Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-991/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi; işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnin xxxnə qarşı (üçüncü şəxs Tovuz Bələdiyyəsi) “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 50 7,5 ha hissəyə uyğun çıxarışın verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)42/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nizami adına üzümçülük sovxozu üzrə xx.xx.1987-ci il tarixli 59 nömrəli əmrin çıxarışından görünür ki, Tovuz rayonu Bozalqanlı kənd sakini İddiaçı məhləyani torpaq sahəsinin olmaması nəzərə alınması, atası X2 adına olan 0.12 hektar torpaq sahəsindən hər iki tərəfin razılığı ilə oğlu İddiaçı 0.05 hektar kəsilib istifadə üçün verilməsi, əmr təsdiq edildikdə X2 adına olan 0.12 hektar torpaq sahəsindən 0.05 hektar kəsilib öhdəsində 0.07 hektar torpaq sahəsi saxlanılması qeyd e dilmişdir.
2. Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı və ailə üzvlərinə Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-940A, KOD 50301004 nömrəli şəhadətnamə verilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə JN-940A buraxılmış texniki səhvin aradan qaldıraraq Tovuz rayon Bozalqanlı kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli **********74 nömrəli imtina məktubu ilə bildirmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tov uz rayonu Bozalqanlı kəndində yerləşən 0.03 hektar həyətyanı torpaq İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında “torpağın mülkiyyətə verilməsinə dair” JN-940 A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı isə faktiki torpaq sahəsinin 0.05 ha olmasını bildirərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir, lakin Ərazi idarəsinin arxiv məlumatlarında həmin torpaq 0.03 ha kimi göstərildiyindən müraciəti müsbət həll edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək JN940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şə hadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayon Nizami adına sovxozun xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmrinə əsasən Tovuz rayon Bozalqanlı kəndi ərazisində atası X3 məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi bölünərək fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Həmin tarixdən də qeyd olunan torpaq sahəsi onun mülkiyyətində olmuş, o həmin torpaq sahəsində yaşayış evi tikərək ailəsi ilə orada yaşayır. Qeyd olunan torpaq sahəsinə xx.xx.1987-ci ildə qeydiyyat vəsiqəsi, xx.xx.1989-cu ildə həmin torpaq sahəsində tikdiyi evə texniki pasport verilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinə JN-940A, KOD- 50301004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, şəhadətnamədə səhv olaraq torpaq sahəsinin ölçüsü 0.03 ha göstərilmişdir. Halbuki, onların mülkiyyətində və faktiki istifadələrində 0.05 ha torpaq sahəsi vardır. Qeyd olunan yanlışlığın aradan qaldırılması üçün cavabdeh DƏDRX-nin xxxnə müraciət etsə də, bundan imtina olunmuşdur.
7. Gəncə İnzibati Məhkəməsinin 11 mat 2022-ci il tarixli 2-1(114)-180/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia tələbi təmin edilərək, JN-940A (Kod ********) nömrəli torpağa mülki yyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərimə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, xx.xx.1987-ci il tarixli, 1043 nömrəli Qeydiyyat Vəsiqəsindən göründüyü kimi, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ xx.xx.1987-ci ildə qeydə alınmış və həmin evin yerləşdiyi torpaq sahəsinə 01 yanvar 2001-ci il tarixə kimi tərtib olunmuş texniki pasportda torpağın faktiki ölçüsü 507.5 ha göstərilmiş və JN-940A (Kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.03 ha-dan kənarda qalan 207.5 kv.m torpaq sahəsinə hər hansı bir şəxsin mülkiyyət hü ququ aşkar olunmamışdır. Belə olan halda, iddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda göstərilən 507,5 ha torpaq sahəsinə çıxarışın verilməsi tələbində haqlıdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(104)-416/2022 nömrəli qərardadı ilə mütəxəssisin rəyinin alınması qərara alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxn xxxnin 22 iyun 2023-cü il tarixli, 3-21-3-37/2-4741/2023 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-94 0A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,03 ha olmasına baxmayaraq İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi 407 kv.metrdir. İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi JN-940A saylı şəhadətnamədə olan torpaq sahəsindən kənarda olan torpaq sahəsidir, İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi Abulbəyli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər subyektlərə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 11 mat 2022-ci il tarixli qərarı “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 0,03 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi üzrə, yəni 507,5 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqın da” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanında müəyyən edilsə də torpaq sahəsinin faktiki vəziyyəti iddia tələbinin tam təmin edilməsinə aradan qaldırmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxn xxxnin 22 iyun 2023-cü il tarixli, 3-21-3-37/2-4741/2023 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-940A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,03 ha olmasına baxmayaraq İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi 407 kv. metrdir. İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi JN-940A saylı şəhadətnamədə olan torpaq sahəsindən kənarda olan torpaq sahəsidir, İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi Abulbəyli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər subyektlərə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir.
14. Apellyasiya məhkəməsi “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 8.0.5, 11-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ O NA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki:
1. Məhkəmə Mülki Məcəlləsinin 139.3-cü maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilkin hüquqmüəyyənedici sənədlər mövcud olsa da, həmin torpaq sahəsinin qeydiyyatının aparılması mümkün deyil. Belə ki, elektron baza məlumatlarına əsasən həmin daşınmaz əmlaka gediş-gəliş yolu nəzərdə tutulmamış və faktiki vəziyyətində isə gediş-gəliş yolu kimi qonşuya məxsus torpaq sahəsindən istifadə etdiyindən sözügedən fərdi yaşayış evinə, texniki pasportun tərtib edilməsi müm kün deyildir.
2. Məhkəmə Torpaq Məcəlləsinin 54.2, 54.3-cü və Şəhərsalma və Tikinti Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, hazırki iş üzrə torpaq sahəsinə giriş-çıxış yolları olmadığından onun hüquqları dövlət qeydiyyatına alına bilməzdi. İddiaçı bunun üçün torpaq sahəsindən istifadə üçün servitutla bağlı məhkəməyə müraciət etməli idi.
3. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinin tələblərinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə, Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsini İddiaçı, X9, X5, X6 və X4 verilmiş və buna dair Torpağın mülkiyyətə verilməsinə dair JN-940A nömrəli şəhadətnamədə tərtib e dilmiş və ümumi mülkiyyətdədir. Lakin məhkəmə kollegiyası digər mülkiyyətçiləri prosesə cəlb etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məh kəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olun duğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndər məyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun faktiki istifadəsində olan və fərdi yaşayış evinin yerləşdiyini 507,5 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına yönəlmişdir.
24. İş materialların da olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-940A, KOD 50301004 nömrəli şəhadətnamədən görünür ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı və ailə üzvlərinə Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
25. Bununla bağlı kassatorun əsas dəlili ondan ibarət olmuşdur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının yuxarıda qeyd olunan qərarı ilə 0.03 ha həyətyanı torpaq sahəsi iddiaçı və ailə üzvləri X9, X5, X6 və X4 ayrılmış və buna dair Torpağın mülkiyyətə verilməsinə dair JN-940A nömrəli şəhadətnamədə tərtib edilmiş və ümumi mülkiyyətdədir. Lakin məhkəmə kollegiyası digər mülkiyyətçiləri prosesə cəlb etməmişdir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini əsaslı hesab e dir. Belə ki, iş materiallarından X9, X5, X6 və X1 iddiaçıya verilmiş etibarnamə və ya notarial təsdiq olunmuş razılıq ərizəsinin olması müəyyən edilmir.
27. Halbuki, onların adının “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilməsi onların mübahisə predmeti olan torpaq sahəsinə müştərək hüquqi maraqlara sahib olmasını özündə ehtiva edir.
28. Lakin apellyasiya məhkəməsi onların prosessual iştirakını təmin etmədən, hazırkı iddiaya münasibətlərini öyrənmədən və qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunub-toxunmayacağını müəyyən etmədən yekun qərar qəbul etmişdir.
29. Halbuki, İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxsl ərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
30. Bundan əlavə şəxslərin məhkəmə icraatına cəlb edilmələrini zəruri edən şərtlər, təkcə İPM-in 28-ci maddəsinin deyil, həm də İPM-in 30-cu maddəsinin müddəalarına əsasən yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər (İPM-in 30.1-ci maddəsi).
31. Bu səbəbdən, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi həmin şəxslərin İ PM-in 28-ci maddəsinin müddəalarına uyğun olaraq “üçüncü şəxs” qismində, yaxud İPM-in 30-cu maddəsinin müddəalarına uyğun olaraq “prosessual həmiştirakçılar” (hazırkı halda, birgə iddiaçılar) qismində icraata cəlb edilməli olduqlarını müəyyən etməli, bundan sonra iş üzrə qanuni qərar qəbul etməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, hazırkı halda şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.