Məhkəmə qərarları › İş №2-1(102)-992/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-992/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-992/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı İddiaçı cavabdeh Ağdaş Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-992/19 Bakı şəhəri 03 aprel 2019-cu il 03.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, üçüncü şəxs XXXun vəkili Vəkil iştirakları ilə, üçüncü şəxs XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(107)-504/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə ic lasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehlər Cavabdeh1nə (bundan sonra mətndə cavabdeh), Ağdaş Rayon Mənzil X2 Təmir Müəssisəsinə qarşı və üçüncü şəxs XXX cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvan1 küçəsi ev 2, mənzil 12-yə dair üçüncü şəxs XXXun adına verilmiş 12 saylı, 05 dekabr 1984-cü il tarixli orderin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin Ağdaş Rayon Mənzil X2 Təmir Müəssisəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 31 may 2008-ci il tarixdə vəfat edən əri X3 sağlığında XXXa məxsus olan ünvan 1 ünvanda yerləşən məzili qarşılıqlı razılaşma yolu ilə satın alm ışdır. Həmin vaxt XXX, onun arvadı və 2 oğlu evin satılmasına etiraz etmədiklərinə, gələcəkdə hər hansı şikayətlərinin olmayacağına, evin ərinin adına sənədləşdirilməsinə köməklik göstərilməsinə dair 02 avqust 2002-ci il tarixdə hər biri qəbz imzalamışdır. Bundan sonra əri X3 Əbdürəhimova evin pulunu ödəmiş, sonuncu isə evin sənədlərini, yəni 12 saylı, 05 dekabr 1984-cü il tarixli orderi və ona əlavə edilmiş sənədləri mənzildən çıxaraq təhvil vermişdir. Həmin vaxtdan o, faktiki olaraq ailəsi ilə birlikdə həmin mənzildə yaşamış, bütün kommunal xərcləri öz adından ödəmişdir. Lakin evin əvvəlki sahibləri mənzilin satıldığını etiraf etsələr də, mənzildə yaşamadıqlarına baxmayaraq, alğı-satqı münasibətlərinin rəsmiləşdirilməsindən dolayısı ilə imtina etmişdirlər. Bu səbəbdən hazırki tələblə əla qədar olaraq ərizə ilə cavabdeh orqana və Ağdaş Rayon Mənzil X2 Təmir Müəssisəsinə müraciət etmiş, lakin bundan imtina edilmişdir. Hesab edir ki, XXX və onun ailəsi qeyd olunan mənzildə 2002-ci il tarixdən yaşamadıqlarından və kommunal xərrcləri özü ödədiyindən order ləğv olunmalı və onunla yeni kirayə müqaviləsi bağlanmalıdır. Üçüncü şəxs təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının əri ilə 2002-ci il tarixdə evin alqı-satqısı ilə bağlı razılığa gəlmiş və bu barədə razılıq ərizəsi imzalamışdır. Lakin mənzilin satışını rəsmiləşdirmək istədikdə mənzil sahibinin Ağdaş Təsərrüfatlararası Tikinti İdarəsi olduğunu, onun və ailə üzvlərinin həmin mənzildə yalnız təşkilatın fəhləsi kimi yaşayış hüquqlarının olduğunu bilmişdir. Buna görə də X3un təklifi ilə mənzilin orderini ona verm işdir. 2005-ci il tarixdə mənzilin rəsmiləşdirilməsi mümkün omadığından, razılığa gəlinmişdir ki, mənzili 3 il müddətinə kirayə kimi onun istifadəsinə verilsin və verilmiş beh məbləği 2002-2008-ci illər üçün kirayə haqqı hesab olunsun. Kirayə haqqı barədə əldə olunmuş razılıq notarial qaydada təsdiq olunmuşdur. 2008-ci il tarixdə kirayə müqaviləsinin müddəti bitən zaman iddiaçı ərinin vəfat etdiyini və başqa yaşayış yerinin olmamasını bildirdiyindən, ona mənzildə bir otaq ayrılmışdır. 2016-cı ilin sentyabr ayında mənzillərin özəlləşdirilməsinə icazə verildiyindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinə müraciət edən zaman onlara bildirilmişdir ki, Ağdaş rayon məhkəməsinin 11 aprel 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddiaçının mənzilin alqı-satqısına dair 2002-ci il tarixli razılaşmanın etibarlı əqd hesab edilməsinə dair iddiası təmin edilmişdir. Məhkəmənin 28 noyabr 2016-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və mülki iş üzrə icraata başlanılmış, 30 yanvar 2017-ci il tarixli 2(014)-03/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və Şəki Apellyasiya Məhkəməsini 13 iyun 2017-ci il tarixli, 2(107)-1189/2017 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2016-cı il tarixindən başlayaraq iddiaçı evin giriş qapısının açarını dəyişdirərək, onu, ailə üzvlərini, texniki inventarlaşdırma bürosunun əməkdaşlarını mənzilə buraxmadığından, iddiaçıya qarşı “mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi və onun ailə üzvləriin mənzilin istifadəsində yaranan süni maneələrin aradan qaldırılması barədə” iddia tələbi əsasında hazırda Ağdaş rayon məhkəməsində mülki iş vardır. Bundan əlavə, iddiaçının bütün kommunal xərclərin öz adından iddia tələbinin təmin olunması üçün əsas ola bilməz. Çünki, 2008-ci il tarixdə iddiaçı ilə aralarında əldə etdikləri razılığa əsasən, iddiaçının mənzilə görə bütün kommunal xərcləri ödəməsi əvəzində ondan bu günədək kirayə haqqı alınmamışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2-1(84)-696/2018 saylı qərardadı (hakim Kənan Vəliyev) ilə Nərgiz Əbdürəhimova, Anar Əbdürəhimov və Ruslan Əbdürəhimov üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməs inin 13 iyul 2018-ci il tarixli, 2-1(84)-696/2018 saylı qərardadı (hakim Kənan Vəliyev) ilə iddia tələbi Cavabdeh2nə qarşı “mənzilə görə onunla kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Ağdaş Rayon Mənzil X2 Təmir Müəssisəsinin üzərinə qoyulması” hissəsində mülki xarakterli olduğundan mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2-1(84)-696/2018 saylı qərarı (hakim Kənan Vəliyev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisəli mənzilə dair əldə olunmuş razılıq alğı-satqı müqaviləsi olmasa da, bu hal onu təsdiq edir ki, mənzil könüllü olaraq İ.Qurbanovanın ailəsinin istifadəsinə verilmiş, yaşayış sahəsinə köçmə icarədarların iradəsinin ziddinə olmamışdır. Üçüncü şəxslərin faktiki olaraq 15 il həmin mənzildə yaşamamaları və iddiaçının bütün kommunal xərcləri ödəməklə icarədarın üzərinə düşən vəzifələri yerinə yetirməsi orderin əhəmiyyətsiz olduğunu göstərir. Həmin qərardan üçüncü şəxs XXX apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(107)-504/2018 saylı qərarı ilə (sədrlik edən hakim Elçin Hüseynov, hakimlər Rövşən Rəfiyev və Gündüz Abbasov) üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da təkrar göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkə məsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 54, 56, 57, 60, 87, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il Qərarı ilə ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan üçüncü şəxs XXX kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Üçüncü şəxs şikayətində bildirmişdir ki, işə baxan aşağı instansiya məhkəmələri iddianın mümkünlüyünü araşdırmamış, mübahisəli mənzi lə dair verilmiş orderin əslinin iş materialında olmamasına baxmayaraq, onunla bağlı hüquqi qiymətləndirmə aparmışdır. Habelə, order 1984-cü il tarixində verilmiş, iddiaçının isə ondan ən azı 2005-ci il tarixində məlumatı olmuşdur. Buna görə də hazırda orderin mübahisələndirilməsi yolverilməzdir. Həmçinin, iddiaçının hansı subyektiv hüquqla orderi mübahisələndirməsi qərarda göstərilməmişdir. Adıçəkilən razılaşma əhəmiyyətsiz əqd olub, iddiaçının mənzilə istifadə hüququnun yaranmasına səbəb olmamışdır. Onun evə icarəçinin razılığı ilə köçməsi isə ailə üzvü statusunun qazanmasına səbəb olmur. Belə olan halda isə iddiaçının mənzilə hüququ yarana bilməz. Daha bir dəlillə bildirilmişdir ki, iddia tələbinin predmeti 12 saylı, 05 dekabr 1984-cü il tarixli orderin ləğv edilməsi olduğundan, bu müba hisələndirmə haqqında iddia növünə aiddir, lakin aşağı instansiya məhkəmələri işə öhdəliyin icrası haqqında iddia kimi baxmışdır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası İPM-nin 2.2.3, 34, 38.1, Azəbaycan Respublikası MPM-nin 298, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 51, 52, 53, 59.3, 82, 83, 85, 96, 99-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 7-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarına istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər və prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onlar ın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh2 03 may 2018-ci il tarixli, 317 nömrəli məktubdan görünür ki, Cavabdeh1 başçısının 06 may 2016-cı il tarixli, 66 nömrəli sərəncamı ilə Ağdaş şəhəri, X.R.Ulutürk küçəsi 2 nömrəli ev Mənzil X1 Təmir Müəssisəsinin balansına verilmişdir. İddiaçı həmin ünvanda qeydiyyatda olmasa da, 2016, 2017 və 2018-ci illər üçün sözügedən mənzilin kirayə haqqını ödəmişdir. “Ağdaş Sukanal” TSC-nin 04 may 2018-ci il tarixli, 05 nömrəli arayışından görünür ki, iddiaçı 01 oktyabr 2011-ci il tarixdən “Ağdaş Sukanal” TSC-nin abonent bazasında abonent kimi qeydiyyatdadır və aylıq 2,25 m anat məbləğində xidmət haqqı ödəyir. Qaz sərfiyyatına dair abonentin saldosundan görünür ki, iddiaçı 2008-2011 və 2016-2018-ci illər üzrə istifadə etdiyi qaz sərfiyyatına görə ödənişlər etmişdir. Elektrik enerjisindən istifadəyə dair abonentin saldosundan görünür ki, iddiaçı 20122018-ci illər üzrə sözügedən mənzildə elektrik enerjisindən istifadə etmiş və buna görə ödənişlər etmişdir. Ağdaş XDS İcraiyyə Komitəsinin 31 mart 1983-cü il tarixli, 8 nömrəli qərarının və XXXun adına verilmiş 05 dekabr 1984-cü il tarixli orderin təsdiq olunmuş surətini əldə etmək üçün Cavabdeh1nə və Ağdaş Rayon Dövlət Arxivinə müvafiq sorğular ünvanlanmış, lakin həmin sənədləri əldə etmək mümkün olmamışdır. Buna baxmayaraq qüvvədə olan məhkəmə qətnamələri ilə 05 dekabr 1984-cü il tarixli orderin Ağdaş XDS İcraiyy ə Komitəsinin 31 mart 1983-cü il tarixli, 8 nömrəli qərarı ilə verilməsi təsdiqini tapır. XDS İcraiyyə Komitələri fəaliyyətdə olduğu müddət ərzində yaşayış sahələrinin orderləri həmin orqanların qərarı əsasında verimişdir. Həmin orqanların fəaliyyətinə xitam verildikdən sonra isə rayon (şəhər) icra hakimiyyətlərinin sərəncamına əsasən verilmişdir. Məhkəmə kollegiyasıqeyd edir ki, orderin verilməsi haqqında məsələni həll etmiş orqanın onun ləğv edilməsi məsələsinə baxması qanunla yolverilən sayılır və bununla bağlı hər hansı qadağanedici norma mövcud deyildir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəsini almış 13.07.2017-ci il tarixli, 2(107)-1189/2017 nömrəli qətnaməsində qeyd edilmişdir ki, işin faktiki hallarından məlum olur ki, Nərgiz Əbdürrəhimova əri Fazil ilə b irlikdə digər 3 nəfər uşaqlarının razılığı ilə orderə əsasən özlərinə məxsus olub Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi dalan 4, ev 4-də yerləşən iki otaqdan ibarət 12 saylı mənzili 2002-ci ilin avqust ayının 2-də qarşılıqlı razılaşma əsasında 1600 ABŞ dollarına iddiaçı və onun mərhum əri X3a faktiki olaraq satmışdır. Göstərilən tarixdən iddiaçı faktiki olaraq mərhum əri ilə birlikdə həmin mənzildə yaşamışdır və əri X3 həmin mənzildə ölmüşdür. İddiaçı tərəfindən mübahisəli mənzilin alqı-satqı ilə əlaqədar üzərinə düşən öhdəlikləri tam icra etməsinə baxmayaraq, mənzil daşınmaz əmlakın dövlət reyestrində Fazil Əbdürrəhimovun və ya digər ailə üzvlərinin adına qeydə alınmadığından alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Mübahisəli mənzilin cavabdehlərin adına hüquq müəyyənedici sənədləri olmad ığından məhkəmə tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə bağlanmış əqdi həmin əqd qanuna zidd şəkildə bağlandığından etibarlı hesab edə bilməz. Üçüncü şəxslərin imzaladığı qəbzlərdən görünür ki, onlar mübahisəli mənzili 2002ci ildə könüllü olaraq əvəzli şəkildə iddiaçı və onun ailə üzvlərinə verərək həmin mənzili bir dəfəlik tərk etmiş, gələcəkdə həmin mənzilə qarşı heç bir tələb və iddia irəli sürməyəcəklərini bildirmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edil diyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, lakin iddianın mümkünlük şərtlərini bir necə əsas üzrə üçüncü şəxs mübahisələndirmişdir. İddia tələbi iki hissədən ibarətdir və iki cavabdehə qarşı irəli sürülmüşdür: (1) 05 dekabr 1984-cü il tarixli orderin ləğv edilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və (2) iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Ağdaş Rayon Mənzil X2 Təmir Müəssisəsinin üzərinə qoyulması barədə. Tələblərin bir-birindən asılılığı onunla bağlıdır ki, iddiaçı hesab etmişdir ki, birinci tələb tə min olunduğu halda, onunla kirayə müqaviləsi bağlanmalıdır. Apellyasiya məhkəməsi iddianı öhdəliyin icrası haqqında iddia növünə aid etmiş, lakin iddia tələblərinin iki hissədən ibarət olduğunu nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 10.1-ci bəndində göstərilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Belə liklə, ikinci tələb birinci tələbin həllindən asılı olduğundan onun mümkünlük şərtləri yerinə yetirilmədiyindən mümkün hesab edilməməli idi. Üçüncü şəxs mahiyyət üzrə birinci iddia tələbinə münasibətdə öz dəlillərini ürəli sürmüş və hesab etmişdir ki, həmin iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğu üçün, iddianın qaldirılmasını zəruri edən mümkünlük şərtləri məhkəmə tərəfindən yoxlanılmamışdır. Məhkəmə kollegiyası dəlili əsaslı hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mü bahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçının hazırki iddia üzrə subyektiv hüququnu n olub-olmamasına münasibətdə apellyasiya məhkəməsi yalnız həmin şəxsin kommunal xidmətlərin ödənilməsinə və Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsaslanmışdır ki, həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddənin tələblərindən göründüyü kimi, onun tətbiqi dairəsi mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrinə və həmin işdə iştirak edən şəxslərə münasibətdə preyudisial əhəmiyyətə malikdir. Həmin məhkəmə aktları ilə isə iddiaçının üçüncü şəxsə münasibətdə və mənzillə bağlı hər hansı bir hüququnun mövcudluğu müəyyən edilməmişdir. İddiaçının tələbi isə inzibati orqana qarşı yönəldiyi üçün və mənzillə bağlı olduğu üçün, iddiaçının iddia edilən mənzillə hüquqi münasibəti müəyyən edilmiş olmalı idi. Apellyasiya məhkəməsi isə özü belə münasibətlərin mövcudluğunu müəyyən etmiş və apardığı qiymətləndirməni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-57-ci maddələri ilə əsalandırmışdır. Həmin maddələr dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə qaydalarını tənzimləmiş və icarədar tərəfindən başqa şəxsləri yaşadığı sahəyə köçürmək hüququnu əks etdirmişdir. Yəni məhkəmə tərəfindən inzibati məhkəmə icraatı çərçivəsində mülki hüquq münasibətlərinə aid məsələ üzrə - icarədar ilə onun mənzilə köçürülmüş şəxslə bağlı münasibətlərə qiymət verilməklə nəticə əldə olunmuşdur. Halbuki, hazırki iddia ilə müraciət etmək üçün iddiaçı n subyektiv hüququ o halda yaranmış olardı ki, əgər məhkəməyə müraciət etməzdən əvvəl onun mübahisəli mənzildən istifadə hüququ öz təsdiqini tapmış olsaydı. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati məhkəmə icraatı çərçivəsində bu məsələlərə baxılması və qiymətləndirilməsi mümkün hesab edilə bilməz, çünki iddiaçı faktiki olaraq bu icraat daxilində onun digər fiziki şəxslə mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin müəyyən olunmasından çıxış edərək iddia qaldırmışdır. Halbuki, inzibati məhkəmə icraatında belə münasibətlər araşdırma predmetini təşkil etmir. İnzibati məhkəmə icraatında yalnız publik hüquqdan irəli gələn fiziki şəxsin inzibati orqanla olan münasibətləri zamanı yaranan mübahisələr həll edilməlidir. Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə əsasə n, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. "İnzibati icraat haqqında" Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunl a müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan ğöründüyü kimi, iddiaçının müraciətinə publik hüquqdan irəli gələn məsələnin tənzimlənməsi ilə bağlı imtina cavabı verilməmiş, mülki mübahisə olduğu bildirilmişdir. İddia tələbinin yuxarıda istinad edilmiş Məcəllənin 38.1-ci maddəsinin tələblərinin gözlənilməsi ilə bağlı da məhkəmə kollegiyası üçüncü şəxsin bildirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, iddianın qaldırılması üçün müddətlərə riayət edilməsi şərtinə də apellyasiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol ve rilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(107)-504/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar