Məhkəmə qərarları › İş №2-1(102)-994/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-994/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-994/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “60 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-61/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxx 1957-ci ildə Zəngilan rayonu, Alıbəyli kəndində doğulmuş, 29 may 1975-ci ildən 14 iyun 1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, VT020767 №-li 2 iyul 1979-cu il tarixli diploma əsasən İddiaçı 1977-ci ildən 1979-cu ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almışdır. O, 15 avqust 1979-cu ildən 1 noyabr 1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində işləmiş, Zəngilan r ayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə 1 noyabr 1993-cü ildən 1 fevral 1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almış, 2 fevral 1996-cı ildən 31 iyul 2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük maşını sürücüsü vəzifəsində, 1 avqust 2006-cı ildən 19 oktyabr 2006-cı ilə qədər “Azneft” İB “Azərdənizneftinşaat” X1 Xidməti üzrə filialında sürücü, 1 noyabr 2006-cı ildən 29 iyul 2009-cu ilə qədər “Azərdənizneftinşaat” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında asfalt-betonçu vəzifəsində, 30 iyul 2009-cu ildən 3 noyabr 2014-cü ilə qədər “Neftqaztikinti” Tresti Yoltikinti Təmir İdarəsində asfaltbetonçu vəzifəsində, 4 noyabr 2014-cü ildən 27 avqust 2015-ci ilə qədər “Neftqaztikinti” Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində asfalt-betonçu vəzifəsində işləmiş, 28 avqust 2015-ci ildən 4 may 2019-cu ilə qədər isə “Neftqaztikinti” Tresti 5 saylı Tikinti Quraşdırma Bölməsində asfalt-betonçu vəzifəsində işləmişdir. 2. “Neftqaztikinti” trestinin 11 iyun 2019-cu il tarixli arayışına əsasən İddiaçı 1 noyabr 2006-cı il tarixdə (əmr № 85/k, 1 noyabr 2006-cı il) "Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir filialına asfaltbetonçu peşəsinə işə qəbul edilmiş, 29 iyul 2009-cu il tarixində əmr № 96/k, 29 iyul 2009-cu il) əmək müqaviləsinə xitam verilmişdir. “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” tresti nə verilmişdir. SOCAR-ın 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrinə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialının adı dəyişdirilərək “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. İddiaçı 30 iyul 2009-cu il tarixdə (əmr № 42/k, 30 iyul 2009-cu il) "Neftqaztikinti” trestinin Yol Təmir Tikinti İdarəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilmiş, 3 noyabr 2014-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 4 noyabr 2014-cü il tarixdə 'Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinə asfaltbetonçu peşəsinə işə qəbul edilmiş, 27 avqust 2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 28 avqust 2015-ci il tarixdə “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümünə a sfaltbetonçu peşəsinə işə qəbul edilmiş və hal-hazıradək bu peşədə işləyir. İddiaçı asfaltbetonçu peşəsi üzrə iş stajı 12 il 7 ay 7 gün (on iki il yeddi ay yeddi gün) təşkil edir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İddiaçı 4 may 2019-cu il tarixə və hal-hazıra fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının nə qədər təşkil etdiyi, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 may 2019-cu il tarixə mövcud olan pensiya kapitalının kifayət edib-etməməsi, yetərli olmadığı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi üçün nə qədər pensiya kapitalının lazım olduğu bar ədə sorğu ünvanlanmış, sorğuya 5 avqust 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının 4 may 2019-cu il tarixə 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 1933,53 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 64382,46 manat olmaqla cəmi pensiya kapitalı 66315,99 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilməsi nəzərə alınaraq İddiaçı hal-hazıra 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 1570,03 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 60279,67 manat olmaqla cəmi pensiya kapitalı 61849,70 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutul muş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 30600,00 manat məbləğində hesablanmışdır.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 4 may 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh 2019-cu il 26 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi 15 avqust 1979-cu ildən 1 noyabr 1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bədən tərbiyəsi müəllimi vəzifəsində və 2 fevral 1996-cı ildən 31 iyul 2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük maşını sürücüsü vəzifəsində işlədiyi dövrün əmək kitabçası qeydlərinin heç bir sənədə istinadən yazılmadığı göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 27 sentyabr 2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 4 may 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29 may 1975-ci ildən 14 iyun 1977-ci ilə qədər hərbi xidmətdə olmuş, 1977-ci ildən 1979-cu ilə qədər Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almış, 15 avqust 1979-cu ildən 01 noyabr 1993-cü ilə qədər Zəngilan rayon Keçikli kənd orta məktəbində bə dən tərbiyəsi müəllimi vəzifəsində işləmiş, Zəngilan rayonu erməni işğalçıları tərəfindən zəbt olunduğuna görə 1 noyabr 1993-cü ildən 1 fevral 1996-cı ilə qədər Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən orta aylıq əmək haqqı almış, 02 fevral 1996-cı ildən 31 iyul 2006-cı ilə qədər Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük maşını sürücüsü, 01 avqust 2006-cı ildən 19 oktyabr 2006-cı ilə qədər “Azneft” İB “Azərdənizneftinşaat” X1 Xidməti üzrə Filialında sürücü, 1 noyabr 2006-cı ildən 29 iyul 2009-cu ilə qədər “Azərdənizneftinşaat” Tresti 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında asfalt-betonçu, 30 iyul 2009-cu ildən 3 noyabr 2014-cü ilə qədər “Neftqaztikinti” Tresti Yoltikinti Təmir İdarəsində asfalt-betonçu, 4 noyabr 2014-cü ildən 27 avqust 2015-ci ilə qədər “Nef tqaztikinti” Tresti 5 saylı Tikinti Quraşdırma İdarəsində asfalt-betonçu vəzifələrində işləmiş, 28 avqust 2015- ci ildən hal-hazıra qədər isə “Neftqaztikinti” Tresti 5 saylı Tikinti-quraşdırma Bölməsində asfalt-betonçu vəzifəsində işləyir. Onun 12 il 6 ay zərərli iş stajı 4 may 2019-cu il tarixdə tamam olmuşdur. Zərərli iş stajını təsdiq edən “Neftqaztikinti” Tresti tərəfindən müvafiq Arayış verilmişdir. 4 may 2019-cu il tarixə qədər isə ümumi iş stajı təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla 41 il 5 ay 18 gün təşkil edir. İddiaçı hesab edir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi və xüsusi iş stajına malikdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 21 oktyabr 2019-cu il tarixli 21(81)-4208/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 4 may 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 4 may 2019-cu il tarixə qədər ümumi iş stajı təhsil və hərbi xidmət dövrləri də nəzərə alınmaqla 41 il 5 ay 18 gün təşkil edir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bölməsi olan «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri»nin «A» yarımbəndində «asfalt-beton döşəyənlər» və «asfalt-beton bişirənlər» peşələri qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisə tərəfindən təsdiq edilmiş peşə təlimatı təqdim olunmuşdur. X10 «Asfaltbetonçu» işinin xüsusiyyəti kimi «asfaltbeton və qara büzücü maddələrlə emal edilən materiallardan yol örtüyünün düzəldilməsi və təmirində mürəkkəb işlərin icrası» qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi peşənin iş funksiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bölməsi olan «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri»nin «A» yarımbəndindəki «asfalt-beton döşəyənlər» peşəsinə uyğundur. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pen siya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı 4 may 2019-cu il tarixdə tamam olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral tarixli 2-1(103)-336/2020 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X7 və X11) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, əmək kitabçasında olan məlumatlara əsasən 1996-2006-cı illərdə, eləcə də 1979- 1993-cü illərdə iddiaçının işlədiyi iş yerləri dövlət müəssisələri olmuşdur. Bundan əlavə, Zəngilan rayon Dövlət Arxivinin verdiyi 11 saylı, 6 avqust 2019-cu il tarixli arayışında göstərilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr aynın 29-da erməni birləşmələri tərəfindən işğal edilməsi səbəbindən Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal zonasında qalmışdır. Zəngilan rayon Təhsil Şöbəsinin 26 noyabr 2002-ci il tarixli, 283 saylı arayışında göstərilmişdir ki, iddiaçı 1 sentyabr 1979-cu il tarixdən Keçikli kənd orta məktəbində bədən-tərbiyəsi müəllimi kimi fəaliyyətə başlamış, 1993-cü ilin noyabrından 1996-cı ilin 1 oktyabrınadək Zəngilan RTŞ-dən orta aylıq əmək haqqı almışdır. İddiaçının 1 fevral 1996-cı ildən 1 avqust 2006-cı il tarixləri arasındakı dövr ərzində 3 saylı TəmirTikinti İdarəsində yük maşını sürücüsü işləməsinə gəldikdə, kollegiya əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hətta həmin dövrlər nəzərə alınmasa belə, hərbi biletin, diplomun və əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, 4 may 2019-cu il tarixinədək iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 30 ildən artıq sığorta stajı mövcud olmuşdur. Digər tərəfdən «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

14. Cavabdeh həmin qərard an kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-1502/2020 nömrəli qərarı (hakimlər: Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X8) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 fevral qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə iddiaçının təqdim etdiyi və cavabdehin də qismən (1979-2006-cı illərə aid hissədə) mübahisələndirdiyi, “bərpa” qeydi ilə tərtib edilmiş əmək kitabçasında onun tərtib edildiyi 1 avqust 20 06-cı il tarixədək olan müddətə dair qeydləri apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələbləri nəzərə alınmaqla tədqiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasında 1 fevral 1996-cı ildən 1 avqust 2006-cı il tarixədək 3 saylı Təmir-Tikinti İdarəsində sürücü işləməsi barədə qeydə münasibətdə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinadla qeyd etmişdir ki, iddiaçının 1996-2006-cı illərdə işləmiş olduğu idarə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə yaranmış borcları həmin Qanun la 1 aprel 2018-ci il tarixdən silinmişdir. Cavabdeh haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda müəyyən edilməli olan məcburi sığorta haqlarının ödənilib-ödənilmədiyi deyil, iddiaçının 1996-2006-cı illərdə 3 saylı Təmir-Tikinti İdarəsində işləməsi faktının özüdür. Apellyasiya instansiyası məhkəməsi həmin faktın yoxlanılması üçün müvafiq sorğular versə də, həmin sorğulara verilmiş cavablar onların verilməsi məqsədləri üçün tədqiq olunmamışlar. İPM-in 12.1 və 58.7ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyya tı İdarəsinə “3 saylı Təmir-Tikinti İdarəsi” adı altında qeydə alınmış hüquqi şəxslər barədə ətraflı məlumatın və müvafiq sənədlərin təqdim olunması ilə bağlı sorğu ünvanlanmışdır.

18. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 1 dekabr 2021-ci il tarixli, **********475900 saylı məktubu ilə 29 sentyabr 1994-cü il tarixində dövlət qeydiyyatına alınmış “3 saylı Təmir-Tikinti İdarəsi”nin (VÖEN **********) qeydiyyat sənədləri təqdim edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-61/2022 nömrəli qərarı (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X3 və X2) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apel lyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Zəngilan rayon Dövlət Arxivinin verdiyi 11 saylı, 6 avqust 2019-cu il tarixli arayışında göstərilmişdir ki, Zəngilan rayonu 1993-cü il oktyabr aynın 29-da erməni birləşmələri tərəfindən işğal edilməsi səbəbindən Zəngilan rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal zonasında qalmışdır. Zəngilan rayon Təhsil Şöbəsinin 26 noyabr 2002-ci il tarixli 283 saylı arayışında göstərilmişdir ki, İddiaçı 1 sentyabr 1979-cu il tarixdən Keçikli kənd orta məktəbində bədən-tərbiyəsi müəllimi kimi fəaliyyətə başlamış, 1993-cü ilin noyabrından 1996-cı ilin 01 oktyabrınadək Zəngilan RTŞ-dən orta aylıq əmək haqqı almışdır. İddiaçının 1 fevral 1996-cı ildən 1 avqust 2006-cı il tarixləri arasındakı dövr ərzində 3 saylı Təmir-Tikinti İdarəsində yük maşını sürücüsü işləməsinə gəldikdə, bununla əlaqədar olaraq apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə “3 saylı Təmir-Tikinti İdarəsi” adı altında qeydə alınmış hüquqi şəxslər barədə ətraflı məlumatın və müvafiq sənədlərin təqdim olunması ilə bağlı sorğu ünvanlanmış, sorğuya cavab olaraq 29 sentyabr 1994-cü il tarixində dövlət qeydiyyatına alınmış “3 saylı Təmir-Tikinti İdarəsi”nin (VÖEN **********) qeydiyyat sənədləri təqdim edilmişdir. İddiaçıya məxsus ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətində qeyd edilmiş 2 fevral 1996-cı ildən 31 iyul 2006cı ilə qədər yük maşını sürücüsü vəzifəsində çalışmış olduğu Bakı şəhəri 3 saylı Təmir Tikint i İdarəsi tərəfindən vurulmuş möhürdə qeyd edilən “3 saylı Təmir-Tikinti İdarəsi”nin yaradılması barədə 6 iyun 1994-cü il tarixli əmr, sərəncam və “3 saylı Təmir-Tikinti İdarəsi” haqqında nizamnamə mövcuddur. Bundan başqa, yeni apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X4 öz izahatında bildirmişdir ki, 3 nömrəli rayonlararası istehsalat təmir-tikinti trestinin baş idarəsində işləmiş, mühasib kimi fəaliyyət göstərmiş, iddiaçı ilə 1999-2001-ci illərdə işləmiş, iddiaçı 3 nömrəli rayonlararası istehsalat təmir-tikinti trestinin 3 nömrəli təmir-tikinti idarəsində işləmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 5 aprel 2019-ci il tarixə 25 ildən ümumi iş stajının mövcud olması ona məxsus əmək kitabçası, həmçinin arxiv arayışı ilə öz təsdiqini tapır. Cavabdehin imtinasında n və apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddia olunan tarixə (4 may 2019-cu il tarixinə) iddiaçının 12 il 6 ay xüsusi stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları’nın 7.3-cü bəndinə görə, əmək kitabçasının və onun əlavə içli yinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənə dləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Göründüyü kimi, bu dövrün müəyyən edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş qərar yoxdur.

23. Digər tərəfdən, bu dövrə aid qeydin mötəbərliyi ilə bağlı məsələyə məhz hazırkı icraat çərçivəsində qiymət verilməsində belə, məhkəmə heç bir qiymətləndirmə aparmamışdır. Çünki mötəbərlik üzrə qiymətləndirmə aparılması o deməkdir ki, məhkəmə əmək kitabçasındaki qeydin əsaslı olub-olmadığını işdəki digər sübutlar (şahid ifadələri, sənədlər və s.) əsasında müəyyənləşdirməli idi. Apellyasiya məhkəməsi isə, yalnız mötəbərliyi mübahisələndirilən əmək kitabçasının özü əsasında həmin kitabçasının mötəbər olduğu nəticəsinə gəlmişdir.

24. Bundan əlavə, iddiaçının 2 fevral 1996-cı il – 31 iyul 2 006-cı il tarixlərdə Bakı şəhəri 3 saylı Təmir Tikinti İdarəsində yük maşını sürücüsü vəzifəsində işlədiyi dövrə aid sənədlər işğal edilmiş ərazidə qalmamışdır. “Əmək pensiyaları haqqında” qanunun 31.2-1-ci maddəsinə görə, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarında sözügedən dövrü təsdiqləyən hər hansı dövlət arxivi arayışı mövcud deyildir.

25. Həmçinin iddiaçıya pensiya “Əmək pensiyaları haqqında” qanun əsasında təyin edilirsə, deməli, təhsil dövrü ümumi əmək stajına daxil edilə bilməz. Çünki “Əmək pe nsiyaları haqqında” qanunda bu barədə hər hansı göstəriş yoxdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda:

29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri; a) fəhlələr: asfalt-beton döşəyənlər; asfalt-beton bişirənlər

29. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu və pensiya kapitalı ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi m übahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, inzibati prosessual məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin cavabdeh tərəfindən imtina məktubunda və kassasiya şikayətində qeyd edilən əmək kitabçasındakı qeydlərin mötəbər olmamasını təsdiq edən sübut təqdim etməmişdir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-61/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar