Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-995/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxxxx 1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “pensiya hüququnun yarandığı 22 sentyabr 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(103)185/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına əsasən iddiaçı: -1 sentyabr 1979-cu ildən 17 iyul 1980-ci il tarixədək texniki peşə təhsili almış; -1 avqust 1980-ci ildən – 16 oktyabr 1980-ci il tarixədək SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi Domna Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarə sində dülgər vəzifəsində işləmiş; -19 noyabr 1980-ci ildən 16 dekabr 1982-ci il tarixədək hərbi xidmətdə olmuş; -11 fevral 1983-cü ildən 13 aprel 1984-cü il tarixədək SSRİ Qara Metallurgiya Nazirliyinin nəzdində Mərkəzi Domna Təmir Trestinin Sumqayıt İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarəsində montajçı vəzifəsində, -26 aprel 1984-cü il tarixdən 31 dekabr 1991-ci il tarixədək “Cənubenerjimexanizasiya” İdarəsində kompressor qurğularının maşinisti (3-cü dərəcəli səyyar və 4-cü dərəcəli) vəzifəsində, -2 yanvar 1992-ci ildən 1 iyul 1993-cü il tarixədək “Azərenerjimexanizasiya” İdarəsinin Kiçik Mexanizasiya İdarəsində qırçı-izolyatorçu və çilingər vəzifəsində, -1 iyul 1993-cü ildən 1 iyul 1995-ci il tarixədək isə həmin İdarədə çilingər vəzifəsində, -3 iyul 1995-ci ildən 1 aprel 1996- cı ilədək "xxxx" Azərbaycan-X1 avadanlığının təmiri üzrə çilingər vəzifəsində, -1 aprel 1996-cı ildən 1 may 1996-cı il tarixədək “Azərenerji” Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində çilingər və usta vəzifəsində, -1 may 1996-cı ildən 1 sentyabr 1999-cu il tarixədək həmin müəssisədə QazanTurbin Quraşdırma sexinin Qazan Şöbəsində usta, -1 sentyabr 1999-cu ildən 2 iyul 2001-ci il tarixədək həmin müəssisədə kimya sexində böyük usta vəzifəsində, -2 avqust 2001-ci il tarixdən 1 sentyabr 2001-ci il tarixədək “Azərbaycan DRES” Qazan təmiri sexində böyük usta vəzifəsində, -1 sentyabr 2001-ci il tarixdən 28 iyun 2004-cü il tarixədək Qazan və Turbin sexlərində yerləşən Kimyəvi Avadanlıqların Xüsusi Təmiri sexində İİ qrup usta vəzifəsində, -28 iyun 2004-cü il tarixdən 30 may 2008-ci il tarixəd ək qazan və turbin sexlərində İİ qrup böyük usta vəzifəsində işləmiş; -30 may 2008-ci ildən hal-hazıradək köməkçi avadanlıqların istismarı və təmiri sexində rəis müavini vəzifəsində işləyir.
2. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
3. Cavabdeh iddiaçının ərizəsinə 26 noyabr 2020-ci il tarixdə imtina cavabı verərək qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan 1 iyul 1987 - 26 aprel 1989-cu tarixlər arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində səyyar kompressorların maşinisti vəzifəsində, 1 sentyabr 1999 - 2 iyul 2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də Kimya sexində baş usta vəzifəsində, 1 sentyabr 2001 - 30 may 2008-ci il tarixləri arasındakı dövr ərzində isə “Azərbaycan DRES”-də Kimyəvi Avadanlıqların Xüsusi Təmir sexində usta və böyük usta vəzifələrində işlədiyi sahələr Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, 26 aprel 1984-1 iyul 1987-ci il və 26 aprel 1989-31 dekabr 1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” idarəsində iddiaçının kompressor qurğuların maşinisti vəzifəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən olunması qeyd olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı 18 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlə t Sosial Müdafiə Fondunun Saatlı rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 40 ildən çox ümumi və 24 ildən çox güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’’nın 24, 29 və 35ci bölmələrində nəzərdə tutulmuşdur.
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-3377/2021 nömrəli qərarı ( hakim A.Abdullayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı, 22 sentyabr 2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 22 sentyabr 2018-ci il tarixdən halhazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) əsasən iddiaçının xx.xx.2018-ci il tarixdə 57 yaşı olmuş, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı mövcuddur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımb əndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-185/2022 nömrəli 14 yanvar 2022-ci il tarixli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və V.Ə.Baxışova) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)3377/2021 nömrəli qərarı qismən, “22 sentyabr 2018-ci il tarixdən hal hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi ” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, keçmiş müddət üçün alınmamış pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” qanunun 32.1-1ci maddəsinin ikinci cümləsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın və imtinanın dəlilləri il ə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şərait inə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 17. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
18. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın ü zərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin e dilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə a ktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hü quqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə məhkəmə kollegiyası cavabdehin “iddiaçının 1 iyul 1987 - 26 aprel 1989-cu tarixlər arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” İdarəsində səyyar kompressorların maşinisti vəzifəsində, 1 sentyabr 1999 - 2 iyul 2001-ci il tarixlə ri arasındakı dövr ərzində "xxxx" MMC-də Kimya sexində baş usta vəzifəsində, 1 sentyabr 2001-30 may 2008-ci il tarixləri arasındakı dövr ərzində isə “Azərbaycan DRES”-də Kimyəvi Avadanlıqların Xüsusi Təmir sexində usta və böyük usta vəzifələrində işlədiyi sahələrin Siyahıda qeyd olunan sahələrə uyğun olmaması və 26 aprel 1984 - 1 iyul 1987-ci il və 26 aprel 1989 - 31 dekabr 1991-ci il tarixləri arasındakı dövrlər ərzində “Cənubenerjimexanizasiya” idarəsində iddiaçının kompressor qurğuların maşinisti vəzifəsində işlədiyi zərərli maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən olunmasının qeyd olunmaması” ilə bağlı təkrarlanan dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İddiaçı 1 iyul 1987-ci ildən 26 aprel 1989-cu ilədək “Cənubenerjimexanizasiya” İdarəsi ndə 3-cü dərəcəli səyyar kompressor qurğularının maşinisti vəzifəsində işləmişdir. İş materiallarında olan güzəştli arayışlarda (iş v.28 və 159) iddiaçının işlədiyi kimyəvi maddələrin 3-4 sinif təhlükəli olduğu qeyd edilmişdir. Belə olan halda, iddiaçının işlədiyi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının 33-cü bölməsindəki (ümumi peşələr) 23200000—33775 koda (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşini stləri) uyğundur. Bundan əlavə, iddiaçının 01 sentyabr 1999-cu ildən 02 iyul 2001-ci ilədək “Azərenerji” TəmirQuraşdırma müəssisəsində işlədiyi baş usta və 01 sentyabr 2001-ci ildən 30 sentyabr 2008-ci ilədək “Azərbaycan-DRES”-Qazan Təmiri sexində işlədiyi usta vəzifələri Siyahının 13-cü bölməsindəki (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) 2140000b—23362 koda (avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar) uyğundur. Eyni zamanda, qeyd edilən vəzifələrin Siyahıdakı kodlara uyğunluğu barədə də iş yerindən müvafiq arayışlar təqdim olunmuşdur və həmin arayışların mötəbərliyi şübhə doğurmur. Bu baxımdan, cavabdehin “iddiaçının qeyd edilən vəzifələrdə işlədiyi sahələrin Siyahıda qeyd olunan sahələrə uyğun olmaması” ilə bağlı dəlilləri əsassızdır.
26. Di gər tərəfdən, cavabdeh iddiaçıya verilən arayışlarda qeyd olunmuş məlumatların (zərərli maddələrin təhlükəlilik sinifi) hansı sənədlərə əsasən müəyyən olunmasının qeyd olunmaması ilə bağlı dəlili ilə əlaqədar qeyd edilməlidir ki, cavabdeh bu məlumatı tələb etməklə ilk növbədə iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Belə ki, qeyd edilən sənədin təqdim edilməsi məcburiliyi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, cavabdehin iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdəki məlumatların mötəbərliyinə şübhəsi varsa, bu halda inzibati orqan kimi özü araşdırma apara bilərdi (məsələn, müəssisəyə müvafiq sorğu verməklə). Əks hal “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin və İPM-nin 14.3-cü maddəsinin tələblərinə ziddir.
27. Odur ki, məhkəmə kollegiyası cavabdehin yuxarı da qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(103)-185/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.