli binanın altındakı 150.6 kv.metr sahəsi olan zirzəminin üçüncü şəxs X6 və digər şəxs X2 icarəyə verilməsi barədə cavabdehin 2 aprel 2007-ci il tarixli, 78 №li sərəncamının və alqı-satqı müqaviləsində satılması ilə bağlı cavabdehin xx.xx.2014cü il tarixli, 59 nömrəli sərəncamının və onun nəticələrinin ləğv olunmasını xahiş etmişlər.

3. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, yaxın vaxtlarda onlara məlum olmuşdur ki, üçüncü şəxs X8 Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 500cü məhəllədəki 6 “A” nömrəli evin altındakı zirzəminin bir hissəsini alqı-satqı vasitəsi ilə özəlləşdirmişdir. Onlar 2020-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, uzun çəkən məhkəmə mübahisələrindən sonra müəyyən olunmuşdur ki, mübahisə ilə bağlı İnzibati Məhkəməyə müraciət olunmalıdır. Mübahisəli zirzəminin, icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından iddiaçıların məlumatları olmamışdır. Hazırda sakinlərin vəsaiti hesabına tikilən binanın altındakı ümumi istifadəyə nəzərdə tutulan zirzəmi alqı-satqı əsasında müqavilə ilə satıldığından hüquqları pozulur.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olmuş qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə sübut olunmuşdur. 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh “Murad-95” firmasına qarşı “hazırda mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə haqqının ödənilməsi və həmin sahə nin boşaldılması” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə bunun üçün əsas kimi mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun "xxxx" MTK-ya deyil, dövlətə məxsus olmasını qeyd etmişdir. Eyni zamanda, məhkəmə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə təqdimat ünvanlayaraq, qeyd edilən qeyri-yaşayış sahəsindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə qanunamüvafiq tədbirlər görülməsi, bu barədə, qanunla müəyyən olunmuş müddətdə məhkəməyə məlumat verilməsinin təmin olunmasının xahiş etmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 78 nömrəli sərəncamı ilə ümumi sahəsi 150.6 kv. metr təşkil edən mübahisə predmeti olan qeyri-yaşayış obyektinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə Acalov Rüfət Ağaməmməd oğlu və X10 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4981 nömrəli icarə müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsi sonuncuların icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 14 fevral 2014-cü il tarixli, 6189 nömrəli icarə müqaviləsinə əsasən, qeyd olunan qeyri-yaşayış sahəsi X4 icarəsinə verilmişdir. X1 ərizə ilə Komitəyə müraciət edərək, qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, Komitənin xx.xx.2014-cü il tarixli, 59 nömrəli sərəncamı ilə qeyd olunan sahənin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5276 nömrəli əmlakın alqı-satqı müqaviləsi əsasında həmin sahə sonu ncu tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan sahə ilə bağlı Komitə ilə Tahir Quliyev arasında ilkin icarə müqaviləsi 2007-ci il tarixdə bağlanmış və 15 il ərzində həmin sahə sonuncunun istifadəsində olmuş və iddiaçılar bundan xəbərdar olmuşlar. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, həmin sahənin dövlət mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçılara məlum olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişlər.

5. Üçüncü şəxs X10 məhkəməyə ərizə (müddətin tətbiqi ilə bağlı) təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

6. İddiaçılar müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, inzibati aktdan şikayət ve rilməsi ilə bağlı buraxılmış müddəti üzürlü hesab edib müddətin bərpa olunmasını xahiş etmişlər.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6748/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən iddia verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzürlü səbəbdən, yəni onlardan asılı olmayan səbəblərdən baş verməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmadığından, sonuncular tərəfindən müddətin bərpasına dair verilmiş ərizə təmin olunmamalıdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: X5) 22 iyun 2022-ci il tarixli, 2-1(112)6748/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi hesab etm işdir ki, iş üzrə iddiaçıların iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqları yoxdur. İddiaçılar hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyillər. Belə ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan, iddiaçılar tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən inzibati qərarların qəbul olunmasından 15 ildən çox vaxt keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət olunmaqla, iddia müddəti ötürülmüş, bununla da onlar həmin qərarları mübahisələndirmək imkanını itirmişlər. Beləliklə, iddiaçılar hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüklərindən və onlar tərəfindən məhkəməyə təqdim olunmuş müddətin bərpasına dair vəsatət məhkəmənin eyni tarixli qərardadı ilə təmin olunmadığından iddia tələbi mümkün sayılmamalıdır.

11. İddiaçılar İddiaçı3 və İddiaçı4 22 iyun 2022-ci il tarixli qərardadlardan apellyasiya şikayəti verərək hər iki qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu, X9) 17 yanvar 2023-cü il tarixli, 21(103)-338/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Həmçinin, həmin məhkəmənin eyni tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçılar İddiaçı3 və İddiaçı4 17 yanvar 2023-cü il tarixli qərardadlardan kassasiya şikayəti verərək, hər iki qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunması nı xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətlərinin dəlilləri

17. Kassasiya şikayətlərinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər, işin mahiyyəti ilə bağlı dəlillər təşkil edir. Bundan əlavə, kassasiya şikayətlərdə qeyd edilmişdir ki, mübahisəli zirzəminin, icarəyə verilməsindən və sonradan alqı-satqı müqaviləsi əsasında satılmasından iddiaçıların heç bir məlumatı olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-246/2021 saylı qətnaməsi ilə onlara izah olunmuşdur ki, hazırkı mübahisə ilə bağlı inzibati qaydada aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)5644/2021 qərarı ilə kassas iya şikayətləri təmin olunmamışdır. Bundan sonra, 28 yanvar 2022-ci il tarixli imtina məktubu aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

19. Üçüncü şəxs X10 tərəfindən məhkəməyə təqdim olunmuş etirazda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(103)-338/2023 nömrəli qərardadlarının dəyişdirilmədən qüvvədə saxlanılması və kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə da ir iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, əriz ə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyə ti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri t əşkil edir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin i crası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasib ətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərardadları bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmad ığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşd ırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi sərəncamın ləğv edilməsi barədə iddia tələbinin mümkünlük şərtləri ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

29. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.

30. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərind ən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.

31. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlk i qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

32. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

33. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan mаrаqlаrının pozulduğunu əsaslandırdığı hаllаrdа mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

34. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

35. İn zibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddia müddəti buraxıldığına görə mümkünlük şərtlərinə cavab vermədiyindən iddia haqlı olaraq mümkün sayılmamışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

37. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti onda n ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

38. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəm ə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı3 və İddiaçı4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-338/2023 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar