Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-992/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, iddia müddəti) 02.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinə qarşı (üçüncü şəxslər X10 və qeyriləri) “cavabdehin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(107)-89/202 3 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Oğuz rayon Filfilli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 12 saylı iclas protokolunun qərarından çıxarışlara əsasən, X10, X15, X13 və X6 Filfilli bələdiyyəsinin mülkiyyətinə aid perspektiv inkişaf torpaqlarından fərdi evin tikintisi məqsədi ilə 1200 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır.
2. Oğuz rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin 16 sentyabr 2007-ci il tarixli, 461 nömrəli məktubuna cavab olaraq həmin quruma ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubda qeyd edilmişdir ki, Filfilli bələdiyyəsinin ərazisindən (perspektiv inkişaf, ehtiyat fondu) X6, X2, X3, X7 hər birinə 0,12 ha olmaqla həyətyanı torpaq sahəsinin ayrılması məqsədəuyğundur. 3. 405013001846 reyestr nömrəli çıxarışda Oğuz şəhəri, Filfilli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə hüquq sahibinin adı X10 qeyd edilmişdir. 4. 405013001844 reyestr nömrəli çıxarışda Oğuz şəhəri, Filfilli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə hüquq sahibinin adı X14 qeyd edilmişdir. 5. 405013001847 reyestr nömrəli çıxarışda Oğuz şəhəri, Filfilli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə hüquq sahibinin adı X11 qeyd edilmişdir. 6. 405013001845 reyestr nömrəli çıxarışda Oğuz şəhəri, Filfilli kəndində yerləşən 0,12 ha torpaq sahəsinə hüquq sahibinin adı X13 qeyd edilmişdir.
7. İşdə olan mütəxəssis rəyindən görünür ki, Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı il ə X1, X4, X5, X8 mülkiyyətinə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası örüşdür. Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0247 ha hissəsi, X4 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0820 ha hissəsi, X5 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,0655 ha hissəsi, X8 mülkiyyətinə verilmiş 0,12 hektar torpaq sahəsinin 0,1139 ha hissəsi İddiaçı istifadəsində olan 0,36 hektar torpaq sahəsi ilə üst-üstə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3, X7, X6 və X12 0,12 ha torpaq sahəsini n ayrılması ilə bağlı Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən üçüncü şəxslər X3, X7, X6, X12 hər birinə 0,12 ha olmaqla ayrılmış torpaq sahələri örüş torpaq sahəsinə aid olduğu üçün, həmin torpaq sahəsinin ayrılması ilə bağlı cavabdehin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarını mübahisələndirmiş və həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Cavabdeh orqan müvafiq qərar əsasında üçüncü şəxslərə satılmış torpaq sahəsinin uqodiyasının örüş olması və bələdiyyə tərəfindən qanunsuz satılması barədə iddiaçının tələbi ilə razılaşmışdır.
10. Oğuz rayon Filfilli bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim olunmuş məktubda qeyd edilmişdir ki, İddiaçı iddiası üzrə istifadə etdiyi Filfilli kəndində yaşadığı yerin yaxınlığındakı ərazi 2005-ci il tarixdən və demək olar ki, həmin tarixdən də əvvəllər İddiaçı və həmin kənd sakini X9 iddia ərizəsinə əlavə edilmiş icarə müqaviləsi əsasında, bələdiyyənin balansında olan “örüş və biçənək sahəsi” kimi verilmişdir. Hal-hazıra kimi həmin torpağın təyinatı dəyişdirilməmişdir və bələdiyyənin balansında “örüş və biçənək” sahəsi kimi qalır. Eləcə də, iddiaçıya və digər adı gedən kənd sakininə qüvvədə olan icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı hal-hazırkı tarixə kimi xəbərdarlıq verilməmişdir. Mütəmadi olaraq istifadə etdikləri torpaq sahəsinin vergi haqlarını ödəmişlər. Oğuz rayon Filfilli bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 12 saylı iclas pro tokolunun qərarından çıxarışa əsasən, iş üzrə maraqlı şəxslərə ev tikmək üçün Filfilli bələdiyyəsinin mülkiyyətinə aid “perspektiv inkişaf və ehtiyat fonduna” aid torpaq sahəsindən 1200 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. Başqa bir məhkəmə işi üzrə Şəki Apellyasiya Məhkəməsinin sorğusuna tərəfimizdən 01 iyun 2020-ci il tarixdə, 18 saylı məktubla cavab verilərək, mübahisəli ərazinin bələdiyyənin balansında “örüş və biçənək” sahəsi kimi olması və icarə müqaviləsi əsasında vergi haqları ödənilməklə İddiaçı və M.Ə.Ağakişiyev tərəfindən istifadə edilməsi bildirilmişdir. Eləcə də “Bələdiyyə torpaqlarından istifadə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bu qəbildən olan torpaqların satıla bilməməsi bildirilmişdir. Göstərilənlərə əsasən, İddiaçı iddi ası əsaslıdır. Maraqlı şəxslərlə bağlı qeyd edilən iclas protokoluna əsasən onlara ayrılmış torpaq sahəsi təyinatı və sahəsi müəyyənləşdirilmədən qanunsuz verildiyindən, bələdiyyənin iclasında baxılaraq, bu barədə qərar qəbul ediləcəkdir.
11. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Oğuz rayon Filfilli bələdiyyəsinin üçüncü şəxslər X10, X13, X14 və X12 0,12 ha torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab edərək qeyd etmişdir ki, mübahisələndirilən qərar xx.xx.2007-ci il tarixində qəbul edilmişdir. Müvafiq qərarın iddiaçıya göndərilməsi və həmin qərardan iddiaçının məlumatlı olması ilə bağlı hər hansı sübut yoxdur. İddiaçı, müvafiq qərarın mövcudluğundan məhkəmənin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubunu aldıqdan sonra məlumatlı olduğunu bildirmişdir.
13. Üçüncü şəxslər X10, X13, X14, X15 apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-326/2022 saylı qərarının ləğv olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(107)-89/2023 nömrəli (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/ R.R.Rəfiyev və G.İ.Cavadova) qərarı ilə üçüncü şəxslər X10, X13, X14, X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1( 116)-326/2022 saylı qərarı ləğv edilmiş, iddiaçının “cavabdehin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında İddiaçı Oğuz rayon Məhkəməsində 2019-ci ildə iddiaçılar X10, X13, X14 və X8 cavabdehlər İddiaçı və X9 qarşı həyətyanı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə baxılan zaman onun Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı barədə və torpaq sahəsinin üçüncü şəxslərə satılması barədə məlumatı olduğunu bildirmişdir. İPM-nin 38.1-ci maddəsinə əsasən “mübahisələndirmə haqqında” iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiya sına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmadığından hazırkı iddia tələbi mümkün sayıla bilməz.
16. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(107)-89/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 58.1, 62.1, 64.1, 67.167.3, 67.12, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddələrinə istinad olunaraq, qeyd edilmiş dir ki, məhkəmənin qənaəti yanlış olmuşdur və qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuşdur.
18. Belə ki, Oğuz rayon Filfilli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı iddiaçıya göndərilməmişdir. Müvafiq qərarın iddiaçıya göndərilməsi və həmin qərardan iddiaçının məlumatlı olması ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir.
19. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsində iddia müddətinin axımı məhz inzibati aktın təqdim olunduğu vaxtdan hesablanır. İddiaçıya isə qeyd olunan inzibati akt rəsmi olaraq təqdim olunmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri
20. Üçüncü şəxslər X10, X13, X14 ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məh kəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
22. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda müb ahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş ha llarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkünd ür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. O dur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halla rı araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
31. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, haz ırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilmişdir. Hazırkı mübahisəyə münasibətdə iddia tələbi bələdiyyə qərarının ləğvinə yönəlmişdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsinə yönəlmişdir.
34. İPM-in 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
35. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, xx.xx.2007-ci il tarixli qərar iddiaçı tərəfindən yalnız 15 il sonra, yəni 2022-ci ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmüşdür.
36. Bununla bağlı nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli h üquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
37. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə inzibati idarəçiliyin və mülki dövriyyənin sabi tliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
38. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkü n olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 39. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühaki məsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
41. Bu qərarın 34-cü bəndində artıq qeyd olunduğu kimi, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat ver ildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan başlanır.
42. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçı mübahisələndirilən inzibati akt barədə məlumatlı olmasına və məlumatlı olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçının mübahisələndirdiyi qərar cavabdeh tərəfindən 30 noyabr 2007-ci il tarixli qəbul edilmişdir. Mübahisələndirilən həmin qərardan iddiaçının əvvəldən məlumatlı olduğu iş üzrə materiallarla təsdiq olunur. Bu barədə məlumatlı olduğu iddiaçının özü tərəfindən də etiraf olunur. Həmçinin iş materiallarında həmin akta qarşı iddiaçı tərəfindən hüquqi müdafiə vasitələrindən istifadə edildiyinə dair hər hansı məlumat aşkar edilməmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi dəlillər müddətin buraxılmasının və qərarın müddət ötürülməklə mübahisələndirilməsinin üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Odur ki, məlumatlı olduğu halda iddiaçı tərəfindən qeyd olunan qərarın qəbul edildiyi tarixdən on beş ildən çox müddət ərzində mübahisələndirilməməsi və nəticədə iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir.
43. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvinə yönəlmiş müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
44. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəm əsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 21(107)-89/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardad qətidir.