Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-994/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; güzəştli iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2617/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus diploma, eləcə də əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1981-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, xx.xx.1986-cı il də həmin ixtisası bitirmişdir. O, xx.xx.1986-cı ildə əmək fəaliyyətinə başlamış, o, xx.xx.1986-cı ildə “Xəzərqazmaneftqazsənaye” İB ixtisaslaşdırılmış texniki vasitələrlə X1 İdarəsi “Oktyabrın 60 illiyi” özüqaldıran üzən qazma qurğusuna DVS və gəmi sistemləri üzrə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988ci ildə həmin qurğuda qazma avadanlıqları üzrə mexanik, xx.xx.1989-cu ildən xx.xx.1991ci ilədək isə böyük mexanik vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilədək “Parketçi kooperativində ekspeditor vəzifəsində, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək “Deutsche Tiefbohr-A.G, Baku şirkətində sıravi köməkçi, xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək “KCA Deutag Tiefbohrgesllschaft mbH” şirkətində sıravi köməkçi, xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək “KCA Deutag Tiefbohrgesll schaft mbH” şirkətində mexanik, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilədək baş mexanik vəzifəsində işləyib. xx.xx.2019-cu ildən hal-hazıradək “Turan Drilling and Engineering Company şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə baş mexanik vəzifəsində çalışır.
3. Turan Drilling & Engineering tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Göyçə oğlu (FİN: xxxxxxx) həqiqətən, xx.xx.2003-cü il tarixində “Deutsche Tiefbohr-A.G., Baku” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi vəzifəsinə qəbul edilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi vəzifəsinə təyin olunub. xx.xx.200 4-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Mexanik vəzifəsinə keçirilib. xx.xx.2010-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə təyin olunub. xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə qəbul edilib. xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyində əmək müqaviləsinə xitam verilib. xx.xx.2019-cu ildə "xxxx" MMC-də Xəzər dən izində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə keçirilib. Hal-hazırda "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsində işləyir. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddi açı Göyçə oğlu yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Sıravi köməkçi, Mexanik, Baş mexanik vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı Göyçə oğlunun yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi Sıravi köməkçi vəzifəsi siyahıda göstərilən neft və qaz üçün istismar və kə şfiyyat-qazma quyularının qazmaçıları peşəsinə, Mexanik və Baş mexanik vəzifələri isə qazma qurğularının motorçuları peşəsinə uyğundur. Həmin işin funksiyaları barədə hazırkı arayışla aşağıdakı kimi izah verilir: Yuxarıda göstərilən peşələr, yəni İddiaçı Göyçə oğlunun: xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 5 ay, 18 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 5 ay, 1 gün) Mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); xx.xx.2010-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 11 il, 11 ay, 21 gün) Baş mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularını n motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Siyahının
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı Göyçə oğlunun xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 19 il, 10 ay, 8 gün təşkil edir.
4. İddiaçı 60 yaşının ta mam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqanın iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarimbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən Turan Drilling & Eng ineering Company-nin xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2019-cu il tarixindən bugünədək baş mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci ildə anadan olub. xx.xx.1981-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, xx.xx.1986-cı ildə həmin ixtisası bitirib. O, xx.xx.1986-cı ildə əmək fəaliyyətinə başlamış, aşağıda qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləyib. Belə ki, o, xx.xx.1986-cı ildə “Xəzərqazmaneftqazsənaye” İB ixtisaslaşdırılmış texniki vasitələrlə X1 İdarəsi “Oktyabrın 60 illiyi” özüqaldıran üzən qazma qurğusuna DVS və gəmi sistemləri üzrə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə həmin qurğuda qazma avadanlıqları üzrə mexanik, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək isə böyük mexanik vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilədək “Parketçi kooperativində ekspeditor vəzifəsində, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək “Deutsche Tiefbohr-A.G, Baku”, “KCA Deutag Tiefbohrgesllschaft mbH” şirkətlərində sıravi köməkçi, xx.xx.2004-cü ildən xx.xx.2019-cu ilədək “KCA Deutag Tiefbohrgesllschaft mbH” şirkətində mexanik və baş mexanik vəzifələrində işləyib. xx.xx.2019-cu ildən hal-hazıradək “Turan Drilling and Engineering Company ş irkətində baş mexanik vəzifəsində çalışır. xx.xx.2022ci il tarixində 60 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. O, cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməyi xahiş etsə də, cavabdeh güzəştli iş stajının olmamasını əsas gətirərək pensiya təyin etməkdən imtina etmişdir. O imtina ilə aşağıdakı səbəblərdən razı deyil. Belə ki, əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilən arayışa və vəzifə təlimatlarına əsasən onun xx.xx.2022-ci tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə güz əştli iş stajı 12,6 ildən artıqdır. Çalışdığı sıravi köməkçi vəzifəsi adıçəkilən Siyahının Neftin qazılması və hasilatı neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndinin a) fəhlələr yarımbəndindəki neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları vəzifəsi, mexanik və baş mexanik vəsifələri isə qazma qurğularının motorçuları vəzifəsi ilə uyğunluq təşkil edir.
7. Cavabdeh orqan iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kö mür va şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları vəzifələri nəzərdə tutulub. Cavabdehə təqdim edilən “Turan Drilling & Engineering Company”-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2019-cu il tarixdən bugünədək baş mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbd ən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-6318/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı oğluna 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. O da qeyd edilməlidir ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı A pellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) 2-1(103)-2617/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6318/2023 saylı, 18 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmışdı r. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası əsassız olaraq iddiaçının sıravi köməkçi, mexanik, baş mexanik vəzifələrinin Qazma briqadasına aid olduğu və faktiki olaraq onun işlədiyi sıravi köməkçi vəzifəsinin siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə, mexanik və baş mexanik vəzifələrinin isə qazma qurğularının motorçuları vəzifəsinə uyğun olduğu qənaətinə gəlmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi vazifələrin məhkəmənin instinad etdiyi, müvafiq Siyahıda əks olunan vəzifəyə uyğun olub-olmaması araşdırılmış, hər iki vəzifənin funksional eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə vəzifə təlimatları əld ə edilmiş, bununla bağlı hər hansı sorğular verilərək iş üzrə müvafiq araşdırılma aparılmışdır. Bunun əvəzinə yalnız "xxxx" MMC tərəfindən təqdim edilmiş müvafiq arayışa istinad edərək, iddiaçının işladiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas plan vəzifə kimi qəbul edilərək əsassız olaraq iddia tələbi təmin edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və iddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2617/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ I.Hər kəsin sosial təminat hüququ vardır. II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qad ınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş halla rda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münas ibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayəti nin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Eyni zamanda qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də güzəştli əmək stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prose ssual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. 28. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin və 7-ci maddəsinin müddəaları baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, azı 25 il ümumi stajı olmalı, həmin s tajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə toplamalıdır.
29. Diplomuna və əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək iddiaçının ümumi stajı 25 ildən (33 il 09 ay) artıqdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir.
30. Güzəştli iş stajı ilə bağlı qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2003-xx.xx.2004-cü il tarixində “Deutsche Tiefbohr-A.G., Baku” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə sıravi köməkçi, xx.xx.2004 -xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neftqaz əməliyyatları üzrə sıravi köməkçi, xx.xx.2004-xx.xx.2010-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə mexanik, xx.xx.2010-xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə baş mexanik, xx.xx.2012-xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə baş mexanik vəzifəsində işləmişdir, xx.xx.2019-cu ildən bugünədək "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə baş mexanik vəzifəsində işləyir. 31. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən müəyyən olunur ki, iddiaçının işlədiyi sıravi köməkçi, mexanik, baş mexanik vəzifələri Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi sıravi köməkçi vəzifəsi siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçıları peşəsinə, mexanik və baş mexanik vəzifələri isə qazma qurğularının motorçuları peşəsinə uyğundur, iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 5 ay, 18 gün) sıravi köməkçi vəzifəsində faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir, xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 5 ay, 1 gün) mexanik vəzifəsində faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksi yasını yerinə yetirmişdir, xx.xx.2010-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 11 il, 11 ay, 21 gün) baş mexanik vəzifəsində faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir.
32. Göründüyü kimi işəgötürən tərəfindən verilən arayışda da iddiaçının işlədiyi sahə və vəzifənin həmin sahə və vəzifəyə aid olduğu təsdiq edilmişdir. 33. “Turan Drilling and Engineering Company" MMC tərəfindən “Turan Drilling and Engineering Company" MMC-də və “KCA Deutag" şirkətnin nümayəndəliklərində çalışan İddiaçı Göyçə oğlunun xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmiş sıravi köməkçi, mexanik və baş mexanil vəzifələri üzrə vəzifə təlimatlatları da təqdim edilmişdir.
34. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti nin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsi; bənd 10.1. Qazma; yarımbənd (a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları.
35. İddiaçının xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək cəmi 19 il 10 ay 8 gün əmək şəraitinə görə güzəştli iş stajı mövcuddur.
36. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2022-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərl i və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2022-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
38. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-2617/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.