Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-990/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-990/22) (Açar sözlər: yeni məlumat vərəqəsinin göndərilməsi) 07.06.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkə zi Filialı) qarşı yeni məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 2-1(103)461/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AA*******, FİN kod: xxxxxxx) xx xxxxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır.
2. İddiaçı 25 fevral 2002-ci il tarixdə keçmiş Milli Təhlükəsizlik Nazirliyindən xidmətini davam etdirmək üçün MTN X1 sərəncamına ezam edilmiş, N nömrəli hərbi hissədə və Sahil Mühafizəsində müxtəlif vəzifələrdə xidmət etmiş və Dövlət Sərhəd Xidm ətinin rəisinin 29 aprel 2013-cü il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətindən Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi – 1-ci dərəcəli kapitan vəzifəsində ehtiyata buraxılmışdır.
3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 2 avqust 2013-cü il tarixli 000487 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 32 il 2 ay 14 gün xidmət müddətinə görə iddiaçıya 20 avqust 2013-cü il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərcliyinin 91 faizi miqdarında yaşa görə (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyası t əyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (1.982,20 manat) 91 faizi - 1.803,80 manat məbləğində pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1931,52 manat müəyyən edilmişdir.
4. İddiaçının sonuncu xidmət etdiyi orqan tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 1.015,00 manat, rütbə maaşı 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 469.60 manat, məharət dərəcəsinə görə vəzifə ma aşının 35 faizi miqdarında əlavə - 355,25 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 101,50 manat, məxfiçiliyə görə vəzifə maaşının 20 faizi miqdarında əlavə - 203,00 manat, kəşfiyyat əks-kəşfiyyat fəaliyyətinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 253,75 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 2621,10 manat təşkil etmiş və Mərkəzi Filialın 3 mart 2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə iddiaçıya 2.310,64 manat məbləğində pensiya təyin edilmişdir.
5. Ehtiyata buraxıldığı DSX-nın Sahil Mühafizəsi rəisinin birinci müavini – qərargah rəisi vəzifəsinin hazırki vəzifə maaşı göstərilmək şərti ilə barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə cavabdehə ərizə ilə müraciət etmişdir.
6. Cavabdeh 1 fevral 2021-ci il tarixli, 10/3 nömrəli məktubla bildirmişdir ki, Dövlət Sərhəd Xidməti Aparatında aparılmış dəyişikliklərlə bağlı müəyyən edilmiş aylıq vəzifə maaşları ehtiyata buraxılmış hərbi qulluqçulara şamil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ehtiyata buraxılarkən xidmət etdiyi “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisinin 1-ci müavini-qərargah rəisi” vəzifəsinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Azərbaycan Respublikasını n Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ehtiyata buraxılarkən xidmət etdiyi vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda edilmiş dəyişikliklər nəticəsində hazırki vəzifə maaşı – 1.130 manat əsas götürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2001-ci ildən 1 avqust 2013-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-X1 29 aprel 2013-cü il tarixli, 750 ş/h nömrəli əmri ilə “AR DSX-nın Sahil Mühafizəsi rəisinin 1-ci müaviniqərargah rəisi” vəzifəsindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respu blikası Dövlət Sərhəd Xidməti tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş məlumat vərəqində göstərilən ehtiyata buraxılarkən aldığı pul təminatı xərcliyi (aylıq pul təminatı) nəzərə alınmaqla iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının ehtiyata buraxıldığı vəzifənin vəzifə maaşında 2018-ci ilin avqustunda aparılmış təşkilatı-ştat dəyişiklikləri ilə əlaqədar artım baş vermişdir. Lakin bu artım iddiaçının aldığı pensiyada öz əksini tapmamışdır. Belə ki, ehtiyata buraxıldığı qurum - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ehtiyata buraxılarkən tutduğu vəzifənin vəzifə maaşında baş vermiş artımı nəzərə almaq şərti ilə barəsində yeni məlumat vərəqi tərtib edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərməli oldu ğu halda, bunu etməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(112)-4555/2021 nömrəli qərarı (hakim M.C.Qarayeva) ilə iddia tələbi təmin edilmiş, iddiaçının ehtiyata buraxılarkən xidmət etdiyi vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda edilmiş dəyişikliklər nəticəsində hazırki vəzifə maaşı 1.130 manat əsas göt ürülməklə barəsində yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmət ində ali hərbi rütbəli vəzifələrin Siyahısı”na istinad edərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat strukturunda dəyişikliklər nəticəsində iddiaçının sonuncu çalışdığı vəzifə üzrə vəzifə maaşında baş vermiş artım, yəni vəzifə maaşının 1.130 manat olması nəzərə alınmaqla cavabdeh orqan tərəfindən yeni məlumat vərəqəsi tərtib olunaraq üçüncü şəxsə göndərilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 2-1(103)-461/2022 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusi fov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(112)-4555/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və cavabdeh inzibati orqanın qanunvericiliyin müvafiq tələblərini və Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli Sərəncamını nəzərə almadığını qqeyd etmişdir.
16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
17. Cavabdeh hesab edir ki, iddiaçı eh tiyata buraxılarkən ona qanunauyğun olaraq DSX Sahil Mühafizəsi hərbi qulluqçularının aylıq vəzifə (tarix) maaşlarına əsasən son təminat xərcliyinə görə pensiya təyin edilmiş və vəzifə maaşı hesablanaraq Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli qərarı ilə Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının aylıq vəzifə (tarix) maaşların uyğun olaraq artımlar nəzərə alınaraq Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 2013-cü ilin avqust ayında təyin olunmuş pensiya hərbi qulluqçunun ehtiyata buraxıldığı günə xidmət etdiyi son vəzifəyə uyğun yenidən hesablanmışdır. Lakin DSX-nin Sahil Mühafizəsinin təşk ilat-ştat strukturunda dəyişiklik aparılmış, Nazirlər Kabinetinin qeyd olunan qərarı isə qüvvədə qalmaqda davam etmişdir. DSX-nin strukturunda aparılmış dəyişikliklər isə Xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hərbi qulluqçulara şamil edilməmişdir. Buna görə də məhz baş vermiş struktur dəyişiklikləri səbəbindən iddiaçının tələbini yerinə yetirmək mümkün olmamışdır. Lakin həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəmələri qeyd olunanları nəzərə almamış, işi hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
19. Üçüncü şəxsin məhkəməyə ünvanladığı mülahizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə iddiaçının əmək pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar cavabdeh orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasın ın Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Maddə 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyi nə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; (-). Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-); 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; (-). Maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə mə lumatların təqdim olunması qaydaları”: 1-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli ş əxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və y a qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəl illərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə yuxarıda sözügedən vəzifələrin uyğunlaşdırılması ilə bağlı maddi hüquq norması nəzərdə tutulmasa da, apellyasiya məhkəməsi iddiaçının ehtiyata buraxılarkən xidmət etdiyi vəzifə üzrə Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 2959 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin təşkilat-ştat struktur unda edilmiş dəyişikliklərlə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
29. Apellyasiya instansiya məhkəməsinin bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 21(103)-461/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.