Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-993/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( diplomun tanınması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X1 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-82 /2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2012-ci ildə Rusiya Federasiyası Moskva Dövlət Pedaqoji Universitetinin əyani şöbəsinə daxil olmuş, 13 iyun 2016-cı ildə həmin universiteti bitirmiş, dövlət yekun attestasiyasını keçərək bakalavr dərəcəsinə layiq görülmüşdür.
2. İddiaçı universitet tərəfindən ona verilmiş **********369 saylı, 21 iyun 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə əlaqədar olaraq cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh 26 oktyabr 2017-ci il tarixli məktubla diplomun tanınmasından imtina edərək bildirilmişdir ki, Rusiya Federasiyası Mos kva Dövlət Pedaqoji Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 23.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası Moskva Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş 107704 ******* nömrəli, 21 iyun 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı ərizəsində göstərmişdir ki, o, xx.xx.1994-cü il tarixin də Zərdab rayonunun Sarıqaya kəndində anadan olmuş, 2012-ci il tarixində Rusiya Federasiyası Moskva Dövlət Pedaqoji Universitetinin əyani şöbəsinə daxil olmuş, 13.06.2016-cı ildə həmin universiteti bitirmişdir. Dövlət və Bələdiyyə İdarəetməsi hazırlıq istiqaməti üzrə bakalavriat proqramını mənimsəmiş və dövlət yekun attestasiyasını müvəffəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının 13.06.2016-cı il tarixli qərarı ilə bakalavr dərəcəsinə layiq görülmüşdür. Universitet tərəfindən onun adına verilmiş **********369 saylı, 13.06.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə əlaqədar olaraq cavabdehə ərizə ilə müraciət etsə də, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2 018-ci il tarixli, 2-1(82)2306/2018 saylı qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmiş, iddiaçıya Rusiya Federasiyası Moskva Dövlət Pedaqoji Universiteti tərəfindən 21 iyun 2016-cı ildə verilmiş 107704 ******* nömrəli (qeydiyyat nömrəsi 05-16/009 16) bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
6. Məhkəmə hesab etmişdir ki, sözügedən diplomun ekvivalentliyi Azərbaycan Respublikasının 13 may 2003-cü il Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinin tələblərinə uyğun olaraq müəy yən edildiyinə görə, ekvivalentlik haqqında Şəhadətnamə iddiaçıya ekspertiza keçirilmədən verilməlidir.
7. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2-1(82)-2306/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
9. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının bakalavr səviyyəsi üzrə təhsil aldığı ali məktəbin yerləşdiyi ölkədə olduğu müddət onun müvafiq tədris proqramını mənimsəməsi üçün kifayət hesab oluna bilməz. Odur ki, Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar aşkar olunduğundan və bu hallar məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan olan nazirliyin iddiaçının diplomunun tanınmasından imtinası qanunauyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır
10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassa siya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)41/2020 saylı, 03 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.R.Xələfov) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1168/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərar alınmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Rusiya Respublikasında olma müddətlərini diplomun əlavəsində göstərilən həcmdə tədris yükünün mənimsənilməsi üçün kifayət hesab etməsə də, iddiaçının diplomun əlavəsi ndə göstərilən həcmdə tədris yükünü mənimsəməsi üçün hansı müddət ərzində Rusiya Respublikasında olmalı olduğunu əsaslandırmamışdır. Həmçinin, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikasından çıxışı və respublika ərazisinə giriş barədə sərhədkeçmə məlumatını qiymətləndirərkən iş materiallarına əlavə olunmuş “İddiaçı “X3 və Müalicə” mərkəzində “sağ tərəfli eksudativ Plevrit, Pnevmotoraksla ağırlaşma” diaqnozu ilə 02 fevral 2015-ci ildən 23 iyun 2015-ci il tarixinədək müayinədə və müalicədə olması” barədə arayışı nəzərə almamış, yalnız cavabdeh orqanın cavab məktubuna əsaslanaraq qərar qəbul etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-82/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2-1(82)-2306/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan narazı qalaraq kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Be lə ki, nazirlikdə iddiaçının sənədləri araşdırılarkən təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən, iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, X4 Pedoqoji Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş (iddiaçı) həmin ölkədə qısa müddət ərzində olmuşdur. Odur ki, iddiaçının həmin müddət ərzində diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi, t ədris olunan fənləri mənimsəməsi, kurs işi yazması, yekun dövlət imtahanını verməsi qeyri-mümkündür.
17. Həmçinin sərhədkeçmə məlumatından görünür ki, iddiaçı təhsil aldığı ölkədə təhsilin normativi üzrə (3-cü kursda) qısa müddətdə olmuş və imtina da bu əsasla verilmişdir. Göründüyü kimi, ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
20. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarı nın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarı Bənd 1.5 Ali təhsi l pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikay ətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilm işdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi isə onun müraciətini təmin etməkdən imtina etmişdir.
27. Cavabdeh imtina məktubunda olduğu kimi kassasiya şikayətində də iddiaçı tərəfindən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilmədiyini bildirir.
28. Qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təhsil müəssisəsinin normativ müddətin tələbinə faktiki riayət edib etməməsi araşdırılmış və cavabdehin mübahisələndirdiyi xüsusatların hüquqi əsasının olmadığı müəyyən edilmişdir.
29. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Moskva Dövlət Pedaqoji Universiteti tərəfindən verilmiş 31.05.2016-cı il tarixli, 031 nömrəli arayışa (arayış Universitetin direktoru İ.P.Balaşova tərəfindən imzalanmışdır) əsasən, İddiaçı Rusiya Federasiyası Moskva Dövlət Pedaqoji Universitetinin Egoryevskiy filialının "Dövlət və bələdiyyə idarəçiliyi" istiqamətində tam zamanlı təhsilin tam kursunu tamamlamışdır. Dövlət imtahanını müvəffəqiyyətlə keçmiş və son ixtisas seçmə işini müdafiə etmişdir. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Domodedovo X2 X5 tərəfindən iddiaçıya ünvanlanmış 01.09.2014-cü il tarixli, 7998 n ömrəli məktubda qeyd edilmişdir ki, Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına girmə haqqında” Federal Qanununun 26-cı maddəsinin 8-ci bəndinə uyğun olaraq, iddiaçıya 15 İyul 2016-cı il tarixinə qədər Rusiya Federasiyasına daxil olmağa icazə verilməmişdir. Qadağa müddətinin bitməsindən əvvəl Rusiya Federasiyasının ərazisinə daxil olduğu halda, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsi tərəfindən təqdim edilmiş, 18.05.2019-cu il tarixli, 33/2853 saylı cavab məktubundan (məktub Sərhəd Nəzarəti rəisinin müavini Azad Qasımov tərəfindən imzalanmışdır) görünür ki, İddiaçı 2012-2019-cu illər ərzində 09.10.2012-ci il Gəncə-çıxış Rusiya; 22.01.2013-cü il - Gəncə giriş Rusiya; 09.02.2013-cü il-Gəncə-çıxış Rusiya; 15.07.2013-cü il - Gəncə - giriş Rusiya; 12.09.2013-cü il - Qəbələ Aeroportu - çıxış Rusiya; 10.08.2014-cü il Gəncə - giriş Rusiya; 01.09.2014-cü il - Qəbələ Aeroportu - çıxış Rusiya; 02.09.2014-cü il Gəncə - giriş Rusiya; 21.12.2014-cü il - Gəncə-çıxış Rusiya; 25.01.2015-ci il - Gəncə - giriş Rusiya; 31.08.2015ci il - Samur - çıxış Rusiya; 14.08.2016-cı il - Şıxlı - Giriş Gürcüstan olmuşdur.
30. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının aldığı təhsilin forması (əyani), müddəti (4 il), sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında verilən təhsilin meyarlarına uyğundur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfi ndən diplomun tanınmasından imtina edilməsi işin hallarına, qanunvericiliyə zidd olduğundan iddiaçının diplomunun tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilir.
32. Məhkəmə kollegiyası işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
33. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-82/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.