Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-991/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) qarşı "Cavabdeh başçısının torpaq sahəsinin geri alınması haqqında 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamının tam, 02.10.2017-ci il tarixli 86 nöm rəli sərəncamının qismən, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin İddiaçıyə ayrılmış 0.97 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)593/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Cavabdeh başçısının 15.02.2013-cü il tarixli 25 nömrəli sərəncamı ilə Mingəçevir şəhərinin cənub hissəsində, Kür çayının su hövzəsində yerləşən və uzun illər baxımsızlıqdan qamışlıq, kol-kosla əhatə olunmuş, sahəsi 0.97 ha olan adanın yerləşdiyi torpaq sahəsi səliqə-sahmanın yaradılması və həmin ərazidə turizm-istirahət kompleksinin təşkili məqsədilə icarə əsasında 30 il müddətinə İddiaçı-nin (bundan sonra - iddiaçı) istifadəsinə verilmişdir. Cavabdeh başçısının 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamı ilə 15.02.2013-cü il tarixli 25 saylı sərəncamın qüvvədən düşmüş hesab edilməsi, turizm-istirahət kompleksinin təşkili məqsədilə iddiaçının icarəsinə verilmiş, Kür çayının su hövzəsində yerləşən, sahəsi 0.97 hektar olan adanın geri alınması və dövlət ehtiyat fonduna qaytarılması qərara alınmışdır. Cavabdeh başçısının 02.10.2017-ci il tarixli 86 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə akvakultura (qəfəslərdə balıq yetişdirmək) və sahildə istehsal qurğularının inşası məqsədilə "Varvara" su anbarının "Axmaz" adlanan ərazisindən su fondu torpaqlarından icarə əsasında 50 il müddətinə 200 hekta r torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.07.2018-ci il tarixli **********94 nömrəli məktubundan görünür ki, iddiaçıya ayrılmış 0.97 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış 200 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh başçısının torpaq sahəsinin geri alınması haqqında 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamın tam, 02.10.2017-ci il tarixli 86 nömrəli sərəncamının qismən, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin İddiaçı-yə ayrılmış 0.97 ha torpaq sahəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə, Cavabdeh başçısının 15.02.2013-cü il tarixli 25 nömrəli sərəncamı ilə Mingəçevir şəhərinin cənub hiss əsində, Kür çayının su hövzəsində yerləşən və uzun illər baxımsızlıqdan qamışlıqla, kol-kosla əhatə olunmuş sahəsi 0.97 ha olan adanın yerləşdiyi torpaq sahəsi səliqə-sahmanın yaradılması və həmin ərazidə turizmistirahət kompleksinin təşkili məqsədilə icarə əsasında 30 il müddətinə “İddiaçı" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncam verildikdən qısa müddət sonra adada səliqəsahman yaradılmış, yaşıllıq zolağı salınmış, yüngül konstruksiyadan ibarət ictimai-iaşə obyekti quraşdırılmış, adada turistlər üçün balıqçılıq və ovçuluq üçün şərait yaradılmış, paintball yarışları təşkil edilmişdir. Buna baxmayaraq, cavabdeh sözügedən sərəncam əsasında iddiaçı ilə icarə müqaviləsi bağlamamışdır. 29.01.2018-ci il tarixdə tanımadıqları şəxslər adaya gələrək həmin ərazinin onlara icarəyə verildiyin i bildirmiş və əraziyə müxtəlif əşyalar gətirmişlər. Onların hüquq-mühafizə orqanlarına verdikləri şikayət araşdırılarkən məlum olmuşdur ki, Cavabdeh başçısının 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamı ilə İddiaçı-yə torpaq sahəsi ayrılması barədə Cavabdeh başçısının 15.02.2013-cü il tarixli 25 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş, 12 10.2017-ci il tarixli 86 nömrəli sərəncamla isə "xxxx" MMC-yə icarə əsasında 50 il müddətinə 200 hektar torpaq sahəsi ayrılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2-1(84)-388/2018 nömrəli qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə 15.02.2013-cü il tarixli sərəncamda həmin t orpaq sahəsinin orada səliqə-sahman yaradılması və turizm-istirahət kompleksinin təşkili üçün verildiyi göstərilsə də, iddiaçı belə bir kompleksin təşkili üçün heç bir tədbir görməmiş və faktiki olaraq torpaqdan məqsədli təyinatına uyğun istifadə etməmişdir. Belə olan halda, cavabdeh torpaq sahəsi üzərində iddiaçının icarə hüququna xitam verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddiaçının iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci tarixli, 21(107)-593/2018 nömrəli qərarı ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2- 1(84)-388/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması, iddia tələbinin təmin edilməsi, Cavabdeh başçısının torpaq sahəsinin geri alınması haqqında 31 iyul 2017-ci il tarixli, 68 saylı sərəncamının tam, 02.10.2017-ci il tarixli, 86 nömrəli sərəncamın qismən, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin İddiaçı-yə ayrılmış 0.97 ha torpaq sahəsi ilə üstüstə düşən hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən sərəncam verildikdən sonra icarə yə verilmiş adada iddiaçı tərəfindən səliqə-sahman yaradılmış, yaşıllıq zolağı salınmış, yüngül konstruksiyadan ibarət ictimai-iaşə obyekti quraşdırılmış, adada turistlər üçün balıqçılıq və ovçuluq üçün şərait yaradılmış, paintbal yarışları təşkil edilmişdir. Eyni zamanda sərəncamdan irəli gələn öhdəliklərin icrası ilə bağlı dəfələrlə Cavabdeh aidiyyəti vəzifəli şəxslərinə müraciət edərək, iddiaçı ilə İcra Hakimiyyəti arasında icarə müqaviləsinin bağlanması və icarə haqqının müəyyən edilməsi xahiş olunmuşdur. Hər dəfə müraciət olunduqdan sonra qısa müddət ərzində müqavilə bağlanılacağı bildirilsə də, müqavilə bağlanılmamış və icarə haqqı müəyyən edilməmişdir. Buna baxmayaraq, Cavabdeh başçısının 31.07.2017-ci il tarixli sərəncamında torpaq sahəsinin geri alınmasının səbəbi kimi İddiaçı tər əfindən 15.02.2013-cü il tarixli sərəncamın müvafiq bəndlərinə əməl edilmədiyi, quraşdırılacaq obyektin layihəsinin təqdim olunmadığı, torpaqdan istifadəyə görə icarə haqqı ödənilmədiyi və 3 ildən artıq vaxt keçməsinə baxmayaraq torpaqdan təyinatı üzrə istifadə olunmadığı qeyd edilmişdir. Şikayətdə daha sonra qeyd edilir ki, mübahisələndirilən sərəncamda 3 ildən artıq vaxt keçməsinə baxmayaraq torpaqdan təyinatı üzrə istifadə olunmadığı barədə qeyd olunanlar da tamamilə əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi icarəyə götürülmüş torpaq sahəsi icarəyə götürüldükdən sonra təyinatı üzrə istifadə olunmağa başlanılmış və bununla bağlı kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. İşə baxan məhkəmələr işə təqdim olunmuş sübutların heç birinə qiymət verməmişdir. Halbuki, qanunverici liyin tələblərinə görə məhkəmə hər bir sübuta ayrı-ayrılıqda qiymət verməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Ə SASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edi lir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla mümkün iddiadır. (İPM-in 2.2.1 32-ci maddələri). Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.( İPM-n 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir ( İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüs usi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1 -ci maddəsi). Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi il ə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt, 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt isə maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 68.1-ci maddəsinə əsasən, qanuni əlver işsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildik də; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. Torpaq Məcəlləsinin istinad olunan normasından göründüyü kimi, torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, həmçinin qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilməməsi torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsi üçün əsasdır. İşin hallarından göründüyü kimi, Mingəçevir ŞİH başçısının 15.02.2013-cü il tarixli 25 nömrəli sərəncamı ilə Mingəçevir şəhərinin cənub hissəsində Kür çayının su hövzəsində yerləşən və uzun illər baxımsızlıqdan qamışlıq, kol-kosla əhatə olunmuş, sahəsi 0.97 ha olan adanın yerləşdiyi torpaq sahəsində səliqə-sahmanın yaradılması və turizm-istirahət kompleksinin təşkili məqsədilə həmin ərazi icarə əsasında 30 il müddətinə İddiaçı- nin istifadəsinə verilmişdir. Mingəçevir ŞİH başçısının 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamı ilə İddiaçı-yə Mingəçevir ŞİH başçısının 15.02.2013-cü il tarixli 25 saylı sərəncamı ilə turizm-istirahət kompleksinin təşkili məqsədilə icarəsinə verilmiş Kür çayının su hövzəsində yerləşən sahəsi 0.97 hektar olan adanın geri alınması və dövlət ehtiyat fonduna qaytarılması, İddiaçı-yə torpaq sahəsi ayrılması barədə Mingəçevir ŞİH başçısının 15.02.2013-cü il tarixli 25 saylı sərənca mının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Mingəçevir ŞİH başçısının 02.10.2017-ci il tarixli 86 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə akvakultura (qəfəslərdə balıq yetişdirmək) və sahildə istehsal qurğularının inşası məqsədilə "Varvara" su anbarının "Axmaz" adlanan ərazisindən su fondu torpaqlarından icarə əsasında 50 il müddətinə 200 ha torpaq sahəsi ayrılmışdır. Mütəxəssis rəyinə əsasən iddiaçıya ayrılmış 0.97 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış 200 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada ləğv edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunverici inzibati aktın ləğv edilməsi əsaslarını inzibati aktın qa nuni və qanunsuz, əlverişli və əlverişsiz olması baxımından fərqləndirmişdir. Hazırkı mübahisədə Cavabdeh başçısının 15.02.2013-cü il tarixli 25 nömrəli sərəncamı qanuni və əlverişli inzibati aktdır. Belə ki, Cavabdeh başçısının 15.02.2013-cü il tarixli 25 nömrəli sərəncamı ilə Mingəçevir şəhərinin cənub hissəsində Kür çayının su hövzəsində yerləşən, sahəsi 0.97 ha olan adanın yerləşdiyi torpaq sahəsi icarə əsasında 30 il müddətinə İddiaçı-nin istifadəsinə verilmişdir. İddiaçı tərəfindən sözügedən sərəncamın müvafiq bəndlərinə əməl edilmədiyi, yəni quraşdırılacaq obyektin layihəsi təqdim olunmadığı, aidiyyəti idarə və təşkilatlarla razılaşmalar aparılmadığı, torpaqdan istifadəyə görə icarə haqqı ödənilmədiyi və 3 ildən artıq vaxt keçməsinə baxmayaraq torpaqdan təyinatı üzrə istifadə olunma dığı üçün Cavabdeh başçısının 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamı ilə İddiaçı-yə ayrılmış, sahəsi 0.97 ha olan ada geri alınaraq dövlət ehtiyat fonduna qaytarılmış, Cavabdeh başçısının 15.02.2013-cü il tarixli 25 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Bundan başqa, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə 15.02.2013-cü il tarixli sərəncamda həmin torpaq sahəsinin orada səliqə-sahman yaradılması və turizm-istirahət kompleksinin təşkili üçün verildiyi göstərilsə də, iddiaçı belə bir kompleksin təşkili üçün heç bir tədbir görməmiş və faktiki olaraq torpaqdan məqsədli təyinatına görə istifadə etməmişdir. Belə olan halda, cavabdeh iddiaçının torpaq sahəsi üzərində icarə hüququna xitam verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddiaçının 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamın ləğv edilməsi barədə iddia tələbi əsaslı deyildir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh başçısının torpaq sahəsinin geri alınması haqqında 31.07.2017-ci il tarixli 68 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi əsaslı olmadığından, iddiaçının digər tələbi - cavabdehin 02.10.2017-ci il tarixli 86 nömrəli sərəncamının qismən, "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin İddiaçı-yə ayrılmış 0.97 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi" barədə tələbi də əsaslı sayıla bilməz. Belə ki, hazırkı iş üzrə 1-ci tələbin təmin olunmaması, 2-ci tələbin təmin olunmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. İddiaçı tərəfindən kasassiya şika yətində göstərilən dəlillər əsassızdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci tarixli, 2-1(107)-593/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-991/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-991/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver