Məhkəmə qərarları › İş №2-1(102)-994/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-994/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-994/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-535/2021 nömrəli, 18 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.2019-cu il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.

2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və xx.xx.2020-ci il tarixli, İQ-49/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, İQ-49/1 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv olunmasını, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi (iddiaçı) İddiaçı 3 iyul 1996-cı il tarixdə İran İslam Respublikasının Məşhəd şəhərində doğulmuşdur, milliyyətcə hazaradır, dini etiqadına görə müsəlmandır (şiə), 7 yaşından İranın Məşhəd şəhərində məktəbə getmiş, 1 və 2-ci sinifləri həmin şəhərin “Şeyx Həsən” məntəqəsində yerləşən məktəbdə oxumuş, ailə üzvləri Əfqanıstana qayıtdıqdan sonra 3-cü sinfi Əfqanıstanın Fekrabad məntəqəsindəki “Bərək” məktəbində, 4–12-ci sinifləri Yolmərəb məntəqəsindəki Nəsvan məktəbində oxumuşdur. 2 il “Projeye Xalid” məntəqəsində “İdarəçilik və mühasibatlıq İnstitutu”nda təhsil almış, 2016-cı ildə Bəlx Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olmuş və 2 il 2 ay orada təhsil almışdır. Azərbaycana gələnə qədər həmin Universitetdə təhsil almağa davam etmişdir. 2015-ci ildə Yolmərəbdə yerləşən “Kövsər” kursunda riyaziyyat fənni üzrə 6-7 ay tədris aparmış, 2016-cı ildə Məzare Şərif şəhərinin Balşəhr məntəqəsində yerləşən kurslardan birində riyaziyyat fənni üzrə 5 ay tədris aparmış, 2018ci ildə Məzare Şərif şəhərinin Mirvəli mə ntəqəsində yerləşən “Fatimeyi Zəhra” məktəbində riyaziyyat və dari dili üzrə, ibtidai siniflərə isə ingilis dili üzrə 6 ay tədris aparmışdır. Subaydır, atası vəfat etmişdir, anası və beş bacısı var, hazırda anası və üç bacısı (iki bacısı evlidir və ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir) Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Ərizəçinin (iddiaçının) bacısı X2 keçirilən parlament seçkilərində namizədliyini irəli sürmüş, namizədliyinin qeydə alınması üçün topladığı imzalar taliblər tərəfindən ələ keçirilərək məhv edilmiş, bacısının namizədliyinə görə özü və yaxınları həm telefon vasitəsilə, həm də imzaları ona çatdırmalı olan şəxs vasitəsilə taliblər tərəfindən təhdid olunmuşlar. Bu səbəbdən bacısı könüllü şəkildə seçkilərdə iştirak etməkdən imtina e tmişdir. Çoxsaylı təhdidlərə məruz qaldıqları üçün məcbur olub ailə üzvləri ilə birlikdə 2019-cu ilin oktyabr ayında Əfqanıstanı tərk edərək Azərbaycana gəlmişlər. 6 dekabr 2019-cu il tarixdə ərizəçi (iddiaçı) sığınacaq vəsatəti ilə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. O, müsahibədə bildirib ki, ümumi təhlükəsizliyinin olmadığı şəraitdə dini etiqadına görə və bacısı parlament seçkilərində namizədliyini irəli sürdüyü üçün təqib riski altında olduğundan ölkəsinə qayıtmaq istəmir. 2 mart 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin İQ-49/1 saylı qərarı ilə ərizəçinin (iddiaçının) sığınacaq vəsatəti rədd edilmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, əri zəçinin (iddiaçının) iddialarının hüquqi əsası mövcud deyil. Xidmət əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən iş üzrə mühüm fakta münasibətdə lazımi əsaslandırma aparmamışdır. İş üzrə mühüm fakt ərizəçinin müəyyən sosial qrupa mənsubiyyətinə (qadın olması faktına) görə təqib edilməsi riskidir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır.

5. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4336/2020 saylı qərarı ilə (hakim: R.L.Kərimli) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia əsassızdır.

7. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-535/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4336/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı üçün vətəndaşı olduğu ö lkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiya məhkəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlmiş, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməy ən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

16. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşü r. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi bar ədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə iddiaçı apelyasiya instansiyası məhk əməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.

22. İddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, vəsatət qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı İran İslam R espublikasının Məşhəd şəhərində (pasportda Əfqanıstan İslam Respublikasının Sar-ePol vilayəti qeyd edilib) anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 7 yaşında İranda məktəbə getdiyini, 1-2-ci sinifləri Məşhəddə “Şeyx Həsən” məntəqəsində yerləşən məktəbdə oxuduğunu, ailə üzvləri Əfqanıstana qayıtdıqlarından 3-cü sinfi Əfqanıstanda Fekrabad məntəqəsindəki “Bərək” məktəbində, 4- 12-ci sinifləri Yolmərəb məntəqəsindəki Nəsvan məktəbində oxuduğunu, 2 il “Projeye Xalid” məntəqəsində “idarəçilik və mühasibatlıq institutunda” təhsil aldığını, 2016-cı ildə Bəlx universitetinin iqtisadiyyat ixtisası fakültəsinə qəbul olunduğunu, 2 il 2 ay orada təhsil aldığını, Azərbaycana gələnə qədər həmin universitetdə təhsil almağa davam etdiyini bildirmiş, 2015-ci ildə Yolmərəbdə yerləşən “Kövsər” kursunda riyaziyyat fənni üzrə 6-7 ay dərs dediyini, 2016-cı ildə Məzare Şərif şəhərinin Balaşəhr məntəqəsində yerləşən kurslardan birində riyaziyyat fənni üzrə 5 ay dərs dediyini, 2018-ci ildə Məzare Şərif şəhərinin Mirvəli məntəqəsində yerləşən “Fatimeye Zəhra” məktəbində riyaziyyat və dari dili üzrə, ibtidai siniflərə isə ingilis dili fənni üzrə 6 ay dərs dediyini söyləmişdir. Özü və ailə üzvləri haqqında məlumat verərkən ərizəçi subay olduğunu, ailədə atasının, anasının və beş bacısının olduğunu, atasının vəfat etdiyini, anasının və üç bacısının (iki bacısı evlidir və ailələri ilə birlikdə Azərbaycana gəlib) Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 1 ünvanında müvəqqəti məskunlaşdığını, bir bacısının Əfqanıstan islam Respublikasının Məzare Şərif şəhərində, bi r bacısının isə Kabil şəhərində yaşadıqlarını qeyd etmişdir.

23. Daha sonra iddiaçı ölkəsini tərk etməsinin səbəbini bacısı XXX parlament seçkilərinə namizədliyini irəli sürməsi, namizədliyinə görə özünün və yaxınlarının taliblər tərəfindən təhdid olunması ilə əlaqələndirmiş, digər ailə üzvləri ilə birlikdə 2019-cu ilin oktyabr ayında Əfqanıstanı tərk etdiklərini və Azərbaycana gəldiklərini bildirmişdir.

24. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun cavabdeh inzibati orqan tərəfindən təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi bacısı X1 keçirilən parlament seçkilərində namizədliyini irəli sürməsi ilə əlaqədar taliblərin təhdidi ilə üzləşdiyini bildirsə də, söylədiklərindən onun bacısı XXX 2010-cu ildə keçirilən parlament seçkilərində qalib gələ bilmədiyi, 2018-ci ildə keçirilən parlament seçkilərinədək heç bir təhdid və təzyiqlə üzləşmədən sərbəst şəkildə Əfqanıstanda yaşadığı məlum olmuşdur. Həmçinin, iddiaçının dediklərinə əsasən, bacısı XXX 20 oktyabr 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulmuş seçkilərdə ikinci dəfə də öz namizədliyini irəli sürmək istəmiş, namizədliyinin qeydə alınması üçün topladığı imzalar taliblər tərəfindən ələ keçirilərək məhv edilmiş, özü isə (ərizəçinin bacısı) həm telefon vasitəsilə, həm də imzaları ona çatdırmalı olan şəxs vasitəsilə taliblər tərəfindən təhdid olunmuş, bu səbəbdən könüllü şəkildə seçkilər də iştirak etməkdən imtina etmiş, daha sonra heç vaxt təhdid və təqibə məruz qalmamışdır. Ərizəçinin bildirdiyinə görə, özü şəxsən Əfqanıstanda yaşadığı müddət ərzində heç vaxt və heç kim tərəfindən təhdid olunmamışdır. Yuxarıda sadalanan məqamlar üzrə ərizəçinin ölkəsini tərk etməsi və qayıdacağı təqdirdə təhdid və təzyiqlərə məruz qalacağı ilə bağlı gətirdiyi səbəblər inandırıcılıq baxımından qeyri - məqbul hesab edilmişdir.

25. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o və ailə üzvləri vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.

27. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-535/2021 saylı iş üzrə 18 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar