Məhkəmə qərarları › İş №2-1(102)-99/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-99/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-99/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xü susi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2071/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh **********6 saylı, 13 may 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun işlədiyi sahələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “G üzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da qeyd edilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən 57 yaşının tamam olduğu 20.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsində bildirir ki, o, xx xxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İT-İ seriyalı ******* nömrəli 16 yanvar 1984-cü il tarixli “Əmək kitabçası”na əsasən, 16 yanvar 1984-cü il tarixdən 20 aprel 1984cü il tarixədək Azərbaycan DRES-də X3 və Avtomatika sexində X3 və avtomatika avadanlıqlarının istismarı və təmiri üzrə 6 dərəcəli elektrik çilingəri vəzifəsində, 20 aprel 1984-cü il tarixdən 2 sentyabr 1985-ci il tarixədək həmin sexdə informasiya hesablama kompleksində xidmət üzrə mühəndis vəzifəsində, 2 sentyabr 1985-ci il tarixdən 4 yanvar 1987-ci il tarixədək həmin sexin “Avtomatik idarəetmə” sahəsində informasiya hesablama kompleksində operativ xidmət üzrə böyük mühəndis vəzifəsində, 4 yanvar 1987-ci il tarixdən 1 fevral 1989-cu il tarixədək həmin sexin “Avtomatik idarəetmə” sahəsində elektrik təminatı üzrə usta vəzifəsində, 1 fevral 1989-cu il tarixdən 4 oktyabr 2012-ci il tarixədək tam təsərrüfat hesabına və əməyin ödənilməsinin yeni sisteminə keçidlə əlaqədar həmin sexin “Avtomatik idarəetmə” sahəsində elektron təminatı üzrə İ qrup usta vəzifəsində, 4 oktyabr 2012-ci il tarixdən 6 may 2013-cü il tarixədək həmin sexin nəzdində “İstehsalat proseslərinin avtomatik idarəetmə sistemi” sahəsində aparıcı mühəndis vəzifəsində, 6 may 2013-cü il tarixdən 12 aprel 2016-cı il tarixədək həmin sexin “Texnoloji avadanlıqların avtomatik idarəolunmasına xidmət” sahəsində aparıcı mühəndis vəzifəsində işləmişdir, 12 aprel 2016-cı il tarixdən hal-hazıradək həmin sexin “İstilik ölçmə” qrupunda aparıcı mühəndis vəzifəsində işləyir. Azərbaycan DRES-də (indiki "xxxx" MMC) 8 saatlıq iş vaxtı ərzində əmək funksiyası qazan, turbin və onların köməkçi avadanlıqlarında idarə etmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərinin yerinə yetirilməsindən ibarətdir. Eləcə də, iş rejimi ərzində səsküy, titrəmə, toz, sürətli hava axım, nisbi rütubət (nəmlik), havanın temperaturunun normadan yuxarı, yüksək olması faktorları var. Bütün bu işləri 8 saatlıq iş rejimində zərərli və ağır iş şəraitində yerinə yetirdiyi üçün ona 1984-cü il tarixdən 2012-ci ilədək aylıq əmək haqqının 8%-i miqdarında, 2012-ci ildən başlayaraq isə əmək haqqının 12%-i miqdarında əlavə əmək haqqı ödənilmiş, habelə zərərli iş şəraitində işlədiyinə görə əmək məzuniyyətinə əlavə məzuniyyət günləri verilmişdir. Əmək kitabçasına görə onun hal-hazıradək 36 ildən çox ümumi əmək stajı var.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1195/2021 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 20 mart 2018ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır və cavabdehin ona həmin pensiyanın təyin olunmasından imtina etməsi qanuna zi dd, eləcə də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2071/2021 nömrəli iş üzrə 21 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: M.N.Tağızadə və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2-1(112)-1195/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razıl aşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalış arsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən 12 il 6 ay güzəştli iş stajını tamamlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanu nu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmə k qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçının güzəştli iş stajı mübahisələndirilir.

23. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzi fələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlamır.

24. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.

25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

26. İş materiallarına əlavə edilmiş "xxxx" ASC “Azərbaycan X2” MMC-nin 02 nömrəli 11 mart 2020-ci il tarixli, işin xarakteri haqqında arayışından görünür ki, iddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) 01.11.1978-ci il tarixdə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuş və 11.08.1983-cü il tarixdə ali təhsini bitirib təyinatla Azərbaycan DRES-ə göndərilmişdir. O, 16.01.1984-cü il tarixdə Az.DRES-də X3 və Avtomatika sexində (İÖC və AS) İÖC və A avadanlıqlarının istismarı və təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamışdır (əmr № 42, 17.01.1984-cü il). 20.04.1984-cü il tarixdə həmin sexin informasiya hesablama kompleksinə (İHK) xidmət üzrə mühəndis (əmr № 86, 21.04.1984-cü il), 02.09.1985-ci il tarixdə İÖC və A sexinin Avtomatik idarəe tmə sahəsində İHK-nə operativ xidmət üzrə böyük mühəndis (əmr № 168, 09.09.1985-ci il), 04.01.1987-ci il tarixdə İÖC və A sexinin Avtomatik idarəetmə sahəsində və elektrik təminatı üzrə usta (əmr № 08, 15.01.1987-ci il) işləmişdir. 01.02.1989-cu il tarixdən təsərrüfat hesabına keçidlə və əmək haqqının ödənilməsinin yenilənməsi ilə əlaqədar olaraq İÖC və A sexinin Avtomatik idarə etmə sahəsində elektron təminatı üzrə (əmr № 40, 01.03.1989-cu il) İ qrup usta vəzifəsinə keçirilmiş, 15.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək İÖC və A sexində usta vəzifəsində işləmişdir. 04.10.2012-ci il tarixdən İÖC və A sexinin nəzdində istehsal proseslərinin avtomatik idarəetmə sistemi sahəsində aparıcı mühəndis (əmr № 272/Ş, 03.10.2013-cü il), 06.05.2013-cü il tarixdə İÖC və A sexinin “Texnoloji avadanlıqların avtomatik idarə olunmasına xidmət sahəsi”nə aparıcı mühəndis (əmr № 79/Ş, 01.05.2013-cü il), 12.04.2016-cı il tarixdə İÖC və A sexinin “İstilik ölçmə” qrupuna aparıcı mühəndis (əmr № 79/Ş, 12.04.2016-cı il) keçirilmişdir. Hal-hazırda işləyir. O, birbaşa Qazan, Turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilikölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə, səs-küy, sürətli hava axını və nisbi rütubət mövcuddur. Bütün bu işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirdiyi üçün İddiaçı 1984 – 2012-ci il illərdə 8%, 2012-ci ildən başlayara q 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. İddiaçı 17.01.1984-cü il tarixdən indiyədək halhazırkı tutduğu vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxması üçün AR Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. "xxxx" ASC-nin 25 aprel 2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən, İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan DRES – Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı 05.01.2006-cı il tarixli əmrinə əsasən, "xxxx" MMC “Azərbaycan X2” MMC adlandırılmışdır.

27. Eyni zamanda, "xxxx" ASC “Azərbaycan X2” MMC-nin 07-16 nömrəli, 18 mart 2020-ci il tarixli arayışında aşağıdakılar qeyd olunur: “Verilir hazırda "xxxx" MMC-də X3 və Avtomatika sexində “Ölçmə qrupu”nda aparıcı mühəndis vəzifəsində işləyən İddiaçı (1961ci il təvəllüdlü) ondan ötrü ki, o, 16.01.984-cü il tarixdə X3 və Avtomatika sexində 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. İlk dəfə əmək fəaliyyətinə "xxxx"də başladığı üçün İddiaçı adına müəssisə tərəfindən 16.01.1984-cü il tarixdə ИТ-İ № ******* nömrəli əmək kitabçası açılmış, lakin titul vərəqəsinə möhür vurulmamışdır. Həmin müddətdə müəssisənin adı Azərenerji ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" – “Azərbaycan Dövlət Rayon X2” MMC adlandırılmışdır. “Azərenerji“ ASC”-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xx xx" MMC – “Azərbaycan X2” MMC adlandırılmışdır. Əvvəlki möhürlər qanunvericiliyə uyğun olaraq təhvil verildiyi üçün hal-hazırda kadrlar şöbəsinin möhürü dəyişdirilmişdir. İddiaçı 16.01.1984-cü il tarixdən bir müəssisədə işlədiyi üçün əmək kitabçasının titul vərəqəsinə "xxxx" MMC-nin kadrlar şöbəsinin möhürü vurulmuşdur.

28. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi yaranmış zərurətlə əlaqədar Azərbaycan X2na məktub ünvanlayaraq iddiaçının Azərbaycan X2nda ayrı-ayrı dövrlərdə işlədiyi (usta) peşə ilə bağlı məlumatların (işlədiyi usta peşəsinin dəqiq səciyyəvi əlamətləri, göstəriciləri və iş şəraiti (o cümlədən yeraltı X2nda olub-olmaması), habelə həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin əvvəllər qüvvədə olmuş 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda və hazırda qüvvədə olan 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda nəzərdə tutulan hər hansı peşəyə aid olub-olmaması barədə) məhkəməyə təqdim olunmasını xahiş etmişdir. 29. "xxxx" ASC “Azərbaycan X2” MMC-nin məhkəməyə ünvanlanmış 30.12.2020-ci il tarixli 3 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC qapalı X1, stansiyada olan hər bir enerji bloku ayrılıqda turbin, qazan və generatordan ibarətdir. Turbin, qazan və onun köməkçi avadanlıqlarının işinə nəzarət etmək, idarə etmək və tənzimləmə üçün lazım olan X3 və Avtomatika (İÖCA) sexinin xidmətinə aid istilik ölçmə, ölçmə (təzyiq, sərfiyyat, mexaniki yerdəyişmə, titrəmə və s.) istilik avtomatikası və texnoloji proseslərin avtomatik idarə olunması sistemləri ilə təmin olunmuşdur ki, onlar da Qazan, Turbin avadanlıqlarına aiddir və 1 və 2 saylı Qazan-Turbin sexində yerləşir. İÖCA sexinin xidmətinə aid olan və Qazan-Turbin avadanlıqlarında quraşdırılan datçiklər (temperatur, təzyiq, sərfiyyat, mexaniki yerdəyişmə, titrəmə və s.) çeviricilər, çevrilmiş parametrlər hərf rəqəm (informasiya) şəklində enerji bloklarını idarə etmək üçün idarəedici heyətə (bloku idarə edən maşinist, operator və s.) elektron avadanlıqlar (yəni videoterminallar, manitorlar, EHM (kompyuter)) vasitəsilə çatdırılır. İddiaçı usta kimi həmin Qazan, Turbin və onların köməkçi avadanlıqlarının, qurğularının yerində təmiri, sazlanması, quraşdırılması, elektrik və elektron təminatı, habelə dəyişdirilməsi (yenilənməsi) işlərini birbaşa 1 və 2 saylı Qazan-Turbin sexində yerinə yetirir. İddia çı iş vaxtı xidmət etdiyi avadanlıqların və qurğuların yerləşdiyi 1 və 2 saylı Qazan-Turbin sexinin bütün sahələrində müxtəlif zərərli faktorlar (səs-küy, titrəmə, yüksək temperatur, hündürlük, sürətli hava axını, nisbi rütubət, işin ağırlığı və s.) mövcuddur və o, gündəlik iş rejimində həmin faktorların təsirinə məruz qalır. Bütün bu işləri 8 saatlıq iş rejimində zərərli iş şəraitində yerinə yetirdiyi üçün ona hər ay əmək haqqının əvvəllər 8%-i, 2012-ci ildən isə 12%-i həcmində əlavə əmək haqqı ödənilir və 06 təqvim günü əlavə məzuniyyət verilir. Onun usta kimi tutduğu vəzifə AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda 13-cü bölmənin “b” bəndinə (kod: 2140000b – 23362) uyğundur, eləcə də AR Nazirlər Kabinetinin hazırda qüvvədə olan 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda 24-cü bölmənin “b” bəndinə (avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbini), yanacaqötürmə, tozhazırlama)) uyğundur.

30. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçının 57 yaşı 20.03.2018-ci il tarixdə tamam olmuşdur və o, 01.11.1978-ci il tarixdən 11.08.1983-cü il tarixə kimi Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil almış (4 il 9 ay 10 gün), 11.10.1993-cü il tarixdən 08.11.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (4 il 27 gün), əmək kitabçasına əsasən isə 16.01.1984-cü il tarixdə Az.DRES-də X3 və Avtomatika sexində (İÖC və AS) İÖC və A avadanlıqlarının istismarı və təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamış və hal-hazırda da işləyir ( 01.01.2006-cı il tarixədək 21 il 11 ay 15 gün).

31. Göründüyü kimi, iddiaçının hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 30 il 9 ay 22 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, işəgötürən tərəfindən verilmiş izahlı arayışlara əsasən, iddiaçının 15.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək “Azərbaycan X2” MMC-də (əvvəlki adı Azərbaycan DRES) avtomatik idarəetmə sahəsində işlədiyi usta vəzifəsi (01.01.2006-cı il tarixədək 18 il 11 ay 16 gün) AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda 13-cü bölmənin “b” bəndinə (kod: 2140000b – 23362), eləcə d ə AR Nazirlər Kabinetinin hazırda qüvvədə olan 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda 24-cü bölmənin “b” bəndinə (avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbini), yanacaqötürmə, tozhazırlama)) peşəsinə uyğun olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verir.

32. Bundan əlavə, cavabdeh apelyasiya şikayətində də olduğu kimi kassasiya şikayətində də ““iddiaçının 04.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək işlədiyi elektrik təminatı üzrə usta vəzifəsinin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Elekt rik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələrinə uyğun olmadığı”nı bildirmişdir.

33. Bununla əlaqədar olaraq məhkəmə tərkibi qeyd edir ki, "xxxx" AS C “Azərbaycan X2” MMC tərəfindən verilmiş 07-112 nömrəli 13 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının Az İES-in X3 və Avtomatika Sexində qulluq etdiyi avadanlıqlar Qazan və Turbin sexində yerləşir və əmək funksiyasını həmin sexdə yerinə yetirir. İdarənin 02 nömrəli 11 mart 2020-ci il tarixli işin xarakteri haqqında arayışından görünür ki, iddiaçı 15.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək İÖC və A sexində usta vəzifəsində işləmişdir. O, birbaşa Qazan, Turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə, səs-küy, sürətli hava axını və nisbi rütubət mövcuddur. Bütün bu işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirdiyi üçün iddiaçıya 1984 – 2012-ci il illərdə 8%, 2012-ci ildən başlayaraq 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Onun 17.01.1984-cü il tarixdən indiyədək hal-hazırkı tutduğu vəzifələr güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün AR Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur.

34. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt - ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşl arın pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən onun 57 yaşı tamam olduğu tarixdən, yəni 20.03.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2071/2021 saylı iş üzrə 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar