Məhkəmə qərarları › İş №2-1(102)-99/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-99/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-99/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə (64 yaş 06 ay) əmək pensiyasının təyin edilməsi, sığorta stajının əmək kitabçasına əsasən hesablanması, əmək haqqı cədvəllərinin aşkar edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkil i Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci ilədək "xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-245/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. 2. ******* nömrəl i əmək kitabçasındakı qeydlərə əsasən, iddiaçı əmək fəaliyyətinə 1976-cı ildə xxxx ASC-də başlamış və 2005-ci ilədək işləmişdir.

3. O, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə qədər SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********9 nömrəli məktubla müraciəti təmin etməmiş və bildirmişdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə və ya 25 il sosial sığorta stajı olmadığına görə, həmçinin fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınmadığına görə ona yaşa g örə pensiya təyin edilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, “xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci ilədək "xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Ağdaş rayon Avtonəqliyyat ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci ilədək işlədiyi dövrdə əməkhaqqı almadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi Qaydalara ziddir.

7. Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-583/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci ilədək "xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçınin xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” ASC-də sürücü fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə öz təsdiqini tapdığından cavabdehin imtinası əsassız olmuşdur.

9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiy a instansiyası məhkəməsindəki icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-245/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: A.A.Mahmudov və M.Ə.Əsədli) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1-(116)-583/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) K assasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya məhkəməsi iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” ASC-də işlədiyi illəri sosial sığorta stajına daxil edərkən, iddiaçının əmək kitabçasında “xxxx” ASC-də işləməsinə dair qeydlərdə işə qəbul və işdən çıxma əmrlərinin qeyd olunmamasını və iddiaçının həmin illərdə işləməsi faktının heç bir mötəbər sübutla təsdiq olunmaması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları nəzərə almadan iddiaçının xeyrinə qərar qəbul etmiş, həmin illəri sosial sığorta stajına daxil etməklə dövlət büdcəsinin əsassız maliyyə yükü ilə yüklənməsinə şərait yaratmışdır.

14. Daha sonra qeyd edilir ki, qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin, “xxxx” ASC-nin arxiv sənədləri Dövlət Arxivinə təhvil verilməmiş, “xxxx” ASC-də əmək haqqı cədvəlləri, işdən çıxma barədə əmr kitabları aşkar olunmamışdır. Bu səbəbdən də iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” ASC-də işləməsini müəyyən etmək mümkün deyildir. Bundan əlavə, əmək kitabçası sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd hesab olunsa da, hazırki mübahisə üzrə iddiaçı işdən çıxma əmrləri, eləcə də əmək haqqı alması barədə sənədlər təqdim etmədiyindən, onun təqdim etdiyi əmək kitabçasının mötəbərliyi şübhə altındadır və iddiaçıya pensiya təyin edilməsi zamanı mötəbər sənəd hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq onun çıxışı dinlənilmədən baxıldı. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcb uri dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iy ulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçini n əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əs as sənəd hesab edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəx si hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiy ası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İş materiallarından görünür ki, iddi açı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci ilədək "xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

29. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” ASC-də işləməs i öz təsdiqini tapmadığından həmin illər sosial sığorta stajına daxil edilməməlidir.

30. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

31. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulması, xx.xx.2020-ci il tarixində, yəni 64 yaş 06 ayında pensiya yaşına çatması işin mübah isəsiz hallarıdır. Mübahisəli hal iddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci ildən xx.xx.2005-ci il tarixədək “xxxx” ASC-də işləməsi barədə qeydlərin həqiqiliyinin öz təsdiqini tapmaması ilə bağlıdır. Cavabdehin iddiaya yazılı etirazından görünür ki, o, iddiaçının xx.xx.1992-ci il tarixədək “xxxx” ASC-də işləməsini, beləliklə də iddiaçının hərbi xidmət dövrü də daxil edilməklə xx.xx.1992-ci il tarixədək 15 il 06 ay iş stajının olduğunu qəbul edir. Cavabdeh iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2005-ci il tarixədək “xxxx” ASC-də iş stajını mübahisələndirir və bunu yoxlama zamanı əməkhaqqı cədvəllərinin aşkar edilməməsi ilə əsaslandırır.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, yuxarıda qeyd edilən normalara əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdi q edən əsas sənəd hesab edilir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə qədər Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Əmək kitabçasının qeydlərinə əsasən o, əmək fəaliyyətinə 1976-cı ildə “xxxx” ASC-də başlamış və 2005-ci ilədək işləmişdir. Belə ki, iddiaçı xx.xx-1976-cı il tarixdə 55 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar işdən çıxarılmış, daha sonra xx.xx.1979-cu il tarixli, 28 nömrəli əmrlə işə bərpa edilmişdir. “xxxx” ASC-dən verilmiş xx.xx.2005-ci il tarixli, 7 nömrəli arayışa əsasən iddiaçı bu işdə xx.xx.2005-ci il tarixədək işləmiş, maliyyə vəziyyətinin ağırlığı ilə əlaqədar olaraq işdən azad edilmişdir.

33. İş stajı barədə məlumatlar iddiaçıya məxsus əmək kitabçası və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixə qədər hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 33 nömrəli arayışı ilə təsdiq olunur.

34. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə al ınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

35. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir.

36. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1992-2005-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı xx.xx.1992 - xx.xx.2005-ci illərdə işləməsi barədə əmək kitabçası təqdim etmişdir.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.

38. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, yoxlama zamanı əməkhaqqı cədvəllərinin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

39. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (64 yaş, 06 ay) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq 28 il 10 ay sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüy ü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (64 yaş 06 ay) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

41. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini n 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-245/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar