Məhkəmə qərarları › İş №2-1(102)-992/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-992/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-992/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək kitabçasında qeyd olunan müddətin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili X1 və cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2-1(103)-192/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur.

2. İddiaçınin əmək kitabçasında və iş materiallarına əlavə olunmuş arayışlarda əksini tapmış məlumatlara əsasən, iddiaçı 10.05.1985-ci ildən 30.06.1987-ci ilədək hərbi x idmətdə olmuş, 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsində fəhlə, Yevlax birləşmiş aviadəstədə 23.08.1988-ci ildən 06.04.1990-cı ilədək anbardar, 06.04.1990-cı ildən 29.07.1991-ci ilədək hava nəqliyyatının hərəkətini idarə edən dispetçer-operatoru, 29.07.1991-ci ildən 01.06.1996-cı ilədək hava nəqliyyatın hərəkətini idarə edən dispetçer işləmiş, 02.06.1996-cı il tarixdən isə Hava Hərəkəti İdarəsində “Yevlaxaeronaviqasiya” hava hərəkəti idarəetmə dispetçeri işləyir.

3. İddiaçı 05.02.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və ya cavabdeh yazılacaq) müraciət e dərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının xahişini təmin etməmiş və 26 fevral 2020-ci il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, idarəyə təqdim etdiyi sənədlərində qeyd olunanlara əsasən, Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsinin 06.09.1987-01.08.1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də həmin dövrləri əmək stajına daxil etmək mümkün deyil və 01.01.2006-cı il tarixə ümumi əmək stajı 20 ildən azdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.09.198701.08.1988-ci illər ərzində Yevlax rayon 57 №-l i Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrün ümumi sosial sığorta stajına əlavə edilməklə hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06.09.1987-01.088.1988-ci illər ərzində Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsində fəhlə işləmişdir. Həmin müddət onun əmək kitabçasında qeyd olunsa da, cavabdeh işlədiyi həmin müddəti sosial sığorta stajı kimi ümumi əmək stajına əlavə etməmiş, bu barədə məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O, yuxarıda qeyd etdiyi dövrün əmək stajı kimi qəbul edilməsini qanunsuz və əsassız hesab edir. Bu hal onun hüquqlarının pozulmasıdır.

7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlüdür, 52 yaşı 01.01.2006-cı il tarixindən sonra tamamlanmışdır. Buna görə də, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 52 yaşdan pensiya təyin edilə bilməsi üçün o, 01.01.2006-cı il tarixinədək həm ümumi, həm də güzəştli stajını tamamlamış olmalı idi. İddiaçı isə 01.01.2006-cı il tarixinədək ondan tələb olunan 20 il ümumi iş stajına malik deyil. Belə ki, iddiaçının təqdim etdiyi arxiv sənədlərində qeyd olunanlara əsasən, Yevlax rayon 57 nömrəli Tikinti Quraşdırma İdarəsinin 06.09.198701.08.1988-ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. “Əmək pensiya ları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən də, həmin dövrləri iddiaçının əmək stajına daxil etmək mümkün olmamış, nəticədə iddiaçının 01.01.2006-cı ilə qədərki stajı 20 ilə çatmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 28.07.2020-ci il tarixli, 2-1(112)-5058/2020 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsində işlədiyi dövr “Əmək pensiy aları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğuna və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən qanunvericiliyin normalarına əsasən, iddiaçının həmin dövrlərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi dövr iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqləndiyinə görə sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı “xxxx” Qapalı Səhm dar Cəmiyyəti tərəfindən verilmiş 23.01.2020-ci il tarixli, 65 nömrəli arayışa əsasən iddiaçı Yevlax aeroportunda, “Azalaqro” Aviaşirkətində, “xxxx” müəssisəsində və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Hava Hərəkəti İdarəsində “Yevlaxaeronaviqasiya” Hava hərəkətinin idarə edilməsi HHİ dispetçeri vəzifəsində böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirir: Yevlax aeroportunda və “Azalaqro” Aviaşirkəti – 01.04.1992-ci il tarixdən (22.04.1992-ci il tarixli, 2/ş saylı əmr) 01.06.1996-cı il tarixə kimi (06.06.1996-cı il tarixli, 58/ş saylı əmr). “xxxx” Müəssisəsi – Yevlax aeroportunda və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Hava Hərəkəti İdarəsində “Yevlaxaeronaviqasiya” hava hərəkətinin idarə edilməsi – 02.06.1996cı il tarixdən (24.06.1996-ci il tarixli, 13/ş saylı əmr) 21.01.2020-ci il tarixinədək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında təsdiq edilmiş XXİ. Nəqliyyat bölməsinin 3cü maddəsinin 12003000-17541 bəndinə müvafiq olaraq hava hərəkəti idarəetmə dispetçeri və böyük dispetçeri vəzifəsində işləməsi üzrə iş stajı 27 il 09 ay 19 gün təşkil edir.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsinin və iddianın rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-192/2021 saylı, 09.02.2020-ci il tarixli qərarı ilə (ha kimlər V.Ağayev (sədrlik edən və məruzəçi), A.Hüseyn və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28.07.2020-ci il tarixli qərarı ləğv edilərək, iddia təmin edilməmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilərək 06.09.1987-01.08.1988-ci illər ərzində Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma İdarəsinin fəaliyyətinə dair məlumatların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9.12.1999-cu il ta rixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma idarəsi ilə bağlı heç bir Dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin İdarə daşınmaz əmlakın Registrində qeydiyyata alınmamışdır. Daha sonra məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yenidən sorğu göndərilərək 06.09.198701.08.1988-ci illər ərzində X5 Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsinin fəaliyyətinə dair məlumatların məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 09.12.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Registri” haqqında əsasnaməyə əsasən dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakların Registrdə qeydiyyata alınması həmin subyektlər tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılır. Lakin X5 Komitəsi nəzdində 18 saylı Trestin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi ilə bağlı heç bir Dövlət müəssisə, idarə və təşkilatı tərəfindən məlumat daxil olmadığına görə həmin İdarə daşınmaz əmlakı Registrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, nə iş materiallarına, nə də ki, məhkəmə tərəfindən əldə olunmuş sübutlara əsasən iddiaçının 01.01.2006-cı il tarixinədək tələb olunan 20 il ümumi iş stajına malik olması təsdiq olunmamışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində deyilir ki, cavabdeh tərəfindən mübahisələndirilən 06.09.1987-01.08.1988-ci illərə aid əmək stajı onun əmək kitabçasında qeyd olunduğu və əmək kitabçası sosial sığorta stajını təsdiq edən əsas sənəd olduğu halda, məh kəmə onun həmin dövrə aid stajını əsassız olaraq qəbul etməmişdir. b. Kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər s tehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

20. Əmək Məcəlləsi Maddə

87. İşçinin əmək fə aliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları” 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

22. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzif əsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

23. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayət i verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilər in tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət edilməmiş, işin halları tam araşdırılmamışdır. Buna görə də qərar ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

27. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13cü madd əsinin birgə təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 52 yaşına çatmış olsun; bu şəxs 01.01.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; bu müddətin azı 10 ilini Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda göstərilən istehsalatlarda, işlərdə, peşələrdə, vəzifələrdə işləmiş olsun.

28. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

29. İddiaçının 10.05.1985-ci ildən 30.06.1987-ci ilədək (2 il 1 ay 10 gün) hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında olan qeydlər üzrə 01.01.2006-cı ilədək əmək fəaliyyəti müddəti (06.09.1987-01.08.1988-ci ilədək (10 ay 25 gün), 23.08.198801.06.1996-cı ilədək (7 il 9 ay 8 gün), 02.06.1996-01.01.2006-cı ilədək (9 il 6 ay 29 gün) 20 il 4 ay 12 gün təşkil edir. Cavabdeh isə iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini, iddiaçının 01.01.2006-cı ilədək 20 il ümumi stajının olmaması ilə izah edir və mövqeyini onunla əsaslandırı ki, Yevlax rayon 57 №-li Tikinti Quraşdırma İdarəsinin 06.09.1987-01.08.1988ci il tarixlərinə aid sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də həmin dövrləri əmək stajına daxil etmək mümkün deyil və 01.01. 2006-cı il tarixə ümumi əmək stajı 20 ildən azdır. Birinci instansiya məhkəməsi cavabdehin bu dəlilini maddi hüquqi əsaslar üzrə yoxlayaraq qəbul etməmiş və mövqeyini onunla izah etmişdir ki, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.... Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının həmin dövrlərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi dövr iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə və məhkəmənin qəra rda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən ləğv edilməsi barədə nəticəyə gəlsə də, maddi hüquq pozuntusunun nədən ibarət olmasını əsaslandırmamışdır. Cavabdehin imtina dəlili ilə bağlı İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti göstərdiyi və fəaliyyəti rəsmiləşdirildiyi dövrdə əmək stajını təsdiq edən əsas hüquqi sənəd - əmək kitabçası olmuşdur.

30. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

31. Bundan başqa, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını st ajın müəyyən olunması üçün əsas sübut kimi qəbul edir.

32. Belə ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

33. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır.

34. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir.

35. Bu halda əmək kitabçasında əksini tapmış əmək stajını inzibati orqanın qəbul etməməsi qanuna ziddir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyib sə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

36. Həmin Qanunun 16.1-ci maddəsində deyilir ki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

37. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (adı çəkilən Qanunun 11.1, 12.2 və 13.2-ci maddələri). Cavabdehin iddiaçıya pensiya təyin edərkən onun 1987-1988-ci illərə aid hansı araşdırma aparması, bununla bağlı işlədiyi müəssisənin dəqiq adı üzrə arxivə sorğu veribverməməsi, ümumiyyətlə inzibati icraat aparması barədə iş materiallarına sənədlər zlavə olunmamışdır. Cavabdehin iddiaçıya ümumi məzmunlu imtina cavabı verməsi ona dəlalət edir ki, inzibati orqan iddiaçının müraciətinə baxarkən “İnzibati icraat haqqında” Qanunun tələb lərinə uyğun ətraflı və tam araşdırma aparmadan iddiaçıya formal cavab vermişdir. Apelyasiya instansiyası məhkəməsi, tərəflər arasında mübahisəyə çevrilmiş, əmək kitabçasında göstərilən 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək əmək fəaliyyətinin yoxlanması üçün araşdırma aparmış, iddiaçının işlədiyi müəssisəsinin rus dilində yazılmış «МПМК-57 гор.Евлах» adını əvvəl «Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma idarəsi», daha sonra «X5 Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi» kimi qəbul edərək, həmin müəssisələrin fəaliyyət göstərib göstərmədiyi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərərək, dövlət müəssisə, idarə və təşkilatları və onların balansında olan daşınmaz əmlakla rın Registrində qeydiyyata alınıbalınmaması barədə məlumat istəmiş və sorğuya cavab olaraq, bu adda müəssisələrin qeydiyyatda olmadığı bildirilmişdir. Lakin məhkəmənin nəyə görə iddiaçının işlədiyi müəssisəni məhz «Yevlax rayon 57 nömrəli Tikinti-Quraşdırma İdarəsi» və ya «X5 Komitəsi nəzdində 18 saylı Trestinin Yevlax rayonlararası mexanikləşdirilmiş səyyar dəstəsi» adı ilə tanımasının səbəbi bilinmir. Doğrudur ki, əmək kitabçasında müəssisənin möhüründə rekvizitlərə aid yazılar oxunmur. Lakin əl yazısı ilə müəssisənin adının rusca yazılmış qısa adı («МПМК-57 гор.Евлах» abreviaturası) aydın oxunur. Bu ad isə “Kolxozlararası səyyar mexanikləşdirilmiş dəstə 57 Yevlax şəhəri” (межколхозная передвижная механизированная колонна - 57 гор.Евлах) oxunur. Buna görə də apelyasiya instansiyası məhkə məsi, cavabdehin dəlilləri üzrə iddiaçının əmək kitabçasında əksinin tapmış 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək əmək fəaliyyətinin yoxlanması üçün məhz bu müəssisənin mövcud olub-olmaması barədə sorğu verməli idi. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələrinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İş materiallarından görünür ki, inzibati orqanın özü də iddiaçının 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək əmək fəaliyyəti barədə arxiv idarəsinə sorğu göndərərkən yanlışlığa yol verərək, 57 nömrəli Tikinti Quraşdırma İdarəsini n sənədləri barədə məlumat istəmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin bu iş üzrə araşdırmasını İPM-nin 12-ci maddəsinin və 14.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və takrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə 01.01.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyində əmək fəaliyyətini təsdiq edən əsas sənədin əmək kitabçası olması barədə göstərişi nəzərə almalı, iddiaçının əmək kitabçasında əksini tapmış 06.09.1987-ci ildən 01.08.1988-ci ilədək işlədiyi müəssisənin mövcud olub-olmamasını müəyyən etməyi zəruri hesab edərsə, verilən sorğularda müəssisənin adını dəqiq göstərməli, sorğunu yalnız İqtisadiyyat Nazirliyi ya nında Əmlak Məsələləri Dövlət Xidmətinə deyil, həmçinin rayon statistika idarəsinə və arxiv idarəsinə də göndərməlidir. Məhkəmə kollegiyası iddiaçının xüsusi stajı ilə bağlı mübahisə olmadığına görə, iddianın bu hissəsinin qiymətləndirilməsinə zərurət görməmişdir.

39. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 09 fevral 2021-ci il tarixli, 21(103)-192/2021 qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar