Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-993/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dayandırılmış pensiya ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cü il təvəllüdlü; FİN: 2TZDOZD) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2-1(103)-810/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(82)4040/2017 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, 2004-2005-ci il illərin əmək haqları nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs i tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 25 iyun 1974-cü ildən 30 sentyabr 1976-cı ilədək işlədiyi, 21 oktyabr 1977-ci ildən 24 sentyabr 1979-cu ilədək Hərbi Xidmətdə olduğu müddətin, 23 noyabr 1979-cu ildən 14 oktyabr 1981-ci il tarixədək "Xəzərdəniztəmirtikinti" Trestinin Tikintini Mexanikləşdirmə İdarəsində, 21 oktyabr 1981-ci ildən 16 may 1988-ci il tarixədək Avtobus Parkında, 17 may 1988-ci ildən 12 noyabr 1993-cü ilədək "Zığ Avtokolonunda", 1 dekabr 1993-cü ildən 1 sentyabr 1994-cü ilədək Suraxanı Rayon İcra Hakimiyyəti Nəzdində Təmir Tikinti Sahəsində, 5 sentyabr 1994-cü ildən 1 yanvar 2006-cı ilədək "Qum adası" NQÇİ-də işlədiyi iş illərinin 1 nömrəli siyahı üzrə sosial sığorta stajına daxil edilərək ona 24 mart 2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqları nəzərə alınmaqla təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinin 12 oktyabr 2017-ci il tarixli 18/045713 nömrəli məktubundan görünür ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinə qarşı pensiyanın təyin edilərək ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4040/17 nömrəli iş üzrə 29 sentyabr 2017-ci il t arixli qərarı tərəflərindən icra olmuşdur.
3. Lakin İddiaçı əmək pensiyasının ödənişi 4 noyabr 2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4040/20217 nömrəli, 29 sentyabr 2017-ci il tarixli qərarı əsasında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qə bul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1959-cu ildə anadan olmuşdur. İşlədiyi müddətdə dənizdə neftçi olmuşdur. 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4040/2017 nömrəli, 29 sentyabr 2017-ci il tarixli qərarı ilə ona 24 mart 2009-cu il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin əmək haqları nəzərə alınmaqla təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət. Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardan apellyasiya şikayəti verilməmişdir. Məhkəmənin qərarı 29 sentyabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş və ona pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin oktyabr ayından ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Pensiya ödənişinin dayandırılmasının səbəbi barədə ona rəsmi məlumat verilmir. Dəfələrlə müxtəlif orqanlara şikayət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Ona 2017-ci ildə məhkəmə qərarı əsasında təyin edilmiş pensiyanın dayandırılması özbaşınalıq və qanunsuzluqdur. Onun pensiyası tam qanunidir. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarının icrası qanunsuz olaraq dayandırılmışdır. Pensiyasını dayandırmışlar və ona məlumat verməmişlər. Hal-hazırda öhdəsində xəstə yoldaşı, övladları, bir neçə banka kredit borcu var. Pensiyasının verilməməsi onu ağır vəziyyətə salmışdır. Dəfələrlə müraciət etməyinə baxmayaraq pensiya ödənişi bərpa edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir
6. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-3527/2021 nömrəli qərarı ilə (hakim Aytən Oruczadə) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, imtina əsassızdır. Belə ki, iddiaçıya məhkəmə qərarı ilə 24 mart 2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqları nəzərə alınmaqla təyin edilmiş, həmin qərarın yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsi isə iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda, qeyd olunan qərar icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi ilə müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından ç ıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)3527/2021 nömrəli 11 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2-1(103)-810/2022 nömrəli qərarı ilə (hakimlər: Səadət Bəktaşi -sədrlik edən və mər uzəçi, Azər Hüseynov və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparilarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı həqiqətən “BEOCL” şirkətinin Azərbaycan Respublikası nümayəndəliyində 1 oktyabr 2010-cu il tarixdən (Əmr 1 oktyabr 2010) 7 yanvar 2014-cü il tarixə kimi qaz kompressor sexində kompressor qurğusunun maşinisti, 7 yanvar 2014-cü il tarixdən halhazıra kimi Əməliyyat departamentinin hasilat şöbəsinin KS, qazın yığılması, hazırlanması və nəqli sahəsində kom pressor qurğusunun maşinisti (2130302a-13775) peşəsində işləyib. Belə ki, İddiaçı tam iş günü ərzində bu peşədə işlədiyi üçün Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən onun 5 aprel 2016-cı il tarixə kimi güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 4 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq ona 13 aprel 2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
13. Apellyasiya məhkəməsi İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az (5 il 6 ay 4 gün) olması məsələsini araşdırmadan cavabdehin imtinasının qanunsuz olması barədə əsassız qərar qəbul etmişdir.
14. Göründüyü kimi, apell yasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-810/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdi yinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Maddə
129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. 18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. 19. ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəmə sinin 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə ver ilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə araşdırması»nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar)
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən b axılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4040/20217 saylı, 29 sentyabr 2017-ci il tarixli qərarı əsasında ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pens iya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(82)-4040/2017 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, 2004-2005-ci il illərin əmək haqları nəzərə alınmaqla 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 25 iyun 1974-cü ildən 30 sentyabr 1976-cı ilədək işlədiyi, 21 oktyabr 1977-ci ildən 24 sentyabr 1979-cu ilədək Hərbi Xidmətdə olduğu müddətin, 23 noyabr 1979-cu ildən 14 oktyabr 1981-cu il tarixədək "Xəzərdəniztəmirtikinti" Trestinin Tikintini Mexanikləşdirmə İdarəsində, 21 oktyabr 1981-ci ildən 16 may 1988-ci il tarixədək Avtobus Parkında, 17 may 1988-ci ildən 12 noyabr 1993-cü ilədək "Zığ Avtokolonunda", 1 dekabr 1993-cü ildən 1 sentyabr 1994-cü ilədək Suraxanı Rayon İcra Hakimiyyəti Nəzdində Təmir Tikinti Sahəsində, 5 sentyabr 1994-cü ildən 1 yanvar 2006-cı ilədək "Qum adası" NQÇİ-də işlədiyi iş illərinin 1 (bir) nömrəli siyahı üzrə sosial sığorta stajına daxil edilərək ona 24 mart 2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əmək haqları nəzərə alınmaqla təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur.
26. Həmçinin, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinin 12 oktyabr 2017-ci il tarixli 18/045713 nömrəli məktubuna əsasən İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinə qarşı pensiyanın təyin edilərək ödənilməsi tələbinə dair 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-4040/17 saylı iş üzrə 29 sentyabr 2017-ci il tarixli qərarı tərəflərindən icr a olmuşdur.
27. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 5 fevral 2021-ci il tarixli **********4 nömrəli və 16 fevral 2021-ci il tarixli **********2 nömrəli məktublarına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 13 iyul 2021-ci il tarixli **********5 nömrəli “Pensiya ödənişinin dayandırılması haqqında” məktubuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mü təmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi 4 noyabr 2020-ci il tarixindən dayandırılmışdır.
28. Bununla yanaşı apellyas iya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 57 yaşdan 24 mart 2016-cı ildən 241,71 manat məbləğində güzəştli şərtlərlə pensiya təyin edilmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(82)- 4040/2017 nömrəli qərarı ilə İddiaçı 25 iyun 1974-ci ildən 30 sentyabr 1976-cı ilədək işlədiyi, 21 oktyabr 1977-ci ildən 24 sentyabr 1979-cu ilədək Hərbi Xidmətdə olduğu müddətin, 23 noyabr 1979-cu ildən 14 oktyabr 1981-ci il tarixədək "Xəzərdəniztəmirtikinti" Trestinin Tikintini Mexanikləşdirmə İdarəsində, 21 oktyabr 1981-ci ildən 16 may 1988-ci il tarixədək Avtobus Parkında, 17 may 1988-ci ildən 12 noyabr 1993-cü ilədək "Zığ Avtokolonunda", 1 dekabr 1993-cü ildən 1 sentyabr 1994-cü ilədək Suraxanı Rayon İcra Ha kimiyyəti Nəzdində Təmir Tikinti Sahəsində, 5 sentyabr 1994-cü ildən 1 yanvar 2006-cı ilədək "Qum adası" NQÇİ-də işlədiyi iş illərinin 1 (bir) nömrəli siyahı üzrə sosial sığorta stajına daxil edilərək ona 24 mart 2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005ci illərin əmək haqları nəzərə alınmaqla təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli 2-1(82)-4040/2017 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən icra edilmişdir. Lakin İddiaçı əmək pensiyasının ödənişi 4 noyabr 2020-ci il tarixindən dayandırılmışdır. İddiaçı təyin edilmiş əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir.
29. Belə olan halda apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericilikdə məhkəmə qərarının icrası məcburi şərt kimi müəyyən edilmişdir. Cavabdeh isə 2017-ci il tarixdən icra edilən məhkəmə qərarının icrasını heç bir əsaslı səbəb gətirmədən dayandırmaqla iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
30. Cavabdehin kassasiya şikayətində dəlili ondan ibarətdir ki, apellyasiya məhkəməs i iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (5 il 6 ay 4 gün) olması məsələsini araşdırmadan cavabdehin imtinasının qanunsuz olması barədə əsassız qərar qəbul etmişdir. Belə ki, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinadən pensiyanın ödənişini dayandırmaqda haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, yuxarıda artıq göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məcburidir və məhkəmə qərarının dayandırılması yol verilməzdir.
32. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsaslanması yanlışdır.
33. Belə ki, həmin Qanunun 37.8, 37.8.1, 37.8.2, 37.8.3-cü maddələrində qeyd olunmuşdur ki, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə, əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda və ya bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, belə halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır
34. Lakin hazırkı inzibati mübahisədə pensiyanın dayandırılması üçün müəyyən edilmiş halların heç biri mövcud deyildir və bir daha xatırlatmaq lazımdır ki, iddiaçıya pensiya məbləği qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə görə müəyyən edilmişdir.
35. Digər tərəfdən cavabdeh sözügedən mübahisəli qərarı qəbul etməmişdən öncə “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan İV fəslinə müvafiq olaraq iddiaçının pensiyanın dayandırılması ilə bağlı müraciəti ilə əlaqədar olaraq inzibati icraata ba şlamalı və yalnız onu həyata keçirdikdən sonra məsələyə dair qərar qəbul etməli idi. Lakin cavabdeh bunu etməmişdir.
36. Eyni zamanda, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, iddiaçıya pensiya qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında ödənilirdi, buna görə də iddiaçı dayandırılmış pensiyanın bərpa edilməsi ilə bağlı məsələni hazırkı iddia qaldırmaqla deyil, məhkəmənin qərarının icrası qaydasında həll etməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə, həmin qərarların qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər.
37. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını qaldırmış olur ki, buda yolverilməzdir.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 15 fevral 2022ci il tarixli 2-1(103)-810/2022 nömrəli qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
39. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraq larının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
40. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 35.1 96.9 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 21(103)-810/2021 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.