Məhkəmə qərarları › İş №2-1(102)-993/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-993/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-993/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)651/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon Aqrar İslahat Komissiyasının 03 nömrəli, xx.xx.1998-ci il tarixli qərarı ilə Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 hektar torpaq sahəsi iddiaçıya və onun ailə üzvləri olan İddiaçı3, İddiaçı2 və X3 ayrılmış və torpaq sahəsi həmin şəxslərin adına qeydə alınaraq JN-0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. 2. 10.06.2019-cu ildə X5 ölmüşdür.

3. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanmasını xahiş etmişdir.

4. Cavabdeh ərizənin təmin edilməsindən imtina etmiş və qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı torpaq sahəsi üzərində mübahisənin mövcud olduğu aşkar edilmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsinin digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsini n cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 1998-ci il tarixli 03 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi 3 üç nəfər olmaqla iddiaçının ailəsinin mülkiyyətinə verilmişdir. 2003-cü ildən iddiaçılar torpaq sahəsindən kənd təsərrüfatı mallarının istehsalı məqsədilə istifadə etmişdirlər. 1.24 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Quba "Asan Xidmət" Mərkəzinə xx.xx.2021-ci il tarixli **********, ********** qeydiyyat nömrəli ərizələrlə ilə müraciət olunmuşdur. Cavabdeh orqan **********39 nömrəli xx.xx.2021-ci il tarixli məktubla "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanunun 11 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli **********, ********** qeydiyyat nömrəli ərizə ilə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi vətəndaş X6 tərəfindən müraciət olunmuşdur. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeyd iyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 5 avqust 2021-ci il tarixli, 2-1(118)-1221/2021 saylı qərarı ilə (hakim İ.Quliyev) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi ilə bağlı mübahisə vardır, həmin torpaq sahəsindən faktiki olaraq başqa şəxs istifadə edir, iddiaçı torpaq sahəsinə faktiki sahiblik edə bilmir. Qeyd edilən hallar torpaq sahəsinə mülkiyyət sənədinin verilməsindən inzibati orqanın imtinası üçün əsas təşkil edir.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(105)-143/2022 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, F.Məmmədov və Z.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 5 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı1 cavabdehə qarşı “torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmi şdir. birinci instansiya məhkəməsində ikinci icraat

12. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(118)-1043/2022 saylı qərarı ilə (hakim C.Məmmədov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN0064, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 hektar torpaq sahəsi üzərində X1, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməs inin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən, JN0064, kod 30311028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 1.24 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi ü zərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2-1(105)-63/2023 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, İ.Dəmirov və M.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1287/2023 nömrəli, 6 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, İ.Hüseynov və K.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-651/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, A.Süleymanova və S.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birin ci instansiya məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxs (xx.xx.2017-ci il tarixdə vəfat etmiş) X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi, habelə JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1, İddiaçı3 və İddiaçı2 adlarına qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Az ərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərar alınmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ş materialları əsasında müvafiq Dövlət Aktı əsasında torpaq sahəsi ayrılan şəxslərdən X2 xx.xx.2017-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 X2 vərəsəsi tanınmışlar. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

21. Bununla əlaqədar, iddiaçılar və X2 hüquqi varisləri İddiaçı1 və İddiaçı3 tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə məhkəməyə təqdim edərək, sözügedən torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınması və vəfat etmiş şəxs münasibətdə isə hüququn ona məxsus olması barədə arayışın verilməsi, plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.

22. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ər izəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı qeyd edilən (hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 9.1-ci maddi hüquq normalarının pozulmasına yol vermişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöb əsi tərəfindən verilmiş JN-0064, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (faktiki dövlət aktın) 0064 planşet nömrədə göstərilən 0.938427 ha torpaq sahəsi yeni istifadəyə verilmiş torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsi 0.72 ha kimi işlənilmişdir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına imtina etmişdir. Bundan başqa, torpaq sahəsi ilə bağlı mübahisə olduğundan (torpaq sahəsi digər şəxs tərəfindən istifadə edilir) müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır.

25. Məhkəmə kollegiyası göstərilən maddi hüquq norma sının pozulmasına yol verərək nəzərə almamışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

26. Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, Ali məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-890/2020, nömrəli, xx.xx.2020ci il tarixli qərarı, 2-1(102)-124/2021 nöm rəli, xx.xx.2021-ci il tarixli qərarı məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir.

27. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ali Məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-983/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı.

28. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin 5 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilmə məsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasi ya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(105)-651/2023 saylı qərarla, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)1043/2022 nömrəli qərarının dəyişdirilməsi, iddianın təmin edilməsi, JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxs (xx.xx.2017-ci il tarixdə vəfat etmiş) X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi, habelə JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1, İddiaçı3 və İddiaçı2 adlarına qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədini n hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması nəticəsinə gəlmişdir.

34. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 nümayəndəsi və X2 hüquqi varisi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Beləliklə iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən göründüyü kimi, irəli sürülmüş tələblərdən biri olaraq, ərizədə yazıldığı kimi, “həmin torpaq sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi”dir.

36. Apellyasiya məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsini yalnış tətbiq edərək sözügedən tələbi təmin etmişdir.

37. Xatırladırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

38. Sözügedən maddənin dispozisiyasından göründüyü kimi, “daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir”.

39. Lakin iş materiallarından görünür ki, X5 xx.xx.2017-ci il tarixində vəfat etsə də, Quba rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998- ci il tarixli 03 saylı qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı2, X2 mülkiyyətinə 1,24 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında JN-064 KOD30311028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir.

40. Beləliklə, X5 xx.xx.2017-ci il tarixində vəfat etdiyi zaman, onun adında artıq sözügedən 1,24 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən Dövlət Aktı mövcud olmuş, yəni yuxarıda göstərilmiş əmlakın məxsusluğu barədə arayışın verilməsinə ehtiyac qalmamışdır.

41. Digər tərəfdən qeyd edilməlidir ki, X1 qanun üzrə vərəsələri, hazırkı işdə iddiaçılardan onun atası – İddiaçı1 və anası – İddiaçı3dır.

42. X1 digər birinci növbədə, o cümlədən qardaşı İddiaçı2, qanun üzrə vərəsələri yoxdur (Mülki Məcəllənin 1159-cu maddəsi).

43. Buna görə də İddiaçı2 hüququ var ki, o yalnız sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ ilə bağlı ona məxsus sahə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsini cavabdehdən tələb etsin.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-651/2023 nömrəli qərarı qismən ləğv edilsin, yəni “JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 h a torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxs (xx.xx.2017-ci il tarixdə vəfat etmiş) X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. “JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsinin İddiaçı2 məxsus sahə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi” hissəsi qüvvədə saxlanılmaqla, qərar qalan hissədə ləğv edilsin və ləğv edilmiş hissədə iddia rədd edilsin. “JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəmə mmədkənd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 və İddiaçı3 adlarına qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun” hissəsində dəyişdirilsin. İddiaçılar İddiaçı1 və İddiaçı3 adlarına onlara məxsus paylar və mərhum X3 məxsus pay üzərində JN-0064 KOD 30311028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ayrılmış Quba rayonu, Mirzəməmmədkənd kəndi ərazisində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış, torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar