Məhkəmə qərarları › İş №2-1(102)-996/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-996/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-996/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2463/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1962-ci ildə anadan olmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1981-ci ildən Faner sexində quruducu şagird, xx.xx.1981-ci ildən 2-ci dərəcəli quruducu vəzifəsində işləmiş, xx.xx.1981-ci ildə kabinetin yenidən qurulması ilə əlaqədar Bakı DSP zavoduna keçirilmiş, x x.xx.1981-ci ildən xx.xx.1987-ci ilə qədər Faner sexində 2-ci dərəcəli quruducu (şagird), xx.xx.1989-cu ildən 2-ci sexdə naxışçı, xx.xx.1989-cu ildən 2-ci dərəcəli naxışcı, xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər 10-cu sexdə 2-ci dərəcəli naxışçı, xx.xx.1998-ci ildən xx.xx.2015-ci ilə qədər Nəsimi rayonu 75 saylı Körpələr evi, uşaq bağçasında dayə vəzifəsində işləmişdir.

3. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

4. Cavabdeh 18 mart 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, güzəştli iş stajı 10 ildən az (4 il 5 ay 29 gün (xx.xx.1989-xx.xx.1993cü il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən onun güzəştli şərtlərlə pensiya hüququ yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin imtinası əsassız hesab edilərək iddiaçıya 55 yaşdan xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, xx.xx.1981-xx.xx.1987-ci illər (6 il 5 ay 13 gün) Faner sexində (Bakı DSP zavodu) quruducu vəzifəsində işləmiş, xx.xx.1989-xx.xx.1998-ci illər (8 il 9 ay 23 gün) 2-ci sexə (ACA-MEBEL ATSC) bəzəkçi p eşəsində işləmiş, xx.xx.1998-xx.xx.2015-ci illər (17 il 3 ay 17 gün) Nəsimi rayonu 75 saylı Körpələr evində dayə kimi işləmişdir. Belə olan halda onun ümumi stajı 32 il 6 ay 23 gün edir. Bu səbəbdən də o, 52 yaşı tamam olan zamandan güzəştli şərtlərlə əmək pensiyası almalı idi. Bunun üçün də cavabdeh olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh iş stajının təqdim edilən əmək kitabçasına əsasən yoxlanılması zamanı az və səhv hesablayaraq yalnız əmək kitabçasında olan xx.xx.1089xx.xx.1993-cü illəri götürərək cəmi 4 il 5 ay 29 gün güzəştli stajının olduğunu qeyd edərək ona güzəştli əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək pensiya təyin etməkdən imtina etmişlər. Bu isə iddiaçının hüq uqlarının pozulması deməkdir. xx.xx.1981-xx.xx.1987-ci illər (6 il 5 ay 13 gün) Faner sexində (Bakı DSP zavodu) quruducu vəzifəsində işlədiyi illəri tam, xx.xx.1989-xx.xx.1998-ci illər (8 il 9 ay 23 gün) 2-ci sexə (ACA-MEBEL ATSC) bəzəkçi peşəsində işlədiyi illərində 1993-cü ildən 1998-ci ilə kimi olan dövrü tam olaraq hesablamamışlar. Halbuki, bunlar əmək kitabçasında aydın göstərilmişdir. Cavabdeh isə hansı səbəbdən hesablamadığını qeyd etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin imtinası əsassız hesab edilməli və ona 52 yaşdan güzəştli əmək pensiyası təyin edilməlidir. Onun faner sexlərində işlədiyi quruducu, bəzəkçi vəzifələri də istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşəl ərin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə 17.8.1 Faner istehsalında quruducular, 17.8.2. Ağac emalında digər peşələr-tərkibində təhlükəliİiyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan lak-boyaq materiallarını tətbiq etməklə işləyən ağac məmulatlarının bəzək vurucuları sahəsi uyğunluq təşkil edir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə (xx.xx.2017-ci il tarixədək) 23100 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18870,60 manat təşkil edir. Eyni zamanda iddiaçının Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajının 23 il 3 ay 8 gün (xx.xx.1981- xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 4 il 5 ay 29 gün (xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr) olduğu müəyyən edilmişdir. Bu da tələb olunan müddətdən (10 il) azdır.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “52 yaşdan xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşdan xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan ağac məlumatlarının quruducusu və bəzəkçisi peşələrində güzəştli iş stajı 10 ildən çox (15 il 3 ay 22 gün) və ümumi iş stajı 20 ildən çox (23 il 3 ay 11 gün) olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qər arın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir b) apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2463/2023 nömrəli iş üzrə 16 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X6 (məruzəçi), X3 və X2) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1016/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı nəticə hissəsində - “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün (yəni, xx.xx.2019-cu il tarixdən) hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən pensiya təyin edilmişdir. Lakin bu zaman məhkəmə təyin edilmiş pensiyanın keçmiş dövr üçün qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin prosedur qaydasını qərarında göstərməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1016/2023 saylı xx.xx.2014-cü il tarixli qərarında yol verilən qeyd olunan çatışmazlıq aradan qaldırılmaqla, o cümlədən, nəticə hissəsində “əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra (“öhdəliyi” sözündən əvvəl) “pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün (yəni, xx.xx.2019-cu ildən) hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın iş materiallarında olan iddiaçıya ünvanlanmış 8 mart 2022-c il tarixli imtina məktubundan görünür ki, iddiaçının pensiya təyinatı ilə ba ğlı müraciəti (ərizəsi) Filiala 24 fevral 2022-ci il tarixdə daxil olmuşdur).

15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir

17. Qeyd edilmişdir ki, "xxxx" X8 Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 03/K nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək analıq məzuniyyətində olmuşdur. Buna görə də həmin dövr ümumi iş stajına daxil edilmiş, lakin güzəştli iş stajı kimi nəzərə alınmamışdır.

18. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Dağmədən işləri bölməsinin (1) inersiyalı toz istehsalı bəndində (1.2.4) quruducu quru maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim etdiyi əmək kitabçasına əsasən onun 1981 -1987-ci il tarixləri arasındakı dövr ərzində Bakı DSP zavodunda quruducu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin Bakı DSP zavodu yuxarıda qeyd olunan dağ-mədən işləri bölməsinin inersiyalı toz istehsalı işləri sahəsinə aid deyil. Eyni zamanda iddiaçı nın xx.xx.1981xx.xx.1987-ci il tarixlərdə işləməsi ilə bağlı arayış təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 22. “Və təndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qa nunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhk əməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək 20 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 10 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu bildirmiş və bu əsasla ona pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının güzəştli iş stajının 10 ildən az olduğunu əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir.

31. Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir.

32. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 10 il güzəştli iş stajının olmaması əsası ilə həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən, qadınların 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüq uqunun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1. azı 20 il ümumi iş stajının mövcud olması; 2. azı 10 il güzəştli iş stajının mövcud olması; 3. 52 yaşının tamam olması.

34. İddiaçı xx xxxxxx 1962-ci il təvəllüdlü olmaqla 52 yaşı tamam olmuşdur. Eyni zamanda iddiaçıya məxsus 23 mart 1981-ci il tarixli əmək kitabçası ilə onun 21 il 6 ay 8 gün ümumi stajının olduğu müəyyən edilir. Belə ki, iddiaçı xx.xx.1981-ci ildən Faner sexində quruducu şagird, xx.xx.1981-ci ildən 2-ci dərəcəli quruducu vəzifəsində işləmiş, xx.xx.1981-ci ildə kabinetin yenidən qurulması ilə əlaqədar Bakı DSP zavoduna keçirilmiş, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilə qədər Faner sexində 2-ci dərəcəli quruducu (şagird), xx.xx.1989-cu ildən 2-ci sexdə naxışçı, xx.xx.1989-cu ildən 2-ci dərəcəli naxışcı, xx.xx.1992-c i ildən xx.xx.1998-ci ilə qədər 10-cu sexdə 2-ci dərəcəli naxışçı, xx.xx.1998-ci ildən xx.xx.2015-ci ilə qədər Nəsimi rayonu 75 saylı Körpələr evi, uşaq bağçasında dayə vəzifəsində işləmişdir.

35. Kassasiya şikayətində mübahisə edilən iddiaçının xüsusi stajının tamam olmaması, eləcə də iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarında göstərilməməsi ilə bağlı cavabdehin dəlilinə gəlində məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq güzəştli iş stajı ilə əlaqədar apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, “ACA-Mebel” ATSC-nin xx.xx.2022-ci il tarixli 03/K nömrəli arayışında təsbit olunur ki, İddiaçı 74/k saylı 28 mart 1989-cu il tarixli əmrə əsasən 07 mart 1989-cu il tarixindən 13 yanvar 1998-ci il tarixinədək Bakı 1 saylı Mebel fabrikində ağac məmulatlarının bəzəkçisi peşəsində işləmiş olduğu dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında nəzərdə tutulan 21-ci bölmənin 7-ci yarımbölməsinin 2-ci bəndində 22306020-16314 kod ilə göstərilən sahəyə aiddir. 26 avqust 1993-cü il tarixli 332\k saylı əmrlə 06 sentyabr 1993-cü il tarixindən 29 iyun 1996-cı il tarixinədək, 311\k saylı əmrlə 02 iyul 1995-ci ildən 17 iyul 1998-ci il tarixinədək analıq məzuniyyətində olmuşdur. 09\K xx.xx.1998-ci il tarixli əmrlə 13 yanvar 1998-ci il tarixindən işdən azad edilmişdir. Azərbaycan Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 926 saylı sərəncamına əsasən Bakı 1 saylı mebel fabrikinin əsasında “Aca - Mebel” ATSC yaradılmışdır.

36. Həmin arayışda iddiaçının mebel istehsalatında 07 mart 1989-cu il tarixindən onun analıq məzuniyyətinə çıxdığı 26 avqust 1993-cü il tarixinədək olan dövrdə AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 21-ci bölmənin 7-ci (Ağac emalı istehsalatı) yarımbölməsinin 2-ci bəndində 22306020-16314 kodunun göstəricisi(tərkibində təhlükəliliyi 3-cü sin ifdən aşağı olmayan zərərli maddələr olan lakboyaq materiallarını tətbiq etməklə, işləyən «ağac məmulatlarının bəzək vurucuları») üzrə peşədə 4 il 5 ay 19 gün iş stajı olduğu qeyd edilmişdir.

37. Bundan əlavə, iddiaçının əmək kitabçası üzrə qeyd olunan əmək fəaliyyətindən göründüyü kimi, xx.xx.1981-xx.xx.1987-ci illərdə Bakı «DSP» zavodunda faner sexində «quruducu» kimi 6 il 28 gün işləmişdir. Həmin istehsalat sahəsi hazırda qalmamış və respublika ərazisində eyni fəaliyyətlə məşğul olan başqa bir müəssisənin mövcud olduğu da məhkəmələr tərəfindən müəyyən olunmamışdır. Həmin dövr hər bir halda, SSRİ dövrünə düşür. Keçmiş SSRİ dövründə qüvvədə olan, SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli Qərarı ilə təsdiq olunmuş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəsi Siyahısının XXİİİ (Kağız və faner istehsalı) bölməsinin 6-cı (Faner istehsalı) yarımbölməsinin “a“ (fəhlələr) bəndində “quruducular” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulurdu.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1981-xx.xx.1987-ci illərdə Bakı «DSP» zavodunda faner sexində 6 il 28 gün “quruducu” kimi işlədiyi dövrü də onun güzəştli stajı kimi qəbul edilməlidir. Həmin dövr iddiaçının yuxarıda mebel istehsalatında xx.xx.1989-xx.xx.1993-cü illərdə əmək fəaliyyəti (analıq məzuniyyət dövrü nəzərə alınmadan) dövründə ağac məmulatlarının bəzəkçisi kimi zərərli işdə işlədiyi 4 il 5 ay 19 gün müddət ilə toplandıqda, 10 il 6 ay 17 gün güzəştli stajı mövcud olur.

39. Beləliklə, yuxarıda istinad olunan normalara, eləcə də iş materiallarına əlavə edilmiş arayışlarla məlum olur ki, iddiaçının 20 ildən çox ümumi və 10 ildən çox güzəştli iş stajı mövcud olduğundan onun 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

40. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən m əhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2463/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar