Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-992/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı5 və qeyrilərinin cavabdeh Bakı şəhər Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.06.2022 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-160/2022 nömrəli, 18 fevral 2022- ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən iddiaçılara məxsus daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür.
2. Qeyd edilən qərara əsasən, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışd ır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirilsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilsin.
3. Göstərilən qərarın icrası ilə bağlı iddiaçılar ilə cavabdeh arasında daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmış və iddiaçılara müvafiq kompensasiya məbləğləri ödənilmişdir.
4. İddiaçılar cavabdehə ünvanlanmış 21 avqust 2020-ci il tarixli ərizəsində bildirilmişdir ki, onlara kompensasiya hesablanan zaman qanuna müvafiq olaraq düzgün hesablanma aparılmamış, həmçinin digər kompensasiya növləri nəzərə alınmamışdır. Bundan əlavə mənzillərin ölçüləri düzgün hesablanm amışdır. Belə ki, yarımzirzəmi sahələrinə dair digər qonşuya hər bir kv.m sahəyə görə 800 azn hesablanıb ödənildiyi təqdirdə onlara 700 azn ödənilmişdir. Bundan əlavə zirzəmi sahə ilə yaşayış sahələrin arasında hər mərtəbədə ən azı 20 kv.m sahə az hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı5, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı7 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı5 xeyrinə Bakı şəhəri, M.A,Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım-zirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiy a növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 13.568,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.784,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı6 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhə ri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.678,8 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.839,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı1 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 12.228,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 6.114,2 manat tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı2 (arvadı-X2) xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.148 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.074 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat, İddiaçı4 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənil məli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 10.220,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.110,2 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500,0 manat tutulması; İddiaçı3 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992,0 AZN vəsaitin tutulması; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməl i olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 15.161,8 AZN vəsaitin tutulması; Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan Çətinliyə görə 10 % kompensasiya növünün - 7.580,9 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat; İddiaçı7 xeyrinə Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarımzirzəmi sahəsinə görə 18.992 AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yarım zirzəmi sahəsinin dəyərinə görə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 3.798,4 manat, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin yaşayış sahəsinin dəyərinəgörə ödənilm əli olan Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% kompensasiya növünün 11.745, AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2,2 saylı yaşayış sahəsinin dəyərinə görə ödənilməli olan çətinliyə görə 10 % kompensasiya növünün 5.872,5 AZN vəsaitin tutulması, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evin hesablanmamış hissəsinə görə 7.500 manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı ev iddiaçılara məxsus olmuşdur. Göstərilən ərazi dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmışdır. Qeyd edilmişdir ki, iddiaçılara kompensasiya hesablanan zaman qanuna müvafiq olaraq düzgün hesabla nma aparılmamış, mənzillərin ölçüləri düzgün hesablanmamış həmçinin, digər kompensasiya növlərindən iddiaçılar məhrum edilmişlər. Belə ki, yarımzirzəmi sahələrinə dair digər qonşuya hər bir kv.m sahəyə görə 800 azn hesablanıb ödənildiyi təqdirdə, iddiaçılara 700 azn ödənilmişdir. Bundan əlavə, zirzəmi sahə ilə yaşayış sahələrinin arasında hər mərtəbədə ən azı 20 kv.m sahə az hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq sökülməyə məruz qalmış əmlakların kompensasiyası ödənilən zaman ümumi məbləğin 20 faiz miqdarında kompensasiyanın ödənilməsi nəzərdə tutulduğu təqdirdə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Bildirilmişdir ki, cavabdeh ilə bağlanmış alqı-satqı müqavilələrində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20 faiz miqdarında kompensas iyanın ödənildiyi barədə hər-hansı bir müddəa mövcud deyildir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Qərarında göstərilmişdir ki, digər kompensasiya növlərinin ödənilməsi tərəflər arasında bağlanmış notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsində öz əksini tapmalıdır. Həmçinin, qeyd edilmişdir ki, iddiaçılara çətinliyə görə əmlaklarının dəyərinin 10 faizi miqdarında kompensasiya ödənilməmişdir. Ərizədə qeyd edilmişdir ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 2 saylı evə dair hesablanma və qiymətləndirmə işləri aparılarkən aşağıdakı pozuntular müəyyən edilir:
1. Binanın yarımzirzəmi sahəsinə dair digər paylı bina sahibinə hər bir kv.m sahəyə 800 manat ödənildiyi təqdirdə iddiaçılara 700 manat ödənilmişdir; 2. yaşayış binasının hər bir m ərtəbəsində 20 kv.m qədər az hesablanma aparılmış və ödəniş edilməmişdir; 3. ödənilmiş və ödənilməli olan vəsaitlərə görə çətinliyə görə kompensasiya ödənilməmişdir;
4. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20 faizinin ödənilməsi alqı-satqı müqavilələrində göstərilmədiyindən ödənilmədiyi iş materialları ilə tam sübuta yetirilir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, artıq özgəninkiləşdirdiyi əmlaklarına görə yenidən həmin əmlakların alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçıların cavabdehə qarşı inzibati məhkəmə i craatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüquqları olmadığı üçün hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklara yerində baxış keçirilən zaman həmin daşınmaz əmlakların faktiki sahələrinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq kompensasiya məbləğləri hesablanmışdır. Beləliklə, iddiaçılara aşağıda qeyd edilən qaydada və məbləğlərdə kompensasiya ödənilmişdir: 1) Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-393/2006 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 yaşayış otağı İddiaçı5 faktki sahibliyində və istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 14 avqust 2018-ci il tarixli müqaviləyə əsasən İddiaçı5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahibliyində və istifadəsində olan ümumi 49,68 kv.m (29,64 kv.m əsas sahə, 13,06 kv.m köməkçi sahə, 6,98 kv.m açıq eyvan ¼ ) sahə üçün 67.842 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 15 540 manat məbləğində maddi yardım ödənilmişdir; 2) Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 27 kv.m olan 2 otağı İddiaçı6 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 08 avqust 2018-ci il tarixli müqaviləyə əsasən həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 43,96 kv.m (34,83 kv.m əsas sahə, 2,27 köməkçi sahə, 6,86 kv.m açıq eyvan 1/4) sahəsi üçün 59.394 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 14.420 manat məbləğində maddi yardım ödənilmişdir; 3) Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-393/2006 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 yaşayış otağı İddiaçı1 faktiki sahibliyində və istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 14 avqust 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahibliyində və istifadəsində olan ümumi 45,88 kv.m (22,48 kv.m əsas sahə, 16,42 kv.m köməkçi sahə, 6,98 kv.m açıq eyvan ¼ ) sahə üçün 62.142 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında ara sında 18 mart 2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 14.780 manat məbləğində maddi yardım ödənilmişdir; 4) Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 23,4 kv.m olan 2 otağı X1 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 17 avqust 2018-c i il tarixli müqaviləyə əsasən həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 34,51 kv.m (31,67 kv.m əsas sahə, 2,15 köməkçi sahə, 0,69 kv.m beton döşəmə) sahəsi üçün 51.740 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 13.764,35 manat məbləğində maddi yardım ödənilmişdir; 5) Azərbaycan Respub likası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 15,4 kv.m olan 1 otağı İddiaçı4 mülkiyyətində olmuşdur. İddiaçı həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 36,07 kv.m (15,49 kv.m əsas sahə, 17,85 köməkçi sahə, 2,73 kv.m beton pilləkən) sahəsi üçün 52.102 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış probl emlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 28 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 13.668 manat məbləğində maddi yardım ödənilmişdir; 6) Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 028628 saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 22 kv.m olan 3 otağı İddiaçı3 mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 07 avqust 2018-ci il tarixli müqaviləyə əsasən həmin ünvanda yerləşən evin faktiki sahibliyində və istifadəsində olan ümumi 55,57 kv.m (30,84 kv.m əsas sahə, 17,87 köməkçi sahə, 6,86 kv.m a çıq eyvan 1/4) sahəsi üçün 76.809 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 19 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 16.742 manat məbləğində maddi yardım ödənilmişdir; 7) İddiaçı7 ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahibliyində və istifadəsində olan ü mumi 39,15 kv.m (21,41 kv.m əsas sahə, 17,74 kv.m köməkçi sahə) sahə üçün 59.725 manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişdir. Həmin ünvanda yerləşən evin zirzəmisinə görə də iddiaçı ilə Cavabdeh arasında 18 mart 2019-cu il tarixli Müqavilə bağlanaraq iddiaçıya 16.618 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan başqa, yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə iddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26 dekabr 2019-ci il tarixli maddi yardım ödənilməsi haqqında razılaşmaya əsasən iddiaçıya kompensasiya məbləğindən əlavə 14.830 manat məbləğində maddi yardım ödənilmişdir. Göründüyü kimi, iddiaçıların mülkiyyətlərində və istifadələrində olmuş əmlaklara görə qanununa müvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişd ir. İddiaçılar mübahisəli sahələri alqı-satqı müqavilələri əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişlər. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Buna görə də iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1975/2021 nömrəli, 31 may 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların dəlillərinə görə iddiaçılara məxsus əmlak dövlət ehtiyacları üçün cavabdeh tərəfindən alınarkən onlarla notarial qaydada bağlanmış müqavilələrdə və razılaşmalarla hazırda tələb etdikləri kompensasi yalar göstərilməmiş və ödənilməmişdir. Halbuki satılmış yaşayış sahəsi "xxxx" MMC tərəfindən tərtib edilmiş Qiymətləndimə hesabatından çıxarış”a əsasən qiymətləndirilməklə, satıcılara Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesablanaraq ödənilmiş, eyni zamanda kompensasiya məbləği hesablanarkən yarımzirzəmiyə görə də nəzərə alınmışdır. İddiaçılar tərəfindən isə qeyd edilmiş halları təkzib edən sübutlar, o cümlədən “evin hesablanmamış hissəsinə” dair sübutlar işin materiallarına əlavə edilməmişdir. Ona görə də cavabdeh İcra Hakimiyyətinin imtinası əsaslı və qanunauyğun olmuş, iddiaçıların iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilə bilməz.
9. İddiaçılar hə min qərardan apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-160/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 1
3. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr tərəfindən işə baxılarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1, 7.3.1, 65.1.2, 65.5.1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinin tələblərinə əməl edilməməklə prosessual pozuntuya yol verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu:... Maddə
1. Əsas anlayışlar 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdu diyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər; 1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər... Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razıl aşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz.... Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına m əruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir.... Maddə
36. Torpağın satın alınması təklifinin qəbul olunmasından sonra alan orqanın hərəkətləri 36.1. Bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 36.1.1. mülkiyyətçiyə torp ağın dəyərini tam ödəyir; 36.1.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 36.1.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra bu Qanunun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 36.2. Mülkiyyətçi bu Qanunun 36.1-ci maddəsinin tələblərinin təmin edilməsi məqsədi ilə satılan torpağa dair hüquqlarla bağlı müvafiq sənədləri təqdim etməklə alan orqana köməklik göstərmək öhdəliyi daşıyır.... Maddə
66. Çətinliklərə görə kompensasiya 66.1. Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir.... 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir:... 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:... Maddə
527. Öhdəliklərə xitam verilməsi əsasları 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.... Maddə
528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.... Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.... Maddə
646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:... Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla ki fayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə kompensasiyanın ödənilməsi məsələsi ilə bağlı apellyasiya məhkəməsi lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məh kəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-160/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.