Məhkəmə qərarları › İş №2-1(102)-991/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-991/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-991/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: mənzilə dair çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “mənzilin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-320/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 saylı (hazırda 127 saylı) mənzili kreditlə “X1 Korporasiyası” ASC-dən almışdır. 2. “X1 Korporasiyası” ASC məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsini və mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də sonradan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək rədd edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Bundan sonra isə “X1 Korporasiyası” ASC məhkəməyə “ondan (iddiaçıdan) 28.165,83 manat məbləğində pul vəsaitinin tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Yevlax rayon məhkəməsinin 20 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, lakin həmin qətnamə də Şəki Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhk əməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 16 may 2019-cu i tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı mənzilin qeydiyyata alınaraq çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İmtinaya əsas kimi hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, həmçinin AR Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarının İdarəyə göndərilməməsi göstərilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 82,11 kv.m olan 106 (hazırda 127) saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə borcu tam ödəsə də, ASC ilə onun arasında illərlə məhkəmə mübahisəsi davam etmişdir. “X1 Korporasiyası” ASC mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını verdiyi üçün cavabdehə müraciət etmişdir. İddiaçı mənzilin qeydiyyata alınaraq çıxarışın verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli məktubla reyestrdən çıxarışın verilməsindən imtina etmişdir. İmtinaya əsas kimi hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, həmçinin AR Ali Məhkəməsinin xx.xx.2019-cü il tarixli qərarının İdarəyə göndərilməməsi göstərilmişdir. Cavabdehi n imtinaya əsas göstərdiyi qərarın surəti iddiaçı tərəfindən göndərilmişdir. İddianın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 – 8.0.12-ci,, 11.1-ci, 11.2-ci maddələrinə istinad edilmişdir.

7. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının adına mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri yoxdur.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-3848/2021 saylı iş) 08 iyul 2021ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, hazırkı inzibati mü bahisənin obyekti olan mənzilin satıcısı kimi çıxış edən "xxxx" ASC-nin həmin mənzil üzərinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, ASC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinə görə sözügedən əmlakla bağlı sərəncam vermək hüququna malik deyil. Odur ki, cavabdeh haqlı olaraq mənzillə bağlı müvafiq hüquq müəyyənedici sənədlərin təqdim olunmaması və mənzilin "xxxx" ASC-nin adına qeydiyyatdan keçməməsi əsası ilə iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-320/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmişdir.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar araşdırılması üçün apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kasasiya şikayətinin dəlilləri

14. Məhkəmə qərar qəbul edərkən iddiaçıya məxsus mənzilə münasibətdə mənzilin satıcısı kimi çıxış edən "xxxx" ASC-nin həmin mənzil üzərində hüquqları daşınmaz əmlakın dövlət rey estrində qeydiyyata alınmadığından, ASC-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinə görə sözügedən əmlakla bağlı sərəncam vermək hüququna malik olmadığı və məhkəmənin qənaətinə görə cavabdehin haqlı olaraq, mənzillə bağlı müvafiq hüquqmüəyyənedıcı sənədlərinin təqdim olunmaması və mənzilin "xxxx" ASC-nin adına qeydiyyatdan keçməməsi əsası ilə iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir.

15. Məhkəmə qərar çıxararkən "xxxx" ASC-nin həmin mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasını qeyd etsə də, həmin mənzilin yerləşdiyi çoxmənzilli binada iddiaçı ilə analoji eyni müqaviləni bağlamış şəxslər hansı üsulla daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış almalarını araşdırmamış, bu barədə cavabdehi n mövqeyini öyrənməmiş, iddianın təmin edilməməsi barədə qərar çıxarmışdır.

16. Digər məhkəmə qərarlarından göründüyü kimi, işin mübahisələndirilməyən halı iddiaçının həmin mənzilə dair bütün ödənişləri etməsi və maliyyə arayışının olmasıdır. Həmin qərarlarla mənzilin iddiaçıya məxsus olması, iddiaçının faktiki istifadəsində olması və həmin mənzilə dair mülkiyyət hüququ olması təsdiq olunmuşdur. 17. "xxxx" ASC ilə olan müqavilə üzrə öhdəliyi yerinə yetirməsi, hal-hazırda həmin mənzildə uzun müddət yaşaması və müvafiq kommunal xərclərin iddiaçı tərəfindən ödənməsi də işin mübahisələndirilməyən halıdır.

18. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən, qeyd edil ən əsaslardan cavabdeh inzibati orqan tərəfindən hansına istinad edildiyini müəyyən edə bilməmişdir.

19. Şikayətin maddi hüquqi əsası kimi Mənzil Məcəlləsinin 112-ci, 113-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə istinad edilmişdir. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkət i etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə

407. Müqavilənin bağlanması anı.... 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır..... 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq ed ilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;.... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;.....

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxı lmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraa t 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada ş ikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yu xarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən, qeyd edilən əsaslardan cavabdeh inzibati orqan tərəfindən hansına istinad edildiyini müəyyən edə bilməmişdir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1 və 8-ci maddələrində nəzərdə tutulmuşdur. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 3

1. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, xx.xx.2012-ci il tarixdə “X1 Korporasiyası” ASC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa edilmiş bina 8, blok 1, 2 otaqdan ibarət ümumi sahəsi 82,11 kv.m olan 106 saylı mənzilin 15213 №-li alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Mülki qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olmayan müqavilənin isə bağlanmış müqavilə kimi qiymətləndirilməsi istisna olunur. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23.1-ci maddəsinin tələbinə görə, cavabdeh qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında apar ılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh tərəfindən həmin mənzilin qeydiyyata alınmasından imtina olunması qanuni əsaslara söykəndiyindən, hazırkı halda iddiaçının hüquqlarının pozulması halı müəyyən edilmir. 33.Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifəsinə uyğun olaraq imtina etməklə, iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. 34.Beləliklə, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qi ymətləndirməsi ilə də razılaşır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-320/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar