Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-990/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Fərhad oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; əl ilə elektrik qaynaqçısı, izolyasiyaçı; təhsil müddətinin staja daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Fərhad oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarş ı təhsil və iş illərinin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-557/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubla ərizənin icrasından imtina etmiş və imtinanı onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, İT-İ ******* nömrəli əmək k itabçasında xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində Qazaxın “İstanbul” müəssisəsində işləməsi qeyd olunmuşdur, adıçəkilən müəssisədə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırılma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödəməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri onun ümumi stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 7 gün (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bu günədək cəmi 3 il 4 ay)) təşkil edir. Eyni zamanda, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kap italının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34.560 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24.036,89 manat təşkil edir. Qeyd olunanlara əsaslanaraq ona güzəştli şəstlərlə pensiya təyin edilməsi mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun arxiv arayışına əsasən xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi dövrü sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun xx.xx.2022-ci il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı dövrü, arxiv arayışlarına əsasən xx.xx.1990-xx.xx.1992-ci illərdə qaynaqçı işlədiyi və 1991-ci ildən 1998-ci ilədək 66 saylı TSMD-də qaynaqçı işlədiyi dövrləri sosial sığorta stajına əlavə etməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildə Bakı Dəmiryol texnikumunun əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə hərbi xidməti başa vurmaqla ordudan tərxis olunmuş və təhsilini davam etdirmişdir. xx.xx.1983-cü ildə təhsil müəssisəsini bitirərək, təhsil barədə dövlət sənədi (diplom) almışdır (hərbi xidmətlə birlikdə 4 il 9 ay 24 gün).
6. İddiaçı xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək olan müddət ərzində” Aztransqaz” Birliyində izolyasiyaçı, çilingər və elektrik qaynaqçısı işləmiş (4 il 7 ay 6 gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı ilədək “Rosborukəməritikinti” İdarəsinin 5 nömrəli tikintiquraşdırma ida rəsində elektrik qaynaqçısı (1 il 11 ay 23 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci ilədək Qazax 66 saylı TSMD-də 6-cı dərəcəli qaynaqçı (8 il 3 ay 7 gün), xx.xx.2000-ci il tarixdən-xx.xx.2007-ci ilədək "xxxx" QSC-nin SMTSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı (7 il 2 ay 20 gün), xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti-təmir idarəsində 6-cı dərəcəli qaynaqçı işləmişdir (1 il 5 ay 4 gün). İşlədiyi bütün dövrlərdə qaynaq işlərini əllə aparmışdır.
7. Həmçinin, xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək İ dərəcə əlilliyi müəyyən edilmiş arvadına qulluq etmişdir (6 il 5 ay 2 gün). Beləliklə, 34 il 8 ay 23 gün ümumi və 20 il 1 ay 23 gün xüsusi iş stajına malikdir.
8. Cavabdeh nəzərə almamışdır ki, mübahisələndirdiyi iş müddətinin onun iş stajına təsiri yoxdur. Çünki o, həmin dövrdə cavabdehin mübahisələndirmədiyi 66 saylı TSMD-də işləmiş və 1991-ci ildən 1998-ci ilədək olan dövrdə aldığı əmək haqqına dair arxiv arayışı təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı) əsasən müəyyən edilir. Cavabdehin imtinada göstərdiyi güzəştli iş stajına gəldikdə isə cavabdeh ümumi iş stajına hesabladığı və mübahisələndirmədiyi xx.xx.1990-xx.xx.1992-ci il (1 il 3 ay 28 gün) qaynaqçı işlədiyi dövrü nədənsə xüsusi iş stajına daxil etmir. Halbuki, həmin dövr nəzərə alınmaqla onun 14 il 2 ay 14 gün güzəştli iş stajı toplanır. Qeyd olunanları nəzərə alaraq iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəməyə təqdim olunan arayışlar: 9. "xxxx" ASC 1 saylı İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinin Mİ-01 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına görə, iddiaçı xx.xx.2007-ci il tarixindən "xxxx" ASC-nin 1 nömrəli İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsinə 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixindən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçının işlədiyi dövrdə ele ktrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları; güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ vardır. 10. 08.06.2022-ci il tarixli, 291 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1991ci ilin yanvar ayından 1998-ci ilədək 66 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləyərək əmək haqqı almışdır.
11. Azərbaycan Respublikası "xxxx" ASC-nin 12 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına görə, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək "x xxx" təşkilatında və xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" QSC-nin “Səyyar Mexaniki Tikinti Səhmdar Cəmiyyətində” elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 19 gün təşkil edir. İddiaçının işlədiyi dövrdə elektrik qaynağını əl ilə qaynaqda yerinə yetirmişdir. Onun yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” sətrinə uyğundur. Cavabdehin etirazları:
12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etir azda göstərilmişdir ki, iddiaçının xx.xx.1986-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-xx.xx.2000-ci illərdə Qazax “İstanbul” müəssisəsində işlədiyi dövrdə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi üçün həmin dövr ümumi staja daxil edilə bilməz.
13. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 16 gün (xx.xx.1987xx.xx.1998-ci illər, xx.xx.1988-xx.xx.1990-cı illər, xx.xx.2000-xx.xx.2007-ci illər, xx.xx.2007-xx.xx.2006-cı illər) təşkil edir. İddiaçı ona xx.xx.2022-ci il tarixdən, yəni “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Həmin dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunan qanuna dəyişiklikdən göründüyü kimi iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşı, 25 il ümumi və 12 il 6 ay üzrə güzəştli stajı və fərdi hes abının sığorta hissəsində 34560 manat pensiya kapitalı olmalıdır.
14. İddiaçıya xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun tələb olunan yaşa çatmasına baxmayaraq, digər tələblərin heç biri ödənilmir. Belə ki, iddiaçının 18 il 10 ay 7 gün ümumi stajı, 11 il 10 ay 16 gün güzəştli iş stajı, fərdi hesabının sığorta hissəsində 24.036,89 manat pensiya kapitalı mövcuddur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-978/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixəd ək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı, həmçinin xx.xx.1990-xx.xx.1997-ci illərdə 66 saylı TSMDdə qaynaqçı işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilməyən ümumi stajı 18 il 10 ay 7 gündür. Həmin dövrlərdən görünür ki, iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı, həmçinin sonuncunun xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” işlədiyi dövrləri sosial sığorta stajına daxil e dilməmişdir.
17. İş materiallarına əlavə edilmiş diplomla təsdiq olunur ki, iddiaçı xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil almışdır.
18. Odur ki, iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda əyani təhsil aldığı illər sosial sığorta stajına əlavə edilməlidir.
19. Məhkəmə iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd etmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haq qında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır.
20. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci ilədək Qazax 66 saylı TSMD-də 6-cı dərəcəli qaynaqçı vəzifəsində işləməsi qeyd olunsa da, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 66 saylı Səyyar Mexanikləşdirilmiş dəstədə işləməsi 291 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır.
21. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” vəzifəsində işləməsi, həmçinin bununla bağlı qeydin əks olunduğu iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı mübahisələndirilməmişdir.
22. Belə ki, işdə olan sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” vəzifəsində işləmişdir.
23. Məhkəmə iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də “qaynaqçı” işlədiyinə dair əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir.
24. Yuxarıda qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına əlavə edildikdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensi yası təyin edilməsi üçün ümumi stajı qanunvericilikdə nəzərdə tutulmuş şərti (25 il) ödəyir.
25. Cavabdeh inzibati orqanın imtinasının digər əsası isə iddiaçının güzəştli iş stajının qanunvericilikdə tələb olunan müddətdən az olmasıdır.
26. Bununla bağlı aydınlaşdırılması olan məsələ iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də işlədiyi “qaynaqçı” vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olub-olmamasının müəyyənləşdirilməsidir.
27. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1990-cı ildən 1998-ci ilədək 66 saylı TSMD-də işlədiyi “qaynaqçı” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin v ə göstəricilərin siyahısının 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinin iş xüsusiyyətləri ilə eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir.
28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
29. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı və "xxxx" ASC-nin 1№-li İxtisaslaşdırılmış Tikin ti Təmir İdarəsində qaynaqçı işlədiyi xx.xx.2008-ci ildən xx.xx.2009-cu il tarixədək dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-5570/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-978/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda əyani təhsil aldığı və "xxxx" ASC-nin 1№-li İxtisaslaşdırılmış Tikinti Təmir İdarəsində qaynaqçı işlədiyi xx.xx.2008-ci ildən xx.xx.2009-cu il tarixədək dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin “iddiaçının xx.xx.1978-ci il tarixdə xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda təhsil aldığı illərlə bağlı hüquqi mövqeyi” ilə razılaşmış, güzəştli iş stajı ilə bağlı qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda ümumilikdə 12 il 6 aydan az olması göstərilmişdir (11 il 10 ay 16 gün (xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci i l, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)).
32. Apellyasiya icraatı zamanı təqdim edilən cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 226166/2023 nömrəli məktubunda isə qeyd olunmuşdur ki, güzəştli iş stajı 12 il 5 ay 7 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il. xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
33. Göründüyü kimi, iddiaçının mübahisələndirilməyən güzəştli iş staj 12 il 5 ay 7 gündür (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər).
34. İT-İ ******* nömrəli, xx.xx.1986-cı il tari xli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixli əmrlə "xxxx" QSC-nin SMTSC-nə əl ilə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci il tarixli əmrlə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir.
35. Apellyasiya şikayətində və sonradan təqdim olunmuş cavabdehin xx.xx.2023cü il tarixli, 3-17-1/2-226166/2023 nömrəli məktubunda mübahisələndirilən ayların hansı əsasla qəbul edilməməsi qeyd olunmasa da, apellyasiya icraatı zamanı Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunan İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövl ət sosial sığorta haqları barədə məlumatdan görünür ki, 2007-ci ilin avqust, 2008-ci ilin yanvar və 2009-cu ilin yanvar ayında heç bir ödənilmə aparılmamış, məhz inzibati orqan tərəfindən də qeyd olunan aylar sosial sığorta stajına daxil edilməmişdir. Hazırda mübahisələndirilməyən güzəştli iş stajı 12 il 5 ay 7 gün kimi hesablanmışdır.
36. Məhkəmə qeyd edir ki, işdə olan sübutlara əsasən iddiaçının xx.xx.2007-ci il tarixli, 90K №-li əmrlə "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul edilməsi, xx.xx.2009-cu il tarixli, 9K№-li əmrlə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən işdən azad olunması işin mübahisəsiz halıdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim ol unmuş İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Sığorta» (Hesabat) altsistemində «Statistika» bölümündə 2009-cu ilin yanvar ayı üçün 725 manat gəlir, 181,25 manat MDSS haqqı hesablanmış, həmin məbləğ yanvar ayında deyil, sistemdə may ayında (181,25 manat) ödəniş edilmişdir.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, may ayında yanvar ayı üçün ödənilmiş 181,25 manat MDSS haqqı ödənildiyindən, iddiaçının yanvar ayında "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə işlədiyi 28 gün güzəştli iş stajına əlavə olunmalıdır.
38. Beləliklə, iddiaçının inzibati orqan tərəfindən güzəştli iş staj kimi nəzərə alınan 12 il 5 ay 7 gün ilə hazırkı müddət (28 gün) hesablandıqda qanunvericilikdə tələb olunan 12 il 6 aydan artıq iş stajı yaranmış olur.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin (Ümumi peşələr) 8-ci sətrinə əsasən “izolyasiyaçılar”, 35-ci bölməsinin (Ümumi peşələr) 68-ci sətrinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur.
40. Müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddinə çatmış, eləcə də tələb olunan sosial sığorta stajına malik olmuş və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi zərərli və ağır peşələrdə olan iş stajına daxildir.
41. Apellyasiya şikay ətinin digər dəlili iddiaçının kifayət qədər pensiya kapitalına malik olmamasıdır.
42. Məhkəmə qeyd edir ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz iddia tələbində qeyd olunan tarix, xx.xx.2022-ci il üzrə maddi hüquq norması tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasında isə pensiya kapitalına dair tələb nəzərdə tutulmamışdır.
43. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
44. Kassasiya şikayətində iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1031/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(102)-1597/2023 nömrəli qərarında məhkəmə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna da aydınlıq gətirərək bildirmişdir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının xx.xx.1997-xx.xx.2005-ci il ta rixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əmək haqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcbu ri dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz.
45. Odur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası sonuncu qərarında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun tətbiqini yalnız əmək haqqının hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranması ilə şərtləndirir.
46. Hazırkı halda, iddiaçının xx.xx.1992-xx.xx.2000-ci illərdə Qazax “İstanbul” müəssisəsində işlədiyini iddia etdiyi müəssisə Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmamış və məcburi dövlət sosial sığorta ha qqı ödəməmişdir.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
48. Qeyd olunanlardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta y etirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
49. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etirazın dəlillərində apellyasiya məhkəməsinin qərarının hüquqi mövqeyində olan dəlillər sadalanmışdır. Etirazda həmçinin qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində “Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üstüstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.” tələbini n olduğunu, həmin maddəyə görə iddiaçının üst-üst düşən dövrdə İstanbul müəssisəsində deyil, 66 saylı TSMD-də iş dövrünün, (əmək kitabçasında və əmək kitabçasında göstərilməyən dövrlərlə bağlı arxiv arayışında göstərilən dövrlər üzrə) həm də iddiaçının xx.xx.2023-cü il tarixli. 3-17-1/2-226166/2023 nömrəli məktubundan da göründüyü kimi cavabdehin özü tərəfindən nəzərə alındığını və həmin müəssisədə (66 saylı TSMD) iş dövrünün heç zaman mübahisləndirilmədiyini görmüş olardı. Ona görə də cavabdehin “iddiaçının xx.xx.1986-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-xx.xx.2000-ci illərdə Qazax "İstanbul” müəssisəsində işlədiyi dövrdə müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi üçün həmin dövr ümumi staja daxil edilə bilməz” dəlili əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ 50. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
51. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahi sə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
52. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
53. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılm ası təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
56. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
57. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-226166/2023 nömrəli məktubunda iddiaçının ümumi iş stajının 24 il 5 ay 15 gün (xx.xx.2006-cı il tarixədək 21 il 1 ay 15 gün əmək stajı (xx.xx.1979-xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1984xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il. xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 3 il 4 ay sığorta stajı), güzəştli iş stajının isə 12 il 5 ay 7 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1987xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1990-cı il, xx.xx.2000-xx.xx.2007-ci il, xx.xx.2007xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyini qəbul etmişdir.
58. Göründüyü kimi, cavabdeh iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Texnikumunda əyani təhsil aldığı dövrü nəzərə almamışdır. Hal buki, Ali Məhkəmənin oxşar mübahisələr üzrə artıq neçə illərdir formalaşmış hüquqi mövqeyinə görə, xx.xx.2006-dək ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada xx.xx.2006-dək təhsil müddəti onların iş stajının tərkibi kimi tanınmışdır (bax: 2-1(102)-1320/2019, 21(102)-226/2020, 2-1(102)-701/2021, 2-1(102)-385/2022 və s. nömrəli işlər üzrə Qərarlar).
59. Belə olan halda, iddiaçının orta-ixtisas təhsili də nəzərə alınmaqla xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajı olduğu müəyyən edilir.
60. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2007-ci il tarixdə "xxxx" ASC- nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə 3-cü dərəcəli qaynaqçı işinə qəbul edilməsi, xx.xx.2009-cu il tarixdə işdən azad olunması işin mübahisəsiz halıdır. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatdan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Sığorta» (Hesabat) altsistemində «Statistika» bölümündə 2009-cu ilin yanvar ayı üçün 725 manat gəlir, 181,25 manat MDSS haqqı hesablanmış, həmin məbləğ yanvar ayında deyil, sistemdə may ayında (181,25 manat) ödəniş edilmişdir. Belə olan halda, iddiaçının yanvar ayında "xxxx" ASC-nin 1 saylı İxtisaslaşdırılmış Tikinti təmir idarəsinə işlədiyi 2 8 gün güzəştli iş stajına əlavə olunmalıdır.
61. Beləliklə, iddiaçının inzibati orqan tərəfindən güzəştli iş staj kimi nəzərə alınan 12 il 5 ay 7 günlə hazırkı müddət (28 gün) hesablandıqda qanunla tələb olunan 12 il 6 aydan artıq iş stajı yaranmış olur.
62. Apellyasiya instansiyası məhkəməsi, həmçinin haqlı olaraq hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasında pensiya kapitalına dair tələb nəzərdə tutulmadığından, cavabdehin həmin şərtə istinadı əsaslı hesab oluna bilməz.
63. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
64. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
65. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-557/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.