Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-990/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayət hüququndan sui-istifadə, dövlət vəsaiti hesabına vəkillə təmin olunmadan imtina, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezident i yanında Ali Attestasiya Komissiyasına qarşı X5 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(103)-4040/2024 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının X3 elmlər doktoru elmi dərəcəsi verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ya bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10047/2024 saylı qərardadı ilə (hakim X6) iddia mümkün sayılmamışdır.
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 21(103)-4040/2024 nömrəli qərardadı ilə (hakimlər X4 (məruzəçi), X8 və X7) Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10047/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı2 ə rizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024-cü il tarixli, 2-1(103)4040/2024 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-4040/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər X4 (məruzəçi), X8 və X7) iddiaçının kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 aparıcı elmi işçi vəzifəsində çalışaraq 918,4 manat əmək haqqı alır, həmçinin yaşa görə 1074,47 manat pensiya ilə təmin olunur. Odur ki, vəkilin xidmət haqqını ödəmək üçün kifayət qədər maddi imkanının olmaması ilə bağlı iddiaçının mövqeyi qəbul edilən sayıla bilməz.
8. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri:
9. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, onun maddi durumu kassasiya şikayəti vermək üçün vəkillə müqavilə bağlamağa imkan vermir. Apellyasiya instansiya məhkəməsi əsassız olaraq bildirmişdir ki, o Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 aparıcı elmi işçi vəzifəsində çalışaraq 918,4 manat əmək haqqı alır, həmçini n yaşa görə 1074,47 manat pensiya ilə təmin olunur. Lakin apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd edilən halları həqiqətə uyğun deyil və reallığı əks etdirmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 10. cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 və üçüncü şəxs X5 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı hər bir ayrı ayrılıqda etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
12. Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habe lə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 67-1. Vəkilin prosesdə dövlət hesabına iştirakı 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi... 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada ə saslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
17. İddiaçı bildirir ki, onun maddi imkanı vəkillə xidmət müqaviləsi bağlama imkan vermədiy indən o, dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməlidir.
18. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iddiaçının dövlət vəsaitini hesabına vəkillə təmin edilməsindən imtina olunması barədə mövqeyini qanuna müvafiq hesab edir və gəldiyi nəticəni aşağıdakı kimi şərh edir.
19. Qanunvericilik dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təyin edilməsini vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmayan şəxslərə aid etmişdir. İddiaçının istinad etdiyi hallar onun vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması üçün yetərli əsas deyildir. 20. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 yanvar 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, şəxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.
21. Göründüyü kimi, qanunvericilik hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin məhkəmə tərəfindən dövlət hesabın a vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını müvafiq sənədlərlə sübut etməlidir.
22. Hazırkı halda ərizəçi maddi cəhətdən imkansız olması, vəkilin xidmətini ödəmək üçün yetərli maddi imkana malik olmamasını təsdiq edən sübut təqdim etməmişdir. Əksinə, iddiaçı əliliyə görə 435,96 manat pensiya alması barədə sənəd təqdim etmişdir. Qeyd olunmalıdır ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilin xidmət haqqının məbləği həmin vəkil və müraciət edən şəxsin qarşılıqlı razılaşması əsasında müəyyən edilir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı konkret olaraq hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə sübut təqdim etmədiyindən hüquqi yardıma görə ondan nə qədər məbləğ tələb oluna biləcəyi, onun gəlirinin vəkilin xidmət haqqını ödəməyə kifayət edibetməyəcəyi barədə nəticəyə gəlmək mümkün deyil. Ona görə də, iddiaçının hazırkı gəlirinin vəkilin xidmətindən istifadə edilməsi üçün kifayət etməyəcəyi nəticəsinə gəlmək üçün əsas yoxdur.
23. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının dövlət hesabına vəkillə təmin edilmə ilə bağlı ərizəsini təmin etməkdən imtina edərkən iddiaçının Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 aparıcı elmi işçi vəzifəsində çalışaraq 918,4 manat əmək haqqı alır, həmçinin yaşa görə 1074,47 manat pensiya ilə təmin olunduğunu bildirmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu yanaşması ilə razılaşmayaraq bildirir ki, q ərardadda əks edilmiş məlumatın konkret iddiaçıya aid olduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, həmin məlumatda iddiaçının adı və ya onunla bağlı hər hansı halın eyniləşdirilməsinin aparılması üçün heç bir rekvizit mövcud deyildir (cild 2, iş vər 220).
25. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra ha kimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun müvafiq olaraq 1.0.5 və 1.0.6cı maddələrinə görə aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonrasosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
27. İddiaçıya sosial müavinət təyin edilməmiş, bu da onun aztəminatlı ailə olmasına əsas verməmişdir.
28. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi ilə əlaqədar bildirir ki, işdə iştirak edən şəxslər maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. Qanunla vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər (İPM-in 1.2, 31.1-ci, MPM-in 14.4, 14.5ci maddələri). Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (MPM-in 47.1-ci maddəsi). Yəni hüquqdan sui-istifadəyə yol verilməməlidir.
29. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir.
30. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sistemin yanlış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad çıxara və ya bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi hüquqdan suiistifadə kimi qiymətləndirilir.
32. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
33. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, vəsatətə baxılarkən iddiaçının vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığı sübuta yetmədiyindən vəsatət haqlı olaraq təmin edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıdakılara əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2-1(103)-4040/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.