Məhkəmə qərarları › İş №2-1(102)-996/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-996/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-996/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.06.2023 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)954/2022 nömrəli, 9 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yaz ılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixli 02/368 saylı müraciətini və xx.xx.2008-ci il tarixli 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərən qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, s ərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır.

2. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli sərəncamının icra edilməsi haqqında 93 saylı, 27 fevral 2009-cu il tarixli sərəncamı ilə Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasındakı 350 kv.m. torpaq sahəsində X10, X3 və X27, E.Süleymanov küçəsi 94 saylı bina yaxınlığındakı 150 kv.m. torpaq sahəsində X7 və X28, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində X15, X2 və Zeynal Abdullayevə, Nəsimi küçəsi, İstilikxana divarı boyunca 550 kv.m. torpaq sahəsində X35, X4 və X36, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.m. torpaq sahəs ində İddiaçı, S.Dadaşovaya, X16, X11 və X37 ticarət obyektinin tikintisinə icazə verilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 113 saylı xx.xx.2012-ci il tarixli sərəncamı ilə yol qovşağının tikintisi ilə əlaqədar qeyri-yaşayış (ticarət) obyektlərinin bir hissəsinə məhkəmə qərarlarına və Cavabdeh məktublarına əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən təzminat ödənilməsi, digərlərinin məsələsinin isə məhkəmə icraatında olduğunu nəzərə alaraq həmin qeyri-yaşayış obyektlərinin digər ərazilərdə bərpa edilməsi məqsədilə verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 18/03-8/1768 saylı və s. məktubları qüvvədən düşmüş hesab edilmişdir.

4. Bakı şəhəri Cavabdeh başçıs ının “Bakı şəhəri Cavabdeh başçısının bəzi sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 06 aprel 2012-ci il tarixli 46 nömrəli sərəncamı ilə Cavabdeh başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının icra edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 93 nömrəli və “Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamında qismən düzəlişlər edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 155 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X15 və qeyrilərinə ünvanlanmış xx.xx.2014cü il tarixli Kİ-572/1 saylı məktubdan görünür ki, onlara Qaradağ rayonu ərazisində eyni ölçülü torpaq sahələri təklif edilmiş və obyektləri sökülmüş sahibkarlar tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciə t edildiyi təqdirdə istifadədə olmuş torpaq sahəsinin ölçüsünə uyğun olaraq Qaradağ rayonu ərazisində sahibkarlıq fəaliyyəti üçün başqa sahə verilməsi məsələsinə baxılacağı bildirilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi və həmin qeyriyaşayış sahələrinin Bakı şəhərinin Qaradağ rayonu ərazisində bərpa edilməsi üçün torpaq sahəsi ayrılması barədə” xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamı ilə Koroğlu (Əzizbəyov) metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələri obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə Qaradağ rayonu ərazisində torpaq sahəsi ayrılması qərara alınmış, Q aradağ rayon İcra Hakimiyyəti ilə birlikdə həmin sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etmək Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə tapşırılmışdır.

7. Bakı şəhər İcra Hakimiyyətinin 196 nömrəli xx.xx.2015-ci il tarixli “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamının 1 və 1.1-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərind ə nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün X50”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə “Koroğlu (Əzizbəyov) metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin sahiblərinə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsinin cənub, Lokbatan-Xocəsən yolunun şimal hissəsində aşağıda göstərilən ölçülərdə torpaq sahələri ayrılsın: X10- 60 kv.m., X3- 40 kv.m., X27- 600 kv.m., X17 (“Adil” şirkətinə)- 280 kv.m., X18 – 150 kv.m., X12- 150 kv.m, X7220 kv.m., X28- 80 kv.m., X15- 400 kv.m., X2- 90 kv.m., Zeynal Abdullayevə- 160 kv.m., X29- 800 kv.m., X19- 200 kv.m., X35- 200 kv.m., X4- 800 kv.m., X36- 60 kv.m., İddiaçı oğluna- 200 kv.m., X21- 40 kv.m., X16 və X11- 92 kv.m., X37- 50 kv.m., “Merkurriy-R” firmasına (X22)- 2800 kv.m., Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə tapşırılsın ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə birlikdə bu sərəncama uyğun olaraq müvafiq sənədləşdirmə işlərinin aparılmasını təmin etsin”. Sərəncamın 2-ci bəndinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 113 saylı və xx.xx.2015-ci il tarixli 106 saylı sərəncamları öz qüvvəsini itirmiş hesab edilmişdir.

8. İddiaçılar X38, X13, İddiaçı oğlu, X23, X5, X30, X42, X8, X31, X24, X6, X9, X20 və X40 Bakı şəhər Nizami rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərə ncamları ilə onlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata və digər şəxslərə qadağan edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilməmişdir.

10. Həmin qərardan narazı qalmış iddiaçıların apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-942/2017 saylı 29 mart 2017-ci il tarixli qərarı ilə iddiaçılar X40, X43, X20 və X14 apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı qismən, həmin şəxslərə aid hissədə lə ğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apellyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarı ilə X38 və qeyrilərinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı digər iddiaçılara aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının xx.xx.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə həmin apelyantlara qeyd olunan ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara alınmışdır.

12. Sözügedən qərardan narazı qalmış Cavabdeh kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 219102)-1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunmaması və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)104/2018 saylı 25 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. İddiaçı cavabdeh tərəfindən obyektinin bərpa olunmasına mane çiliklər törədildiyinə və buna görə də ona ziyan vurulduğuna istinad edərək cavabdehə müraciət etmiş, ondan maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir.

14. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış binlarının tkikintisi üçün İcra Hakimiyyəti başçısının 77 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə Cavabdehnə aidiyyəti üzrə torpaq sahələrinin ayrılması tapşırılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən sərəncamların icrası olaraq 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamla rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayrılmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçsının 113 saylı xx.xx.2012-ci il tarixli Sərəncamı ilə yuxarıda göstərilən 77 saylı xx.xx.2009-c u il tarixli sərəncam ləğv edilmişdir. Bununla əlaqədar rayon İcra Hakimiyyəti başçısının 93 saylı xx.xx.2009-cu il tarixli sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Hazırda torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək rayon İcra Hakimiyyəti başçsının səlahiyyəti xaricindədir. Bununla əlaqədar iddiaçıya aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 800.000 (səkkiz yüz min) manat, mənəvi ziyana görə-250.000 (iki yüz əlli min) manat pulun ödənilməsi barədə qərar qəbul olun masını xahiş etmişdir.

16. İddiaçı ərizəsində bu qərarın 1-12-ci bəndlərində qeyd olunan məlumatlara istinad edərək qeyd etmişdir ki, cavabdeh inzibati orqan qeyd edilən məhkəmə qərarlarının icrasından yayındığından, onun əmlak hüquqları pozulmaqla, ona maddi və mənəvi ziyan dəymişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

17. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7334/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia rədd edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində idd iaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.

20. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

21. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/4861 saylı 26 oktyabr 2011-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tikinti işləri Bakı şəhər İcra Hakimiyyəti Başçısının 77 saylı xx.xx.2009-cu il tarixli Sərəncamı ilə verilmiş ic azə əsasında Nizami rayon, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan ərazidə ayrılmış, ümumi sahəsi 600 kv.m olan torpaq sahəsinin 100 kv.m hissəsində aparılacaqdır. Ərazi əvvəllər digər tikinti məqsədləri üçün istifadə olumamış, sahə tikinti və yaşıllıqdan azaddır. Cavabdeh ilkin razılığı nəzərə alınaraq İddiaçı layihə tapşırığı əsasında ayrılmış sahənin hüdudları daxilində nəzərdə tutulmuş tikinti işlərinin layihə sənədləri Cavabdeh Layihə-Smeta Bürosu tərəfindən hazırlanmış və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/900 saylı xx.xx.2010-cu il tarixli məktubu ilə razılaşdırılmışdır. Təqdim olunmuş layihə sənədlərinə əsasən ərazidə fərdi layihə əsasında, planda ölçüləri 16.7 m x 6.0 m olan birmərtəbəli ticarət obyekti bin ası inşa olunacaq, ərazidə abadlaşdırma işləri aparılacaqdır. İnşa olunan tikili sahəsi 87.75 kv.m. olan bir ədəd ticarət zalından ibarətdir. Tikinti işləri əsasən yerli inşaat materiallarından istifadə olunmaqla dəmir-beton konstruksiya əsasında yerinə yetiriləcəkdir. Binanın fasadı müasir tikinti materiallarından və fasad boyalarından istifadə olunmaqla xüsusi qaydada, şəhərin memarlığına uyğun şəkildə bəzədiləcəkdir. İnşaat işləri zamanı əfraf mühitə olan təsirlər tikintinin davametmə müddətində baş verməklə, qısa müddətli və lokal xarakterli olacaqdır. İnşaat işləri müddətindən atmosferin əsasən qeyri-üzvi çirkləndirilməsi baş verəcəkdir. Ərazidə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihə əsasında tikinti işlərinin aparılmasına Cavabdeh ba şçısının 93 saylı xx.xx.2009-cu il tarixli Sərəncamı ilə icazə verilmişdir. Obyektin gələcəkdə ticarət mərkəzi məqsədilə istifadə olunması nəzərdə tutulmuşdur. Obyektin istismarı müddətində ətraf mühitə ciddi təsirlər gözlənilmir. Qeyd olunanlar nəzərə alınaraq təqdim olunmuş sənədlərə ekoloji baxımdan binanın layihələndirilməsi zamanı kommunikasiya xətlərinin və qurğuların mühafizə zonası tələblərinə ciddi riayət olunması, ərazidə inşaat işləri zamanı əmələ gələn tikinti tullantılarının və artıq qruntun aidiyyatı icra orqanlarının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınması, inşaat işləri zamanı ətraf ərazidə olan yaşıllıqların tam mühafizəsinin təmin olunması, onların maşın və mexanizmlərin istifadə zamanı zədələnsirilməsi hallarına yol verilməməsi, inşaat işləri müddətində san itar-ekoloji tələblərin təmin olunması üçün xüsusi qoruyucu tədbirlərin həyata keçirilməsi, əfrat mühitin çirkləndirilməsi hallarının qarşısının alınması üçün ekoloji tələblərə ciddi riayət edilməsi, tikinti sahəsinin və inşa olunan binanın xüsusi torpaqla əhatələnməsi və inşaat sahəsinin tozlanmaya qarşı mütəmadi olaraq sulanması, obyektin yerləşmə movqeyi nəzərə alınaraq vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaradılmaması, inşaat işləri müddətində tikinti norma və qaydalarına ciddi riayət edilməsi, inşaat işləri başa çatdıqdan sonra ərazidə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılmasına şərtlər daxilində etiraz olunmadığı bildirilmişdir.

22. Bundan başqa, Bakı şəhəri Nizami rayonu, Ş.Mirzəyev küçəsində İddiaçı oğluna məxsus birmərtəbəli ticarət obyektinin ti kintisi üçün tərtib olunmuş layihə sənədlərinin X1 nəticələri barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X47 Xidmətinin YTNƏŞ-065 saylı 18 yanvar 2012-ci il tarixli rəyinə əsasən, "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə sənədləri qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nın 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nın 04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nın, “Eleltrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur. Obyektdə avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin quraşdırılması X47 Xidmətindən xüsusi razılıq (lisenziya) almış təşkilatlar tərəfindən həyata keçirilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-954/2022 nömrəli, 9 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.Ə.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7334/2021 nömrəli, 5 noyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən maddi ziyanın əvəzi olaraq 150.000 manat, mənəvi zərərə görə isə 5.000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsində tikiliəcək qeyri-yaşayış obyektinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, tikinti layihəsinə dair müvafiq qaydada dövlət ekoloji, epidemioloji, yanğın təhlükəsizliyi baxımından müsbət rəy verilmişdir. Tikinti işlərinin aparılmasının dayandırılmasına əsas verən qanunvericiliklə müəyyən edilmiş əsasların müəyyən edilmədiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarında da müyyən edilmişdir.

25. Beləliklə, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsizdir və bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüquqları qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir. Belə o lan halda qanuni qüvvədə olan (həm də qanuniliyi dəfələrlə məhkəmə qaydasında mübahisələndirilən) sərəncamlar əsasında iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpa edilməsi ilə bağlı müdaxilələr cavabdehə məhkəmə qərarları ilə qadağan edilmişdir.

26. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı və cavabdehin xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamlarının hüquqi qüvvəsini itirmələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 196 saylı 08 may 2015-ci il tarixli sərəncamı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmiş, tikililəcək qeyriyaşayış sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış tikinti-layihə sənədlərinin təqdim edilməsini nəzərə alaraq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə id diaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpası ilə bağlı müdaxilələrin cavabdehə qadağan edilməsi qərara alınmışdır.

27. İddiaçının ona ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsində inşa edəcəyi qeyri-yaşayış obyektinə görə (100 kv.m.) kompensasiya hesablanan zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.m.-nin 1500 manatdan hesablanması üsulu tətbiq edilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da hüquqi mövqe belə əsaslandırılmışdır (məsələn: 2-1(102)- 2348/2019 saylı xx.xx.2019-cu il tarixli və s. qərarlarda kompensasiya hesablanması məsələsinə münasibət bildirilmişdir).

28. Məhkəmə kollegiyası mövcud inzibati praktikaya əsasən iddiaçıya məxsu s ticarət obyektinin dövlət ehtiyacları üçün sökülməsinə görə dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlarla ona ayrılmış 100 kv.m. torpaq sahəsində ticarət obyektini cavabdeh inzibati orqanın qanunsuz müdaxilələri ilə bağlı bərpa edə bilmədiyi üçün ona verilmiş 100 kv.m. torpaq sahəsində inşa edə biləcəyi ticarət obyektinin hər kv.m.-ə görə 1500 manatla bütün kompensasiya növlərinin ehtiva olunduğunu nəzərə alaraq hesab etmişdir ki, 100 kv.m. sahəsi olan ticarət obyektinə görə hər kv.m. 1500 manatdan olmaqla 150.000 manat (100 x 1500= 150.000 manat) kompensasiyanın ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir.

29. Bundan başqa, məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (m üdaxilələri) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 157.9, 246 və 246.5-ci maddəsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 4.1, 4.2, 5.2 və 7.1-ci maddəsinə, İnsan Hüquqları üzr ə Avropa Məhkəməsinin “Akimovanın Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir.

31. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, İPM-nin 82-ci maddəsinə əsasən ap ellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının istər iddia tələbində, istərsə də apellyasiya şikayətində obyektinin sökülməsi ilə bağlı kompensasiya tələb etməsi öz əksini tapmamışdır. Lakin, hakimlər şifahi məhkəmə baxışı zamanı iddiaçıya təkidlə iddia tələbində dəqiqləşmə aparılmasını təklif etdikdən sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə (məhkəmənin qərar vermək üçün müşavirə otağına getdiyi an) məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinə müraciət edərkən yalnız maddi və mənəvi ziyanın tutulmasını tələb etdiyini, hazırda isə Rayon İcra hakimiyyəti maddi və mənəvi zərərlə yanaşı, ona ayrılmış torpaq sahəsində tikməli olduğu ticarət obyektinə görə də, 500 000 (beş yüz min) manat kompensasiya ödəməlidir.

33. Bundan başqa, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçının iddia tələbinə əlavə edib kənara çıxmasına baxmayaraq məhkəmə yalnız iddia tələbindən kənara çıxma hissəsinə qiymət verərək iddianı təmin etmiş, ilkin iddia tələbində göstərilən maddi ziyana isə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bununla da, məhkəmə prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

34. Həmçinin, İPM-nin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsa sını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəfindən iddia tələbinin həcmi artırılsa da, cavabdehin razılığının olub-olmamasını soruşmadan, mövqeyini bildirməyə imkan vermədən qərar qəbul etmək üçün müşavirə otağına getmişdir. Bununla da, məhkəmə İPM-nin 54.1, 54.2-ci maddələrinin tələblərini pozmuşdur.

35. Məhkəmə maddi və mənəvi zərərin ödənilməsi barədə gəldiyi nəticəni iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamların 13 ildən artıq müddət keçməsinə baxmayaraq icra olunmamasının Cavabdeh tərəfindən qanunsuz müdaxilələrin törədilməsi ilə əlaqələndirmişdir.

36. Məhkəmənin gəldiyi nəticənin Cavabde hnə heç bir aidiyyəti yoxdur. Belə ki, məhkəmədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı, xx.xx.2012-ci il tarixli 113 saylı və xx.xx.2015-ci il tarixli 196 saylı Sərəncamları mübahisələndirilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Həmin Sərəncamlara görə məhkəmə tərəfindən qəbul edilmiş qərarların icrası Cavabdeh tərəfindən deyil, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməli idi.

37. Bundan başqa, məhkəmə kompensasiya verilməsi barədə qərar qəbul edərkən iddiaçının sökülmüş ticarət obyekti üçün deyil, ona ayrılmış torpaq sahəsində inşa edə biləcəyi 100 kv.m. sahəsi olan ticarət obyektinin hər kvadrat metri üçün 1500 manatdan hesablamaqla kompensasiyanın ödənilməsini təmin etmişdir. Əgər iddiaçıya sökülmüş ticarət obyektinə görə kompensasiya ödəniləc əksə, bu halda torpaq sahəsi deyil, iddiaçının mövcud olmuş ticarət obyektinin faktiki ölçüsünə görə ödənilməli idi. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

39. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə ü stünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 40. “İnzibati icraat haqqında” Qanun Maddə

89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ma raqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı Maddə

8. Mülki qanunvericiliyin məkana görə qüvvəsi 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Maddə

21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tə ləb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özg əninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuli yyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nət icəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 42. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 4.1. bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkə mənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. dövlət alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5.2. dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Maddə 7.1. torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən

43. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstə rilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bil ər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı. 45. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol Maddə

1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

47. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

48. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

49. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayə tində irəli sürülən dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

52. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

53. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya kompensasiyanın ödənilməsi və kompensasiyanın məbləği ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunveri ciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

54. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

55. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin 1255 saylı xx.xx.2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərən qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır.

56. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 93 saylı 27 fevral 2009-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin tələblərini rəhbər tutaraq qərara alınmışdır ki, Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv metr torpaq sahəsində vət. İddiaçı, S.N.Dadaşovaya, X16, X11 və vət. X37 ticarət xəttinin tikintisinə icazə verilmişdir.

57. Lakin, yuxarıda qeyd olunan sərəncamların icrası ilə bağlı yaranmış narazılıqlara əsasən, iddiaçı daxil olmaqla, maraqlarına toxunan şəxslər məhkəməyə müraciət etmiş və nəticədə bu qərarın 11-12-ci bəndlərində qeyd olunan qərarlar qəbul edilmişdir.

58. Apellyasiya baxışı zamanı təqdim edilən müvafiq sənədlərdən müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsində tikiliəcək qeyri-yaşayış obyektinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış, tikinti layihəsinə dair müvafiq qaydada dövlət ekoloji, epidemioloji, yanğın təhlükəsizliyi baxımından müsbət rəy verilmişdir. Tikinti işlərinin aparılmasının dayandırılmasına əsas verən qanunvericiliklə müəyyən edilmiş əsasların müəyyən edilmədiyi Azərbaycan Respublikası Ali Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1650/2018 saylı xx.xx.2018-ci il tarixli qərarında da müyyən edilmişdir.

59. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus tikilinin dövlət ehtiyacı üçün sökülməsi mübahisəsizdir və bunun nəticəsində ona dəymiş ziyanın kompensasiyası kimi qəbul edilən xx.xx.2009-cu il və xx.xx.2009-cu il tarixli sərəncamlar artıq 13 ildən artıqdır ki, icra olunmamış, nəticədə iddiaçının mülkiyyət hüquqları qeyri-müəyyən qalmış, iddiaçı həmin müddətdə öz fəaliyyətini realizə edə bilməmişdir. Belə olan halda qanuni qüvvədə olan (həm də qanuniliyi dəfələrlə məhkəmə qaydasında mübahisələndirilən) sərəncamlar əsasında iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpa edilməsi ilə bağlı müdaxilələr cavabdehə məhkəmə qərarları ilə qadağan edilmişdir.

60. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 77 saylı və Cavabdeh xx.xx.2009-cu il tarixli 93 saylı sərəncamlarının hüquqi qüvvəsini itirmələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 196 saylı 08 may 2015-ci il tarixli sərəncamı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə ləğv edilmiş, tikililəcək qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış tikinti-layihə sənədlərinin təqdim edilməsini nəzərə alaraq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçıya ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpası ilə bağlı müdaxilələrin cavabdehə qadağan edilməsi qərara alınmışdır.

61. Apellyasiya instansiyası məhkəməsi dü zgün olaraq vurğulamışdır ki, iddiaçının ona ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsində inşa edəcəyi qeyri-yaşayış obyektinə görə (100 kv.m.) kompensasiya hesablanan zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.m.-nin 1500 manatdan hesablanması üsulu tətbiq edilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da hüquqi mövqe belə əsaslandırılmışdır. (2-1(102)-2348/2019 saylı xx.xx.2019-cu il tarixli və s. qərarlarda kompensasiya hesablanması məsələsinə münasibət bildirilmişdir). 62. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların müddəaları baxımından, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

63. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

64. Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh tərəfindən sözügedən obyektin sökülməsi iddiaçının normal həyat şəraitinə neqativ mənəvi və psixoloji təsir potensialını özündə ehtiva edir. Bu mənada mənəvi zərər müəyyən edilərkən, apellyasiya məhkəməsi tərəfindən qeyd edilənlərdən əlavə, həm də şəxsin mülkiyyətindən məhrum olma şəkli, inzibati orqanın belə davranış şəklinin şəxsə neqativ təsiri kimi vacib xüsusatlar da məhkəmə tərəfindən qiymətləndirilməlid ir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və i ztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

65. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və ya xud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

66. Məhkəmə kollegiyası istinad olunan Plenum qərarında göstərilənləri nəzərə alaraq, iddiaçıya 5000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsini hazırkı işin halları baxımından ağlabatan və ədalətli hesab edir.

67. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: Bakı şəhəri Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-954/2022 nömrəli, 9 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar