Məhkəmə qərarları › İş №2-1(102)-990/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-990/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-990/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: 1 sentyabr 2000-ci ilədək hakim işləmiş şəxsə pensiya təyin olunarkən əmək haqqına əlavələrin və digər əlavələrin nəzərə alınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra cavabdeh) qarşı “pensiyanın əlavələrlə birlikdə yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-395/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq m əhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxxxci ildə Cəlilabad şəhərində doğulmuşdur.

2. Qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4883/2014 saylı, 11 dekabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliyə əsasən 01.10.2010-cu il tarixdən müvafiq olaraq yerli məhkəmə hakimlərinin vəzifə maaşının 15 %-i miqdarında edilmiş artımlar nəzərə alınmaqla əmək pensiyasının 01 noyabr 2010-cu il tarixdən dəyişdirilərək yenidən hesablanıb məbləğin müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəs inin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-4902/2016 saylı, 29 dekabr 2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması barədə iddiası təmin edilərək İddiaçı pensiya hesablanmasında hakimlər məzuniyyətə çıxdıqdan sonra iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi cavabdehə həvalə edilmişdir.

3. İddiaçıya aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sosi al Müdafiə Fondunun Səbail şöbəsinin 03.12.2008-ci il tarixli qərarı ilə iddiaçıya 06.10.2008-01.11.2009-cu il tarixədək 1178 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail şöbəsinin pensiya dəyişdirilməsi haqqında 26.05.2014-cü il tarixli sərəncamına əsasən iddiaçıya 01.12.2013-01.04.2014-cü il tarixədək 1586,41 manat, 12.08.2015-ci il tarixli sərəncamına əsasən 01.10.2010-01.12.2013-cü il tarixədək 1743,48 manat pensiya, 07.2018-ci il tarixli sərəncamına əsasən 01.05.2018-ci il tarixdən ömürlük 2472,5 manat, 30.09.2019-cu il tarixli sərəncamına əsasən 01.09.2019-cu il tarixdən ömürlük 2687,30 manat pensiya təyin edilmişdir.

4. İddiaçının cavabdehə ünvanlandığı və cavabdeh tərəfindən 29.10.2019-cu il tarixdə qəbul edilmiş ərizəsindən görünür ki, iddiaçı cavabdehdən 1 oktyabr 2010-1 sentyabr 2019-cu il dövr üçün pensiyasının yenidən hesablayaraq (əlavə edilmiş cədvəl üzrə) orada qalan fərqin, yəni 5136,77 AZN məbləğin ona verilməsi, habelə 01 sentyabr 2019-cu il tarixdən cədvəldə göstərilən qaydada əmək haqqına edilmiş artırmaları (bir vəzifə maaşını, səlahiyyətlərin icrası üçün vəzifə maaşının 25 %-ni) əmək haqqına daxil etməklə pensiyasının yenidən hesablanıb mütləq məbləğini müəyyən etməyi xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 21.08.2020-ci il tarixli arayışına əsasən 1995-2000-ci illərdə Nizami rayon məhkəməsində hakim vəzifəsində işləyən iddiaçıya pensiya hesablanması üçün nəzərə alınan əmək haqqı 12040255 AZN qeyd edilmişdir.

6. Cavabdehin iddiaçıya ünvanladığı 20.08.2020-ci il tarixli məktu bda qeyd edilmişdir ki, iddiaçının vaxtilə hakim kimi işlədiyi vəzifə üzrə 1 sentyabr 2019-cu il tarixində vəzifə maaşı 1559,25 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi - 701,66 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi - 389,81 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,81 manat müavinət, hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,81 manat pul təminatı və mükafatlara görə əlavəsi 110,11 manat olmaqla orta aylıq əmək haqqı məbləğini 3514,45 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 6 mart 2020-ci il tarixdə cav abdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 oktyabr 2010-cu il tarixdən 1 sentyabr 2019-cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olaraq həmin vaxt qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmusuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqqı miqdarında müavinətin müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN (beş min yüz otuz altı manat 77 qəpik) pul vəsaiti nin birdəfəlik olaraq ona ödənilməsi, 01 sentyabr 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq müəyyən edilmiş vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləğlərinin əmək haqqının məcmusuna (tərkibinə) daxil edilməsini və bu qaydada müəyyən edilmiş əmək haqqının məbləği meyar (əsas) götürülərək, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 107 və 109-cu maddələrinin göstərişlərinə uyğun olaraq hakimlərə məzuniyyətə çıxarkən ildə 1 dəfə ödənilməsi nəzərdə tutulan Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə müəyyə n edilmiş qayda əsasında hesablanmaqla məzuniyyət haqqının, iki aylıq əmək haqqı miqdarında müavinətin, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin 01 sentyabr 2019-cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarının göstərişlərinə əmək etməklə 30 dekabr 2005-ci il tarixədək qüvvəd ə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsinin müddəasını tətbiq etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-1990-cı illərdə hakim, 19992000-ci il ərzində isə məhkəmə sədrinin müavini vəzifəsində işləmişdir. 2008-ci il tarixdən pensiyaçıdır. Hazırda 2812 AZN məbləğində pensiya alır. 29 oktyabr 2019-cu il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edərək 1 oktyabr 2010-cu il tarixdən 1 sentyabr 2019-cu il tarixə qədər olan dövr üçün pensiyası hesablanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154 və 157-ci maddələrinin tələblərinə riayət edilmədən, yəni həmin vaxt qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsilə nəzərdə tutulmuş hakimlik səlahiyyətinin yerinə yetirilməsi xərcləri üçün vəzifə maaşının 15 %-i həcmində ödənilməli əlavə məbləğ əmək haqqının məcmusuna daxil edilmədən hesabat aparılması səbəbindən bu Məcəllənin 107-ci maddəsi üzrə hər il məzuniyyət haqqı olaraq 2 aylıq əmək haqqı miqdarında 109-cu maddəsinə uyğun olaraq müalicə olunmaq üçün 2 aylıq pul təminatının miqdarının da - il ərzində cəmi 4 aylıq əmək haqqı həcmində ona ödənilməli olan müavinətin məbləği azaldıldığından əmələ gəlmiş fərqin 5.135 AZN məbləğində pulun (iddia ərizəsinə əlavə edilmiş 1 saylı hesablama cədvəli əsasında) ona ödənilməsi, habelə 1 sentyabr 2019-cu il tarixdə pensiyasının yenidən hesablanarkən təkrarən qanunvericiliyin tələbləri pozulmaqla 14 iyul 2019-cu il ta rixli Qanun əsasında “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq edilmiş əlavələr, o cümlədən vəzifə maaşına ödənilən 1 aylıq vəzifə maaşı həcmində əlavə və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında hakimlərə ödənilən aylıq pul təminatı, əmək haqqının məcmusuna daxil edilmədiyindən 107-ci və 109-cu maddəyə uyğun olaraq məzuniyyət və müalicə edilmək üçün hər il 4 aylıq əmək haqqı miqdarında müavinətin məbləğinin düzgün müəyyən edilməməsi, həmçinin 107-ci maddəyə edilmiş dəyişiklik əsasında hər il məzuniyyətə çıxarkən hakimlərə qırx təqvim günü üçün məzuniyyət haqqının ödənilməməsi səbəbindən pensiyanın miqdarının azaldılması üzrə əmələ gələn fərqin ona ödənilməsi, həmçinin qanun un tələbinə əsasən pensiyanın yenidən hesablayaraq hər ay üçün sabit məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat Qanuna uyğun olaraq 15 iş gün ərzində ona cavab verməli olduğu halda bu günə qədər dəfələrlə müraciət etsə də cavabını müxtəlif bəhanələrlə ləngitməyə üstünlük verməkdədir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı işə götürən tərəfindən ödənilən gündəlik və ya aylıq məbləğ, habelə əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinin göstərişinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157-ci maddənin 5-ci hissəsində qeyd edilir ki, əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maa şına əmək haqqında müəyyən edilən əlavə ödəncdir. “Əmək pensiyası haqqında” Qanunun 20.7-ci maddəsində sabiq hakimlərin pensiyası hesablanarkən əmək haqqındakı sonrakı artımların mütləq nəzərə alınması təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 15 may 2020-ci il tarixdə qəbul edilmiş Qərarda “Əmək pensiyası haqqında” Qanunun 20-ci maddəsində, o cümlədən tərəfindən iddianın hüquqi əsasına qoymuş olduğu 20.7-ci maddəsində təsbit edilmiş “Əmək haqqının sonrakı artımı” müddəasına verilmiş təfsir (izah) belə artımı müəyyən şərtlərlə əlaqələndirdiyindən və nəticədə 30 dekabr 2005-ci il tarixədək təyin edilmiş hakimlərin, konkret olaraq onun Konstitusiyada təsbit edilmiş sosial müdafiə təminatının pisləşməsinə yönəldiyindən Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsinə əsasə n tətbiqi yolverilməzdir və bu nöqteyi nəzərdən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq iddiasının hüquqi əsasını dəyişərək, Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008ci il tarixli Qərarının göstərişinə və tələbinə əsasən 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsini qoymağı zəruri sayır. İlk dəfə 7 oktyabr 2008-ci il tarixdə ona pensiya təyin edilərkən də düzgün olaraq həmin maddənin müddəaları tətbiq edilmişdir. Konstitusiya Məhkəməsi 18 iyul 2008-ci il tarixli Qərarını onunla əsaslandırır ki, 1 yanvar 2006-cı il tarixdə qanuni qüvvəyə minmiş “Əmək pensiyası haqqında” Qanundan fərqli olaraq, 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin beşinci hissəsində təsbit edilmiş müddəalar heç bir qeyd, şərt, tələb qoyulmadan əmək haqqının sonrakı artımındakı dəyişiklərin 30 dekabr 2005-ci il tarixədək təyin edilmiş pensiyaçı sabiq hakimlərin pensiya məbləğinə əlavə edilməsini birmənalı olaraq mütləqləşdirir. Həmin müddəadan məlum olur ki, “Pensiya yaşı çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir”. Qeyd edilən müddəanın məzmunundan aydın olur ki, qanunverici əmək haqqının sonrakı artımındakı dəyişikliklərin sabiq hakimlər tərəfindən hakim vəzifəsində işlədikləri dövrdə vəzifə maaşı, ona əlavələr, digər ödənclər və təminatlar qismi ndə hesablanmamasının, habelə onlar üçün sığorta haqqı ödəyib-ödəməməsinin fərqinə varmır, bu asılılığı pensiya təminatında mütləq şərt olaraq nəzərə almır.

10. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3908/2020 saylı iş) 18.09.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2000-ci il tarixədək hakim işlədiyindən, bununla da “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106 və 107-ci maddələrinə edilmiş dəyişikliklərlə nəzərdə tutulmuş əlavələri işlədiyi dövrdə almadığı üçün həmin əlavələr iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur.

12. İddiaçı Bakı İnzibat i Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(103)-395/2021 saylı qərardadı ilə İddiaçı iddia tələbinin 01 oktyabr 2010-cu il tarixdən 01 sentyabr 2019cu il tarixədək olan dövr üçün pensiyanın düzgün hesablanmaması, konkret olaraq həmin vaxt qüvvədə olan «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106-cı maddəsində nəzərdə tutulmuş səlahiyyətin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 %-i miqdarında hakimlərə ödənilən pul təminatının məbləği əmək haqqının məcmusuna daxil edilmədən həmin Məcəllənin 107 və 109-cu maddələrinin tələbi üzrə hər il 2 aylıq əmək haqq ı miqdarında müavinətin müalicə edilmək üçün 2 aylıq pul təminatının qanunvericiliyə zidd olaraq düzgün hesablanmaması nəticəsində həmin məbləğlərin azaldılması səbəbindən yaranmış fərqin 5.136.77 AZN vəsaitin birdəfəlik olaraq ona ödənilməsi, həmçinin, 01 sentyabr 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində iki aylıq əmək haqqı miqdarında müavinətin, 2 aylıq əmək haqqı miqdarında müalicə edilmək üçün ödənilən pul təminatının məbləğləri hesablanıb toplanaraq 12 aya bölünüb, bir aylıq əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanmaqla hər ayda ona veriləcək sabit məbləğinin müəyyən edilməsi, həmçinin 01 sentyabr 2019-cu il tarixdən keçən aylar üçün ödənilməmiş pul məbləğinin birdəfəlik olaraq ona verilməsi vəzifələrinin cavabdehə həvalə edilməsi hissəsi mümkün sayılm amışdır. Qərardaddan kasasiya şikayəti verilməmişdir.

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4-məruzəçi, X3 və X8, 2-1(103)-395/2021 saylı iş) 16 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ləğv olunmuş, iddia qismən təmin edilərək 1 sentyabr 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq müəyyən edilmiş vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləğlərinin əm ək haqqının məcmusuna (tərkibinə) daxil edilməsini və bu qaydada müəyyən edilmiş əmək haqqının məbləği meyar (əsas) götürülərək, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrinin göstərişlərinə uyğun olaraq hakimlərə məzuniyyətə çıxarkən ildə 1 dəfə ödənilməsi nəzərdə tutulan Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə müəyyən edilmiş qayda əsasında hesablanmaqla məzuniyyət haqqının nəzərə alınaraq yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləğlərinin əmək haqqının məcmusuna (tərkibinə) daxil edilməsi hissəsinə münasibətdə, iş materia llarına əsasən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-4883/2014 saylı iş üzrə 11.12.2014-cü il tarixdə qəbul etdiyi qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı iddia tələbi təmin edilərək, iddiaçıya “Məhkəmələr və hakimlər Haqqında Qanununa edilmiş dəyişikliyə əsasən 01.10.2010-cu il tarixdən müvafiq olaraq birinci instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 15 % miqdarında edilmiş artımlar nəzərə alınmaqla, əmək pensiyasının 01.11.2010-cu il tarixdən dəyişdirilərək yenidən hesablanıb məbləğin müəyyən edilməsi və keçən müddət ərzində pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alındığı, məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı barəsində qeyd olunan əlavənin tətbiq edilməsi məhkəmə qərarına əsasən müəyyən edilmişdir. Ümumi əsaslarla hesablanmış pensiyanın artırılması Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi yolu ilə həyata keçirilir. 12 iyul 2019-cu il tarixli Qanunla “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 106-cı maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlər inə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilməsi qeyd olunmuşdur. Yeni redaksiyaya əsasən isə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilməsi qeyd olunmuşdur. Ona görə də həmin hissədə iddiaçının hüququ əvvəlki məhkəmə qərarlarına əsasən yarandığı üçün 1 sentyabr 2019-cu il tarixdən indeksləşdirilərək vəzifə maaşının 25 faizi miqdarında hesablanmalıdır. İddia tələbinin hakimlərə məzuniyyətə çıxarkən ildə 1 dəfə ödənilməsi nəzərdə tutulan məbləğin pensiyanın məcmusuna daxil edilməsi hissəsinə münasibətdə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki ay lıq əmək haqqı məbləğində müavinət verilir. 8 oktyabr 2010-cu il tarixli Qanunla 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri, “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmişdir. 12 iyul 2019-cu il tarixli Qanunla 107-ci maddənin birinci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir və həmin hissəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Göründüyü kimi iddiaçı işlədiyi dövrdə iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı almışdır. 2010-cu ildən iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı iki aylıq əmək haqqı məbləğində müavinətlə əvəz olunmuşdur. 2019-cu ildə Qanuna edilən dəyişikliyə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. İddiaçının məzuniyyət haqqının pensiyasına hesablanması hüququ pensiyaya çıxdığı vaxt yaranmışdır. Ona görə iddia həmin hissədə də təmin olunmalıdır. İddia tələbinin vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavənin pensiyanın məcmusuna daxil edilməsi hissəsinə münasibətdə, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 109-cu maddəsində hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirildiyi, həmçinin, bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7 və 29.3-cü maddələrinin məzmununa əsasən əmək pensiyasına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların almış olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Odur ki, iddia həmin hissədə də təmin edilməlidir.

16. Cavabdeh 6 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilmə si barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

17. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı hakim kimi pensiya alır. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən hakimlərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Yəni iddiaçının pensiyası onun orta aylıq əmək haqqı və ona olan sonrakı artımlar əsasında hesablanır. Məhkəmə tərəfindən təmin edilmiş məbləğlər isə, iddiaçının nə vaxtılə almış olduğu əmək haqqında daxil deyil, nə də əmək haqqına olan sonr akı artım kimi qiymətləndirilə bilməz. İddiaçı həmin məbləğləri almamış, onlardan sığorta haqqı ödəməmişdir. 18. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Yəni İddiaçının əmək haqqının tərkib hissəsi olmayan məbləğlərin artımı onun əmək haqqının artımı kimi qiymətləndirilərək pensiyasının hesablanması zamanı nəzərə alına bilməz. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin rədd edilməsi, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdi kləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra-sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-). Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət növləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 24. “Məhkəmələr və hakimlər haqqında” Qanun: Maddə

106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. (-) Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 iyul 2019-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, mad də 1206) ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəməsinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. Maddə

107. Hakimlərin məzuniyyət müddəti və haqqı Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə ma aşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir. 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir və həmin hissəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarı: 1. (-). 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “son rakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

26. İnzibati Prosessual Məcəllə: Maddə

12. Sübutların araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasa siya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

27. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

30. Mübahisə ilə bağlı apelyasiya məhkəməsi iddia tələbinin bir hissəsi üzrə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmiş, iddiaçı həmin qərardaddan kasasiya şikayəti verməmişdir. Kasasiya şikayətinin predmetini apelyasiya instansiyası məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarı təşkil edir.

31. Apelyasiya instansiyası məhkəməsi 16 fevral 2021-ci il tarixli qərarı ilə 1 sentyabr 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq müəyyən edilmiş vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləğlərinin əmək haqqının məcmusuna (tərkibinə) daxil edilməsini və bu qaydada müə yyən edilmiş əmək haqqının məbləği meyar (əsas) götürülərək, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrinin göstərişlərinə uyğun olaraq hakimlərə məzuniyyətə çıxarkən ildə 1 dəfə ödənilməsi nəzərdə tutulan Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə müəyyən edilmiş qayda əsasında hesablanmaqla məzuniyyət haqqının nəzərə alınaraq yenidən hesablanması vəzifəsini cavabdehə həvalə etmişdir. 32. 1 sentyabr 2019-cu il tarixdən pensiyanın hesablanması prosesində “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı və 107-ci maddələrinə edilmiş dəyişikliklərə uyğun olaraq müəyyən edilmiş vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavənin nəzərə alınmalı olması hissəsində məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında” Qanunun digər müddəaları ilə yanaşı 20-ci maddəsində nəzərdə tutulan “sonrakı artımlar” müddəasına, habelə 1.0.2-ci maddəsinə şərh verilmişdir. 34. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində sosial sığorta stajından, 20-ci maddəsində eyni zamanda “sonrakı artımlar”dan bəhs olunur.

35. İddia tələbində hər ay vəzifə maaşı qədər əlavə olaraq verilən məbləğin maaşa əlavə edilərək pensiyanın hesablanması tələbi olduğundan, Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının müddəaları da hazırkı mübahisəyə tətbiq edilməlidir. 36. “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

38. Məhkəmələr və hakimlər haqqında” Qanuna 12 iyul 2019-cu il tarixli düzəliş edildikdən sonra 106-cı maddənin yeni redaksiyada verilmiş mətninə əsasən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

39. İddia tələbində qeyd edilən bir aylıq vəzi fə maaşı həcmində vəzifə maaşına əlavə yalnız o vaxt əmək pensiyasına əlavə ödəniş kimi hesablana bilər ki, iddiaçı hakim kimi işlədiyi 1 sentyabr 2000-ci il tarixədək bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni almış olsun.

40. İddiaçı 1 sentyabr 2000-ci il tarixədək hakim kimi bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik əlavəni almadığından, tələb etdiyi əlavə ona münasibətdə məcburi dövlət sosial sığortasına cəlb olunmadığından həmin hissədə iddianı təmin edərkən apelyasiya məhkəməsi haqlı olmamışdır.

41. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məc buri dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilmədiyindən cavabdehin şikayəti təmin edilməli, bu hissədə apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir.

42. İddiaçı vəzifə maaşının 25 % miqdarında vergidən azad olunan aylıq pul təminatının nəzərə alınmaqla hesablanıb ödənilməsini xahiş etmişdir.

43. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün birinci instansiya məhkəməsinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verildiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qərarına görə bu məbləğ iddiaçının pensiya təyinatı zamanı yenidən hesablanmalı olduğundan, qanuna edilən dəyişikliyə görə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı iddiaçının pensiyasına yenidən hesablanmalıdır.

44. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi 20 avqust 2020-ci il tarixli məktubunda 1 sentyabr 2019-cu il tarixində səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəni-389,81 manatı iddiaçının pensiyasının hesablanmasında təşkil etdiyini bildirmişdir.

45. Həmçinin həmin məktubda cavabdeh qeyd etmişdir ki, iddiaçının vaxtilə hakim işlədiyi vəzifə üzrə 1 sentyabr 2019-cu il tarixdə hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 376,81 manat müavinət təşkil etmişdir.

46. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında da bildirmişdir ki, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə iddiaçının pensiyası hesablanarkən hazırda da nəzərə alınır.

47. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə pensiya təyini zamanı nəzərə alınıb ödənilir. 48. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin hazırkı redaksiyasında qeyd edilir ki, hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir.

49. İddiaçı hakimlər məzuniyyətə çıxdığı vaxt ödənilməli olan məzuniyyət haqqının pensiya təyini zamanı nəzərə alınmasını xahiş etmişdir. 50. “Məhkəmələr və hakimlər” haqqında” Qanunun 107-ci maddəsinin ilkin redaksiyasına görə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində mə zuniyyət haqqı verilməsi, 8 oktyabr 2010-cu il tarixli redaksiyasında iki aylıq əmək haqqı məbləğində müavinət verilməsi, 12 iyul 2019-cu il tarixli redaksiyasında isə hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilməsi nəzərdə tutulmuşdur.

51. Yuxarıda vurğulandığı kimi, cavabdeh 1 sentyabr 2019-cu il tarixdən hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinəti iddiaçının pensiya təyini zamanı nəzərə almış, lakin məzuniyyət haqqını nəzərə almamışdır.

52. Qanunvericiliyin tələbinə görə 1 sentyabr 2019-cu il tarixə qədər hakimlər məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilmiş, 1 sentyabr 2019-cu il tarixdən isə hakimlər məzuniyyətə çıxdığı vaxt həm iki aylıq vəzifə m aaşı məbləğində müavinət, həm də məzuniyyət haqqı ödənilməsi nəzərdə tutulmuşdur.

53. Göründüyü kimi, iddiaçı 1 sentyabr 2000-ci ilə qədər hakim işlədiyindən, 1 sentyabr 2019-cu il tarixdən sonra hakim vəzifəsində işləmədiyindən və məzuniyyət haqqı almadığından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən 1 sentyabr 2019-cu il tarixdən sonra hakimlər məzuniyyətə çıxdığı vaxt ödənilməli olan məzuniyyət haqqı iddiaçının pensiya təyinatı zamanı nəzərə alına bilməz.

54. Odur ki, iddiaçı hakim işlədiyi dövrdə vəzifə maaşına bir aylıq vəzifə maaşı həcmində ödənilən əlavəni və hakimlərə məzuniyyətə çıxarkən ildə ödənilməsi nəzərdə tutulan məzuniyyət haqqını almadığından, həmçinin səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödən ilməsi üçün vəzifə maaşının 25 %-i miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləği pensiya təyinatı zamanı nəzərə alındığından kasasiya şikayəti təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.

55. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-395/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası təmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar