Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-991/2021 25.05.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; icra sənədinin icrası ilə bağlı tələbin məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra sənədi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2021-ci il tarixli, 2-1(103)-476/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, 27.11.2019-ci il tarixli “X2 2000 (iki min) manat məbləğində pul vəsaiti və 291 (iki yüz əlli bir manat) manat, 01 (bir) qəpik məbləğində faiz borcu tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, X2 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 və İddiaçı1 xeyrinə ödənilməsi, X3 üzərinə Ünvan1-dən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd rəngli divan, 1 (bır) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (ədəd) boz rəngli “Supermax” markalı televizor, 1 (bir) ədəd boz rəngli “LG” markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsinin qoyulması” barədə icra sənədi üzrə Xətai rayon İcra və Probasiya şöbəsinin 29.07.2020-ci il tarixli qərarı ilə icraata başlanılmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13846/2019-002 nömrəli, 27.11.2019-ci il tarixli icra sənədi üzrə icra məmuru X1 hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi, həmin icra sənədinin icra olunması ilə əlaqədar bütün zəruri icra hərəkətlərinin həyata keçirilməsi, məcburi icra tədbirlərini n tətbiq edilməsi və onların təxirə salınmadan həyata keçirilməsi, borclu X3 əmlakı, pul vəsaitləri və gəliri ilə bağlı sorğuların aidiyyatı dövlət orqanlarına və digər qurumlara göndərilməsi, icra sənədində göstərilən tələblərin icra olunmasının qısa müddətdə tam təmin edilməsi, borclu X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması inzibati xəta haqqında protokolun tərtib edilməsi və onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi, borclu X3 ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilməsi, borclu X3 kreditor borclarını ödəməkdən qəsdən yayınma və məhkəmənin qərarını icra etməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı və 306-cı maddələri i lə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimatın Azərbacyan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə verilməsi vəzifələrinin icra məmuru X1 üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
3. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(112)-7013/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
4. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi baxılmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia və ya şikayət qaydasında a yrıca iddia (şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir.
5. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsi vasitəsilə verilən 11.11.2020-ci il tarixli şikayət, ərizə, vəsatətlər və əlavə olunan sənədlərlə birlikdə mahiyyəti üzrə iddia ərizəsinin baxılması və qərardadın ləğv edilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini, AR İM-nin 528.1-ci maddəsini nəzərə almağı (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) və Vidadi Mahmudovu 2500 manat cərimə etməyi, E.Q.Abbasovu (fiziki şəxs) 1000 manat cərimə etməyi və 1 ay müddətinə həbs etməyi, inzibati işdə Mülki Prosessual Məcəlləni tətbiq edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə Xdan pul vəsaitinin alınmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2021-ci il tarixli, 21(103)-476/2021 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Afaq Nuriyeva və Valeh Ağayev) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-7013/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçılar 09.02.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsi hesabına vəkillə təmin edilmələrini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 23.03.2021ci il tarixində iddiaçılar vəkillə təmin olunmuşdur.
9. İddiaçılar kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2021-ci il tarixli, 2-1(103)-476/2021 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmayıb, nəticədə birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərardadı dəyişdirmədən saxalamış, bununla da iddiaçıların səmərəli məhkəmə araşdırması hüququnu pozmuş dur.
11. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları).
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələ blərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırlımamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
13. Bundan başqa, Avropa Mə hkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırkı mübahisəyə baxılarkən birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil izahat verərək kassasiya şikayətini müdafiə etdiyini bildirmiş və kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
18. Azərbaycan Respublikasın Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarına görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər.
19. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxar ılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi v ə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir.
20. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02.09.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.
21. İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına gö rə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar)
22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. ŞİKAYƏTİ ÜZRƏ KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Hazırkı qərarın 17-21-ci bəndlərində göstərilən normalardan, eləcə də beynəlxalq və milli məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, icra sənədlərinin icrasına həmin sənədi qəbul etmiş məhkəmə tərəfindən nəzarət olunmalıdır.
27. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndin ə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.
28. Hazırkı işdə də iddiaçıların tələbi icra sənədinin icrası ilə bağlı olduğundan onların tələbinə inzibati məhkəmə icraatı qaydasında yox, müvafiq qətnaməni qəbul etmiş ümumi məhkəmə tərəfindən baxılmalıdır.
29. Göstərilənlərə əsasən iddiaçıların kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən işə baxılarkən iddiaçıların səmərəli məhkəmə araşdırması hüquqları pozulmamış, məhkəmə tərəfindən qanuni və əsaslı qərar qəbul edilmişdir.
30. Odur ki, iddiaçıların kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.02.2021-ci il tarixli, 21(103)-476/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.