Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-99/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: diplomun tanınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı oğlu, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5, vəkili X2 iştirakı ilə, İddiaçı oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “diplomun tanınması vəzifəsinin cavabdeh in üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-1722/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 7 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 2012-ci ildə Gürcüstan Respublikasının X16 Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, 2016-cı ildə həmin ali təhsil müəssisəsini bitirərək Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr diplomu almışdır. X16 Universiteti MMC-i tərəfindən verilmiş * nömrəli diploma əsasən Humanitar və Sosial Elmlər məktəbinin şurasının 12 iyul 2016-cı il tarixli 6 nömrəli qərarı ilə iddiaçıya iqtisadiyyat üzr ə sosial elmlər bakalavr akademik dərəcəsi verilmişdir X10 Universiteti tərəfindən verilmiş diploma əlavədə məzun iddiaçının ixtisası, tədris dili, tədris sahəsi, təhsil nəticələri barədə ətraflı məlumat qeyd edilmişdir. Həmin əlavədə tədris dili – gürcü dili göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya göndərilmiş 25.05.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə daxil olmuş 21.12.2016-cı il tarixli elektron müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il ta rixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Göstərilənləri və “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ.1.2 maddəsini (Müraciətin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələrin V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq X7 Tədris Universiteti tərəfindən onun adına verilmiş * nömrəli, 12.07.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. MMC Tbilisi Açıq Təhsil Universiteti tərəfindən cavabdehə göndərilmiş 10 iyul 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, universitetinin məzunu İddiaçı təhsil dili haqqında, birgə milli imtahanlarda iştirak etmədən təhsil almaq hüq uqu haqqında Gürcüstanın elm və təhsil nazirinin, 28.09.2012-ci il tarixli, 1037 nömrəli əmrinə əsasən, beynəlxalq iqtisadi münasibətlər fakültəsinin gürcü dili bakalavr proqramına qəbul olundu, amma təhsil prosesini tənzimləyən qaydaya əsasən, ona xarici ölkənin vətəndaşı olduğuna görə Azərbaycan dilini bilən professor –müəllimlər tərəfindən və sinxron tərcümə köməyi ilə, gürcü dili proqramının keçməsi təklif olundu. Bununla yanaşı, iddiaçı gürcü dilində əlavə kurs keçmişdir. İddiaçı 18 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “iddiaçıya X9 Təhsil Universiteti tərəfindən * nömrəli, 12.07.2016-cı il tarixdə verilmiş diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin c avabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qanuni şəkildə qeyd edilən ali təhsil müəssisəsinə daxil olmuş, təhsil müddətində vaxtı-vaxtında dərslərdə iştirak etmiş və bütün imtahanları verərək diplom almışdır. Cavabdehin imtinası tam əsassızdır. İddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydalarına, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə istinad edilmişdir. Cavabdehin iddiaya dair etirazında qeyd edilir ki, cavabdehin imtinası qa nuni və əsaslıdır. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. Həmin Qaydaların 3.3-cü bəndinə görə, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərind ən ibarət ekspert qrupu yaradılır. Ekspert rəyindən göründüyü kimi, komissiya iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, “Təhsil haqqında” Qanunun 1.0.43-cü maddəsinə görə, təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. İddiaçının tədris dilinin tam səviyyədə mənimsəməməsi onun aldığı ixtisası bilməsini şübhə altına alır. Göstərilənləri nəzərə alaraq universitet tərəfindən iddiaçının adına verilmiş bakalavr diplomu üzrə ixtisasları ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus olan diplom üzrə ixtisasın tanınmasına heç bir hüquqi əsas ol madığından onun iddia tələbi rədd edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-1640/2019 saylı iş) 17 aprel 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək X9 Təhsil Universitetinin iddiaçının adına verilmiş 12.07.2016-cı il tarixli, * nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8məruzəçi, X6 və X4, 2-1(103)-1722/2019 saylı iş) 30 iyul 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd e tməsini onunla əsaslandırmışdır ki,iş materiallarında olan ekspert rəyinə əsasən komissiya iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığını müəyyən etmişdir. İddiaçının tədris dilini bilməməsi bu sahədə keçirilən dərslərin öyrənilməsini, habelə diplom üzrə lazım olan dərsləri öyrənməsini istisna edir. İddiaçı 17 sentyabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının 11.05.2004-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edildiyindən, cavabdeh id diaçının diplomunun ekvivalentliyi barədə şəhadətnamə verilməsi ilə bağlı ekspertiza keçirməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları”n 1.6-cı bəndinin İİİ hissəsi belə ekspertizanın aparılmasını istisna edir. “Qaydalar”ın 3.6-cı bəndində ekvivalentlik haqqında Şəhadətnamənin verilmə əsaslarından biri də Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərinə uyğunluğudur. Qeyd olunanlardan da göründüyü kimi iddiaçının bakalavr dərəcəsi üzrə aldığı iqtis adiyyat üzrə sosial elmlər ixtisası Azərbaycan Respublikasına təhsilin müvafiq strukturuna qoyulan tələblərə uyğundur. Bundan başqa “Qaydalar”ın 3.8-ci bəndində yalnız tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamalarının aparılması müəyyən edilmişdir. Göründüyü kimi, bu yoxlama da araşdırmanı yalnız həmin Qaydalarla müəyyən edilən hədd daxilində apara bilər. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 1 48.2, 151-ci, “Təhsil haqqında” Qanunun 43.1, 44.1, 44.2-ci “İnzibati icraat haqqında” Qanunun 14, 59-ci maddələrinə, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.3, 1.7, 2.4, 2.5, 3.2, 3.3, 3.5, 3.7-ci bəndlərinə istinad olunmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı bildirmişdir ki, diploma əlavədə tədris dili gürcü dili qeyd edilsə də, Tbilisi şəhərində universitetdə təhsil Azərbaycan dilində tədris edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillə rini qəbul etməmiş, şikayətin təmin edilməməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyə ti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Az ərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi nin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2016-cı ilin avqust ayında verilmiş diplomda onun X16 Universitetini bitirərək iqtisadiyyat üzrə sosial elmlər bakalavr dərəcəsi verildiyi qeyd edilmişdir. Təqdim diploma əlavədə iddiaçının əyani formada təhsil aldığı, tədris dilinin gürcü dili olduğu qeyd ed ilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əyani təhsil dövründə aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin səviyyəsinin qənaətbəxş olmaması müəyyən edilərək iddia təmin olunmamışdır. X16 Universitetinin cavabdehə ünvanlanmış 11 may 208-ci il və 10 iyul 2018-ci il tarixli məktubların tərcümə olunmuş surətlərində qeyd edilmişdir ki, iddiaçı birgə milli imtahanlarda iştirak etmədən, müvafiq əmr əsasında beynəlxalq iqtisadi münasibətlərin gürcü dili bakalavr təhsil proqramına qəbul edilmiş, təhsil prosesini tənzimləyən qaydaya əsasən, o, xarici ölkə vətəndaşı olduğuna görə Azərbaycan dili bilən professor-müəllimlər tərəfindən deyilən dərslər və sinxron tərcümə köməyi ilə gürcü dili proqramını keçməsi təklif olunmuş, gürcü dilində əlavə kurs keçmişdir. Göründüy ü kimi, iddiaçıya məxsus diplomda əlavədə tədris dilinin gürcü dili olması, məktublarda isə iddiaçıya gürcü dili proqramını keçməsi təklif olunması, gürcü dilində əlavə kurs keçməsi qeyd edilmişdir. Məktublarda və digər sənədlərdə iddiaçının Tbilisi şəhərində ali təhsil alarkən fənlərin Azərbaycan dilində tədris edilməsi təsdiq edilmir. Cavabdeh ekspert qrupu müsahibə zamanı iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığını müəyyən edib onun aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarının 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzər də tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; -3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığından onun aldığı təhsilin məzmununun uyğunluğu öz təsdiqini tapmamışdır. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusu baş v erməmişdir. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1722/2019 saylı, 30 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-99/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-99/2020
07.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver